Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə3/58
tarix13.01.2022
ölçüsü0,77 Mb.
#82860
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   58
Azf-269214

Rüfət Lətif oğlu Hüseynzadə,

Pedaqogika üzrə elmlər doktoru, professor,

Əməkdar Müəllim

4

I MÖVZU



PEDAQOJİ TEXNOLOGİYALARA

TARİXİ-NƏZƏRİ BAXIŞ

PLAN:

1. Təlim  və tərbiyənin  bəşəriyyətin  mədəni  fəaliyyətinin

ən qədim növü hesab edilməsi

2. Sivilizasiyanın inkişafı tarixində ilk mədəni inqilab

3. Eramızın  bütün əsrlərində təhsil,  təlim,  tərbiyənin

təkamül və inkişafının əsas vasitəsi hesab edilməsi

4. XX əsr  təhsilin  insanları  peşəkar  fəaliyyətə və həyata

hazırlanmasının önə çəkildiyi dövr kimi

5. Hər  bir  ölkənin  özünəməxsus  təhsil  sistemi,  təhsil

siyasəti, təhsil və inkişaf konsepsiyasına malik olması.

Tərbiyə işi  insan  cəmiyyəti  mövcud  olan  gündən  daim

insanların  diqqət  mərkəzində olmuşdur.  Məlumdur  ki,  ibtidai

icma quruluşu dövründə heç bir məktəb, heç bir təhsil sistemi yox

idi.  İnsanlar  hamısı  bir  yerdə müəyyən  mağaralara  toplaşır,  ov-

çuluqla  məşğul  olur  və ehtiyaclarını  ödəməyə çalışırdılar.  Qul-

darlıq  quruluşunda  oğlanların  tərbiyəsi  ilə kişilər,  qızların  tərbi-

yəsi  ilə isə qadınlar  məşğul  olurdular.  Kişilər  oğlanlara  ov  ovla-

mağı  öyrədir,  qızlar  isə mağarada  onlara  məxsus  olan  işlərdə

fəaliyyət göstərməklə məşğul olmuşdular. Lakin təlim isə savadla,

yazı ilə əlaqədar olduğu üçün sonralar meydana çıxmışdır.

Sivilizasiyanın  inkişafı  tarixində ilk  mədəni  inqilab  ya-

zının meydana çıxması ilə yarandı. Çünki yazı meydana çıxandan

sonra  savad  təlimi  yarandı.  Müəllimlər  şagirdlərə dərs  deməyə

başladılar.  Həyat  inkişaf  etdikcə elm,  təhsil,  savad  da  inkişaf

etməyə başlayır. Məktəblərin şəbəkəsi genişlənir. Bu məktəblərdə

dünyəvi  elmlər  və dini  elmlər  öyrədilməyə başlandı.  Qədim

Hindistanda,  Çində,  Yunanıstanda,  Romada  təlim  və təhsil  sahə-

sində olduqca  böyük  uğurlar  və nailiyyətlər əldə edildi.  Qədim

Romada  və Yunanıstanda  Sokrat,  Aristotel  və Platon  kimi  dahi

filosoflar  öz  dövrünün  eradan  qabaq  yaşamış  çox  görkəmli



5

filosofları  olmuşdur.  Qədim  Çində Konfutsi  adlı  dahi  filosof

meydana  gəlmişdir.  Azərbaycanda  isə zərdüştlük  fəaliyyət

göstərməyə başlamışdır.  Eradan  qabaq  VI əsrdə yaşayıb-yaradan

Zərdüşt  bir  azərbaycanlı  olaraq  dünya  mədəniyyəti  xəzinəsinə

“Avesta” adlı məşhur əsərini bəxş etmişdir. Neçə min öküz dərisi

üzərində yazılmış bu əsərin olduqca çox cüzi bir hissəsi gəlib bizə

çatmışdır.  “Avesta”da  təlim-tərbiyə məsələlərinə çox  geniş  yer

verilmişdir.  Burada  torpağa  bağlılıq,  torpağı  sevmək,  zəhmətə

aludə olmaq, böyüklərə, uşaqlara, qocalara, ata və analara hörmət

və qayğı,  vətən  torpağını  qorumağa  daim  hazır  olmaq  və s.  bu

kimi  yüksək əxlaqi, etik  normalar  öz əksini  tapmışdır.  Elmə,

təhsilə,  müəllimə böyük  ehtiram  və və hörmət  bəsləyən  Zərdüşt

“Avesta” əsərində bu  məsələlərin  də şərhinə və izahına  xüsusi

diqqət yetirmişdir.

Eramızın  bütün əsrlərində təhsil,  təlim,  tərbiyəçinin  təka-

mül  və inkişafı əsas  vasitə hesab  edilmişdir.  Tərbiyəçi-müəllim

öyrədən,  şagird  isə öyrənəndir.  Bu  mənada  yaxşı  müəllim

şagirdlər  üçün  ideallıq  rəmzinə çevrilməlidir.  Onlar  üçün əsl

nümunə, örnək olmalıdır. Rusiya ilə birləşəndən sonra rus mədə-

niyyətinə,  rus ədəbiyyatına,  rus  elminə sonsuz  maraq  yarandı.

Rusiyada  təhsillərini  davam  etdirən  çoxlu  azərbaycanlı  balaları

rus  dili  vasitəsilə dünya  mədəniyyətinə yiyələnməyə və onun

nailiyyətlərinin  öyrənilməsinə imkan  tapdılar.  XIX əsr  Azər-

baycanın  bir  sıra  bölgələrində Şəki,  Şamaxı,  Gəncə,  Naxçıvan,

Bakı,  Lənkəranda  rus  dilində qəza  məktəbləri  açıldı  və həmin

məktəblərdə mütəxəssis müəllimlər dərs deməyə başladılar.

XIX əsrdə artıq  təhsil  modellərində aktuallaşma  prosesi

gedirdi.  Təhsilin  insanları  peşəkar  fəaliyyətə,  həyata  hazırlan-

masının ön plana çəkildiyi hiss olunmağa başladı.

Çar  Rusiyasına  Azərbaycan  dilini  bilən  məmurlar  lazım

idi. Ona görə də Bakı, Şamaxı, Şəki, Lənkəran, Gəncə və bu kimi

Azərbaycanın  iri  yaşayış,  sənaye  mərkəzlərində Azərbaycan  dili

ilə yanaşı Rus dili məktəbləri də açıldı. Məsələn, məşhur yazıçı və

dramaturq  M.F.Axundov  1830-cu  illərdə Şəkidə açılan  rus-tatar

məktəbində oxumuşdur.  Məşhur  yazıçı,  şair,  filosof  Bakıxanov

6

Bakıda  açılmış  eyni  tipli  məktəbdə təhsil  almışdır.  Sonralar  hər



iki  dahi  şəxsiyyət  çar  ordusunda  xidmət  edərək  palkovnik  rütbə-

sinə qədər  yüksəlmişlər.  Məktəblərin  açılması  xalqın  maariflən-

məsində çox böyük rol oynadı.

Hər bir ölkənin özünəməxsus təhsil sistemi, təhsil siyasəti,

təhsil və inkişaf konsepsiyası vardır. 70 il SSRİ dövründə inzibati

amirlik  metodu  hökm  sürmüşdür.  Yəni  yuxarıdan əmr  və sərən-

camlarla  məktəblər  idarə olunurdu.  Demokratizm  və prularizmin

hökm  sürdüyü  müstəqil  Azərbaycan  hökumətinin  isə özünə-

məxsus təhsili və təhsil konsepsiyası vardır. Məktəblərin yenidən

qurulması  ilə əlaqədar  Azərbaycan  Respublikası  Təhsil  Qanunu

və Təhsil  Haqqında  İslahat  proqramları  qəbul  edildi.  İstər  Təhsil

Qanunu,  istərsə də təhsil  haqqında  İslahat  proqramlarının  tələb-

lərinə uyğun olaraq Respublika Pedaqoji ictimaiyyətinin qarşısına

aşağıdakı vəzifələr qoyulmuşdur:

1. Yeni  insan  şəxsiyyətinin  hərtərəfli və ahəngdar inki-

şafını təmin etmək

2. Şəxsiyyətin 

formalaşması 

qanunauyğunluqlarını

aşkara çıxarmaq

3. Qabaqcıl  pedaqoji  təcrübəni  ümumiləşdirmək  və yay-

maq


4. Müəllimin  təlim-tərbiyə fəaliyyətini  nəzəri  metodika

əsasında işləyib hazırlamaq

5. Gənc nəslin təlim-tərbiyə işini təşkil etmək.

Hər bir xalq dünya mədəniyyətinin inkişafına öz töhfəsini

vermişdir. Bu mənada böyüyən nəslin təhsil və tərbiyəsi ilə bağlı

yaranmış  baxışların,  nəzəriyyə və təcrübənin  inkişafına  təsir

göstərən  pedaqoji  ideyaları  bu  və ya  digər  xalqın  müstəsna

xidmətlərinin  nəticəsi  hesab  etmək  olmaz.  Elm  və sənət  hansı

ölkədən gəlirsə gəlsin bütün insanlara aiddir. Ona görə də xüsusi

qeyd  olunmalıdır  ki,  dünya  pedaqoji  fikrinin dəyər  statusu

qazanmış  nümunələri  ayrı-ayrı  seçilmiş  xalqa  və millətə deyil,

bəşər  mədəniyyətinə məxsusdur.  Ona  görə də,  bu  tarixi-pedaqoji

irs dünya xalqları tərəfindən eyni dərəcədə öyrənilməli, tədqiq və

təbliğ  olunmalıdır.  İndiki  dövrdə bu  böyük  aktuallıq  kəsb  edir.




7

Müasir  pedaqoji  nəzəriyyələr  tarixi  inkişafın  nəticəsidir.  Tərbiyə

və təhsilin  müasir  nəzəriyyəsi  bükülüb-örtülmüş  tarix,  zəngin

xəzinə və qiymətli mənbədir. Tarixsiz nəzəriyyə, nəzəriyyəsiz sə-

mərəli təcrübə yoxdur. Keçmişlə hazırkı dövr və gələcək arasında

qarşılıqlı əlaqənin dinamikası belədir. Buna görə də bizim bilik və

təcrübəmiz zaman keçdikcə elə bir əsasa çevriləcəkdir ki, gələcək

nəsil ona istinad edərək öz övladlarına təhsil, tərbiyə verə biləcək

və eynilə bizim  kimi  öz  dövrünün tələblərinə uyğun  olaraq əldə

etdiyi nəticələrlə bu təcrübəni zənginləşdirəcəkdir. Təkcə bu  gün

deyil,  gələcəyi  dərindən  dərk  etmək  və qiymətləndirmək  nöqteyi

nəzərindən  keçmişi  yaxşı  bilmək  lazımdır.  Keçmiş  bu  günlə sıx

bağlı  olduğu  kimi,  bu  gün  də gələcəklə sıx  bağlıdır.  Bir  çox

məsələlərdə gələcək  üçün  zəmin  təşkil  edəcək bu  günün  ağıllı,

qabaqcıl  fikirli ideyaları keçmişin  mütərəqqi  irsi  ilə bağlıdır.

Həmin irs bu gün də insanın ağlına, zəkasına qida və qüvvət verir.

Eyni  zamanda  gələcək  üçün  daha  yaxşı perspektivin  yaradıl-

masına,  təhsil  və tərbiyənin  daha  optimal  üsulunun tapılmasına

yardım  edir.  Məktəb  və pedaqogika  ideyalar  və konsepsiyalar

məcmusundan  tədricən artıq elmə çevrilmişdir.  Pozitiv  pedaqoji

ideyalar  tarixin  ayrı-ayrı  məqamlarında  tez-tez öz əhəmiyyətini

itirərək aradan çıxmış, lakin sonralar başqa şəkildə özünü büruzə

vermişdir.  Təhsil,  tərbiyə təchizatlarının  inkişafı  müxtəlif  və

ziddiyyətli  olmuşdur.  Zaman  keçdikcə səviyyəsi,  miqdarı  və

nəticələri  daha  da  yüksəlmişdir.  XX əsr  təhsil  modelləri  cərə-

yanlarının  meydana  çıxdığı,  təhsilin  insanları  peşəkar  fəaliyyətə

və həyata hazırlanmasının ön plana çəkildiyi bir dövr kimi səciy-

yələnir. Ənənəvi  təhsildən  fərqli  olaraq  müasir  təhsil  model-

lərinin,  konsepsiyalarının əsas  ideyaları  sadəcə olaraq  təhsil

alanların  yaddaşını  nəzəri  faktlarla  doldurmağa  yönəlmişdir.

Ənənəvi  təhsildə fakt  və hadisələri əzbərləməyə diqqət  yetirilir-

disə,  müasir  məktəbin əsas  məqsədi isə rəqabətə qabil,  tənqidi

təfəkkürə malik,  çevik  idarəetmə təfəkkürünə malik,  onu əhatə

edən  təsirlərə tənqidi  yanaşmaq  bacarığına  malik,  sərbəst  qərar

qəbul  etmək  qabiliyyətinə malik,  dəyişən  şəraitə çevik  uyğun-

laşmaq  qabiliyyətinə malik, əməkdaşlıq  etmə,  “ünsiyyətqurma”,

8

müstəqil  öz  fikrini  ifadə edə bilən  şəxsiyyət  formalaşdırmaqdır.



Müasir  təhsil  sisteminin əsas  tərəfi  təhsilalana  subyekt  kimi  ya-

naşmaqla yeni insanın formalaşmasını cəmiyyətin əsas məqsədinə

çevirməkdir.  Bu  isə insanların  öz  bacarıq  və qabiliyyətlərinin

reallaşması  üçün  maksimum  şərait  yaratmağı  tələb  edir.  Müasir

şəraitdə ölkələrdə tərbiyə işinin əsas məqsədi böyüyən nəsildə əsil

vətəndaşlıq  keyfiyyətlərini  formalaşdırmaqdan ibarət  olmalıdır.

Çünki, təhsil insanın özünü və dünyanı dərk etməsinin təminatçısı

rolunda çıxış edir. Təhsilin hərtərəfli və ahəngdar inkişafına təkan

verir.  Buna  görə də,  təlim  təhsil  vasitəsilə şəxsiyyətin  yetkin-

ləşməsi  prosesində daha  üzvi  amilə çevrilir.  İlk  növbədə,  təhsil

vasitəsilə şəxsiyyətin  inkişafı  və tərbiyəsinin daha  optimal,

səmərəli, daha düzgün elmi əsaslarla qurmaq barəsində düşünmək

lazım  gəlir.  İnsan  3  cəhətdən  tərbiyə olunursa,  o,  şəxsiyyət

bütövlüyünə yiyələnə bilər. Bunlar aşağıdakılardır:

1) mənəvi-ruhi tərbiyə;

2) əxlaqi və etik tərbiyə;

3) ağlın, iradə və xarakterin tərbiyəsi.

Bütün  zamanlarda

əxlaq  və

mənəviyyat  şəxsiyyət

bütövlüyünün meyarı kimi götürülmüşdür. Azərbaycan pedaqoji-

ictimai fikrində şəxsiyyətin mənəviyyatı dedikdə, bütün insanlığın

xeyrinə xidmət  edən  ümumbəşəri  mənəviyyat  nəzərdə tutulur.

Müasir  təhsil  sistemində insanlara  subyekt  kimi  yanaşmaq  onun

unikal,  fəal,  daxilən  azad  və mənəviyyatlı  bir  şəxsiyyət  kimi  ta-

nınması əsas faktor kimi qəbul olunur. Fərdin imkanlılığı dedikdə,

hər bir şəxsin təkrarolunmazlığı, bənzərsizliyi başa düşülmüşdür.

Unikallıq  fərdi  xüsusiyyətlər  və qabiliyyətləri  müxtəlif

olan şagird  kontingentləri  üçün  variativ  təhsil  proqramlarının

hazırlanması  və tətbiqi  yolu  ilə təlim-tərbiyə proseslərini  fərdi-

ləşdirməyi və differensiallığı təmin edir.

Təhsilin  keyfiyyətini  yaxşılaşdırmaq  və bununla  da  XXI

əsrdə ölkənin  sosial,  siyasi  və iqtisadi  tələbatlarını təmin  etmək

təhsil sahəsində islahatın əsas məqsədi kimi qarşıya qoyulmuşdur.

“Bu  məqsədlə Azərbaycan  hökuməti  maliyyə üçün  ABŞ,

İngiltərə,  Yaponiya,  Çin,  Almaniya,  Rusiya,  Hollandiya  kimi




9

inkişaf etmiş ölkələrlə və Dünya Bankı, UNİSEF, SOROS Fondu

kimi  təşkilatlarla  iş  birliyi  qurmuşdur.  Odur  ki,  1999-cu  ildən

Təhsil  Sahəsində İslahat  Proqramı  həyata  keçirilməyə başlanmış

və bu layihə təlim-tərbiyə prosesinin keyfiyyətinin  yüksəldilməsi

və səmərəliliyinin  artırılması  üzrə tədbirlərin həyata  keçirilməsi

istiqamətinə yönəldilmişdir.  Bunun  da  mərkəzində ilkin  müəllim

hazırlığı,  təhsilin  məzmununun  təkmilləşdirilməsi,  idarəetmənin

yeniləşdirilməsi,  maliyələşmənin,  qiymətləndirmənin  yeni  mode-

linin işlənməsi və sairə durmuşdur”. (Bax: A.Mehrabov, Ə.Abba-

sov, Z.Zeynalov, R.Həsənov. Pedaqoji texnologiyalar. Bakı-2006,

səh. 17)


Texnologiya  yunan  mənşəli  söz  olub,  sənətə sistemli

yanaşma  deməkdir.  Başqa  sözlə texnologiya  xüsusi sahələrdə

biliklər sisteminin tətbiqi nəticəsində xüsusi metodlardan istifadə

edərək tapşırığı yerinə yetirmək tərzi kimi dərk olunur.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə