Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə6/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   148

ictimai  ədalətə  riayət  olunması;  etnik,  milli,  sosial  -  sinfi  və 

qrup  münasibətləri  kompleksinin  nizama  salınması  ilə  bağlı 

qarşılıqlı fəaliyyət həyata keçirilir. 

Siyasi  sahə  də  bir  bütövlükdür,  onun  məzmununu 

subyektlərin  qarşılıqlı  fəaliyyəti  təşkil  edir  -  burada  məqsəd 

subyektlərin marağının hakimiyyət, dövlət quruluşu, hüquq və 

azadlıq prinsipləri əsasında həyata keçirilməsidir - bunun üçün 

əvvəlcədən  hazırlanan  ictimai  texnologiyalar  və  tətbiq 

proqramlarından istifadə olunur. Bu sahənin elementləri kimi 

siyasi  institutlar  (dövlət,  təşkilatlar,  partiyalar),  siyasi  və 

hüquqi normalar (konstitusiya, qanunlar, nizamnamələr), siyasi 

münasibətlər  və  fəaliyyət,  siyasi  şüur  çıxış  edir.  Bəzi 

cəmiyyətlərdə,  o  cümlədən  Azərbaycan  cəmiyyətində  bu 

sahənin  rolu  böyükdür  və  yerdə  qalan  sahələr  üzərində 

hökmranlıq edir. 



Cəmiyyətin  mənəvi  sahəsi  -  ictimai  həyat  sahəsidir, 

onun  məzmununu  cəmiyyət  və  adamların  fəaliyyətində  aşkar 

olunan fikirlər, biliklər, dəyərlər məcmusu kimi obyektiv ideal 

varlıq və hakim mahiyyət, ictimai və fərdi varlığın keyfiyyət və 

istiqamətləri  təşkil  edir.  Mənəvi  sahə  özündə  ictimai  şüurun 

bütün formalarını - fəlsəfəni, dini, əxlaqı, hüququ, incəsənəti, 

eyni  zamanda  elmi,  ideologiyanı,  təhsili,  bütün  çalarları  ilə 

təzahür  olunan  tərbiyəni  birləşdirir.  Bu  sahədə  cəmiyyətin 

dəyərlər kompleksi  və həyat  strategiyası,  ictimai  layihələr və 

onların  həyata  keçirilməsi  vasitələri  formalaşır,  keçmiş  dərk 

olunur,  bu  gün  yaradılır,  gələcəyin  istiqamətləri  qurulur.  Bu 

nöqteyi  nəzərdən  mənəvi  sahənin  rolu  durmadan  artır  və 

inkişaf  üçün  onun  əhəmiyyətini  qiymətləndirmək  mümkün 

deyildir. 



18 


Cəmiyyət həyatının bütün sahələri sistem kimi bir- biri 

ilə  sıx  bağlıdır  və  öz  aralarında  qarşılıqlı  fəaliyyətdədir. 

Dediyimiz  kimi  cəmiyyət  öz-özünə  inkişaf  edən  və  özünü 

nizamlayan sistemdir - bu yüksək təşəkküllü bütövlüyə xasdır. 

Bununla  yanaşı  cəmiyyətdə baş verən prosesləri  nizamlayan, 

onun  dinamik  inkişafını  təmin  edən  idarəetmə,  koordinasiya 

mənəvi dövlət kimi elə bir ictimai institutdur ki, onun rolu bəzi 

proqnozlara baxmayaraq nəinki azalmır, əksinə aydın şəkildə 

artır.  Cəmiyyətin  fəaliyyət  göstərməsi  mexanizminin 

mürəkkəb  kompleksi  insana  effektli  təsiri  nəzərdə  tutur.  Bu 

kompleksin  əsasını  a)  ictimailəşmə;  b)institutlaşma;  c) 

legitimlik təşkil edir 



ictimailəşmə  subyektin  cəmiyyətdə  qəbul  olunan 

müvafiq  qaydalara  əsasən  “uyğunlaşması”,  inteqrasiya 

etməsi prosesidir. 

İctimailəşmə gedişində fərd ictimai təcrübəyə - simvolik 

semiotika,  kommunikativ,  mədəni  -  birləşir.  İctimailəşmənin 

fenomenologiyası  çoxlu  üsul  və  yolları  özündə  birləşdirir, 

lakin  elementar  təlqin  istisna  olmaqla  onun  digər  formaları 

həqiqəti  “tədarük  edir”,  onlar  adətən  təntənəli  şəkildə 

bildirilmir,  nümayiş  olunmur,  ortaya  qoyulmur.  Onlar  həyat 

təzindən, adamların qəbul  etdiyi  yaşayış  tərzindən irəli  gəlir. 

L.Şestov qeyd etmişdir ki, bu həqiqətlər Allah, ruhun ölməzliyi 

kimi olan qəbildəndir. Əlbəttə, onlar haqqında olan danışmaq 

olar, lakin onlar haqqında soruşulmayanda bunu etməyə cəhd 

edilmir.  Öz  təbiətləri  etibarı  ilə  onlar  görünən  olmağa  cəhd 

etmir  və  istəmirlər.  Bu  cür  həqiqətlər  praktiki  əqidən, 

ekzistensial əqidədən gəlir; onların qanunauyğunluğu həyatın 

dərin- liyindədir, sübutda yox, vəhydədir. 

19 



İnstitutlaşmaya obycktivləşmə prosesi; subyektlərin 

status  -  rol  ictimai  münasibətlər  kimi  çıxış  etməsi 

baxımından  fərddən  üstün  səviyyədə  ictimai  vahid 

olmasının  əsaslandırılması  kimi  baxmaq  olar.  Təbii 

institutlaşma  müvafiq  müddəa  və  rolların  tədricən  nonnativ 

təsdiq  olunmasıdır.  Dövlət  tərəfindən  həyata  keçirilən  süni 

institutlaşma  əvvəlcə  normaların,  qaydaların  yaranmasını, 

sonra  qarşılıqlı  fəaliyyətin  real  iştirakçılarını  nəzərdə  tutur. 

Tipik nümunə kimi  struktur islahatları qeyd  etmək olar,  yəni 

yeni  ictimai  quruluşun  səmərəli  hazırlanmış  parametrləri: 

bunları  konkret  status  -  rol  qarşılıqlı  fəaliyyət  çərçivəsinə 

salmaq lazımdır. 

Legitimləşmə  hesabına,  ictimailəşmə  və  institut- 

laşmanm  nəticələrinin  cəmiyyətdə  qəbul  olunmuş 

dəyərlərlə  daim  müqayisə  edilməsi  baş  verir.  Nəticədə, 

uyğun  gəlməyənlər  kənarlaşdırılır.  Bununla  belə  cəmiyyətin 

bütövlüyü, onun daxili rəngarəngliyi ilə birlikdə inkişafı təmin 

olunur.  Legitimləşmə  cəmiyyətin  nisbi  sabitliyini,  onun 

dəyərlərini üzə çıxarır, yəni bu dəyərlərin xaricdən fərdlərin və 

sosial  subyektlərin  “daxili  planına”  keçirilir.  Cəmiyyətdə 

islahatların,  dəyişikliklərin  keçirilməsində  yaranan  çətinliklər 

məhz bununla bağlıdır - cəmiyyətin və kütlənin mənimsədiyi 

dəyərlər təlit olunan sosial qarşılıqlı fəaliyyət tipinə zidd olur. 

Cəmiyyət fəaliyyət göstərdikcə fasiləsiz olaraq dəyişir. 

Adamlar yeni qarşılıqlı fəaliyyət növü yaradır, ictimai həyatın 

institut örtüyünü dəyişdirir, dəyər - normativ qaydalar dəyişir. 

Bu  dəyişikliyin  mənbəyi  adamlar  -  fərdlər  ailə  institutdur, 

lakin ilk növbədə onların yaratdıqları dövlət, təhsil, elm kimi 

ictimai subyektlər və digər institutlar, eyni zamanda vətəndaş 

cəmiyyətidir. Bu fenomenlərdə fəaliyyət göstərən qüv- 



20 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə