Dərs yükü normalarının müəyyən edilməsi haqqında



Yüklə 12,8 Kb.
Pdf görüntüsü
tarix08.12.2017
ölçüsü12,8 Kb.
#14630
növüDərs

background image
Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən 

edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 



  

“Təhsil  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə” 

Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  5  sentyabr  tarixli  156  nömrəli 

Fərmanının  1.24-cü  bəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti qərara alır: 

1.  Təhsil  müəssisələrinin  pedaqoji  işçilərinin  dərs  yükü  normaları  aşağıdakı  kimi 

müəyyən edilsin: 

məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı - 30 saat; 

bütün  tipdən  olan  ümumtəhsil  məktəblərində,  gimnaziya  və  liseylərdə,  peşə 

məktəbləri  və  peşə  liseylərində,  idman  və  incəsənət  məktəblərində  müəllimlərin, 

məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs 

yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır);



[1]

 

ümumtəhsil  məktəblərində,  internatlarda,  lisey,  gimnaziyalar  və  peşə  təhsili 



məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı - 24 saat; 

ali  və  orta  ixtisas  təhsili  müəssisələrində  professor-müəllim  heyətinin  və 

konsertmeysterlərin  bir  stavka  üzrə  illik  dərs  yükü  -  500  saatdan  az  olmamaqla  (bu 

zaman ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə, 

eləcə  də  mədəniyyət,  musiqi,  incəsənət  təmayüllü  ixtisaslarda  fərdi  dərslərə  ayrılan 

vaxtın həcmi illik dərs yükünün 60 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, 

laborator  və  praktiki  məşğələlərə,  eləcə  də  mədəniyyət,  musiqi,  incəsənət  təmayüllü 

ixtisaslarda  fərdi  dərslərə  ayrılan  vaxtın  həcmi  isə  illik  dərs  yükünün  80  faizindən  az 

olmamalıdır). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

  

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

 



 

Bakı şəhəri, 24 noyabr 2010-cu il

 

№ 215


 

 

 



 

1.

       


27  dekabr  2013-cü  il  tarixli 356 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  08  yanvar  2014-cü  il,  №  1,  Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1646)

 

 



 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  



 

 

 



[1]

 

27  dekabr  2013-cü  il  tarixli 356 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  08  yanvar  2014-cü il, №  1,  Azərbaycan  Respublikasının  Qanunvericilik 


background image
Toplusu, 2013-cü il, № 12, maddə 1646) ilə 1-ci hissəsinin üçüncü abzasında "2  (iki)" rəqəm  və sözü "

(üç)" rəqəm və sözü ilə əvəz edilmişdir.

 

 



 

 

Yüklə 12,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə