Dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi



Yüklə 179,93 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix14.10.2017
ölçüsü179,93 Kb.
#4642
növüDərs
1   2   3   4   5   6   7

Məzmunun işlənməsi baxımından

1.1.1. (Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə özünün

fikir və mülahizələrini dəqiqləşdirir) alt standartı (MMV, səh.42) “Bəxt,

ağıl və zəhmət” mövzusunun 1-ci dərsi üçün nəzərdə tutulsa da,

reallaşdırılma vasitələri düzgün seçilməmişdir. Bu alt standart dinləmə

mətni üzrə aparılan işdə reallaşa bilər. Dinləmə mətni isə motivasiya üçün

nəzərdə tutulmuşdur. Mətnin həcmi motivasiya mərhələsinə uyğun

olmamaqla yanaşı, alt standartın reallaşdırılması da bu prosesdə mümkün

deyil. Həmçinin tövsiyələrdən məlum olur ki, “sonra müəllim şagirdlərə



əsas fikrin müəyyən edilməsi məqsədilə suallar tərtib etməyi tapşıra

da bilər” (MMV, səh.43) yazılarkən dinləmə mətni üzrə iş deyil,

dərslikdəki oxu mətni üzrə iş nəzərdə tutulur. Bu isə alt standartın

reallaşdırılmasına xidmət edə bilməz. Mövzunun tədrisində digər bir

yanlışlıq mətndaxili tapşırıqların yerinə yetirilməsinin məzmun üzrə işdən

və əsas fikrin tapılmasından sonraya saxlanılmasıdır. Hətta mətndaxili

tapşırıqların həyata keçirilməsi dinləmə mətni ilə oxu mətninin məzmun

və ideya baxımından müqayisəsindən sonraya saxlanılır. Əgər şagird

mətnin məzmununu mənimsəməyibsə, bu işləri həyata keçirə bilməz.

Beləliklə, mövzunun tədrisində idrak taksonomiyalarının mərhələlərindən

irəli gələn ardıcıllıq pozulmuşdur.




Məzmunun işlənməsi baxımından

3.1.3. (Mətnin hissələri, abzaslar və cümlələr arasında

əlaqəni gözləməklə yazıya düzəlişlər edir) (MMV, səh.26) alt

standartının reallaşdırılması üçün dərslikdə verilmiş 13-cü tapşırıq



(“Lüğətin köməyi ilə mətndə bütün hərfləri böyük yazılmış

ifadələrin

düzgün yazılışını müəyyənləşdirin”) (səh.12) alt

standartın tələbini ödəmir. Alt standartın tələbi mürəkkəb adların

orfoqrafiyasına edilən düzəlişlərlə reallaşdırıla bilməz.

“Bəxt, ağıl və zəhmət” mövzusunda verilmiş 3.1.3. alt

standartının (MMV, səh.42) reallaşdırılması üçün dərslikdə

nəzərdə tutulmuş tapşırıq (“Səfanın cavabını müəyyənləşdirmək

üçün çərçivədə verilmiş sözləri ardıcıl düzmək lazımdır”)

(səh.26) alt standartın tələbi üçün çox bəsitdir. Mətnə yazılı

əlavəni şagird özü düşünməlidir. Hazır sözlərdən mətnin özü

verilməsə belə, həmin cümləni qurmaq mümkündür.




Məzmunun işlənməsi baxımından

Ana dili fənninin xarakterinə, məzmun standartlarının

mahiyyətinə uyğun gəlməyən, hətta bəziləri mücərrəd xarakter

daşıyan standart suallar dərslikdə təkrar olunur, məsələn:



“...mətndəki əsas fikri müəyyənləşdirin...” (səh. 76, 80), “Bu

mətn əvvəlki mətnlərdən nə ilə fərqlənir?” (səh. 91, 115, 118),

“Mətn üzərində iş aparmaq üçün hansı sual və tapşırıqlardan

istifadə edərdiniz?” (səh.138), “Mətn əsasında dialoq qurun.

Müşahidə aparın. Bu zaman nədən istifadə etmədiniz?”

(səh.146), “...dialoq qurun...” (səh. 23, 46, 91, 152, 155).

Mətndəki əsas fikri müəyyən etməklə bağlı suallar bir çox

hallarda əvvəldə, yəni 1-ci və ya 2-ci tapşırıqlarda verilir (səh. 17,

34, 59, 76, 80). Bu, pedaqoji baxımdan da doğru deyil. Bəllidir ki,

ideyanın düzgün müəyyənləşdirilməsi mətn üzərində müəyyən iş

aparıldıqdan sonra mümkündür.



Məzmunun işlənməsi baxımından

Səhifə 62. Sultan Mahmudla bağlı mətn yanlış təəssürat

yaradır: “Həqiqətən, Allah ona kömək etmiş və Sultan



Mahmud böyük qələbə qazanaraq çox dəyərli qənimətlərə

sahib olmuşdur”. Burada Allahın Mahmud Qəznəviyə kömək

etməsi fakt kimi irəli sürülür, halbuki bu fakt deyil, hadisələrə

münasibətdən doğan fikirdir. Mətn dünyəvilik prinsipinə ziddir.

Əsər didaktik baxımdan da məqsədəuyğun deyil. Sultan

Mahmudun öz şöhrəti üçün bir xalqı soyub əldə etdiyi qəniməti

Allah qorxusundan digər xalqın kasıb-kusubuna paylaması heç

də örnək olacaq hərəkət deyil. Bu baxımdan Allaha verdiyi söz və

o sözün yerinə yetirilməsində ideal heç nə yoxdur.




Məzmunun işlənməsi baxımından

Həmin mətndə deyilir: “...Əgər



Allaha bir daha işiniz düşməyəcəksə,

vəzirlərinizin,

komandanlarınızın

dediyini edin! Lakin Allaha yenidən

dua

edib

nə isə istəyəcəksinizsə,

nəzirinizi yerinə yetirin, qənimətləri

yoxsullara paylayın”. Bu hissədəki

fikir şagirdi mənəvi bağları təmənna

əsasında qurmağa təşviq edir, sanki

Allaha rüşvət” deyimini yada salır.

Verilən vədə əməl edilməsi ideyası

başqa mətn vasitəsilə çatdırılsa, daha

məqsədəuyğun olar.



Məzmunun işlənməsi baxımından

Səhifə

93.

“Sədaqətli

dost”

mətni


şagirdlərə artıq 5-ci sinif

“Azərbaycan

dili”

dərsliyindən tanışdır. 5-ci

sinif dərsliyində bu mətn

“Bilirdim ki, gələcəksən”

adı ilə təqdim olunmuşdur.

Bu dərslikdə mətnin adı və

forması


bir

qədər


dəyişdirilsə

də,


13-cü

çalışmada mətnin adı 5-ci

sinif

dərsliyindəki



kimi

“Bilirdim,

gələcəksən”

şəklində verilmişdir.




Yüklə 179,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə