Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə5/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   148

vasitəsidir) - həm də o tarixəqədərki insan üçün anlaşılmazdır. 

Sonuncu - oxun, kamanın, baltanın, balığın nə olduğunu bilir, 

lakin  pulun  mahiyyəti  onun  üçün  qaranlıqdır.  Onu  başa 

düşmək  üçün  o  şeylərin  prcdmctliyindən  yüksəkdə 

dayanmalıdır.  Müasir  pul  isə  daha  da  mücərrəd  olur,  hətta 

kağız  formasını  itirir  və  daha  çox  virtual  -  elektron  xarakter 

kəsb edir. 

İctimai  varlığın  və  kommuniksiyalarm,  bu  və  digər 

“mexanizmləri”  cəmiyyət  üçün  həyati  əhəmiyyət  kəsb  edir, 

onun  mahiyyətidir,  öz  prinsipial  mücərrəd  təbiətinə  əsasən 

0

 

insandan uzaqlaşır. 



Onlardan  malik  olduqları  funksiyaları,  normaları, 

öhdəlikləri  yerinə  yetirmək  tələb  olunur.  Özgəninkiləşmə 

(uzaqlaşma)  sözün  geniş  mənasında  -  insanın  fəaliyyətini  və 

onun  məhsullarını  müstəqil,  onun  üzərində  təsir  göstərən 

mahiyyətə  çevirən  obyektiv  sosial  prosesdir.  Bu  hadisədə 

şəxsiyyətin potensialı, varlığın daha yüksək fomrasmı yaradan 

özünüvermə  imkanları  yerləşir.  Özgəninkiləşmənin  neqativ 

tərəfini kənara qoyaraq  qeyd  edək ki,  o insan fəaliyyətini  və 

onunla  bağlı  əmək  bölgüsünü,  əməyin  predmetləşməsini, 

istehsalın son nəticələrinin  əldə olunmasını, onun ötürülməsi 

imkanlarının  obyektiv  mexanizmlərinin  tarixi  qanunauyğun 

prosesi  kimi  çıxış  edir.  Özgəninkiləşmənin  kökü  fəaliyyətin 

ictimai  təşkilindədir,  əmək  bölgüsü  əsasında  ayırma  fərdin 

həyati  əhəmiyyət  kəsb  edən  funksiyalarını  istiqamət- 

ləndinnəsi  gedişində  onun  məhsullarının  istifadə  edilməsinin 

mənimsəməsini  nəzərdə  tutur.  Müəyyən  şəraitdə  bu  ayınna 

fəaliyyətin  nəticələrini  insanın  nəzarətindən  çıxara  bilər. 

Ayrılmanın  mümkünlüyü  bu  vaxt  onun  üçün  xarici  zərurətə 

çevrilir.  Bu  vaxt  cəmiyyət  üçün  zəruri  olan  fenomenlər 

(məntiqi təəkkür, dövlətçilik, pul, hüquq və s.) 



15 


eyni  zamanda  dağıdıcı  fenomenlər  -  istismar,  insanın 

manipulyasiya edilməsi, ondan vasitə kimi  istifadə olunması, 

tənhalıq, bürokratik sistem, avtoritar ideologiya və s. yaranır. 

Bir halda ki, cəmiyyətin fəlsəfi mənası və anlamı fərdləri 

ictimai  bütövlükdə  birləşdirən  əlaqələr  tipinin  müəyyən 

edilməsindən ibarətdir, onda onun təbiəti və mahiyyəti sistem 

anlayışında  daha  aydın  açılır.  Cəmiyyətin  sistemli  xarakteri 

ətraf aləmin sistemliliyinin təzahürüdür. O keçmişin və indinin 

mütəfəkkirlərindən  heç  birinə  etiraz  etməmiş  və  etiraz  etmir. 

Bununla  belə  ictimai  sistem  haqqında  baxışların  inkişafını 

XIX-XX əsrin nəzəri nəaliyətlərinndən biri hesab etmək olar. 

Cəmiyyət  sistem  kimi  əlaqə  və  münasibətlərin 

tənzimlənməsi,  özünüidarəetməsi  və  öz-özünə  inkişfmm 

məcmusudur - o keyfiyyətli bütövlük yaradır, onun daşıyıcısı 

fəaliyyət  göstərən  adamlar  və  onların  yaratdıqları  qruplardır. 

Sistem kimi cəmiyyət - birincisi, mürəkkəb ierarxik struktura 

malikdir, müxtəlif ünsürləri və səviyyələri əhatə edir: ikincisi, 

inteqrativ  sistem  yaratma  keyfiyyətinə  -  fəaliyyət  göstərən 

adamların  münasibətini  qurur;  üçüncüsü,  özünü  idarəetmə 

xassəsinə malikdir, bu da yüksək mütəşəkkil sistem olması ilə 

fərqlənir - xüsusiyyətlərə malikdir. 

Cəmiyyət  açıq  sistem  kimi  özünü  göstərir.  Bu  o 

deməkdir ki, xarici aləmə münasibətdə öz muxtariyyəti olsa da 

cəmiyyət onun təsirini öz üzərində hiss edir, məlumatları qəbul 

edir və onu işləyir, dəyişən kontekstə reaksiya verir. Cəmiyyət 

uyğunlaşan  -  uyğunlaşdıran  sistemdir,  yəni  o  yalnız,  ətraf 

mühitə  uyğunlaşmır,  həm  də  imkan  daxilində  öz  şəxsi 

mənafeyinə uyğun onu dəyişdirir. 



16 


Cəmiyyətin  əsas  ünsürlərinin  ayrılmasına  məhsuldar 

yanaşma  həyatın  əsas  sahələrinə,  onda  baş  verən  müvafiq 

mühüm proseslərə - istehsal - iqtisadi, ictimai, siyasi, mənəvi, 

onun varlığının bütün tərəflərinə - müraciət etməkdir. 



Həyatın əsas sahəsi sistem kimi cəmiyyətin ünsürləridir 

və  müəyyən  keyfiyyət  bütövlüyü,  öz  mövcudluq  və  inkişaf 

qanunları olan həyatın digər sahələri ilə qarşılıqlı əlaqədə olan 

sistemaltı  kimi  təzahür  edir.  Başqa  sözlə  desək,  həyatın  əsas 

sahəsi  cəmiyyətin  ünsürləri,  obyektiv  mövcud  olan  digər 

sahələrlə əlaqədə olan hissələridir. 



İqtisadi sahə özündə istehsalı, bölgünü, mübadiləni və 

maddi  nemətlərin  istehlakmı  birləşdirir.  Onun  əsas  ünsürləri 

məhsuldar qüvvələr - adamlar; əmək aləti və əmək predmeti; 

maddi - predmet fəaliyyəti; mənəvi - ideoloji əsaslar (məqsəd, 

niyyət,  proqram),  eyni  zamanda  əmək  prosesində  adamların 

münasibətidir.  Bu  sahə  həyat  -  istehsal  mexanizmi,  iqtisadi 

məkan kimi  çıxış  edir, burada  təsərrüfat  həyatı  təşkil  olunur, 

onun  sahələri  inkişaf  etdirilir.  Burada  cəmiyyətin  çoxsaylı 

subyektlərinin  maraqları  cəmləşir,  qarşılıqlı  fəaliyyət 

nəticəsində - qurulma və ya əməkdaşlıq - cəmiyyətin iqtisadi 

həyatının dinamikası həyata keçir. 

Cəmiyyətin  ictimai  həyatı  orada  fəaliyyət  göstərən 

bütün  qrupların,  onların  qarşılıqlı  fəaliyyətinin  bütöv 

məcmusudur.  Bu  cür  qruplara,  icmalara  (müxtəlif  əsaslar  və 

ölçülərlə  götürülən)  xalqları,  millətləri,  sinifləri,  təbəqələri, 

stratları, kastaları, sosial - demoqrafik və peşə qmplarmı, əmək 

kollektivlərini; qeyri-formal qurumları və s. aid etmək olar. Bu 

sahədə  həyat,  məişət,  istehsal  şəraiti;  səhiyyə,  təhsil,  sosial 

müdafiə təi3iinat problemləri



17 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə