Bazarın genişləndirilməsi Bazar payının müdafiəsi Qabaqlayıcı fəaliyyət
|
Rəqiblərin «çağırışlarıma reaksiya
|
Birbaşa hücum strategiyaları Cinah strategiyaları Mühasirəyə alma
strategiyaları
|
Liderin təqib olunması
|
Bazar nişində qərar tutma Rəqiblərdən yan keçmə
|
Status-kvonun saxlanılması
|
Müəssisə özünün prioritet rəqiblərini dəqiqləşdirdikdən sonra onların fəaliyyətlərini tədqiq edir. Tanınmış rus marketoloqu Y.P.Qolubkov rəqiblərin tədqiqinin aşağıdakı istiqamətlərdə aparılmasım məqsədəuyğun hesab edir:
Məhsulların rəqabətqabiliyyətliliyinin tədqiqi;
Marketinq fəaliyyətinin rəqabətqabiliyyətliliyinin (müqayisəvi səmərəliliyinin) tədqiqi;
Bütövlükdə firmamn rəqabətqabiliyyətliliyinin öyrənilməsi [17,40 s.].
Rəqiblərin fəaliyyətlərinin yuxarıda göstərilən istiqamətlərdə tədqiq olunmasınm üstünlüyü hər sonrakı tədqiqat istiqamətinin özündən əvvəlki tədqiqat istiqamətini tamamlaması ilə bağlıdır. Belə ki, məhsulun özünün rəqabətqabiliyyətl; liyinin öyrənilməsi marketinq fəaliyyətinin rəqabətqabiliyyətliliyinin öyrənilməsinin tərkib hissəsi kimi, sonuncunun öyrənilməsi isə bütövlükdə firmanın özünün rəqabətqabiliyyətliliyinin öyrənilməsinin tərkib hissəsini büruzə verir.
Müəssisə öz rəqiblərinə yönəlik strategiyalar işləyib hazırlamaqla yanaşı, eyni zamanda rəqabəti şərtləndirən və müəssisənin mənfəət əldə etmək imkanlanna təsir etmək imkanlanna malik olan qüvvələrə qarşı da strategiyalara malik olmalıdır. Sonuncu strategiyalar baza strategiyalar adlanır. M.Porterin təklif etdiyi rəqabət konsepsiyası modeli üzrə sözügedən strategiyaları aşağıdakı cədvəl şəklində ümumiləşdirmək olar (cədvəl 13.3).
Rəqabət mübarizəsində iştirak edən müəssisələr sahədaxili rəqiblərə qarşı əlverişli strategiyalar işləyib hazırlamaqla yanaşı, rəqabətə təsir gös