Dərs vəsaitivə metodik vəsaitlər: Əsas Mühazirə mövzuları


Mövzu № 7.Atmalar texnikasının əsasları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix26.05.2023
ölçüsü0,63 Mb.
#113214
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu № 7.Atmalar texnikasının əsasları.
Plan: 
1.Atma texnikasının əsasları
2.Aləti tutaraq və aləti atmağın hazırlıq səyi 
3.Yüngül atletika məşqinin əsasları
1.Atma-idmançının əzələ qüvvəsinin səyilə alətin havada yerini dəyişmək 
deməkdir.Yüngül atletikada idman alətləri yalnız bir istiqamətə-uzağa atılır.Bütün 
atmalar mexanikanın ümumi qanunlarına tabe edilmişdir.Bucaq altında havaya 
atılan hər hansı bir əşya həmin əşyanın gələcəkdə uçuş uzaqlığını müəyyən edən 
eyni bir şəraitə təsir göstərir. Alətin uçuş uzaqlığı alətin əvvəlki sürətindən,uçuş 
bucağından və havanın müqavimətindən asılıdır.Göstərilən bütün bu amillərin hər 
birinin əhəmiyyəti müxtəlifdir.Məlumdur ki,müvəffəqiyyət ilk sürətin nə dərəcədə 
olmasından çox asılıdır.İlk sürətin böyük-kiçikliyindən asılı olaraq alətin uçuş 
bucağının əhəmiyyəti də dəyişir.Havanın təziqi,ümumiyyətlə,alət atmağa mane 
olur,lakin ayrı-ayrı hadisələrdə (löhvə və nizə atmaqda) havanın təzyiqindən alətin 
uzunluğunu artırmaqda istifadə etmək mümkündür.


İdman alətini atarkən çalışmaq lazımdır ki,bütün hərəkətlər,bütün səylər mümkün 
qədər daha çox ilk uçuş sürəti qazanmağa kömək etsin,belə olduqda,alət üçün daha 
əlverişli uçuş bucağı əmələ gəlir və hava alətə daha az müqavimət göstərir.Alətin 
ilk uçuş sürəti və uçuş bucağı aləti atan idmançının bütün hərəkətlərindən ibarətdir.
–Yüngül alətləri (əl qumbarasını,nizəni) baş üzərindən atdıqda, habelə bəzi alətləri
(löhbə,çəkic,yadro) dönüşlə atdıqda sürət daha da artıq olur.Tam atma hərəkətinə 
qaçış,dönüş və ya sıçrama daxildir.Atmanın ünsür və mərhələləri arasında:1.aləti 
tutmaq,2.qaçış və ya dönüş,3.atılan aləti ötmək,4.sonuncü səy-aləti buraxmaq 
,5.aləti atandan sonra müvazinəti saxlamaq kimi ümumi bir uyğunluq və vəhdət 
əhəmiyyətə malikdir.İl boyu məşq şərti olaraq üç dövrə bölmək olar:1.Hazırlıq 
dövrü;Bu qışı və baharı əhatə edir(dekabr-mart).Hazırlıq dövründə məşqin 
məqsədi-məşqin əsas dövründə yüksək idman nəticələri göstərməyə hazırlıqdan 
ibarətdir.Hazırlıq dövrünün isə əsas məsələləri bunlardır:a)idmançının hərtərəfli 
fiziki hazırlığını yaxşılaşdırmaq,b)yüngül atletika idman növlərində tələb olunan 
fiziki və mənəvi-iradi keyfiyyətlərini inkişaf etdirmək,c)ən əlverişli idman 
texnikasını mənimsəmək və onu təkmilləşdirmək.
2.Aləti tutmaq və atmağa hazırlıq.Alətin quruluşundan və qəbul olunmuş 
texnikadan asılı olaraq onu düzgün tutmaq,atma zamanı isə düzgün aparmaq 
lazımdır.Atmanın növündən asılı olmayaraq aləti düzgün tutmağa aid ümumi 
tələblər bunlardır:1.Aləti elə tutmaq lazımdır ki, bu atmanın bütün hərəkətlərini 
icra etməyi xüsusən qaçışı və aləti buraxmağı asanlaşdırsın:2.Aləti elə tutmaq 
lazımdır ki bu hərəkətini yerinə yetirən qolların gücündən və əl barmaqlarının 
uzunluğundan tam istifadə etməyə imkan yaratsın;3.Aləti elə tutmaq lazımdır ki,bu 
aləti vaxtınadək aləti atan qolun əzələlərini mümkün qədər süstləşdirməyə imkan 
versin;4.aləti yaxşı tutmaq lazımdır ki,bu atma hərəkəti üzərində daha yaxşı 
nəzarət etməyə imkan versin.-Aləti atmağa hazırlıq və aləti atmaq bir-birilə sıx 
əlaqədardir.Burada bütün hərəkətlər-qıçların,bədənin və aləti atan əlin vəziyyəti 
bir-birilə qarşılıqlı əlaqədədir.Tam sonuncü səyə keçid-idmançı qıçları üçün yaxşı 
istinad nöqtəsi tapdıqda baş verir.Atmaların bütün növlərində alət 
buraxılmamışdan əvvəl,nisbətən əyri xətt boyunca uçur.İdmançı aləti atarkən alət 
onun əlindən çıxanadək gözləməli və yalnız bundan sonra qıçlsarını tamamilə 
istinad nöqtəsindən ayırmalıdır.Böyük ardıcıllıq və fırlanma sürətinə malik olan 
atmalar zamanı atmanın sonunda qıçların vəziyyətini fəal sürətdə dəyişdirmək 
həmişə məsləhət görülür.Çünki,bu aləti atandan sonra müvazinəti saxlamağa 
kömək edir. 


-Alət ücün nəzəri olaraq ən əlverişli bucaq 45
0
-yə bərabərdir.Lakin əməli olaraq bu 
bucaq həmişə 45
0
-dən az olur.İdmançı atmaları üçün aşağıdakı optimal uçuş 
bucaqları məsləhət görülür.1)Əl qumbarası,çəkic və həlqəli top atarkən 40-45
0
-dək 
2)Yadro itələyərkən 30-40
0
-dək.3)Nizə və lövhə atarkən 30-35
0
–yədək.
–Alətin ilk sürəti müxtəlif atmalarda müxtəlifdir.Məs:yadro itələməkdə əgər yaxşı 
təkan verilmişsə,bu 13-16 sm saniyəyə barabərdir.Lövhənin,nizənin və əl 
qumbarasının ilk sürəti 20-30 sm saniyəyə çatır.Atmalarda ilk sürət 20-28 m\san 
arasında olur.Lövhə və nizə kimi alətlərdə uçuş zamanı düzgün vəziyyətin 
alınmasının müqaviməti nəticəsində lövhənin uçuş zamanı vəziyyəti ya az,ya da 
çox dəyirir.Buna görə də yüngül atletika hərəkətləri texnikasında şablona yol 
vermək,təqlid yolu ilə getmək hərəkəti korkoranə icra etmək olmaz.İdmançı 
özünün hərəki imkanlarında məqsədəuyğun şəkildə istifadə etməli və o,aşağıdakı 
konkret vəzifələrin həllinə çalışmalıdır:məsafəni cəld qaçmaq,uzağa və ya hündürə 
tullanmaq,aləti mümkün qədər uzağa atmaq.
3.Kütləvi idman növlərindən biri olan yüngül atletika nəzəri biliklər və əməli 
tədbirlərin əsasında ölkəmizdə gün-gündən inkişaf etmişdir.Yüngül atletikanın 
nəzəriyyə və təcrübəsinin təlimini marksist-leninçi idrak nəzəriyyəsi,hərtərəfli 
inkişaf etmiş insan haqqında marksizm –leninizm təlimi vətənimizin böyük 
fizioloqları İ.M.Seçenov və İ.P.Pavlovun ali sinir fəaliyyəti haqqında 
təlimi,pedaqojisi prinsipləri,bədən tərbiyəsi nəzəriyyəsi,eyni zamanda görkəmli 
məşqçi və yüngül atletlərin ümumiləşdirilməiş qabaqcıl təcrübəsi təşkil edir. İdman 
məşqi 
pedaqoji 
proses 
olub,insan 
fiziki 
qabiliyyətlərinin 
hərtərəfli 
inkişafına,idmanın bu və ya digər növündə onun təkmilləşməsinə 
yönəldilmişdir.İdman məşqi ölkəmizdə zəhmətkeşlərin fiziki tərbiyəvi məsələləri 
ilə bağlıdır.İdman məşqi bizim şəraitdə samlamlıq, yüksək məhsuldar əməyə və 
vətənin müdafiəyəsinə hazırlıq məqsədlərini güdür. İdman məşqi ən yüksək 
nəticələr qazanılmasına,qüvvətli,cəsur,dözümlü və bərkimiş vətənpərvərlər 
tərbiyəsinə yönəldilmışdir. Yüksək nəticələri qazanmaq üçün idmançı il boyu,bir 
çox illər ərzində məşq etməlidir.O,istirahət və fiziki hərəkət məşğələlərini düzgün 
növbələşdirməli,bağlamalı,idmanın texnika və taktikasına yiyələnməli,özündə 
qüvvə,davamlılıq,cəldlik,inad və iradə inkişaf etdirməlidir.Məlum olduğu 
üzrə,idmançının fiziki qabiliyyəti əsasən müntəzəm sürətdə icra olunan fiziki 
hərəkətlər vasitəsilə inkişaf edir.Fiziki hərəkətlətin icrası ilə əlaqədər olaraq 
idmançının ali sinif fəaliyyətini təkmilləşir.Bu özünü şax tutmaq (koordinasiya) 
proseslərinin yaxşılaşmasında,eləcə də davamlılıq,cəldlik və qüvvənin artmasına 
da göstərir.


Məşq və yarış zamanı meydana çıxan çətinliklərlə mübarizə prosesində idmançı 
özü də fiziki keyfiyyətlərlə yanaşı,iradi keyfiyyətlər də yəni cürət,inad və s.tərbiyə 
edir.Məşqin qarşısında qoyulan məsələlərin tam həlli üçün yüngül,atletin təkcə 
sevib-seçdiyi idman növü ilə məşğul olması kifayət deyildir.Təcrübə və faktlar 
göstərir ki,qüvvə,davamlılıq,cəldlik və başqa bu kimi keyfiyyətləri tez və yaxşı 
inkişaf etdirmək üçün,idmançı məşq zamanı daha müxtəlif fiziki hərəkətlərdən 
istifadə etməlidir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə