pedaqoji konsilium
deyilir.
Uşaqların fərdi xüsusiyyətlərini təhlil edərkən hansı
məsələlərə diqqət yetirmək lazımdır? Müəllim şagirdlərin yaş-
cins xüsusiyyətlərini nəzərə almaqla, onların həm də fərdi
psixoloji xüsusiyyətlərini – qabiliyyətlərini, temperamentini,
xarakterini və s. diqqətlə öyrənməlidir. Fərdi xüsusiyyətlərin
formalaşmasını şərtləndirən amillər xüsusilə ətraflı tədqiq
olunmalıdır.
Beləliklə, deyilənlərdən çıxan konkret nəticələr bunlardan
ibarətdir ki, tərbiyəolunma şəxsiyyətin sosiallaşmasını təmin edir,
onu həyatda, cəmiyyətdə, ictimai fayda verəcəyi fəaliyyətə
hazırlaşdırma prosesidir. Çünki insanın zənginliyi onun həqiqi,
obyektiv münasibətlərin zənginliyindən asılıdır. Məhz tərbiyə-
olunma sayəsində insanlara, əməyə, biliklərə, fəaliyyətə çoxcə-
hətli münasibətlər yaranır. Şəxsi təcrübənin qazanılmasında
başlıca cəhət ictimai münasibətlərin şüurlu dərk olunmasından
ibarətdir. Bu zaman uşaq özünəməxsus şəxsi tələbatının ödənil-
məsinə çalışır, ictimai münasibətlərlə şəxsi münasibətlərin qar-
şılıqlı əlaqədə baş verməsinə nail olur. Tərbiyəetmə çox dinamik
və didaktik prosesdir. Tərbiyəetmə prosesində müxtəlif əlaqə və
asılılıqlar sosial, psixoloji, pedaqoji bir-birinə qovuşmuş və
qarşılıqlı şəkildə şərtlənmişdir. Tərbiyəetmə prosesinin didak-
tikası onun ziddiyyətliyində, inkişafında, mütəhərrikliyində,
dəyişiklirində ifadə olunur. Belə bir fəaliyyətin təşkili şəxsiyyətin
formalaşması prosesinin elmi əsaslarını təşkil edir. Şəxsiyyət
sosial əlaqələrə və qarşılıqlı sosial münasibətlərə malik insandır.
94
ƏDƏBİYYAT
1. Abbasov A. Pedaqogika. Bakı, 2010.
2. Ağayev Ə. Azərbaycan ictimai-pedaqoji fikrində
şəxsiyyətinin formalaşması problemi. Bakı, 2005.
3. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.
4. Həşimov Ə. Azərbaycan xalq pedaqogikasının bəzi
məsələləri. Bakı, 1970.
5. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R.
Pedaqoji texnologiyalar. Bakı, 2006.
6. Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf
mərhələsində. Bakı, 2009.
|