Dərs vəsaitivə metodik vəsaitlər: Əsas Mühazirə mövzuları


Mövzu№2. Disk atmaq texnikası. Plan



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix26.05.2023
ölçüsü0,63 Mb.
#113214
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu№2.
Disk atmaq texnikası.
Plan:
1.Disk atmaq texnikası.
2.Disk atmaq texnikasının təlimi.
3.Disk atmanın məşqi.
1.Diskin diametri 2.5m olan dairədən meydanın nişanlanmış bucağı olan bölməyə 
atılır.
Disk atılan dairənin kənarınada 2,75-3,5 m hündürlüyündə qoruyucu hasar çəkilir.
Disk müxtəlif ağırlıqda olur:kişilər üçün 2 kq,böyük və kiçik yaşlı gənclər üçün 1,5 
kq; qadınlar,böyük və kiçik yaşlı qızlar üçün isə 1 kq ağırlığında olur: Diskin 
uçuş hazırlığı əsasən sürətindən,uçuş bucağından,uçuş zamanı disk müstəvisinin 
vəziyyətindən asılıdır.Dislkin optimal uçuş bucağına küləyin sürəti və istiqaməti 
təsir edir.Küləksiz havada optimal uçuş bucağı 36-
38

həddində olur, küləyə qarşı 
atma zamanı isə o,
30
0
-yə qədər azalır.5-7m/san sürəti olan küləyə qarşı atmaq
uçuşun uzaqlığını 4-8 m artırmağa imkan verir.Diski həm dayanan yerdən,həm də 
fırlanmaqla atılır. Dönmə uçuş zamanı diskə böyük sürət verir.Bu,uçuşun 
uzaqlığını 6-8 m artırır. Disk atanlar arxaları ilə atma istiqamətinə dayanaraq 
dönməyə başlayır və 
540
0
-dönürlər.Alətin tutulması haqqında .Disk atan sərbəst 
endirilmiş əlində diski elə tutur ki, onun çevrəsinin kənarı disk müstəvisinə 
toxunan baş barmaqdan başqa,digər dörd barmağın dırnaq falanqasında 
dayansın.Əl bilək oynağından azacıq bükülür.Diskin yuxarı hissəsi bazu önünə 
toxunur.


2.Disk atmanın təlimi zamanı ehtiyat tədbirlətinə riayət etmək,atma üçün yerləri 
mümkün qədər bir-birindən uzaqda saxlamaq lazımdır.
1-ci vəzifəsi,məşğul olanları disk atmağın texnikası ilə tanış etmək lazımdır.
1.Disk 
atma 
texnikasının 
izah 
edilməsi.2.Dönməklə 
disk 
atmağın 
göstərilməsi.3.Kinoqram,şəkillər,kino filim kimi və digər tədris vasitələrinin 
nümayişi.4.Yarış qaydaları ilə tanışlıq.
2-ci vəzifəsi.Diski düzgün tutmağı və buraxmağı öyrətmək.
1.Diski tutmağın düzgünlüyünün göstərilməsi və yoxlanılması.2.Diskin tutulması 
və 
disk 
olan 
əlin 
qolaylanması 
(asanlaşdırmaq).3.Diskin 
yerlə 
diyirləndirilməsi.4.Önü atma istiqamətinə dayanmaq,ayaqları çiyin bərabərində 
qoymaq,diski fırlanma hərəkəti verərək,onu yuxarı-irəli atmaq.
Məşğul olanlara diski saat əqrəbi istiqamətində fırlatmaqla şəhadət 
barmağından atmağı öyrədilir.
3-cü vəzifəsi.Disk atmaq üçün dönmənin öyrədilməsi. 1.Dönmə texnikasının 
göstərilməsi və izahı.2.Üzü atma istiqamətinə durmaqla,disk ilə birlikdə 
dönmək.Sol ayaq irəlidədir;3.Sol böyürlə atma istiqamətinə durmaqla,disk ilə 
dönmək.4.Arxası atma istiqamətinə durmaqla,disk ilə dönmək;5.Dönmənin ayrı-
ayrı hissələrinin yerinə yetirilməsi.
4-cü vəzifəsi.Final səyi fazasını öyrətmək.1.Yerindən final səyinin 
göstərilməsi.2.Böyür tərəfdən atma istiqamətində dayanma vəziyyətindən disk 
atmaq.3.Arxası atmaq istiqamətinə dayanma vəziyyətindən hımin hərəkət.4.Diskin 
atılmasının təqlid etmək.
Məşğul olanlar hərəkəti əvvəlcə ata istiqamətinə böyür tərəfdən dayanma 
vəziyyətindən yerinə yetirirlər.Atmanı yerinə-yetirərkən ayaqların fəal işlənməsinə 
fikir,vermək,lazımdır.
3.Disk atanın məşqi: Məşqin əsas vəzifələri bunlardır.1.Ümumfiziki hazırlığın 
artırılması.2.Disk atma texnikasına yiyələnmək;3Xüsusi fiziki hazırlığın 
artırılması.4.Mənəvi,iradi,keyfiyyətlərin,artırılması.
-Disk atanın hazırlıq sistemi ümumi və xüsusi fiziki hazırlıq vasitələrini əhatə 
edir.Ümumfiziki,hazırlığa,asta,qaçış,kroslar,üzgüçülük,idman,oyunları,imüminki-
şaf hərəkətlər aiddir.Ustalığın artması ilə əlaqədar ümumfiziki hazırlığın həcmi 
azalır.Əvvəllər bu yükün həcmi məşq vaxtının 50-75%-ni təşkil edirdi.Xüsusi 
fiziki hazırlığa güc,tullanma,qaçış hazırlığı və texniki hazırlıq daxildir. Disk atanın 
güc hazırlığı məşq prosesində mühüm yer tutur.Güc hazırlığınvasitələrinə
aşağıdakılar aiddir. – 1.Uzanma və dayanma vəziyyətində tədricən ştanq 


qaldırma.2.Uzanma və dayanma vəziyyətindən qolları kənarə aparmaq.3.Əllərdə 
ştanqın disklərini tutaraq qolları fırlanma hərəkətləri.4.Əllərdə yük tutub qolları 
yanlardan 
yuxarı 
qaldırmaq.5.Ağırlıq 
götürməklə 
irəli-geri,sağa-sola 
əyilmələr,bədəni 
öz 
oxu 
ətrafında 
frladılması,dönmələr.6.Çöməlmələr, 
yarımçöməlmələr.7.Ştanqı boyun ardına qoyub hoppanmaq.8.İdman atının üstündə 
uzanaraq qarının çəp əzələləri üçün hərəkətlər, gövdənin ağırlıqla birlikdə 
fırladılması.Dİsk atanların hər bir məşqinə qaçışın sürətini mütləq artıran,sürət 
dözümlüyünü inkişaf etdirən qaçış hərəkətləri daxil edilməlidir. Disk atanlar qaçış 
hazırlığında aşağıdakı hərəkətlərdən istifadə edirlər. Sürətlənmələr,startdan 
qaçış,birbaşa qaçış,başaşağı və başyuxarı qaçış 10 m-dən 200 m-ə qədər təkrar 
qaçış. Ritmi və çevikliyi inkişaf etdirmək üçün sədləri dəf etməklə qaçışda daxil 
etmək lazımdır. – Texniki hazırlıq hərəkətləri disk atma texnikasına yiyələnməyə 
və onu təkmilləşdirməyə kömək edir. Texniki hazırlığın əsas vasitələri müxtəlif 
çəkili disklərin və ağırlıqları atmaqdan və xüsusi hərəkətlərdən ibarətdir.
–Hazırlıq dövrünün ikinci yarısında təlim məşğələlərinin həcmi böyük intensivliyi 
yüksək olur.Bu mərhələnin əsas vəzifəsi yay çıxışları üçün möhkəm bünövrə 
qoymaqdır.Yarış dövründə məşq işini,xüsusilə güc və tullanma işinin həcmi bir 
qədər azalır.Əsas diqqət disk atmaqda texniki təkmilləşdirmənin daha da 
artırılmasına verilir.Məşq vasitələrinin həcmini birdən-birə azaltmaq olmaz.Yarış 
dövründə disk atan 15-20 yarışda iştirak edir. Yarışlar ərəfəsində sonuncu atma 
məşqi xüsusi əhəmiyyətə malikdir;orta uzaqlığa 6-8 dəfə atmaqla yerinə yetirmək 
lazımdır. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə