Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə2/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   216

Böhran  Bakıda  neft  sənayesinin  bütün  sahələrinə  mənfi  təsir 

göstərmişdi. Qazma işləri, neft hasilatı və emalı, kəşfiyyat işlərinin həcmi 

azalmış,  dayanan  quyulann  sayı  çoxalmışdı.  Məsələn,  1900-cü  ildə  83 

min sajen qazma işləri görüldüyü halda, bu, 1903-cü ildə 49 min sajenə 

enmişdi. 1903-cü ildə neftverən quyulann 45%-i dayanmışdı. 1901-ci ildə 

neft  hasilatı  671  milyon  puddan  böhramn  son  ilində  597  milyon  puda 

enmişdi.  Neft  hasilatı  ilə  məşğul  olan  şirkətlərin  sayı  170-dən  153-ə 

enmişdi. Böhran illərində neftayıran zavodlann ümumi sayı 91-dən 86-ya 

düşmüşdü ki, bunlann da 20-si tam gücü ilə işləmirdi. Bu illərdə böhran 

sürtkü yağlan istehsalına, demək olar ki, toxunmamışdı. Bu, hər şeydən 

əwəl, bazarda sürtkü yağlanna sabit tələbatın olması ilə izah edilə bilər. 

Ağ neft istehsahnda müəyyən dərəcədə azalma müşahidə edilirdi. Ağ neft 

və neft qahqlannın istehsalındab az-çox artım bu məhsullan istehlak edən 

tək fabrik-zavodlann tələbi ilə deyil, həm də dəmiryol və su nəqliyyatı, 

eləcə də əhalinin, həmçinin şəhər təsərrüfatlannın artmaqda olan tələbatı 

ilə  sıx  bağlı  idi.  Lakin  bu  illərin  iqtisadi  böhranı  Azərbaycanın  neft 

sənayesinin sonrakı həyatına son dərəcə mənfi təsir göstərmişdi. Bununla 

belə,  qiymətlərin  aşağı  düşdüyü  şəraitdə  də  Bakı  nefti  bir  qrup  iri 

inhisarlar üçün gəlir mənbəyinə çevrilmişdi. 1902-1904-cü illərdə «Nobel 

qardaşlan»  birliyinin  xalis  gəliri  9  milyon,  Bakı  neft  cəmiyyətinin  1,5 

milyon  və  Rus  «Neft»  birliyinin  xalis  gəliri  1  milyon  manatdan  artıq 

olmuşdu.  İnhisar  mənfəətinin  yüksək  olması  ilə  bərabər  sənaye 

məhsulunun illik  dəyəri  də  yüksək  idi. Təkcə  onu  demək  kifayətdir  ki, 

1907-ci ildə, yəni durğunluğun davam etdiyi bir şəraitdə neft sənayesinin 

ümumi illik istehsal məbləği 275 mln. manata qədər olmuşdu. 

Böhran illərində xırda və orta müəssisələrin iflasa uğraması, yaxud 

inhisarlann  tabeliyinə  keçmələri  nəticəsində  istehsahn  təmərküzləşməsi 

xeyli  güclənmişdi.  İnhisarlann  istehsalda  xüsusi  çəkisi  artmışdı. 

Məhsulun çoxunu onlara məxsus mədənlər və müəssisələr verirdi. Həm 

də fəhlələrin böyük əksəriyyəti bu kimi müəssisələrdə cəmləşmişdi. Bakı 

neft sənayesi  kapitalın  mərkəzləşməsi  səviyyəsinə  görə  təkcə  Rusiyada 

deyil, bütün dünyada ön sıralarda gedirdi. 1900-cü ildə neft sənayesindəki 

şirkətlərin ümumi sayının 4%-dən azım təşkil edən 6 iri cəmiyyət: Nobel 

qardaşlan  birliyi,  Mantaşov,  Rotşild,  Bakı  neft  cəmiyyəti,  Xəzər-Qara 

dəniz  birliyi.  Rus  neft  istehsalı  və  maye-yana-  caq  cəmiyyəti  Bakıda 

çıxanlan bütün neftin 50%-ni verirdi. Təmərküzləşmə prosesi neft emalı 

sənayesində də davam edirdi. Emaledici 



müəssisələrin sayca azalmasına baxmayaraq, məhsul istehsalı artmaqda 

idi. 1900-cü ildə inhisarlara məxsus altı iri zavod ağ neftin 44%-ni, 

1904-

 

cü ildə 7 belə müəssisə emal edilmiş bütün məhsulun 50%-dən 



çoxunu vermişdi. 1901-ci ildə Bakıdan ixrac edilən ağ neftin 40%-i Nobel 

qardaşlan, Rotşild və Mantaşov inhisarlannın payına düşürdü. Həmçinin 

Rusiyanın  daxili  bazarlannda  satılan  neftin  50%-i  və  xaricə  göndərilən 

neftin 70%-i də bu üç inhisara məxsus idi. 

XX  əsrin  əvvəlində  Bakı  sənayesinə  xarici  kapital  qoyuluşu 

güclənməkdə idi. 1903-cü ilədək Bakı neft rayonu müəssisələrinə ingilis 

kampaniyalan  60  milyon  manat  kapital  qoymuşdular.  1904-cü  ildə 

İngiltərə  ağ  neftə  olan  tələbatının  47%-ni,  Fransa  isə  71%-ni  Bakının 

hesabına ödəyirdi. Bakı sənayeçiləri ilə müqavilə bağlayan Amerikanın 

«Standart  oyl»  inhisan  sonralar  Bakıdan  xaricə  ağ  neft  ixracına  mənfi 

təsir göstərmişdi. 

Neft  krallan  ölkədəki  iri  banklar  və  səlahiyyətli  çar  məmurlan  ilə 

əlaqədə  idi.  Yüksək  rütbəli  çar  məmurlan  özləri  də  Bakının  neft 

sənayesində fəal iştirak edirdilər. Qafqaz canişini Vorontsov-Daşkovun 

Balaxanıda  mədəni  var  idi.  Xarici  kapital  sahibləri  neft  istehsalından 

böyük  mənfəət  götürürdülər.  Əlavə  xərc  tələb  edən  texniki  yeniliyin 

tətbiqi  zəif  idi.  XX  əsrin  əvvəlində  Bakı  neft  sənayesinin  geriliyi 

səbəblərindən biri məhz bu idi. 

Rus-yapon müharibəsi və 1905-1907-ci illərin inqilabı iqtisadiyyatın 

böhrandan  sonra,  аул-аул  illərdəki  cüzi  canlanmanı  nəzərə  almasaq, 

gözlənilən  canlanmasına  imkan  vermədi.  1904-1907-ci  illərin  dur- 

ğunluğu bütün istehsal sahələrində mövcud idi. 1908-ci ildə isə Rusiya 

sənayesini  yeni  iqtisadi  böhran  bürüdü.  Bu  böhran  Azərbaycan  neft 

sənayesinə  müəyyən  dərəcədə  zərbə  endirdi.  Bakıda  qazma  işi,  neftin 

çıxaniması, emalı və daşınması xeyli azaldı. 1904-cü illə müqayisədə 

1908-


 

ci ildə 56,7 min sajen, yəni 1,4 min sajen az quyu qazılmışdı. Neft 

çıxaniması 1904-cü ildəki 614 milyon puddan 1908-ci ildə 467 milyon 

puda enmişdi. Ağ neft istehsalı 40% azalmışdı. 87 neftayıran zavoddan 

yalnız 33-ü işləyirdi. 

Durğunluq  dövründə  istehsalın  təmərküzləşməsi  xeyli  artmışdı. 

İnhisarlar  neftin  istehsalı,  emalı,  daşınması  və  satışını  öz  əllərində 

cəmləşdirmişdi. Əsas mövqelər «Nobel qardaşlan» şirkəti, «Nobmazut», 

«Oyl»,  «Şell»  inhisarlarma  mənsub  idi.  İnhisarçılar  satış  bazarlannı  öz 

aralannda  bölüşdürmək  işində  və  qiymət  məsələsində  ümumi  razılığa 

gəlirdilər. Onlar məhsulun qiymətini artınb-azaltmaqla, rəqiblərini 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə