Dərs vəsaitivə metodik vəsaitlər: Əsas Mühazirə mövzuları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix26.05.2023
ölçüsü0,63 Mb.
#113214
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu № 11. 
Yüngül atletika. 
Plan: 
 
1. Yüngül atletika hərəkətlərinin öyrədilməsi. 
2.Yüngül atletika dərslərinin təşkili.
3.Yüngül atletika və onun hərbi- tətbiqi əhəmiyyəti.
1.Yüngül atletika bədən tərbiyəsi proqramlarında özünəməxsus yer tutmaqla 
ümumtəhsil məktəblərinin bütün siniflərində tədris olunur.Yeriş,qaçış,tullanmalar 
və atmalar təbii hərəkət vərdişləri aşıladığına insan üçün xarakterik olduğuna və 
emosionallığına və s.görə fiziki tərbiyə vasitələri içərisində əhəmiyyətli yerlərdən 
birini tutur.Yüngül atletika məşğələlərinin düzgün təşkili məktəbyaşlı uşaqların 
sağlamlığını möhkəmləndirir,orqanızmin fiziki cəhətdən harmonik inkişafına 
kömək edir,bundan əlavə,hərəki keyfiyyətləri qüvvə,sürət,cəldlik,güc və s.inkişaf 
etdirir,iradəni və dözümlülüyü artırır,intizam,fəallıq tərbiyə edir.Xüsusilə uşaq və 
yeniyetmələrdə təşkilatçılıq qabiliyyətini formalaşdırır,səhiyyə-mədəni və 
gigiyenik vərdişlər aşılayır.Yüngül atletika hərəkətlərini tətbiqi eyni zamanda 
anatomik fizioloji baxımdan da əhəmiyyətlidir.


O,ürək-damar və əsəb sistemini möhkəmləndirir,tənəffüs orqanlarının funksiyasını 
yaxşılaşdırır,maddələr mübadiləsini gücləndirir,bədən qamətinin formalaşmasına 
yardım göstərir.Yüngül atletika məşğələlərinin səmərəli təşkili və keçirilməsinə bir 
də ona görə ciddi səy göstərmək vadibdir ki, o həm də uşaq və 
yeniyetmələri,gəncləri əməyə və müdafiyə bədən tərbiyəsi kompleksinin norma və 
tələblərini yerinə yetirməyə hazırlayır.Çünki,bədən tərbiyəsi kompleksinin əsas 
hərəkət növləri yüngül atletika elementlərindən ibarət olub.bu hərəkət növləri üzrə 
texnikaya yiyələnmə əməliyyatı da məhz yüngül atletika dərslərində aparılır.
Yüngül atletikada iki metoddan istifadə olunur: 
Birinci metod.
Bu zaman başlıca 
diqqət hərəkətlərin hissə-hissə öyrədilməsindən sonra tam şəkildə öyrədilməsinə 
istiqamətləndirilir.Məsələn,əgər müəllim uzununa tullanmanı 
öyrədirsə,o,əvvəlcə,hərəkət texnikasına az vaxt içəriində düzgün yiyələnmək üçün 
zəruri komponetləri müəyyənləşdirir.Sonra isə bu kompenentlər ayrı-ayrılıqda 
mənimsədir,daha sonra isə onlar arasında uyğunluq-əlaqə yaradır. Uzununa 
tullanmanın başlıca öyrətmə kompenentlərinə isə qaçışa başlamaq sahəsinin 
müəyyən edilməsi,düzgün qaçış texnikasının a.ılanması,təkan nöqtəsinin,təkən 
ayağının dəqiqləşdirilməsi,uçuş və yerə düşmə fazalarının düzgün yerinə 
yetirilməsi texnikasının mənimsədilməsi daxildir.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə