§1. Cəmiyyətin iqtisadi həyatının əsas təzahürləri
Cəmiyyətin iqtisadi həyatı - ilk növbədə müxtəlif növ
predmetlərin və xidmətlərin istehsalı, bölgüsü və istehlak
mübadiləsidir. Bu maddi nemətlər, o cümlədən yeyinti malları,
geyim, mənzil, nəqliyyat və rabitənin müxtəlif növləri və ya
səhiyyə və təhsil kimi xidmət sahələri ola bilər. Bu həm də
mənəvi dəyərlər, o cümlədən incəsənət, elm, təhsil predmetləri
və s. ola bilər. Belə ki, mənəvi dəyərlərin istehsalı, bölgüsü,
mübadiləsi və istehlakmm da öz iqtisadi məzmunu və təzahür
formalan var. Onların istehsalına intellektual və fiziki əmək
sərf olunur - onun haqqı ödənilməlidir - öz qiyməti olan bu və
ya digər materiallardan, eyni zamanda əmək aləti və
avadanlıqlardan, o cümlədən ən müasirlərindən istifadə olunur.
Tələbələrə əsaslı şəkildə başa salmaq lazımdır ki, mənəvi
dəyərlər həm də iqtisadi dəyərə malikdir. Çox vaxt onlar
özlərinə aid olan xassələri ilə mal kimi çıxış edirlər. Doğrudur,
bu malın özünəməxsusluğu var, belə anda adamların hiss və
fikirləri, elmi nəzəriyyələr, bədii surətlər təcəssüm olunur.
Mənəvi dəyərlərin vəzifəsi, təyinatı adamların mənəvi
həyatının zənginləşməsinə xidmət etməkdir, nəticədə onlar
cəmiyyət həyatının bütün sahələrinə təsir edir.
Fəlsəfi-iqtisadi təfəkkür tərzi ilə bağlı bəzi
mülahizələrimizi nəzərinizə çatdırmağı məqsədəuyğun hesah
edirik. İqtisadiyyatın məğzini və iqtisadi münasibətlərin bütün
mürəkkəbliklərini anlamaq üçün, ilk növbədə, bu
münasibətlərin əsasında nə dayandığını aydınlaşdırmaq
lazımdır. Onların əsas insan tələbatıdır: o
189
hər cür insan fəaliyyətinin və ilk növbədə bütün əməyin və
buradan da iqtisadiyyatın əsasıdır. Ümumiyyətlə tələbat nədir?
Bu subyektin öz varlığının xarici və daxili şəraitindən
asılılığıdır, bu insanın cəmiyyət və onun iqtisadiyyatının həyat
əsəbidir:
zavodun xammala,
avadanlığa ehtiyacı var, sahibkarın sifarişçiyə, sifarişçinin isə,
deyək ki, ev tikilməsinə ehtiyacı var. Cəmiyyətin həyatı
tələbatın və onun ödənilməsinin mürəkkəb parçası ilə
toxunmuşdur.
Lap qədim dövrlərdən insanlar təsəiTÜfat həyatını başa
düşməyin zəruriliyini dərk etməyə başlamışlar. Aristotel
biliyin bu sahəsini, o, dövr üçün, dərin və hərtərəfli təhlil etmiş,
təsərrüfat həyatının çoxlu tərəflərini işıqlandırmışdır. Sonralar
yeni dövrdə elmi biliyin yeni sahəsi - siyasi iqtisad
yaranmışdır. Bu elmə “siyasi” əlavə təsadüfi verilməmişdir, bu
iqtisadiyyat və siyasətin zəruri və sıx əlaqədə olduğunu
göstərir: onlar sanki əkiz bacılardır. Siyasi iqtisad müəyyən
mövqedən təsərrüfat münasibətlərini və əmtəə və pul
hərəkətini kəmiyyət və keyfiyyət müəyyənliyi və bir-birinə
keçməsi ilə göstərir. Onun inkişaf faktlar sistemini, bununla
bağlı isə adamların təsərrüfat münasibətlərini aşkar edir,
qarşısında dayanan sonsuz çoxsaylı vahidləri, cəmiyyətin
təsərrüfat həyatında fəaliyyət göstərən və onu idarə edən
müəyyən prinsipləri və qanunları axtarıb tapır. Hegel siyasi
iqtisadı yüksək qiymətləndirmiş və yazmışdır ki, “o fikrə şərəf
gətirir”. Siyasi iqtisad praqmatizm bayrağı altında, yəni tam
praktiki səbəbdən, cəmiyyət həyatının təsərrüfat mexanizminin
mürəkkəbliyini aydınlaşdırmaq tələbatından yaranmışdır. O,
əmək kollektivlərinin və ayrı-ayrı adamların effektli təsərrüfat
fəaliyyətlərinin
prinsiplərini
işləyib
hazırlamağa
istiqamətlənmişdir. İqtisadi fəaliyyət həyat
190
uğrunda va məhz müəyyən həyat səviyyəsi uğrunda mübarizə
xarakteri daşıyır. TəsəiTÜfat ehtiyacı amansız zərurət kimi
üstümüzə gəlir, həyatın özündən getməyənə qədər ondan
qaçmaq olmaz. İqtisadiyyat lap əvvəldən insanların və
bəşəriyyətin
başının
üstündən
əksik
olmamışdır.
Sivilizasiyanın işıqlı gələcəyi ictimai sistemin bir tam kimi,
qarşılıqlı əlaqədə uğurlu fəaliyyətindən asılıdır, burada hər bir
həlqə tam işləyir, tam isə hissənin həyatvericiliyini
tənzimləyir. Sosial-iqtisadi əlaqələrin nazik hörümçək
torundan fəlsəfi-iqtisadi nöqteyi-nəzərlə nəyi aydınlaşdırmaq
olar? Sosial-iqtisadi reallığın dərk olunmasında fəlsəfi
mədəniyyətin metodoloji rolu hansıdır? İqtisadi təhsil olmadan
ümumiyyətlə dövlət işlərini idarə etmək mümkün deyildir.
Söhbət müasir iqtisadiyyat, onun ayrı-ayrı dar ixtisaslarındakı
problemlərlə bağlı peşəkar bilikdən getmir, heç olmasa makro-
iqtisadiyyat, onun əsas prinsipləri ilə ümumi tanışlıq vacibdir.
İqtisadi fəlsəfə sosial fəlsəfə sisteminə daxil olub onun
əhəmiyyətli hissəsini təşkil edir: cəmiyyətin iqtisadi həyatına
onun öz xüsusi yanaşma metodu var. Fəlsəfi təlim kimi iqtisadi
fəlsəfə nədir? sualına cavab vermək üçün, ilk növbədə, siyasi
iqtisadın nə olduğunu anlamaq lazımdır. Bəşəriyyətin
inkişafının müxtəlif mərhələlərində istehsalı, bölgünü,
mübadiləni (alqı-satqı) və həyat nemətlərinin istehlakını idarə
edən prinsipləri, qanunları öyrənən elm olan siyasi iqtisad o
nöqteyi nəzərdən çıxış edir ki, cəmiyyət həyatının təsərrüfat
sahəsində yeməyə, paltara, mənzilə və s. tələbat kimi məlum
ümumi tələbatlar və onları təmin edən vasitələr mövcuddur.
Burada həm təsadüflər, həm də qanunauyğunluqlar fəaliyyət
göstərir. Toıpaq burada və ya haradasa az məhsuldar ola bilər,
illər
191
Dostları ilə paylaş: |