Dərslərin planlaşdırılması. Əsas komponentlər. II sessiya



Yüklə 24,41 Kb.
tarix01.12.2017
ölçüsü24,41 Kb.
#13417
növüDərs

Qeyri-gürcüdilli məktəblərin gürcü dili müəllimlərinin

treninqlərinin II mərhələsinin proqramı

I gün

I sessiya (vaxt: 1 saat 30 dəq.)

Məqsəd: iştirakçılar əvvəlki mərhələdə öyrəndikləri materialları dərsin planlaşdırılması və analizi üçün istifadə edir, ibtidai siniflərdə istifadə edilən dərslikləri təhlil edirlər.

  • I mərhələnin işlərinin müzakirəsi;

  • II mərhələnin proqramları ilə tanışlıq;

  • I-IV siniflərdə mövcud olan dərsliklərin müzakirəsi;

  • dərslərin planlaşdırılması. Əsas komponentlər.

II sessiya (vaxt: 1 saat 30 dəq.)

  • Problemi öz gücü ilə həll etmək: gürcü dilinin ikinci dil kimi tədrisində əyani vəsaitlərin əhəmiyyəti. Mövcud dərsliklərə əsaslanaraq resursların hazırlanması.

  • Mövcud dərsliklər və hazırlanmış resurslardan istifadə edərək dərsin planlaşdırılması.

III sessiya (vaxt: 1 saat 30 dəq.)

  • Planlaşdırılmış dərslərin təqdimatı;

  • təqdim olunan dərslərin tənqidi-konstruktiv analizi;

II gün

I sessiya (vaxt: 1 saat 30 dəq.)

Məqsəd: müəllimlər ikinci dil kimi gürcü dilinin standartı ilə tanış olur və onunla münasibətdə dilə sahib olma səviyyələrinə təyin edirlər.

  • Standart üzərində iş (qruplar əldə ediləcək və çətin əldə ediləcək nəticələri müəyyən edirlər. Bu nəticələrin əldə edilməsi yolları barədə müzakirə aparırlar);

  • Dilə sahib olma səviyyələri. Onun standartla münasibəti (qruplarda iş).

II sessiya (vaxt: 1 saat 30 dəq.)

  • Müəllimlərin təcrübələrinin analizi: mövcud problemlər və nailiyyətli dərslər.

  • Baza və orta məktəb üçün nitq funksiyalarının təyin edilməsi.

III sessiya (vaxt: 1 saat 30 dəq.)

  • Tavtavi – 2 və 3”, mövcud resurs kimi və dili bilmə səviyyələri kontekstində onun istifadəsi;

  • Dil səviyyəsinin inkişafı üçün əlavə materialların seçilməsi.

III gün

I sessiya (vaxt: 1 saat 30 dəq.)

Məqsəd: dinləyicilər dinləmə və şifahi nitq bacarıqlarını inkişaf etdirən fəallıqlarla tanış olur və mini-dərsləri planlaşdırırlar.

  • dinləmə bacarığını inkişaf etdirən fəallıqlar: dinləməyə qədər fəallıqlar, dinləmə və dinləmədən sonrakı fəallıqlar (fəallıqların nümayiş etdirilməsi və analizi)

  • dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin ssenarilərinin tərtib edilməsi və qruplar tərəfindən mini-dərslərin təqdim edilməsi və analizi.

II sessiya ( vaxt: 1 saat 30 dəq.)

  • şifahi nitq fəallıqlarının nümayiş etdirilməsi və analizi. Dialoq nitqini inkişafı üçün fəallıqlar (fəallıqların nümayiş etdirilməsi və analizi: “rollar üzrə oyun”, modelləşdirmə-simuyasiya, diskussiya).

  • dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin ssenarilərinin tərtib edilməsi və onların analizi.

III sessiya ( vaxt: 1 saat 30 dəq.)

  • Monoloq nitqinin inkişafı üçün fəallıqlar (fəallıqların nümayiş etdirilməsi və analizi: hekayə, şifahi çıxış).

  • Monoloq nitqini inkişaf etdirən fəallıqlardan istifadə etməklə dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin ssenarilərinin tərtib edilməsi.

  • Dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin təqdimatı və onların analizi.

IV gün

Məqsəd: dinləyicilər oxu bacarığını inkişaf etdirən fəallıqlarla tanış olur və mini-dərsləri tərtib edirlər.

I sessiya (vaxt: 1 saat 30 dəq.)

  • Oxunun məqsədləri və növləri, uyğun strategiyalar.

  • Oxu prosesini idarə etmək. Oxuya qədər, oxuyan zaman və oxudan sonrakı mərhələ.

  • Oxudan əvvəlki fəallıqlar (fəallıqların nümayiş etdirilməsi və analizi: ehtimalların söylənilməsi, personaj haqqında fikir, qrafik cəhətdən təşkil etmə, yeni və səciyyəvi leksikanın əvvəlcədən çatdırılması).

II sessiya (vaxt: 1 saat 30 dəq.)

  • Oxu prosesi. Birbaşa oxu prosesində işlər: “fasilələrlə oxu”, “aktiv oxu”.

  • Oxunun növbəti fəallıqları (fəallıqların nümayiş etdirilməsi və analizi: oxucu konfransları, strategiya 3, 2, 1. Dərk etmə və analizin idarəetmə sxemləri).

III sessiya (vaxt: 1 saat 30 dəq.)

  • Oxu bacarığını inkişaf etdirən fəallıqlardan istifadə etməklə dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin ssenarilərinin tərtib edilməsi.



  • Oxu bacarığını inkişaf etdirən fəallıqlardan istifadə etməklə dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin təqdimatı və onların analizi

V gün

Məqsəd: dinləyicilər yazı bacarığını inkişaf etdirən fəallıqlarla tanış olur və mini-dərsləri tərtib edirlər.

I sessiya (vaxt: 1 saat 30 dəq.)

  • Yazı motivasiyasını yaratmaq. Yazının mərhələləri: təhrk etmə, müşahidə etmə, məşq etmə, mətni tərtib etmə,yoxlama-təkmilləşdirmə-qiymətləndirmə.

  • Yazılı nitqin öyrənilməsi üçün fəallıqların nümunələri (fəallıqların nümayiş etdirilməsi və analizi).

II sessiya (vaxt: 1 saat 30 dəq.)

  • Mini-dərslərin ssenarilərin tərtib edilməsi;

  • Yazı bacarığını inkişaf etdirən fəallıqlardan istifadə etməklə dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin təqdimatı və onların analizi.

III sessiya (vaxt: 1 saat 30 dəq.)

  • Funksional mətnlərin tərtib edilməsi. Struktura, dil klişeləri.

  • Şagirdlərə funksional mətnləri tərtib etməyi necə öyrədək.

VI gün

Məqsəd: dinləyicilər qrammatika və leksikanın tədrisi məsələləri ilə tanış olur və müxtəlif dərsliklərdən istifadə etməklə fəallıqlar planlaşdıra bilirlər.

I sessiya (vaxt: 1 saat 30 dəq.)

  • Leksikanı öyrəndikdə metodiki tövsiyələr.

  • Leksikanı öyrəndikdə praktiki işlər.

II sessiya (vaxt: 1 saat 30 dəq.)

  • Qrammatikanı öyrəndikdə metodlar və prinsiplər. Qrammatikanı öyrəndikdə çalışmaların növləri .

  • Qrammatikanın və leksikanın tədrisinə yönəlmiş dərs fəaliyyətləri.

  • Qrammatik səhvlərin analizi və onların öhdəsindən gəlmə yolları.

III sessiya (vaxt: 1 saat 30 dəq.)

  • Kommunikasiya qrammatikasının anlayışı. Mövcud resursların təhlili və dərs prosesində onların istifadəsi.

  • Dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin təqdimatı və analizi.

VII gün

Məqsəd: dinləyicilər üstünlük təşkil edən nitq funksiyalarını təyin edir və dərs materialını seçmək və hazırlamaq vasitələrini müəyyən edirlər.

I sessiya (vaxt: 1 saat 30 dəq.)

Gürcü dilinin ikinci dil kimi tədrisində qiymətləndirmə. Qiymətləndirmənin məqsədləri, mövzusu və metodları.

Şagirdin qiymətləndirilməsi (rubrikalar, portfolio¸özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmə).

II və III sessiya

Dərs layihələri üzrə iş, dinləyicilərin tədqimatları və analiz.



Treninqin qiymətləndirilməsi.
Yüklə 24,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə