Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə2/58
tarix13.01.2022
ölçüsü0,77 Mb.
#82860
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   58
Azf-269214

Mircəfər Mirməsi oğlu Həsənov

Pedaqogika üzrə fəlsəfə doktoru, professor

Əməkdar Müəllim

A.M.Nəzərov. Müasir təlim  texnologiyaları.  Dərs  vəsaiti.

ADPU-nəşriyyatı. Bakı-2012. 103 səh

Pedaqoji texnologiya  dedikdə, əvvəlcədən  verilmiş  xarak-

teristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal

didaktik  proseslər  başa  düşülür.  Dərs  vəsaitində məsələlərin

açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.



3

ÖN SÖZ

Hazırkı  dövrdə Azərbaycanın  təhsil  sistemində zəruri

islahatın  aparıldığı  bir  şəraitdə tədris  proqramlarının  təkmilləş-

dirilməsinə,  yeni dərsliklərin  yazılmasına böyük ehtiyac duyulur.

Dünyada  gedən  qloballaşma  və Azərbaycan  təhsil  sisteminin

Avropa təhsil sisteminə inteqrasiyası təhsil sistemində yeni təlim

texnologiyalarından,  fəal  və interaktiv  təlim  metodlarından,  yeni

texnologiyalardan  istifadə edilməsini  tələb  edir.  Bu  baxımdan,

“Müasir  təlim  texnologiyaları”  fənni  üzrə hazırladığımız  dəsr

vəsaiti (mühazirə xülasələri) aktuallığı ilə seçilir.

Bu vəsait “Məktəbəqədər və ibtidai təhsilin pedaqogika və

metodikası”, “Pedaqogika və psixologiya” ixtisasları üzrə təhsilin

bakalavr pilləsi üçün hazırlanmışdır.

Vəsaitdə müasir  təhsil  metod  və texnologiyalardan  isti-

fadənin nəzəri və təcrübi məsələlərindən  geniş bəhs olunmuşdur.

Burada  pedaqoji  texnologiyalara  tarixi-nəzəri  baxış,  təlim  texno-

logiyaları  haqqında  anlayış,  təlim  texnologiyalarının  struktur  və

funksional komponentləri, təlim texnologiyalarının yaradılması və

tətbiqi  prinsipləri,  fəal  və interaktiv  təlim  metodları,  habelə tər-

biyə texnologiyaları  kimi  aktual  problemlərin  təhlilinə xüsusi

diqqət yetirilmişdir.

Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarak-

teristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal

didaktik  proseslər  başa  düşülür.  Dərs  vəsaitində məsələlərin

açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.

Həmçinin,  vəsaitdə pedaqoji  texnologiyalarla  təlim  pro-

sesinin idarə olunmasına, təlim texnologiyalarnın spesifik əlamət-

lərinə diqqət yetirilmişdir. Ən nəhayət, vəsaitdə nəzərdə tutulmuş

hər  bir  ayrı-ayrı  mövzunun  sonunda  istifadəsi  zəruri  sayılan ən

vacib pedaqoji-psixoloji ədəbiyyatın siyahısı verilmişdir.

Dərs  vəsaitindən  bakalavr  təhsili  alan  tələbələrlə yanaşı

magistrlər, habelə pedaqoji ictimaiyyət də faydalana bilər.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə