Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə4/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   148

Deməli onun ayrılmaz xarakteri dərk olunmadır. Şüurlu 

şəkildə  qarşıya  qoyulan  məqsədin  əsası  dəlillər,  maraqlar, 

ideallar, dəyərlər sahəsindədir. Bu nöqteyi- nəzərdən eəmiyyət 

şüurlu  qrup  halında  qarşılıqlı  fəaliyyət,  kollektiv  fəaliyyət 

mübadiləsi dünyasıdır. 

Fəaliyyət  gedişində  insan  başqa  adamlarla  müxtəlif, 

çoxsahəli  münasibətə  girir.  Bu  vaxt  fəaliyyət  gedişində 

yaranan münasibət onun zəruri ietimai forması kimi çıxış edir. 

Ümumiyyətlə,  adamların  istənilən  qarşılıqlı  fəaliyyəti  labüd 

olaraq  ietimai  xarakter  kəsb  edir.  İctimai  münasibətləri 

fəaliyyət  prosesində  ictimai  qruplar,  eyni  zamanda  onların 

daxilində yaranan qarşılıqlı fəaliyyət və qarşılıqlı əlaqə forması 

kimi müəyyən etmək olar. Bir halda ki, bu münasibətlər - həm 

maddi,  həm  də  mənəvi  -  yüksək  səviyyədə  mücərrədliyə 

malikdirlər, onlar onu istehsal və təkrar istehsal edən adamların 

iradə və şüurlarından asılı olmayan obyektiv reallıqdır. 

Həm fəaliyyət, həm qarşılıqlı fəaliyyət, həm də ictimai 

münasibət  ilk  növbədə  çoxsahəli  ölçülərdə  sabit  həyat 

təminatına  yönəlmişdir,  yəni  cəmiyyətin  və  onu  təşkil  edən 

insanların  fəaliyyət  göstərməsi  üçün  zəruri  və  kifayət  edən 

şəraitin  yaradılması  və  onun  sonrakı  inkişafının  təmin 

edilməsini nəzərdə tutur. Bura adamların əsaslı təlabatlarmm - 

fizioloji, təhlükəsizlik və sabitlik, hansısa qrupa olan məhəbbət 

və mənsub olması, qəbul olunması, özünü təsdiqi bilik və başa 

düşülməsi, estetik durumunun təmin olunması daxildir. Burada 

olan ilk iki təlabat ilkin (anadangəlmə), sonrakılar isə ikinci - 

(mənimsənilmiş) hesab olunur. Həm də təlabatlarm yüksəlməsi 

sanki birincinin (aşağı)ikinciyə (aliyə) keçməsi kimi görünür. 

Hər  bir  səviyyənin  təlabatları  fərd  üçün  yalnız  o  vaxt  aktual 

olur ki, əvvəlki təlabatlar 



12 


ödənilmiş  olsun.  Bu  dominant  prinsipidir,  yəni  bu  an 

hökmranlıq edən təlabatdır. 

Cəmiyyəti  təşkil  edən  adamların  varlığı  təlabatların 

ödənilməsi  uğrunda  gedən  daimi  mübarizəni  təşkil  edir. 

Onların  davranışı  -  məqsəd  və  nəticələrə  çatmağa 

istiqamətlənən  orqanizm  və  ruhun  reaksiyasıdır.  Yalnız 

adamların bir-biri ilə qarşılıqlı fəaliyyəti nəticəsində baş verən 

və  yalnız  cəmiyyətdə  mümkün  olan  fəaliyyət  prosesində  bu 

təlabatların  yerinə  yetirilməsi  imkanı  yaranır.  Məlum  şərait 

çərçivəsində  bu  model  cəmiyyətin  özünə  də  keçirilə  bilər. 

Təbii  ki,  burada  təlabat  onun  yerinə  yetirilməsinin  forma  və 

mexanizmləri  bir  az  başqa  xarakter  daşıyır.  Doğrudur  bir 

tərəfdən  təlabat  və  adamların  fəaliyyəti,  digər  tərəfdən 

cəmiyyət  bir-birinə  zidd  olsalar  da  hər  bir  tərəfin  öz  şəxsi 

təlabatlarmı təmin etməyə göstərdiyi cəhdlər onların qarşılıqlı 

inkişafına kömək edir. 



Mədəniyyət  keçmiş  nəslin  təcrübəsini,  ənənələrini, 

biliyini,  dəyərlərini  toplayır,  bunun  hesabına  tarixi  tale  ilə 

birləşən adamların şüur və davranışında sosium üçün dəyər  - 

əhəmiyyət  kəsb  edən  nümunələr  yaranır.  Bununla  çoxsaylı 

icmalar,  birliklər  və  təsisatların  həlqəsi  arasında  təbii  əlaqə 

yaranır.  Mədəniyyət  özünü  yaradıcı,  həyat  qumluşu  amili, 

ictimai  novasiya  mənbəyi  kimi  göstərir,  sistemli  inkişafa 

tonallıq  və  xarakter  verir.  Mədəni  prosesin  məzmunu  kimi 

insanın öz inkişafı çıxış etdiyindən mədəniyyət faktiki olaraq 

subyektin ictimailəşməsi üsulu kimi çıxış edir. 



Sosial varlıq və kommunikasiya mexanizmi 

deyərkən biz böyük cəmiyyətin qurulması gedişində yaranan, 

onun  inkişafa  olan  təlabatmı  ifadə  və  təmin  edən,  yüksək 

mücəiTədlik səviyyəsilə xarakterizə olunan. 



13 


şeylərin predmetliyi üzərində yüksəlməsi bacarığını tələb edən 

fenomenləri  nəzərdə  tuturuq.  Onlara  təfəkkürün  məntiqi 

formaları,  hakimiyyət,  dövlətçilik,  sosial  institutlar,  hüquq, 

yeni  ünsiyyət  formaları,  pul,  dünya  dinləri  və  s.  aiddir. 

Məsələn,  lokal  cəmiyyətin  adamı  emosional-  bədii  düşünür, 

əks fikirlər onun yanındadır, ancaq o bu ziddiyətləri hiss etmir. 

O  belə  təsəvvür  edir  ki,  şıltaqlıq,  tərsliyi  ilə  yaşayan  hər  bir 

varlıq,  hər  bir  şey  onun  özü  kimi  başa  düşülməz, 

gözlənilməzdir.  Məntiqi  baxımdan  mühakimənin  insan  üçün 

daxili məcburi qüvvəsi var. Əgər fikir varsa adekvatdırsa onun 

öz  immonent  həyatı  var,  şıltaqlığı  ilə  yox,  daxili  zəmrəti  ilə 

determinasiya  edir.  Məntiqin  işlənib  hazırlanması,  onun 

gücünün aydınlaşdırılması ilə müasir sivilizasiya başlayır, bu 

gün də müəyyən xüsusiyyətlərini səmərəlilik əsasında qurur. 

Əgər  hakimiyyət  haqqında  danışsaq  onda  böyük 

cəmiyyətin birinci  simaları  artıq hamı bir  yerə toplaşanda və 

lokal  icmanın  həyatı  üçün  vacib  olan  məsələləri  müzakirə 

edəndə əvvəlki kimi daha idarə edə bilmirdilər. İdarə orqanları 

- müasir anda primitiv  görünsələr də  -  yaranır, onların  əlində 

hakimiyyət var. Qanun, əmrin müəllifləri çox vaxt görünmür, 

qanunların  və  əmrlərin  özləri  də  mücərrəd  formada  -  dövlət 

tərəfindən  verilən  və  məvburi  tənzimləyici  gücü  olan  mətn, 

kağız,  qanun  formasında  olurdu.  Qanun  görünmür,  hiss 

olunmur,  lakin  məcburidir.  Emosional  baxımdan  istənilən 

əhval- ruhiyyədə olan adam üçün o obyektiv verilən qanundur - 

hətta böyük fərd, müasir cəmiyyət üçün o lokal icma adamları 

üçün balta və mənzilin olduğu qədər realdır. Mücərrədliyin bu 

sırasına  pul  da  aiddir.  O  mübadiləni,  əmtəə  dövrüyyəsini 

inkişaf etdirməyə kömək edən mücərrəd ən ümumi əlaqədir ( 

dəyər ölçüsü, ödəmə 



14 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə