Dərs vəsaitivə metodik vəsaitlər: Əsas Mühazirə mövzuları


Mövzu№ 12. Atmalar texnikasının əsasları.Öyrədilmə metodikası və məşqi.  Plan



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix26.05.2023
ölçüsü0,63 Mb.
#113214
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu№ 12.
Atmalar texnikasının əsasları.Öyrədilmə metodikası və məşqi. 
Plan: 
1.Atmalarda məqsəd alətin mümkün qədər uzaq məsafəyə atılması.
2.Ayrı-ayrı atmalarda alətin uçuş sürətinin müxtəlifliyi.
3.Final səyinə hazırlıq. 
Mövzu№ 13.
Atmalar texnikasının əsasları.Öyrədilmə metodikası və məşqi. 
 
 Plan:
1.Yüngül atletika atmaların müxtəlif növlərinin ardıcıllıqla öyrədilməsi 
2.Məşqin yarış dövrünün başlıca məqsədi . 
Mövzu№ 14.
Tullanmalar texnikasının əsasları. Öyrədilmə metodikası və məşqi. 
 Plan: 
1. Qaçaraq tullanmanın fazaları. 
2.Uzunluğa tullanmanın yerə enmə fazası.
3.Tullanmalarda müxtəlif növlərindəki texniki xüsusiyyətlər.
Mövzu№ 15.
Tullanmalar texnikasının əsasları. Öyrədilmə metodikası və məşqi. 
 Plan: 
1.Yüngül atletika tullanmalarının müxtəlif növlərinin öyrədilməsinin ardıcıllıqı. 
2.Məşqin müxtəlif dövrlərinin vəzifə və vasitələri. 
Mühazirələr 
Mövzu№ 1.
Yadro itələmək texnikası. 
Plan: 
1.Yadro itələmək texnikasının təlimi. 
2.Yadro itələməyin təlimində metodik göstərişlər.
1.Yadro itələmək texnikasının təlimi-Texnikasının ilkin təlim zamanı hərəkətlər 
artıq gərginlik olmadan öyrənməyə imkan verən yüngülləşdirilmiş alətlərdən 
istifadə edilməlidir.Qüvvə inikişaf etdikcə alətin ağırlığı artırılır. Təlim zaman 
müəyyən metodik ardıcıllığa riayət edilməlidir. Məşğul olanların yadro itələmək 
texnikası ilə tanış etmək.
1.Yadro ilə və yarışlarda yadro itələmək qaydaları ilə tanış olmaq. 
2.Dairədən sıçrayışla yadro itələməyin izahı və göstərilməsi.
3.Kinoqram və şəkillər vasitəsi ilə nümayiş etdirmək.
Yadronu düzgün tutmağı və itələməyi öyrətmək.Yadronu düzgün tutmağın 
göstərilməsi və yoxlanılması,yadronu irəli-yuxarı itələmək,ayaqları qabaqcadan 
bükməklə və gövdəni sağa döndərməklə yadronun itələnməsi.Yadro 3,4,5,6 və 
7,257 kq ağırlığında olan metal kürədir. Yadro diametri 2,135 m olan dairədən 
meydanın nişanlanmış bolməsinə (45
0
) itələnir.Adətən uçuçun uzaqlığı uçuşun ilk 


sürətindən,uçuş bucağından və yardronun idmançının əlindən buraxıldığı 
yüksəklikdən asılıdır.Yadronun uçuşuna təsir edən həlledici amil ilk sürətdir.İlk 
sürət yolun uzunluğundan və yadroya təsir vaxtından asılıdır.Yadronu 22 m-ə və 
daha uzağa itələdikdə uçuşun sürəti 14m\san-yə çatır.Optimal uçuş bucağı 38-41
0
-
dir.Alətin buraxılma hündürlüyü yadro itələyinin hündürlüyündən və qolunun 
uzunluğundan asılıdır.
2.Yadro itələməyin təlimində metodik göstərişlər.Yadro itələməyin təlimi 
yadronun tutulması yoxlamaqla bir vaxtda kecirilir.Əvvəlcə yadro əllə yüngülcə 
yuxarıya atılır.Bu zaman qol azacıq bükülmüş olmalıdır.Yadro itələməyi,yadronun 
itələnməsini təqlid etməklə növbələşdirmək lazımdır.
Bir yerdə dayanıb yadro itələmə zamanı ayaqların çiyin nahiyəsinin tam 
döndərilməsi ilə əlaqədə fəal işləməsinə nail olmaq lazımdır.Qolun düzləndirilməsi 
bazu önünün itələmə istiqamətində aparılması anından başlamalı və sol qıçın 
düzləndirilməsinin qurtarması ilə başa çatmalıdır. Final səyini yerinə yertirərkən 
yeni məşğul olmağa başlayan idmançılar arasında geniş yayılmış səhv sonradan 
gövdəni irəli-sola əyməklə, başı sola döndərən zaman bədənin ağırlığının sol 
ayağa vaxtından əvvəl keçirilməsidir.
Nəticədə idmançı sağ ayaq üzərində dayaqlanmanı itirir.Digər yayılmış səhvlər 
bunlardır:final səyinin əvvəlində sol ayağın sola döndərilməsi,final səyinin ayrı-
ayrılıqda yerinə yetirilməsi,yəni idmançının əvvəlcə qıçlarını düzləndirməsi,və 
gövdəni sola döndərməsi,yalnız bundan sonra yadronu tutduğu qolu düzləndirməyə 
(açmağa) başlaması.Ona görə də məşğul olanları yadro itələnəcək əşyalara 
səmtləşdirmək faydalıdır.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə