Dərsin təşkili və keçirilməsi məsuliyyətli proses olub, müəllimdən pedaqoji ustalıq və yüksək peşəkarlıq tələb edir



Yüklə 51,95 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü51,95 Kb.
#26429
növüDərs


Kimya məktəbdə 

 

73 



 

MƏKTƏB KİMYA KURSUNDA İLK DƏRSİN TƏŞKİLİ VƏ 

KEÇİRİLMƏSİ METODİKASINDAN 

 

G.Ə. Əhmədzadə,  A.Z. Məmmədova, G.V. Şadlinskaya 



Azərbaycan Dövlət Pedaqoji Universiteti 

 

 

Ümumtəhsil  məktəblərində  digər  fənlərdə  olduğu  kimi  kimyadan  da  ilk 

dərsin təşkili və keçirilməsi məsuliyyətli proses olub, müəllimdən pedaqoji ustalıq 

və yüksək peşəkarlıq tələb edir. 

Şagirdlər  üçün  fənnin  yeni  olması  baxımından  kimya  müəllimi  dərsin 

məqsədinin 

təhsil, 

tərbiyə 


və 

inkişafetdirici 

vəzifələrini 

düzgün 


müəyyənləşdirməklə  yanaşı,  konstruktiv  və  təşkilatçılıq  fəaliyyətlərini, 

kommunikativ  (ünsiyyət)  funksiyasını  düzgün  təşkil  etməli,  ilk  gündən  onlarda 

kimya elminə maraq oyatmaq üçün motivasiya yaratmağı bacarmalıdır. İlk dərsdə 

kimya  müəlliminin  həmçinin  geyiminə,  davranışına,  nitqinə  və    işlətdiyi 

ifadələrinə də diqqət yetirməsi vacibdir [1-3].  

Kimyadan ilk dərsdə alt standartlara [4] uyğun qoyulmuş məqsəddə:  

-

 

təhsil  vəzifəsi:  kimyanın  nəyi  öyrənməsi,  hansı  fənlərlə  sıx  əlaqəli 



olması,  əhəmiyyəti  və  s.  məsələlər  barədə  məlumat  vermək;  maddələr,  onların 

xassələrinə  və  çevrilmələrinə  aid  şagirdlərin  həyat  bilgisi,  biologiya,  fizika 

fənlərindən malik olduqları sadə bilikləri ümumiləşdirib aktuallaşdırmaq və onlara 

kimyəvi  məzmun  verməklə  şagirdlərdə  tam  təsəvvür  yaratmaq,  fənnə  maraq  və 

həvəs oyatmaq; 

-

 



tərbiyə  vəzifəsi:  kimyanın  tərifində  işlədilən  maddələrin  bir-birinə 

çevrilmələri ifadəsinin mahiyyətinin şagirdlər tərəfindən dərk edilməsi, maddənin 

yox olmaması və heçdən yaranmaması barədə təsəvvürün yaradılması ilə onlarda 

materialist dünyagörüşü formalaşdırmaq; 

-

 

inkişafetdirici  vəzifə:  şagirdlərdə  müşahidə  yolu  ilə  əldə  etdikləri 



nəticələri  təhlil  etmək,  müqayisə,  təsnif  və  ümumiləşdirmə  aparmaq  kimi 

bacarıqlar inkişaf etdirməkdir. 

Hazırkı tədris proqramlarına görə biologiya və fizika VI, kimya fənni isə 

VII  sinifdə  tədris  olunur.  Buna  görə  də,  ilk  dərsi  şagirdlərin  biologiya,  həyat 

bilgisi  və  fizika  fənlərindən  kimya  ilə  əlaqədar  malik  olduqları  bilikləri 

müəyyənləşdirmək  məqsədi  ilə,  onlara  aid  suallar  üzrə  hazırlanmış  vasitələrlə 

diaqnostik  qiymətləndirmə  aparılmaqla  başlamaq  olar.  Müəllim  çalışmalıdır  ki, 

şagirdlər  elə  ilk  gündən  hər  hansı  bir  məsələyə  özləri  münasibət  bildirsinlər  və 

nəticə çıxarmağa səy göstərsinlər. Şagirdlərin öyrənmə fəaliyyətinə belə yanaşma 

ilə  onların  əvvəlki  siniflərdə  yiyələndikləri  müstəqil  bilik  qazanma  bacarıq  və 




3-4(55-56)2016 

 

 



74 

vərdişlərinin  daha da inkişaf etdirilməsi və formalaşdırılmasına imkan yaratmaq 

olar.  

Suallar aşağıdakı ardıcıllığla verilə bilər: 



 

Sizcə  nə  üçün  biologiya  və  fizika  fənləri  kimyadan  əvvəl  tədris 



olunur? 

 



Biologiya fənni nəyi öyrənir? 

 



Fizika fənni nəyi öyrənir? 

 



Həmin fənlərdən kimyadan sizə məlum olan biliklərə əsasən kimyanın 

nəyi öyrənməsi barədə fikir söyləyə bilərsinizmi? 

İlk  üç  suala  şagirdlərin  verdikləri  cavabları  belə  ümumiləşdirmək  olar: 

biologiya  canlı  orqanizmlərin  quruluşu  və  funksiyalarını  fizika  isə  materiyanın 

müxtəlif formalarını, onun xassələri və çevrilmələrini, bir sözlə fiziki hadisələr və 

onların  qanunauyğunluqlarını  öyrənir.  Kimyada  isə  fiziki  cisimləri  və  canlı 

orqanizmin  hüceyrələrini  təşkil  edən  maddələr  öyrənilir.  Beləliklə  kimya, 

biologiya  və  fizika  fənləri  təbiət  elmləri  omaqla  bir-biri  ilə  sıx  əlaqədardırlar. 

Həmin fənlərə aid biliklərin əlaqəli mənimsənilməsi, dünyanın tam bir vahid kimi 

qavranılması üçün zəmin yaradır. 

Şagirdlərin  fərziyyələri  və  müəllimin  əlavələri  əsasında  kimyanın  tərifi  

“Kimya - maddələr, onların tərkibi, quruluşu, alınması üsulları, xassələri, çevril-

mələri  və  bu  çevrilmələri  müşayiət  edən  hadisələr  haqqında  elmdir”  kimi  ifadə 

olunur [5].   

Sonra müəllim əlavə edir ki, kimya bir çox elmlərlə, əsasən də biologiya, 

fizika, geologiya və riyaziyyatla sıx əlaqədardır. 

Kimyanın tərifi və digər elmlərlə əlaqəsi barədə şagirdlərdə aydın təssəvür 

yaratmaq üçün onların sxemlə ifadəsi ekranda nümayiş etdirilir (sxem 1, 2). 



 

 

Sxem 1. 

 


Kimya məktəbdə 

 

75 



 

 

Sxem 2. 

 

Müəllim şagirdlərdə kimya fənninə maraq oyatmaq üçün, onlara gündəlik 

həyatınızdan kimyəvi maddələrin tətbiq olunduğu hansı sahələri tanıyırsınız? sualı 

ilə  müraciət  edir  və  alınan  cavabları  öz  əlavə  məlumatları  ilə  daha  da 

zənginləşdirərək,  şagirdlərdə  belə  bir  fikir  formalaşdırır  ki,  insan  həyatının  və 

yaşayışının  elə  bir  sahəsi  yoxdur  ki,  orada  kimyanın  nailiyyətlərindən  istifadə 

olunmasın.  

İlk  dərsdə  vaxt  imkanı  baxımından  yalnız  tərifin  birinci  ifadəsi  olan 

maddələr onların bəzi xüsusiyyətləri və xassə barədə şagirdlərə məlumat vermək 

nəzərdə tutulur. Bu məqsədlə şagirdlərə yeni sual və tapşırıqlar verilir: 

 

Gündəlik həyatınızdan sizə məlum olan maddələri sadalayın. 



 

Hansı cisimləri tanıyırsınız? 



 

Adını söylədiyiniz cisimlər hansı maddələrdən ibarətdir? 



 

Cisimlə maddənin fərqi nədir? 




3-4(55-56)2016 

 

 



76 

 



Eyni maddədən hazırlanmış bir neçə cisimə aid misallar deyin. 

 



Müxtəlif maddələrdə hazırlanmış eyni formalı cisimə aid misal deyin 

 



Xassə nəyə deyilir? 

 



Fizika kursundan sizə maddələrin hansı xassələri məlumdur? 

 



Müşahidə  yolu  ilə  maddələrin  hansı  xassələri  barədə  məlumat  əldə 

etmək olar? 

 

Maddələri tərkibinə görə necə təsnif etmək olar? 



 

Sizə  məlum  olan  maddələrdən  hansını  saf,  hansını  qarışıq  hesab 



edərdiniz? 

 



Saf maddələrlə qarışıqlar arasında hansı fərqli cəhətlər vardır? 

 Verilən  suallar  cavablandırıldıqdan  sonra  müəllim  stolun  üzərinə  yığılmış 

müxtəlif cisim (əşya) və maddələri şagirdlərə qruplaşdırmağı təklif edir. Şagirdlər 

təklif  olunan  maddələr  və  onlardan  hazırlanmış  əşyaları  1-ci  şəkildəki  kimi 

qruplaşdıra bilərlər. 

 

 



Şəkil 1. 

 



Kimya məktəbdə 

 

77 



 

 

Şəkil 2. Maddələr 

 

Sonra müəllim 1-ci və 2-cü şəkillərdəki maddələrin fiziki xassələri barədə 



nə deyə bilərsiniz? sualı ilə şagirdlərə müraciət edir.  

Şagirdlər  müşahidələri  və  əvvəlki  dərslərdən  malik  olduqları  biliklərinə 

əsasən maddələrin xassələrinə aid məlumatları 1-ci cədvəldəki kimi qeyd edirlər. 

Cədvəl 1. 

Maddələrin fiziki xassələri 

Maddə 

Aqreqat halı 

Rəngi 

İyi 

Suda həll olması 

Mis 


Bərk 

Çəhrayı 


İysiz 

Həll olmur 

Dəmir 

Bərk 


 Qara boz 

İysiz 


Həll olmur 

Alüminium 

Bərk 

Gümüşü ağ  İysiz 



Həll olmur 

Kükürd 


Bərk 

Sarı 


İysiz 

Həll olmur 

Şəkər 

Bərk 


Ağ 

İysiz 


Həll olur 

Xörək duzu 

Bərk 

Ağ 


İysiz 

Həll olur 

Benzin 

Maye 


Rəngsiz 

Iyli 


Həll olmur 

Bitki yağı 

Maye 

Sarımtıl  



İysiz 

Həll olmur 

Spirt 

Maye 


Şəffaf 

İyli 


Həll olur 

Su 


Maye 

Şəffaf 


İysiz 

 

Kerosin(ağ neft) 



Maye 

Rəngsiz 


 İyli 

Həll olmur 



 

 

Sonra  müəllim  şagirdlərə  verilmiş  maddələrdən  qarışıqlar  hazırlamaq  və 



onları təsnif etmək tapşırığı verir. Şagirdlər hazırladıqları su + torpaq, su + şəkər, 

su+bitki  yağı,  su  +  spirt,  dəmir  tozu  +  kükürd  parçaları,  su  +  xörək  duzu 

qarışıqları adi gözlə müşahidə etməklə aşağıdakı cədvəldəki kimi qruplaşdırırlar. 

 

 



3-4(55-56)2016 

 

 



78 

Cədvəl 2. 

Qarışıqlar 

                     Eynicinsli 

     Müxtəlifcinsli 

Su + şəkər 

Su + torpaq 

Su + spirt 

Su + bitki yağı 

Su + xörək duzu 

Su + benzin 

 

Dəmir tozu + kükürd 



 

Müəllim  onu  da  qeyd  edir  ki,  bəzən  saf  maddəni  yeni  cinsli  qarışıqla  adi 

gözlə  baxmaqla  səhv  salmaq  olar.  Məsələn  şagird  ilk  baxışdan  şəkər  tozu  həll 

edilmiş suyu  saf maddə (su) hesab edə bilər. 

Şagirdlərə qarışıqları ayırmaq üçün hansı üsullar bilirsiniz? sualı verildikdə 

onlar  süzmə, maqnitlə təsir etmə, buxarlandırma, durultma barədə məlumat verə 

bilərlər. Xromotoqrafiya və distillə üsullarını isə müəllim özü əlavə edir.  

Dərsin  sonunda  müəllim  bildirir  ki,  növbəti  dərsimizdə  həmin  üsulların 

tətbiqini həyata keçirmək üçün qarışıqların ayrılmasına dair təcrübələr aparılacaq.  

Kimyadan ilk dərsin səmərəli təşkili və keçirilməsinin nəticəsində 

Şagird: 

Bilir: 


kimya  nəyi  öyrənir;  kimya  hansı  elm  sahələri  ilə  sıx  əlaqədardır;  maddə  nədir; 

cisim  nədir;  xassə  nədir;  maddənin  fiziki  xassələrinə  nələr  aiddir  ;  maddənin 

kimyəvi  xassəsi  dedikdə  nə  nəzərdə  tutulur;  saf  maddə  nədir;  qarışıq  nədir; 

qarışıqlar hansı növlərə ayrılır. 

Bacarır: 

cisimlə maddəni fərqləndirməyi; maddələri aqreqat halına görə təsnif etməyi; eyni 

cincli  və  müxtəlif  cinsli  qarışıqlar  hazırlamağı;  saf  maddə  ilə  qarışıqların  fərqli 

cəhətlərini müəyyənləşdirməyi; qarışıqları ayırmaq üçün üsul təklif etməyi. 

 

 

İstifadə  edilmiş  ədəbiyyat: 



 

1. R.Y. Əliyev, Ə.T. Əzizov. Kimyanın 

tədrisi metodikası, II hissə, Bakı, 2006, 

393 s.      

2. С.С. Kосмодемьянская, С.И. 

Гильманшина. Методика обучения 

химии. Kазан 2011 . 

3. Н.Е. Кузнецова и др. Методика 

преподавания химии. М.1984 

 

4. Azərbaycan Respublikasının 



ümumtəhsil məktəbləri üçün kimya fənni 

üzrə təhsil proqramı (kurikulumu). Bakı, 

2013.    

5. M.M.Abbasov, V.M.Abbasov və 

başqaları. Kimya. Ümumtəhsil 

məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı, 

“Aspoliqraf”, 2014, 96 s. 

6. İnternet materialları 




Kimya məktəbdə 

 

79 



 

Г.А.Ахмедзаде, А.З.Мамедова, Г.В.Шадлинская 

 

О методике организации и проведения первого урока в школьном курсе химии 

 

АННОТАЦИЯ  



 

В  статье  говорится  о  вопросах,  внимание  которым  должен  уделять  учитель 

при организации и проведении первого урока по химии. использовании приемов и 

подходов,  наглядных  пособий  для  привлечения  интереса  учащихся  к  предмету.  В 

конце отмечаются знания и умения, полученные на первом уроке. 

 

 

G.A. Ahmadzade,  A.Z. Mammadova, G.V. Shadlinskaya 

About the procedure of organizing and holding the first lesson in the school course 

of chemistry 

 

SUMMARY 

 

The  article  describes  the  issues  that  attention  should  be  paid  to  the  teacher  in 



organizing and carrying out the first lesson in chemistry. Using methods and approaches 

of visual aids to attract students' interest in the subject. In the end marked the knowledge 

and skills obtained in the first lesson. 

 

 

 

 

Açar  sözlər:  alt  standart,  dərsin  məqsədi,  cisim,  maddə,  xassə,  eynisinsli  və 

müxtəlifcinsli qarışıqlar, bilik, bacarıq. 



 

Ключевые слова: подстандарт, цель урока, предмет, вещество, свойство, 

однородные и разнородные смеси, знание, умение. 



 

Key words: a standard lesson aim, subject, substance, property, homogeneous and 

heterogeneous mixtures, knowledge, skills. 



Yüklə 51,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə