edən oksid), 20 milyon tona qədər oksidləşmiş azot, milyon
tonlarla ftor (rəngsiz qaz) xlor və kükürd atılır. Bütün bunlar
məcmu şəkildə planetdə temperaturun yüksəlməsinə,
atmosferin və təbii suların çirklənməsinə, ozon qatının
dağılmasına, iqlim yağışlarına və təbiət və insan üçün öldürücü
olan digər məhvedici nəticələrə gətirib çıxarır.
Əkinçilik də təbiətə hiss olunacaq dərəcədə ziyan vurur.
Kənd təsərrüfatı işlərinin gedişində adamlar hər il torpağın üst
qatını çevirməklə iş görür və üç il ərzində görülən bu işlər
torpağın məhsuldar hissəsinin bir santimert təbəqəsini məhv
edirlər - təbiət bu qatı yaratmaq üçün üç yüz il zəhmət
çəkmişdir. «Roma klubu» alimlərinin hesablamalarına görə
bəşəriyyət artıq indi təbii mühitdən on dəfələrlə məhsuldar olan
süni mühit yaratmşdır. Süni mühit tədricən və geri çəkilmədən
təbii mühitə tərəf irəliləyir və çox güman ki, yaxın gələcəkdə
onu tamamilə udacaqdır. İnsan bioloji növ olduğu üçün, bütün
digər bioloji növlər kimi, o yalnız həyat üçün əlverişli şəraitdə
yaşaya bilər. Eyni zamanda bu şərait heç də uzaq keçmişdə
yox, lap yaxın gələcəkdə, artıq XXI əsrin ortalarında
dəyişəcəkdir. 1992-ci ildə Braziliyada BMT-nin bayrağı
altında keçirilən beynəlxalq konfransda iştirakçılar aşağıdakı
nəticəyə gəlmişdilər: əgər bu gün iqtisadi və texnoloji
münasibətlər cəhətdən geridə qalan ölkələr Avropa və
Amerikanın inkişaf etmiş ölkələrinin yolu ilə getsələr, onda,
yaxın gələcəklə ekoloji fəlakətdən qaçmaq mümkün
olmayacaqdır. Görəsən bu pessimist nəticə nəyə əsaslanır?
İnkifaş edən bəşəriyyətin yaxın gələcək üçün əldə
edəcək faydaya meyl edərək təbii ehtiyatlardan necə gəldi
istifadə etməsi onun üçün olduqca ağır nəticələrə gətirib
152
çıxarmışdır, müxtəlif ölkələrdə «yaşıllıq» hərəkatı yaranmış,
ətraf mühiti qorumaq üçün dövlət orqanları fəaliyyət göstərir.
Bu gün bütün dünyada ekoloji problemə böyük diqqət yetirilir.
Bu problem BMT səviyyəsində müzakirə olunur, ayrı-ayrı
ölkələr öz aralarında ekoloji problemlərlə bağlı birgə
əməkdaşlıq haqqında müqavilə imzalayır, azon qatının
deşilməsi probleminin həllinə istiqamətlənən addımlar atılır,
iqlimin dəyişməsi, dünya okeanının ehtiyatlarının tükənməsi
ilə bağlı narahatlıq hamının diqqətini ekoloji problemə
yönəltmişdir. Ekoloji çətinliklərdən çıxmaq üçün fəlsəfədə
yaranan mövqeləri qeyd etmək məqsədəuyğundur.
Bu fəlsəfi mövqelər arasında russoist və ya neorussoist
konsepsiyaları ayınnaq yerinə düşər. «Geriyə, təbiətə doğru!»
şüarından həvəslənən bu konsepsiyanın tərəfdarları öz
konsepsiyalarında öz məğzinə görə ədalətli olan insan və
təbiətin vəhdəti haqqında tezisdən uzaqlaşırlar. Lakin bu tezisi
mütləqləşdirərək, insanın təbiətə passiv uyğunlaşması ilə deyil,
fəal şəkildə onu dəyişdirmək yolu ilə insan olaraq qalması
şəraitini inkar edərək səvh nəticəyə gəlib çıxırlar: vəhşi,
düzəldilməyən təbiətin qarşısında ibadətin ağıllı həddindən
çıxaraq onlar mədəniyyətə münasibətlərini dəyişmiş, insana,
onun yaradıcı qüvvəsinə, onun ağlına inamsızlıq həddinə gəlib
çatmışdırlar. Ona görə də russoist konsepsiyasından çıxan
nəticə və ekoloji problemin əsaslandırılması ilə bağlı onların
nəticələri irticaçı utopik, birtərəfli qadağası olan xarakterdədir.
Son nəticədə bu cür konsepsiya antihumanist xarakter daşıyır,
belə ki, təbiəti və onun təbii dəyərlərini saxlamaq üçün
bəşəriyyətin
mədəni
təbəqəsini
məhdudlaşdırmağın
zəruriliyini qeyd edirlər. Bununla yanaşı bu konsepsiyanın
məzmununda
153
olan müsbət tərəf kimi onu da qeyd edək ki, onlar insanı
demiurq (yaradıcı) kimi, təbiət üzərində dayanan, onu fəth
edən, təbiəti özünə tabe etməyə çalışan kimi qəbul etmirlər. Bu
baxışlarda insanın azadlığı anlayışı təhrif olunur, russoist
konsepsiyasının elmə və texnikaya qaışı düşmən münasibəti
açıq görünür. Ekoloji problemin antitexniki şərhi üçün
xarakterik olan cəhət ondan ibarətdir ki, insan və təbiətin
qarşılıqlı
fəaliyyəti
prosesində
elm
və
texnikanın
nailiyyətlərinin istifadə olunması sivilizasiya üçün olduqca
qorxuludur. Lakin bu baxışlarla barışmaq cəmiyyəti
durğunluğa məhkum etmək olardı, elm və texnika sahəsində,
hütöv mədəniyyətdə inkişaf dayanardı. Diqqətlə araşdırdıqda
bu baxışların kifayət qədər əsassız olduğu açıq görünür.
Doğrudur,
insanın
təbiətlə
qarşılıqlı
münasibətin
harmoniyasının məhz bu qarşılıqlı fəaliyyətin elmi-texniki
fonnası ilə bağlıdır; lakin bu zəruri haldır, cəmiyyət öz
inkişafının müəyyən mərhələsində elmi-texniki tərəqqinin
nailiyyətlərindən öz inkişafı naminə mütləq istifadə etməlidir.
Elmi-texniki
tərəqqi və ekologiya məsələsinə
diqqətimizi yönəltmək məqsədəuyğundur. Ətraf mühitin
pisləşməsində yalnız elmi-texniki tərəqqini günahlandıran
russoist konsepsiyadan fərqli olaraq bu gün biz əmin oluruq ki,
yüksək texnologiyanın tətbiqi ekoloji cəhətdən olduqca
əlverişlidir və müasir cəmiyyətdə müasir texnikanın tətbiqinə
daha çox üstünlük verilir. İndi alimlər hazırladıqları layihələrdə
gələcək işlərinin ekoloji xarakterinə diqqət yetirirlər, cəmiyyət
son vaxtlar özünün təbiətlə olan münasibətinin daha çox
qayğısına qalır, təklif olunan layihələrin ekoloji cəhətdən
əlverişli olub-olmaması ön plana keçirilmişdir. Son vaxtlar
ekoloji problemin həllində elmi-texniki tərəqqinin rolu
əhəmiyyətli dərəcədə
154
Dostları ilə paylaş: |