Dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi



Yüklə 179,93 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix14.10.2017
ölçüsü179,93 Kb.
#4642
növüDərs
1   2   3   4   5   6   7

Məzmunun işlənməsi baxımından

Müasir təhsilin əsas məqsədi yüksək mənəvi keyfiyyətlərlə yanaşı,

dünyaya inteqrasiya edən, zamanın tələblərinə cavab verən, yüksək

intellektual səviyyəyə, qlobal dəyərlərə malik, təbiət və cəmiyyət

hadisələrinə obyektiv, real münasibət bəsləyən, hərtərəfli şəxsiyyətlər

yetişdirməkdir. Bu baxımdan, dərslik üçün mətnlər seçilərkən davamlı

inkişaf konsepsiyasına müvafiq olaraq, ətraf mühitə qayğıkeş münasibətin,

təbii sərvətlərdən səmərəli istifadənin, ictimai və milli-mənəvi dəyərlərin

təbliğ olunması kimi məsələlər də hökmən nəzərə alınmalıdır. Dərslikdəki

mətnlər bütün bu məqsədlərin gerçəkləşməsinə münbit zəmin yaratmır.

Buradakı mətnlər daha çox faktoloji, məlumatverici xarakter daşıyır (səh.6,

19, 45, 137, 145, 148, 151, 154 və s.).

Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən

dərslik komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə

Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə göstərilən irad və

təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır. Bununla yanaşı,

dərslikdə müəyyən qüsur və nöqsanlar da vardır. Bunlar aşağıdakılardır:



Məzmunun işlənməsi baxımından

Kurikulum sənədində 8-ci sinif proqramında söz və söz

birləşmələrinin sintaktik vəzifəsinin müəyyən edilməsi, həmcins

üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələrindən istifadə

edilməsi, həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl

edilməsi, sadə cümlənin növlərinin fərqləndirilməsi nəzərə tutulur.

Əsas məqsəd dil hadisələri zəminində şagirdlərin idrak fəaliyyətinin və

ünsiyyət bacarıqlarının inkişafı üçün təcrübi baxımdan əhəmiyyətli

olan dilçilik anlayışları və qaydalarının mənimsənilməsi olmalıdır.

Lakin


dərslik nəzəri xarakterli, bilikyönlü dil qaydaları ilə

yüklənmişdir. Məsələn, heç bir alt standartın tələblərinə uyğun

gəlməyən sintaktik əlaqələrlə bağlı ayrıca bölmə (səh.28-49), qeyri-

həmcins təyinlərlə bağlı şərhlər (səh.109) verilir.




Məzmunun işlənməsi baxımından

Ümumtəhsil məktəbləri üçün Azərbaycan dili üzrə təhsil

proqramına əsasən ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə

şagird


dil vahidlərindən istifadə etməklə müxtəlif tipli (nəqli,

təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) mətnlər qurmalı,

onları təkmilləşdirməlidir. Lakin dərslikdə bu təlimata uyğun

gəlməyən qəzet, kompleks lüğət hazırlamaq, məqalə, ssenari

yazmaq kimi tapşırıqlara yer verilir (səh. 32, 87 və s.). Yeni təhsil

proqramına görə isə müxtəlif üslublu mətnlər qurmaq tam orta

təhsil səviyyəsi (X-XI siniflər) üçün nəzərdə tutulmuşdur.



Məzmunun işlənməsi baxımından

Yeni təhsil proqramında ana dilinin tədrisi prosesində, ilk

növbədə, dilin düşünmə, öyrənmə və danışma vasitəsi kimi dərk

olunması tələb edilir. Deməli, əvvəlcə düşünmə, öyrənmə, daha

sonra tətbiqetmə, ünsiyyət prosesi gerçəkləşdirilməlidir. Bu

baxımdan, hər bir bölmənin dialoqla başlaması metodiki

baxımdan doğru deyil. Dialoqlar təbiilikdən uzaqdır, bədii

məzmun və dəyər daşımır, sönük və cansıxıcıdır, çox vaxt

faktoloji xarakter daşıyır. Onlara konkret olaraq dərs saatı

ayrılmış (bəzən 2, bəzən 3 saat), bəzi alt standartların

reallaşdırılmasının bu dialoqlar üzrə aparılması nəzərdə

tutulmuşdur. Lakin qarşıya qoyulan məqsədə yetişməkdə bu

mətnlərin heç bir əsaslı rolu yoxdur. Dialoqlar başqa mətnlərlə

əvəz edilsə, daha yaxşı olar.




Məzmunun işlənməsi baxımından

Mətnlərdə müasirlik azdır. V bölmədə “Əhvalpürsanlıq”,



“Yalançı Xortdan” mətnlərinin əvəzinə, müasir informasiya və

kommunikasiya məsələlərinə aid mətnlər verilsə, çağdaş nəslin

formalaşmasına daha müsbət təsir etmiş olar. “Yaxşılıq itmir”

(səh.13) mətninin adı mətnin mahiyyətinə, ideyasına uyğun deyil.

Maarif və mədəniyyətin tarixi ilə bağlı mətnlərə geniş yer

verilsə də, bu mətnlər daha çox faktoloji məlumat xarakterlidir,

ictimai və mənəvi dəyərlər formalaşdırmaq səviyyəsi yetərli deyil.

Habelə ətraf mühitə qayğıkeş münasibət, təbii sərvətlərdən faydalı və

səmərəli istifadəni təbliğ edən mətnlərə də, demək olar ki, rast

gəlinmir.




Məzmunun işlənməsi baxımından

Məzmun


standartlarının

reallaşdırılması

vasitələrinin

səviyyəsi qənaətbəxş deyil:





Dinləyib-anlama və danışma



,



Oxu



,



Yazı

məzmun


xətləri və onlara aid əsas və alt standartlar yetərli şəkildə

reallaşdırılmamışdır.





Dil qaydaları

məzmun xətti və ona aid olan

əsas və alt standartlar reallaşdırılmış sayıla bilər. Lakin dil qaydaları

yenə ənənəvi dərsliklərdə olduğu kimi, demək olar ki, akademik

səviyyədə öyrədilir. Məsələn, alt standartlarda nəzərdə tutulmadığı

halda, sintaktik əlaqə və onun növləri də dərsliyə daxil edilmişdir. Dil

qaydaları ilə bağlı tapşırıq və çalışmalar da böyük üstünlük təşkil edir

ki, bu da onunla digər məzmun xətləri arasında bərabərliyin böyük

ölçüdə pozulmasına gətirib çıxarır.



Yüklə 179,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə