Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə95/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   140
marketinq-tedqiqatlar qaralama

Rəqib müəssisənin koporativ mədəniyyəti təşkili Rəqib müəssisənin

gələcək fəaliyyətinin öncədən görülməsi üçün onun top - menecerləri üzrə informasiyaların əldə edilməsi çox vacibdir. Müəssisənin menecerlərinin onun hansı bölməsindən - istehsal, marketinq, elmi-tədqiqat layihə-konstruktor və s. gəldiyi müəyyən edilməlidir. Bəzən müəssisənin menecerləri özünün uğurlu bazar fəaliyyəti ilə tanınan başqa müəssisələrdən dəvət olunurlar. Bu, onu göstərir ki, müəssisə daxilində müəyyən mənada menecerlərin dəvət edildiyi müəssisədə mövcud olan korporativ mədəniyyət mövcuddur.

Rəqib müəssisənin reallaşdırdığı strategiyaya həmin müəssisənin təşkilati strukturu, istehsal sistemləri və heyəti ilə müdafiə olunan korporativ mədəniyyəti çox təsir göstərir. İnzibati idarəetməyə əsaslanan, sərt struktura malik və xərclərin azaldılması strategiyasını reallaşdıran müəssisə qarşısına qoyduğu məqsədlərə çatmada, heyətin motivasiyasında, həmçinin, innovasiya fəaliyyətində və bazara yönəlik aktiv strategiyalara keçid prosesində çətinliklərlə qarşılaşa bilər. Bu tip müəssisələrdən fərqli olaraq, çevik struktura malik innovasiya və riskyönümlü müəssisələr məhsullann təkmilləşdirilməsi proqramlannın reallaşdırılmasmda və məsrəflərin azaldılmasında çətinliklərlə üzləşmir. Bütün bunlar onu göstərir ki, rəqib müəssisənin reallaşdırmaq istədiyi strategiyanın seçimi həmin müəssisədə mövcud olan koporativ mədəniyyət, müəssisənin təşkilati strukturu, istehsal sistemləri və heyəti ilə əlaqədardır.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə