Dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi



Yüklə 179,93 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix14.10.2017
ölçüsü179,93 Kb.
#4642
növüDərs
1   2   3   4   5   6   7

Məzmunun işlənməsi baxımından

Səhifə 126. Tədris materiallarının real həyatla əlaqəli və müqayisəli şəkildə təqdim

olunması standartlardan irəli gələn tələbdirDərslikdə ədəbi dil normasının

pozulmasını müşahidə etmək məqsədilə birincidə jarqon və vulqar ifadələrlə zəngin,

ikincidə isə ədəbi dil normalarının gözlənildiyi iki variantlı dialoq müqayisəli şəkildə

təqdim olunmuşdur. Lakin dialoq qoyulmuş məqsədə çatmaq baxımından uğurlu

deyil. Əvvəla, məhz belə informasiyalar (burada konkret olaraq, jarqon, daha çox da

tin-küçə dili) təlim-tərbiyə prosesində insan şəxsiyyətinin inkişaf qanunauyğunluq-

larına ziddir. Belə ki, jarqonlardan bol istifadə ədəbi dil normasının ciddi və kobud

şəkildə pozulması faktıdır. Əslində, şagirdlərin çox hissəsi, xüsusən də əyalətlərdə

yaşayan şagirdlər bu tip danışıq forması ilə tanış deyil. Bu danışıq formasının təlim

prosesində təqdim edilməsi şagirdi ondan uzaqlaşdırmaqdan daha çox onları belə

ifadələrlə tanış edir, hətta belə ifadələrin (“alə, dibil, brat, karoçi, qırıl” və s.) daha

çox işlənməsinə şərait yaradır. Artıq psixolinqvistikada təsbit olunub ki, jarqon

leksikasının özünün ekspressivliyi onların ədəbi dil normaları ilə ciddi bağlı olmayan

ümumxalq danışıq-məişət leksikasına keçməsi üçün imkan yaradır (İ.B. Qolub). Bu

cür mətnlərlə şagirdlərə, xüsusən mənfi vərdişlərə meyilli olanlara özümüzdən asılı

olmayaraq, şüuraltı siqnallar göndərməklə jarqonların yayılmasına səbəb oluruq.

Buna görə də dərsliklərdə ədəbi dillə danışıq-məişət leksikasının müqayisəsi

verilərkən bu məsələyə xüsusi diqqətlə, həssaslıqla yanaşılmalıdır. Yaxşı olardı ki, bu

cür mətnlər dialekt-şivə leksikası ilə ədəbi dil leksikasının müqayisəsi üzərində

qurulsun.



Məzmunun işlənməsi baxımından

Mətndə didaktik, pedaqoji tələblər də nəzərə alınmayıb. Mətnin

məzmunundan aydın olur ki, şagirdi valideynləri zorakılıqla təhsil

almağa göndərir. “Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu,



oxu ... Lap adamı təkərə salırlar eyy ...”. Bu situasiya şagirdin

istirahət vaxtının əlindən alınmasına dəlalət edən, xoşbəxt və bütöv

şəxsiyyət kimi formalaşmasına əngəl yaradan bir hal kimi nəzərə

çarpır. Unutmayaq ki, şagird biliklərə yiyələnməklə yanaşı,

ləyaqətini dərk edən, özünə inam və hörmət hissi olan bir şəxsiyyət

və vətəndaş kimi formalaşmalıdır. Belə bir sual yaranır: Axşam

şagird niyə dostları ilə görüşüb şəhəri gəzə bilmir? Əsl məsələ də

bundadır.




Dil və yazı üslubu baxımından

Dərslikdə söz ehtiyatını artıracaq nümunələr çox olsa da,

yeni söz və terminlərin izahı MMV və lüğətdə öz əksini tapmır.

Dərslik komplektində izahlı lüğətin olmaması dərsliyin ən qüsurlu

cəhətlərindəndir. Habelə şagirdlər üçün nəzərdə tutulan lüğətlərdə

dərslikdə verilən çətin sözlərin əksəriyyətinin izahı yoxdur.

Dərslik boyu orfoqrafik və üslubi qaydaların pozulması halları var.

Səhifə

26.

4-cü


tapşırıqda

dilimizdə

işlənməyən,

ümumişlək xüsusiyyətini itirən sözlərin (“kolxoz”, “briqadir”)

mənşəyinin araşdırılması tələb olunur. Ümumiyyətlə, dərslikdə

müasir dövrlə bağlı mətnlərin azlığı ətraf aləmin dərk edilməsində

mühüm əhəmiyyət kəsb edən yeni sözlərin də istisnalıq təşkil

etməsinə səbəb olmuşdur. Bu da tələbyönlük prinsipinə ziddir.




Dil və yazı üslubu baxımından

Səhifə 125. Tapşırıq mətni kimi verilən “Bakıda yeni üsul

ilə çöp çıxardan arvad əmələ gəlmişdir. Südəmər uşağın

boğazından şaftalı, balıq gəmiyi, buynuz parçasını asan qayda

ilə çıxarır” mətnli elan, çağdaş işgüzar sənəd nümunəsi ilə əvəz

edilsə, daha məqsədəuyğun olar. Müasir mətnlərə üstünlük

verilməsi həm də şagirdlərin söz ehtiyatını zənginləşdirən amil

kimi əhəmiyyətlidir.




Dizayn və bədii tərtibat baxımından

Dərslikdə vahid dizayn qismən gözlənilmiş, tədris

vahidləri bir-birindən rənglərlə fərqləndirilmişdir. Dərslikdə

olan rəsm və illüstrasiyalar, əsasən, orijinaldır. Lakin rəsm,

illüstrasiya

dizayn



bəzən

məzmunun


səmərəli

mənimsənilməsinə köməklik göstərmir. Məsələn, müxtəlif

tipli çalışmalar hamısı eyni dizayn və eyni rəngdə verilib.

Verilən şəkillərin isə mətnə uyğunluğu və həcm nisbəti

gözlənilməmişdir.



Dizayn və bədii tərtibat baxımından

Səhifə 75. Verilmiş illüstrasiya

(uşağın bataqlıqda boğulmasının

təsviri)

məktəbyaşlı

uşaqların

psixologiyasına mənfi təsir edə

bilər.

Mətndəki


pozitiv

hadisələrdən biri canlandırılsa,

daha yaxşı olar. Məsələn, uşağın

fermerə


təşəkkürü,

yaxud


fermerlə

Randolf


Çörçilin

qarşılaşma səhnəsi və s.




Tapşırıqların elmi-metodiki uyğunluğu 

baxımından

Tapşırıq və çalışmalarda yaş səviyyəsinə uyğunluq qismən

gözlənilmişdir. Tapşırıqlarda rəngarənglik, xüsusən də, yaradıcılıq çox

azdır. Belə ki, çalışmaların əksəriyyəti hazır mətnlər və cümlələr üzrə

gerçəkləşdirilir ki, bu da şagirdlərdə müstəqil və yaradıcı iş

qabiliyyətini inkişaf etdirmir. Nəzəri məlumatlarla praktik tapşırıqlar

arasında mütənasiblik, əsasən, gözlənilmişdir. Düşündürücü-məntiqi

tipli çalışmalar azlıq təşkil edir. Dil qaydaları ilə bağlı çalışmalar

eynitiplidir, bu və ya digər formada bir-birinin təkrarıdır.

Səhifə 12. 15-ci çalışma dərsdəki təlim nəticələrinin heç birinə

uyğun deyil. Eyni zamanda, “Xalqın tarixində əhəmiyyətli rol



oynamış ziyalılarımızı tanıyırıqmı?” cümləsində “tanıyırıqmı” sözü

üslubi cəhətdən qüsurludur.




Yüklə 179,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə