Dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi


“Müəllim üçün metodik vəsait”in (MMV-nin)



Yüklə 179,93 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix14.10.2017
ölçüsü179,93 Kb.
#4642
növüDərs
1   2   3   4   5   6   7

“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Motivasiya mərhələsi bir çox hallarda fəal təlim prinsiplərinə və bu

mərhələnin mahiyyətinə uyğun deyil. Səhifə 33-də motivasiya mərhələsində

müəllim frontal sorğu keçirir (ənənəvi metod), sorğudan əldə olunan nəticə

müəllim tərəfindən ümumiləşdirilir, ismi birləşmələrin növləri haqqında

məlumat verilir. Bu cür motivasiya başqa dərslərdə də təkrar olunur.

MMV-də bir çox hallarda məzmun standartlarından çıxarılan təlim

nəticələri standartın tələbinə uyğun gəlmir, məqsəd və vəzifələri tam ehtiva

etmir, habelə elmi-metodik baxımdan yanlışdır.

Dinləyib-anlama və danışma məzmun xətti danışanı dinləyə bilmək,

onun fikrinə münasibət bildirmək, fikrini inandırıcı şəkildə təqdim etmək,

dinlənilmiş mətndəki informasiyanı çevik qəbul edib onun əsasında aydın və

dəqiq mühakimə yürütmək, qoyulmuş məqsədə və auditoriyanın səviyyəsinə

müvafiq


məntiqli, rabitəli və inandırıcı çıxışlar etmək bacarıqlarının

formalaşdırılmasını təmin etməlidir. Lakin vəsaitdə bu məzmun xəttinin 1.1.

(Dinlədiyi fikri anladığını nümayiş etdirir) əsas standartının və ona müvafiq alt

standartların dinləmə ilə bağlı deyil, oxu materialları əsasında reallaşdırılması

nəzərdə tutulur.



“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

1.1.1. (Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə

özünün fikir və mülahizələri dəqiqləşdirir) alt standartı şagirdin

dinlədiyi fakt və hadisələr barədə özünün fikir və mülahizələrini



suallar verməklə dəqiqləşdirməsini tələb edir. Lakin MMV-də bu alt

standartdan çıxarılan təlim nəticələri alt standartın tələbinə uyğun

deyil: “Dinlədiyi fikirlər barədə mülahizələrini dəqiqləşdirir”

(səh.36,40), “Mətndəki əsas faktları seçir və münasibət bildirir”

(səh.108), “Mətndəki faktlar haqqında fikirləri dəqiqləşdirir”

(səh.115), “Mətndəki əsas faktları seçir və mülahizələrini



dəqiqləşdirir”

(səh.130,132),

Dinlədiyi

hadisə

haqqında

mülahizələrini dəqiqləşdirir” (səh.136).



“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

1.1.2.

(Dinlədiyi



fikrin

məntiqiliyini

əsaslandırır) alt

standartından çıxarılan təlim nəticələri bir çox hallarda standartın

tələbinə uyğun gəlmir: “Mətni məntiqə əsaslanaraq abzaslara

bölür” (səh.24), “Dil haqqında fikirlərini əsaslandırır” (səh.31),

“Fikrini əsaslandırır” (səh.72, 78, 79, 95...), “Mövzu ilə bağlı

fikirlərini əsaslandırır” (səh.44). Bu təlim nəticələrini konkret

mövzu üzrə reallaşdırmaqla bağlı müəllimə heç bir tövsiyə verilmir.

Təlim nəticələri çıxarılarkən çox zaman alt standartın özü bəsit

şəkildə təkrar edilir, bəzən də bir alt standartdan çıxarılan təlim

nəticəsi başqa bir alt standartın tələbini əks etdirir.



“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

1.2.1. (Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir) alt

standartının tələbi auditoriyanın səviyyəsinə uyğun ifadə forması

seçməkdir. Bu alt standartın təlim nəticələri çox zaman standarta ya

uyğun gəlmir, ya da standartda tələb olunan bacarığı konkretləşdirmir:



“Fikirlərini yoldaşlarının qəbul edəcəyi formada çatdırır” (səh.20),

“Mətndəki əsas fikri yoldaşlarının anlaya biləcəyi formada nəql

edir” (səh.28), “Sinif yoldaşlarının səviyyəsinə uyğun fikrini izah

edir” (səh.42) “Mətni şagirdlərin başa düşəcəyi şəkildə nəql edir”

(səh.48), “Fikirlərini çatdırmaq üçün uyğun ifadə forması seçir”

(səh.115), “Dialoqu birinci şəxsin dilindən danışır” (səh.142), “Mətni

dialoq şəklində danışır” (səh.150) və s.

1.2.4.

(Müzakirələrdə



deyilmiş müxtəlif mövqeli fikirləri

ümumiləşdirir) alt

standartından çıxarılan təlim nəticələri standartın

tələbini tam şəkildə özündə əks etdirmir, mövzu üzrə konkretləşmir:

“Söylənilən fikirləri ümumiləşdirir” (səh.28, 38, 56, 73), “Deyilən

fikirləri ümumiləşdirir” (səh.58), “Nəticə çıxarmaq üçün fikirləri

ümumiləşdirir”

(səh.62),



“Sinif

yoldaşlarının

fikirlərini

ümumiləşdirir” (səh.72).


“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

2.1.1. (Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq

qarşılığı tapmaqla şərh edir) alt standartından çıxarılan təlim nəticələri

“Yeni sözlərin mənasını tapır” (səh.24), “Sözlərin mənasını

dəqiqləşdirir” (səh.42) alt standartın mahiyyətinə uyğun deyil.

8-ci sinifdə 2.1.2. (Həqiqi və məcazi mənalı söz və ifadələrin



mənasını nümunələrlə şərh edir) alt standartının məqsədi həqiqi və

məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə şərh etmək

bacarıq və vərdişini formalaşdırmağı nəzərdə tutduğu halda, metodik

vəsaitdə bu məqsədə xidmət etməyən təlim nəticələri verilir. Məsələn,



“Sözlərin mənasını şərh edir” (səh.139), “Sözlərin mənasını

aydınlaşdırır” (səh.92, 142), “Söz və ifadələrin mənasını

aydınlaşdırır” (səh.150) və s. kimi təlim nəticələri alt standartı

konkretləşdirmək, xüsusiləşdirmək, dəqiqləşdirmək əvəzinə onu daha

ümumi şəkildə təkrar edir.



“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

8-ci sinif səviyyəsi üçün nəzərdə tutulmuş söz sırasını,

cümlələr və abzaslar arasında əlaqəni gözləməklə mətnin oxunmasına

dair bacarıqların yaradılması və inkişaf etdirilməsi kimi önəmli

məqsədə xidmət edən 2.2.1. (Söz sırasını, cümlələr və abzaslar

arasında əlaqəni gözləməklə mətni oxuyur) alt standartının təlim

nəticələri bir çox hallarda təhrif edilir və yaxud alt standarta qismən

uyğun verilir. Məsələn, alt standart oxu prosesində reallaşmalı olduğu

halda, MMV-də təlim nəticəsi belə verilir: “Abzaslar arasında



əlaqəni şərh etməklə mətnin məzmununu danışır” (səh.34),

“Mətndə abzasları müəyyən edir” (səh.79), “Mətni düzgün

oxuyur” (səh.92), “Mətni hissələrə bölüb adlandırır” (səh.88),

“Abzasları müəyyən edir” (səh.148), “Mətni abzaslara ayırır”

(səh.150).

Təlim

nəticələrindəki



yanlışlıq

alt


standartların

reallaşdırılmasına da imkan yaratmır.




“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Beləliklə,

MMV-də

fənn


kurikulumunun

tələblərinin

reallaşma mexanizmlərinin şərhi və əsaslandırılması qənaətbəxş

sayıla bilməz. Burada vahidlik prinsipi gözlənilməyib: əksər

mövzuların hər dərsi üçün ayrıca bir saat, bəzisi üçün iki saat, bəzisi

üçün üç saat nəzərdə tutulur. 3-cü kiçik summativ qiymətləndirmənin

(KSQ) vaxtı tələb olunan normadan gec müəyyənləşdirilmişdir

(MMV, səh.10-11). 3-cü bölməyə aid KSQ 2 dəfə aparılır.

Ümumiyyətlə, 2-ci ilə 3-cü KSQ arasında 22 saat vaxt fərqi var. 3-cü

və 4-cü KSQ-lər arasında isə bu fərq 10 saatdır. “Ümumi təhsil

məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair

müvəqqəti təlimat”a görə bunlar yolverilməzdir.

İllik planlaşdırmada resurslar bütün dərslər üçün tamamilə

eyni mənbələrdir: dərslik və lüğət, bunlara aid dərs icmallarında isə

nisbətən fərqlidir.



“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Nailiyyət səviyyələri üzrə qiymətləndirmə rubrikalarında bəzi

qiymətləndirmə meyarları düzgün deyil və ya göstərilən səviyyəyə

uyğun deyil. Qiymətləndirmə rubrikalarında 1-ci səviyyə üçün

verilən meyarlarda bəzi ifadələr müasir təlim prinsiplərinə ziddir.

Bəllidir ki, 1-ci səviyyə üçün feilin inkar formasında işlədilməsi,

məsələn: “Deyilən fikirləri ümumiləşdirə bilmir” (səh.61), “Söz və

söz birləşmələri arasındakı sintaktik əlaqəni müəyyənləşdirə

bilmir” (səh.61) və s. pedaqoji baxımdan məqbul hesab edilmir.

Ümumiyyətlə, qiymətləndirmə meyarları: mülahizə irəli sürmür,

fikrini məntiqi cəhətdən əsaslandırmağı bacarmır, cümlənin növlərini

fərqləndirməyi bacarmır, yaza bilmir, ...əlavələr edə bilmir,

...müəyyən edə bilmir – metodik cəhətdən doğru deyil. Belə ki,

müasir təlimin məqsədi biliklərlə yanaşı, müəyyən bacarıq və

vərdişləri formalaşdırmaqdır. Şagird adi bir bacarığa yiyələnməyibsə,

deməli, bütövlükdə dərs uğursuz olub.




“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Səhifə 32. Dərsdə 4 alt standartın reallaşdırılması nəzərdə

tutulsa da, “Qiymətləndirmə” rubrikasında 3 alt standartın

qiymətləndirilməsi verilmişdir.

Səhifə 24. M.Kazımbəy haqqındakı dinləmə mətni ilə əsas

mövzuya keçid uğursuz alınır. Eyni dərsdə həm dərslikdəki mətn,

həm də dinləmə mətni üzərində iş təşkil olunmalı (dinləmə mətni

kifayət qədər mürəkkəbdir) və müxtəlif tapşırıqlar (1-9) yerinə

yetirilməlidir.

Səhifə 26. 3.1.3. (Mətnin hissələri, abzaslar və cümlələr

arasında əlaqəni gözləməklə yazıya düzəlişlər edir) alt standartının

təlim nəticəsi (“Mətndəki mürəkkəb adlara düzəliş edir”)

standarta uyğun deyil. Belə ki, bu alt standart mətndəki mürəkkəb

adlara deyil, mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni

gözləməklə yazıya düzəliş edilməsini tələb edir.



“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Səhifə 36. Buradakı icmal “Mədinə xanım Qiyasbəyli”

mətninin üzərində işin davamı kimi nəzərdə tutulduğu halda, bu

mətn üzərində heç bir əməliyyat aparılmır. Gah motivasiya kimi

hər hansı bədii mətn, gah çalışma kimi bədii mətn, gah da digər

çalışma kimi (10-cu tapşırıq) başqa bir mətn təqdim olunur.

Dərsin resurslarında şifahi nitqi müşahidə cədvəli verilir, lakin bu

resursdan istifadə barədə heç bir tövsiyə verilmir.

Burada qiymətləndirmə meyarlarında da ciddi pedaqoji

yanlışlıqlar var: I səviyyə – “Esseni müstəqil yazmağı

bacarmır”“Söz birləşmələrinin növünü müəyyənləşdirə

bilmir”; II səviyyə – “Essenin xarakterini müəyyənləşdirə

bilmir”; III səviyyə – “Söz birləşmələrinin növünü müəllimin

köməyi ilə müəyyənləşdirə bilir”.



“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Səhifə 46. KSQ № 1-də 2-ci və 4-cü suallar eyni

mahiyyətlidir.

5-ci tapşırıq 8-ci sinif üçün nəzərdə tutulmuş şagird

nailiyyətlərinin qiymətləndirilməsi üçün bəsit tapşırıqdır. Belə ki,

mətnin məzmunu ilə bağlı olan “Şah nə üçün köpək saxlayırdı?”

sualının cavabı mətndə açıq şəkildə mövcuddur.

Burada 10 sualdan 9-u test tapşırığıdır. 3-cü tapşırığın D

bəndində belə olmalıdır: “...qoruya bilsin”.



Səhifə 48. 6 alt standart və təlim nəticəsi verilsə də,

qiymətləndirmədə 5-i öz əksini tapmışdır.



Səhifə 50. 4.1.2. (Söz və söz birləşmələrinin sintaktik

vəzifəsini müəyyən edir) alt standartı ilə ondan çıxarılan təlim nəticəsi

(“Söz və söz birləşmələri arasındakı əlaqələri müəyyən edir”)

uyğun deyil.



“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Səhifə 53. Mürəkkəb adların yazılışı ilə bağlı 3 cümlə verilir:

“1. “Leyli və Məcnun” operasına baxdım. 2. “Leyli və Məcnun”a

baxdım. 3. “Leyli və Məcnuna” baxdım”. Bunlardan ikincisinin

doğru olduğu vurğulanır. Doğrudur, məqsəd dırnaq içərisində yazılan

mürəkkəb adlara artırılan şəkilçinin yazılış qaydasının öyrədilməsidir,

lakin 1-ci cümlədə də mürəkkəb ad düzgün yazılmışdır.

Dərs müasir təlim texnologiyaları baxımından da qüsurludur,

dərsin mərhələləri bir-birindən fərqləndirilməmişdir.



Səhifə 57. Dərslikdə səhifə 35-də 12-ci və 13-cü tapşırıqların

şagirdlərdə tənqidi təfəkkürün inkişafına xidmət etməsi deyilir. Lakin

bu tapşırıqlar – söz birləşmələrini seçmək, uzlaşma əlaqəsini

müəyyənləşdirmək, uzlaşma əlaqəsində olan sözləri qruplaşdırmaq -

nəzərdə tutulmuş məqsədə xidmət etmir.



“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Səhifə 66. Qrup işində 3-cü qrupun tapşırığı, metodik baxımdan

uğursuzdur. Belə ki, 1-ci qrup faktlar seçməli, 2-ci qrup suallar

hazırlamalı, 3-cü qrup isə suallara cavab hazırlamalı (belə çıxır ki,

suallar hazır olanadək 3-cü qrup passiv vəziyyətdə qalır), 4-cü qrup

mətnin leksikası üzərində iş aparmalıdır. Müxtəlif əməliyyatlardan

sonra dialoq tərtib edilməli, sonra da müxtəlif qrammatik tapşırıqlar icra

edilməlidir. Belə dərs müasir təlim prinsiplərinə cavab vermir.

Burada qiymətləndirmə rubrikasında də nöqsan var. 3-cü meyar

pedaqoji baxımdan qüsurlu olmaqla yanaşı, III və IV səviyyələr üçün

eynidir: “Mətn əsasında sualları asanlıqla tərtib edir”.



Səhifə 69. II bölmə üçün müəyyənləşdirilmiş KSQ-də 7-ci

tapşırıq, demək olar ki, 6-cı tapşırığın təkrarıdır.

14-cü test tapşırığında sonuncu cümlədə hansı əlaqənin

olmadığını müəyyənləşdirmək tapşırılır, lakin sözü gedən cümlədə

sintaktik əlaqənin bütün növləri var.



“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Səhifə 74. 4-cü səviyyədə müvafiq qiymətləndirmə meyarı

qüsurludur:



“Mətndəki

məna

əlaqəsini

izah

edərkən

müəyyənləşdirir və oxuyur”.

Səhifə

77.

“Səhəng

xidmətçiyə



dedi?”

sualı


proqnozlaşdırma üçün məqsədəuyğun deyil.

Səhifə 85. Dərslikdəki 5-ci tapşırığın həm qrup işi kimi tətbiq

olunması, həm də yaradıcı tətbiqetmə - ev tapşırığı kimi verilməsi

tövsiyə olunur. Eyni zamanda tapşırığın xarakterinə uyğun gəlməyən

sərbəst yazı üsulu təklif olunur.



Səhifə 89. Tədqiqat sualı məqsədəuyğun deyil: “Zərflik nəyə

deyilir, nə ilə ifadə olunur?”

Səhifə 91. Motivasiya mərhələsində tədris olunacaq mövzu

ilə bağlı 9-cu tapşırığın icrasının verilməsi məqsədəuyğun deyil.




“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Səhifə 94. Dərs üçün nəzərdə tutulmuş 4 alt

standartdan

3-nün

təlim


nəticəsi

yanlışdır:



1.2.1.

(Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir) –



“Fikrini anlaşıqlı şəkildə ifadə edir”3.1.1. (Mövzuya uyğun

müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır) və

3.1.3. (Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni

gözləməklə yazıya düzəlişlər edir) (iki alt standartdan bir təlim

nəticəsi çıxarılıb) – “Abzaslar və cümlələr arasında əlaqəni



gözləməklə şəhidlər haqqında yazı yazır”.


“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Səhifə

95.

Dinləmə


mətninin 2-ci abzasındakı 2-ci

cümlə


(“Başına

fəlakətlər

gələcəyini duyub çox peşman

olur və hər gün Allaha dua edir

ki, kaş ki Mövlana yanımda

olub mənə kömək edə idi”)

qüsurludur

dünyəvilik



prinsipinə ziddir.

Səhifə 97. Təklif edilən

variant (frontal sorğu) motivasiya

üçün əlverişli deyil. Verilən 2-ci

mətn yarımçıq olduğu üçün fikir

aydın olmur.



“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Səhifə 99. Dərslikdə səhifə 91-dəki 6-cı tapşırığın həm

motivasiya, həm də tədqiqatın aparılması mərhələlərinin icra edilməsi

üçün nəzərdə tutulması metodik baxımdan məqbul deyil. 6-cı tapşırıq

yalnız tədqiqat xarakterlidir.



Səhifə 104. KSQ №3-də 1-ci sualın əvvəldə verilməsi

məqsədəuyğun deyil, çünki mətn bərpa olunduqdan sonra ona uyğun

başlıq seçilə bilər.

4-cü


test

tapşırığı əhəmiyyətsizdir, heç bir bacarığın

yoxlanmasına xidmət edə bilməz. 9-cu sualdakı cümlədə norma

pozuntusu, üslub səhvi var: “Həyətdəki toyuq birdən-birə acıqlı



səslə qaqqıldadı”.


“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

12-ci test tapşırığında şühudi keçmiş zamanda işlənən feillə

ifadə olunan xəbərin verildiyi bəndin müəyyənləşdirilməsi tələb

edilir. A, C, D, E bəndlərinin hər biri düzgün cavabdır. Bundan başqa,

5-ci-7-ci sinif ana dili proqramlarında keçmiş zaman tədris olunarkən

şühudi keçmiş zaman şəkilçisi” termininin verilmədiyi və tədris

olunmadığı

halda


(ümumiyyətlə,

hal-hazırda

ümumtəhsil

məktəblərində istifadədə olan “Azərbaycan dili” dərsliyində feilin

zamana görə dəyişməsi tədris olunarkən zaman şəkilçilərinin şühudi

və nəqli keçmiş, qəti və qeyri-qəti gələcək zaman bölgüsü verilmir)

(“Azərbaycan dili”, 5-ci sinif üçün dərslik. Bakı: Altun Kitab, 2012,

səh.137.), belə bilik və bacarığın yoxlanaraq qiymətləndirilməsi də

doğru deyil.



“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Səhifə 112. Mətnin oxusu təşkil olunmadan, (“Hüseynqulu

Sarabskinin

xatirələri”) müqayisəsinin aparılması tapşırılır.

Yalnız bundan sonra mətnin oxunması tövsiyə olunur.



Səhifə 153-154. KSQ №7-də 3-cü sualda “Abzasları

müəyyənləşdirin” deyil, “Buraxılmış abzasları müəyyənləşdirin

yazılması daha məqsədəuyğundur.

6-cı və 7-ci test tapşırıqlarının cavabı tapılarkən 8-ci test

tapşırığının cavabı da mexaniki şəkildə əldə olunur. 14-cü sual

ümumi səciyyəlidir, konkret verilsə, daha məqsədəuyğun olar.

Kiçik


summativ

qiymətləndirmələrdə

qapalı

test


tapşırıqlarının sayı açıq suallarla müqayisədə daha çoxdur. Eyni

nisbətdə verilməsi məqsədəuyğundur.




Diqqətinizə görə təşəkkür 

edirik!

Yüklə 179,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə