Dərsin məzmunu aşağıdakı qaydalara əsasən qurulur: 1 Dərsdə reallaşacaq standartına uyğun təlim məqsədi qoyulur



Yüklə 35,59 Kb.
tarix14.05.2018
ölçüsü35,59 Kb.
növüDərs

Dərsin gündəlik planlaşdırılması

Sözün həqiqi mənasında müəllim olan hər bir şəxs istəyər ki, onun apardığı dərs keyfiyyətli və səmərəli olsun. Bunun üçün də əvvəlcədən planlaşdırma aparılır. Dərsin metodikası tələb olunan standarta, tədris olunacaq mövzuya uyğun müəyyənləşdirilir. Dərsin səmərəli keçməsinə görə müəllim özü üçün əvvəlcədən bu sualların cavabını konkretləşdirməlidir:



NƏ ÖYRƏNİLƏCƏK?

NECƏ ÖYRƏNİLƏCƏK?

HANSI ŞƏRAİTDƏ ÖYRƏNİLƏCƏK?

TƏLİM FƏALİYYƏTİ NECƏ QİYMƏTLƏNDİRİLƏCƏK?

Dərsin məzmunu aşağıdakı qaydalara əsasən qurulur:

1) Dərsdə reallaşacaq standartına uyğun təlim məqsədi qoyulur:

2) Dərsin tipi müəyyən edilir: Yəni, dərs induktiv yoxsa deduktiv olmalı?

Əgər dərs zamanı mövzu xüsusidən ümumiyə doğru izlənirsə, bu - induktiv dərs hesab olunur.

Əgər dərs zamanı mövzu ümumidən xüsusiyə doğru izlənilirsə, bu – deduktiv dərs hesab olunur.

3) Dərs ardıcıl olaraq mərhələlərə bölünür:

4) Hər bir mərhələ üçün zaman fasiləsi, tapşırıqlar və metodlar müəyyənləşdirilir.

Tapşırıqların seçilməsi zamanı diqqətli olmaq lazımdır: Belə ki, ayrı-ayrı mərhələlərdə istifadə olunan tapşırıqlar bir-birini tamamlamalı, hər biri tədqiqat sualının bir parçası olmalıdır, eyni zamanda qoyulmuş təlim məqsədi və təlimin məzmunu ətrafında məntiqi bir zəncir əmələ gətirməlidir. Yalnız bu zaman təlim standartı reallaşa bilər.

5) Tədqiqatçıları fəaliyyətə cəlb etmək üçün müəllim aşağıdakı amilləri müəyyənləşdirməlidir:



PROBLEM

SUALLAR

TAPŞIRIQLAR

İŞ VƏRƏQLƏRİ HAZIRLAMAQ

MƏNBƏLƏRİ SEÇMƏK (sənədlər, foto və video materiallar, elektron dərsliklər, internet saytı və s.)

6) Müəllim üçün xüsusi materiallar olmalıdır:

Suallar variantı ( Çünki, müzakirələr yeni problemlər aça bilər)

Tədqiqatçıların ehtimal olunan cavab variantları.

7. Müəllim üçün xüsusi materiallar olmalıdır.

Suallar variantı (Çünki, müzakirələr yeni problemlər aça bilər)

Öyrənənlərin ehtimal olunan cavab variantları

Müzakirələrin gedişi zamanı əldə edilən informasiyaların, nəticələrin plakatlara yazılması

Mərhələlər zamanı tədqiqatçıların marağını artırmaq üçün müəyyən illustrasiyalar

Dərsin təşkilində aşağıdakı prinsiplər ödənilməlidir:

Pedaqoji prosesin tamlığı

Təlimdə bərabər imkanların yaradılması

İnkişafyönümlülük

Şagirdyönümlülük

Fəaliyyətin stimullaşdırılması

Dəstəkləyici mühitin yaradılması

Gündəlik dərsin planlaşdırılması mərhələləri

* Mövzu


* Standart

* Təlim məqsədi

* İnteqrasiya

* İş forması (qruplarla, fərdi, kollektiv və cütlər formasında iş aparıla bilər)

* İş üsulları

* Resurslar

Dərsin mərhələləri:

* Motivasiya (Problemin qoyulması)

* Tədqiqat mərhələsi (Problemin həlli)

* İnformasiya mübadiləsi

* İnformasiya müzakirəsi

* Nəticə və ümumiləşdirmə

* Yaradıcı tətbiqetmə Və ya

* Ev tapşırığı

* Qiymətləndirmə (bütün dərs boyu aparılır)

Dərsin hər bir mərhələsinin gündəlik həyatla əlaqəsi böyükdür. Belə ki, interaktiv dərsdə istifadə edilən hər bir detal şagirdin müstəqil həyatda formalaşmasına və özünü idarə etməsinə xidmət edir.

Motivasiya

Motivasiya – fəal dərsin vacib komponenti olub, təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir. Yəni, şagirddə idrak fəallığını artırır.

3 üsulla aparıla bilər:

1. Rəmzi (simvolik) materialın şərhi

2. Sual verməyə həvəsləndirmə

3. Problemin müxtəlif yollarla izahı

Tədqiqat məhrələsi

Tədqiqat sualını tamamlamaq üçün şagirdlərə tapşırıqlar verilir. Təqdimatlar hazırlanır (müəyyən bir iş formasında).

Bu mərhələnin məqsədi ondan ibarətdir ki, şagirdlər informasiyaları özləri araşdırıb, toplayır.

Bununla da onlarda həyatda da ətrafında baş verən hadisələrin həlli yollarını müstəqil araşdırmaq qabiliyyəti inkişaf edir.



İnformasiya mübadiləsi:

Şagirdlər əldə etdikləri yeni informasiyaları digər iştirakçılara ötürür. İş vərəqləri

lövhədən asılır. Bununla da şəgriddə özünü təqdimetmə bacarığı formalaşır.

İnformasiyanın müzakirəsi

Şagirdlərin hazırladıqları təqdimatlar və informasiyalar müzakirə edilir. Düzgün və yanlış cavablar ayırd edilir.

Bu mərhələnin məqsədi yeni əldə edilmiş informasiyaları sistemləşdirmək və hazırlanan təqdimatlar arasındakı əlaqəni üzə çıxarmaqdan ibarətdir. Beləliklə də şagirddə öz fikrini rahat və sərbəst söyləmə bacarığı formalaşır.

Müəllim köməkçi suallardan istifadə etməklə faktların məqsədyönlü müzakirəsini təşkil edir.



Nəticə və ümumiləşdirmə

Nəticəyə gəlmək üçün müəllim şəgirdlərin köməyi ilə informasiyaları ümumiləşdirir və əldə edilmiş ideyanı tədqiqat sualı ilə və şagirdlərin ilkin fərziyyələri ilə müqayisəsini təşkil edir.

Bu mərhələ isə şagirddə hadisələrə düzgün münasibət bildirməyi və eyni zamanda sərbəst nəticə çıxarmaq qabiliyyətini formalaşdırır.

YARADICI TƏTBİQETMƏ

Bu mərhələdə şagirdlərin biliyi möhkəmləndirilir. Praktik əhəmiyyətlidir. Əldə edilmiş nəticələrə əsasən praktik iş, test tapşırıqları, məsələlər, verilə bilər. Bəzi bölmə və mövzularda Venn diaqramı, Klaster və s. işlənə bilər.

Əgər yaradıcı tətbiqetməni dərhal icra etmək olmursa, o sonrakı dərslərdə aparıla bilər və ya ev tapşırıqları verilə bilər.

Bu mərhələ şagirddə bilik və bacarıqların gündəlik həyatda da tətbiqetmə bacarığının formalaşmasına xidmət edir.



EV TAPŞIRIQLARI

Əldə olunmuş biliklər, bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən geniş yayılmış iş forması ev tapşırıqlarıdır. Ev tapşırıqlarının tədqiqat və yaradıcılıq elementləri ilə zəngin olmasına xüsusi diqqət vermək lazımdır.

Məsələn, müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar və s.

Qiymətləndirmə – şagirdlərin təlimdəki fəaliyyətlərinin izlənilməsi prosesidir. Qiymətləndirmə konkret meyarlar üzrə aparılmalıdır. Müəllim şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir.

Refleksiya – təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verir.

Şagirdlərə bəzi suallar verməklə (məsələn, biz nə etdik?, bu nəticəyə gəldik? və s) onların fikirləri sistemləşdirilir və şagirdin təlim fəaliyyəti bir daha nəzərdən keçirilir.

Fəal (interaktiv) dərsdə ənənəvi dərsdən fərqli uşaqlar özləri biliyi əldə edir, onlar fəaldır, təlim prosesinə cəlb olunurlar, müəllim fasilitator rolunu oynayır, amma sinfə hakim olmur, sinifdəki iqlim uşaqların sərbəstləşməsinə səbəb olur, uşaqlar öz fikirlərini söyləməyə qorxmurlar.

İnteraktiv dərs sanki, elm aləminə edilən bir səyahətdir. Şagirdlər burada tədqiqatçı kimi tanımadıqları çığırla addımlayırlar. Müəllim isə onlara düzgün yol göstərən işığa bənzəyir.

Dərs elmə əsaslanan əyləncəli şəkildə keçərsə şagirdlərin yeni informasiyalar fəth etməyə marağı artır və əldə edilmiş informasiyaların onların beyində daha möhkəm yer almasına zəmin yaradır.

Fəal (interaktiv) dərs ənənəvi dərsdən nə qədər çox fərqlənsə də onun da dəqiq strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə imkan verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir.

Müəllim gündəlik dərsləri planlaşdırarkən bu qaydaları gözləməklə yanaşı hər bir şagirdin marağını da nəzərə almağa çalışmalıdır. Belə olan təqdirdə onların hər birinin bacarığını və məntiqini üzə çıxarmaq daha asan olur.

Bu isə sinifdə çox asanlıqla qiymətləndirmə aparılmasına kömək edir.



Fəal dərs təhsilli, savadlı həm də həyat yolunda müstəqil və düzgün addımlamağı bacaran bir vətəndaş yetirməyə xidmət edir. Bütün bunlar fəal təlimin keyfiyyətini göstərir. Müasir müəllimlər bu təlimi çox yüksək qiymətləndirirlər.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə