Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə115/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   148

cəhdimizdən asılıdır. Ona görə də hər bir dində iki tərəf: nəzəri 

- Mütləqi anlamaq ifadə olunur və praktiki - Mütləqin insanın 

həyatı  ilə  real  əlaqəsinin  yaradılması-  tapmaq  olar.  Bununla 

belə  Allahın  dərk  olunması  son  dərəeə  müxtəlif  ola  bilər  və 

daşa  (litolatriya),  bitkiyə  (fıtolatriya),  heyvana  (zoolatriya), 

oda (pirolatriya), insana (antropomorfıznin müxtəlif formaları) 

ehtiramla  ifadə  olunur.  Nəhayət,  Mütləq  müeərrəd  ideya 

formasında  təsəvvür  oluna  bilər,  məsələn,  Allahın  müxtəlif 

deist, teist, panteist - formada qəbul olunması. 

İsa  peyğəmbər.  Məhəmməd  peyğəmbər  və  başqa 

peyğəmbərlər haqqında inamla danışmağımıza səbəb heç də 

0

 



deyil ki, onlar haqqında müxtəlif mənbələrdə məlumatlar var - 

ayrı-ayrı  vaxtlarda  güelü  hərəkatın  yaranması  və  ona  böyük 

şəxsiyyətlərin başçılıq etməsi əsas amildir. 

Dini şüurun bütün formalarında ali başlanğıeı və onun 

sonlu şeylərin möveudluğu ilə əlaqəsini görürük. Həm Allaha 

sitayişin  zəruriliyi,  ibadət  və  qurbanlar,  həm  də  dinin  yalnız 

əqlin  nəzəri  tələbatına  deyil,  eyni  zamanda  əxlaqi  (bizim 

iradəmizin sahəsi) və estetik başlanğıea, ilk növbədə hisslərə 

xidmət etməsi bu əlaqə ilə izah olunur. 

Beləliklə,  dinə  insanın  mənəvi  tərəfinin  hər  hansı  bir 

cəhətinin,  fəaliyyətinin  ifadəsi  kimi  baxmaq  olmaz.  Dində 

insan  öz  mənəvi  tələbatları  və  meylləri  ilə  iştirak  edir.  Buna 

görə  də  mütəfəkkirlər  dinin  müxtəlif  tərəflərinə  diqqət 

yetirirlər.  Belə  ki,  bəziləri  dinin  emosional  tərəfini  xüsusi 

vurğulayır və dini hissləri qeyd edirlər. Kant dinin əxlaqla sıx 

əlaqəsini önə çıxarır, dinə Allahın iradəsi ilə əxlaqi qanunların 

tanınması kimi baxırdı. Kanta görə din - bizdə yaşayan qanun, 

Allahın  dərk  olunmasına  yönələn  əxlaqdır.  Hegel  dini 

səmərələşdirir,  onu  Mütləq  ruhun  obyektivləşməsi  kimi 

xarakterizə edir. Onun fikrincə, din 



353 


bizim həyatımızın ən vacib işidir: din üçün ilk növbədə bizim 

ürəyimiz  maraqlıdır.  O,  hisslərimizdə  və  əməllərimizdə 

təcəssüm edir, fikrin yüksək surətlərini yaradır və qidalandırır, 

qəlbimizin sevincini parlaq əxlaqi rəngləri ilə bəzəyir. 

Dinin  mahiyyəti  haqqında  məsələyə  nisbətən  dinin 

mənşəyi  haqqında  məsələ  ilə  bağlı  daha  çox  fikirlər  var.  İlk 

növbədə  dinin  meydana  gəlməsinin  psixoloji  səbəbini,  o 

cümlədən dini şüurun ictimai kökünü fərqləndirmək vacibdir. 

Şübhəsiz  ki,  asılılıq  hissi,  o  cümlədən  əxlaqi  xarakterli 

səbəblər,  xarici  və  daxili  aləmin  hadisələrini  simvollaşdıran 

xəyallar,  nəhayət,  mövcud  olan  (varlıq)  haqqında  biliklərin 

şərtsiz  təhlilinə  meylli  olan  əql  -  dinin  meydana  gəlməsində 

mühüm  rol  oynayan  səbəblərin  məğzidir.  Lakin  bu  ilkin 

şərtlərlə  dini  inamların  bu  və  ya  başqa  konkret  formasının 

yaranmasını izah etmək olmaz. Qeyd olunan səbəblər insanda 

dindarlıq adlanan qurum yaradır. 

Dinin meydana gəlməsinin əsasında duran prinsiplər iki 

qrupa: yüksək naturalist və rasionalist - bölünür. Birincilər dini 

şüurun  anadangəlmə  olması  haqqında  danışır  və  vəhyi  onun 

mənbəyi kimi göstərirlər. İkincilər isə, ya dinin yaranmasında 

insanın  refleksiyasım  və  şüurlu  niyyətini  (yevgemerizm),  ya 

hakimiyyəti  saxlamaq  üçün  müə}^ən  adamların  praqmatik 

cəhdi  (Hobbs,  Bolinbrok),  ya  təbiətin  məlum  qüvvələrinin 

təcəssüm  etdirilməsi  (Epikür,  Yum),  ya  məlum  mənəvi 

keyfiyyətlərin obyek- tivləşdirilməsi (Feyerbax, Renan), ya da 

əcdadlara  ehtiramı  (Spenser)  nəzərdə  tuturlar.  Sadaladığımız 

nöqteyi- nəzərlərdə çox mübahisəli və az izah olunan cəhətlər 

var: insanın mənəvi aləminin dini vəziyyəti və 



354 


məzmunu - çox fərdi və fövqəladə dərəcədə incə işdir, o hər 

hansı anlayışın quru çərçivəsinə salına bilməz. 



Dinin  qnoseoloji  mənası  və  ya  inamın  biliyə 

münasibəti  problemlərinə  gəldikdə  isə  onlar  bu  və  ya  digər 

mütəfəkkirlərin  ümumi  fəlsəfi  mövqeyindən  asılı  olaraq  həll 

olunur.  Bu  problemə  üç  yanaşma  məlumdur:  sientist- 

pozitivist,  tarixi  (təkamül)  və  mütləq.  Birinci  yanaşma  dini 

biliyin aşağı növü kimi şərh edir, onu mövhumata aparır, bu da 

elmin  inkişafı  ilə  guya  aradan  qalxır,  ikinci  yanaşmanın 

tərəfdarları,  dinə  biliyin  inkişafda  olan,  həmişə,  hətta  biliyin 

başqa  yüksək  foraıasına  keçdikdə  belə  öz  əhəmiyyətini 

saxlayan  forması  kimi  baxır.  Burada  onun  əsasən  səmərəli 

(rasional) aspektindən (əlbəttə bu da inkar olunmur) daha çox 

hissi  aspekti nəzərə alınır. Nəhayət,  üçüncü  yanaşma dini və 

elmi biləklərə insanın mənəvi fəallığın iki müxtəlif və bərabər 

forması  kimi  baxır:  onlar  arasında  həmişə  sərhəd  axtarılır, 

insan və cəmiyyət üçün istər məğzi, istərsə də əhəmiyyəti ilə 

bağlı çox şey uydurulur. Belə düşünürük ki, iki həqiqəti - elmi 

və  dini  -  axtamıağın  (orta  əsrlərdə  olduğu  kimi)  mənası 

yoxdur.  Həqiqətin  mahiyyətinin  şərhinə  idrakın  obyektinin 

spesifikliyini  nəzərə  almaqla  yanaşmaq  daha  düzgün  olardı. 

Tarix  göstərir  ki,  elmin  özündə  də  həqiqət  hesab  olunanlar 

sonradan inkar olunmuş və ya dəyişdirilmiş, inkişaf etdirilmiş, 

fərqləndirilmişdir və s. 

Dünyanın elmi mənzərəsinin təşəkkül tapması dinə zidd 

deyil və dünyanın dini dərk olunmasını zəiflətmir. Elmə geniş 

miqyaslı tövbələr vermiş mütəfəkkirlərin (Kopernik, Nyuton, 

Eynşteyn, Heyzenberq və b.) dinə dözümlü yanaşmalarına və 

onun haqqında müsbət fikirlər söyləmələri faktlarına paradoks 

kimi baxmaq olmaz. 

355 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə