Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə5/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   216

cəmiyyətlərinin  əlində  cəmləşmişdi.  Azərbaycanlı  kapitalistlərdən  - 

H.Z.Tağıyev, İ.Vəliyev, Hüseynov və Dadaşov qardaşlan və başqalarının 

da gəmi təmiri müəssisələri vardı. İqtisadi yüksəliş illərində 12-dən çox 

gəmi  təmiri  zavodunda  2  min  nəfərdən  çox  fəhlə  çalışırdı.  Gəmiçilik 

sahəsində də inhisarlar yaranmışdı. Hələ 1897-ci ildə «Kaspi» Gəmiçilik 

cəmiyyətini ələ keçirmiş H.Z.Tağıyev bu sahədə öz mövqeyini getdikcə 

gücləndirirdi.  1904-cü  ildə  Tağıyev  «Kür-Xəzər»  səhmdar  cəmiyyətini 

təsis etdi. Nəqliyyat üzrə bu iri səhmdar cəmiyyətinin gəmiləri ildə 5 mln. 

puddan  çox  mal  daşıyırdı.  1907-ci  ildə  «Kür-Xəzər»  cəmiyyətinin 

yaxından iştirata ilə «Gəmi sahibləri ittifaqı» inhisan yaradıldı. İnhisann 

45  iştirakçısından  çoxunu  azərbaycanlılar  (Tağıyev,  Aşurovlar, 

Bünyadov qardaşlan, Hüseynov qardaşlan, Manafov və b.) təşkil edirdi. 

Sindikat  1911-ci  ilədək  gəmiçilikdəki  digər  inhisar  qruplan  ilə  rəqabəti 

davam  etdirmişdi.  Bütün  bunlarla  yanaşı,  4  min  nəfərdən  çox  a^mın 

işlədiyi  60-70  müəssisə  qazan,  polad  kəndir,  kabel  istehsalı  və 

poladtökmə işləri ilə məşğul idi. 

Bakı neit rayonunda yerləşən bu növ müəssisələrdə, həmçinin tikinti 

materiallan istehsalı sahələrində 30 min nəfərədək fəhlə işləyirdi. • t 

Neft  sənayesi  ilə  yanaşı,  Azərbaycanda  əlvan  metallurgiya  yüksək 

inkişaf  mərhələsinə  çatmışdı.  Gəncə  qubemiyasındakı  8  mis  zavodu 

içərisində  «Simens  qardaşlan»  səhmdar  cəmiyyətinə  məxsus  olan  Gə- 

dəbəydəki mis zavodlan fərqlənirdi. Gədəbəy misi dünyada ən təmiz və 

qiymətli  mis  hesab  edilirdi.  Azərbaycanda  hələ  keçən  əsrdən  misi 

saflaşdıran  Qalakənd  zavodunda  istehsal  prosesində  alınan  qiymətli 

metallann sonrakı emalı Almaniyada davam etdirilirdi. 

XX  əsrin  əvvəllərində  Moskvada  bu  növ  zavodlar  inşa  edildiyinə 

görə. Qalakənd zavodu 1906-cı ildə istehsalım dayandırmışdı. 

Əsrin  əvvəllərində  Azərbaycanın  Gədəbəy  bölgəsində  professor 

Fyodorov tərəfindən yeni mis filizi ehtiyatlan aşkar edildikdən sonra mis 

istehsalında bəzi texniki yeniliklər həyata keçirildi. Filizçıxarma zamanı 

qazma işində ağır əl əməyini elektrik enerjisi əvəz edirdi. Almazla qazma 

üsulunun tətbiqi genişləndirildi. Hətta Qalakənd ça}a üzərində ikiturbinli 

elektrik  stansiyası  tikildi.  Buradakı  missaflaşdırma  zavodu  həmin 

stansiyanın  enerjisi  ilə işləyirdi.  Onu  da  qeyd  edək  ki,  bu,  Azərbaycan 

qəzalannda yaradılmış ilk su-elektrik stansiyası idi. Lakin bütün bunlara 

baxmayaraq,  iqtisadi  böhran  filizin  çıxarılması  və  mis  istehsalına  da 

müəyyən təsir göstərdi. 1903-cü ildə Azərbaycanda mis istehsalı 1900-cü 

ildəki 148 min puddan 84 min puda enmişdi. 



13 


Rus-yapon müharibəsinə hazırlıqla əlaqədar olaraq, misə olan tələbat 

xeyli artmış, bu da öz növbəsində ölkəmizdə mis istehsalının artmasına 

səbəb  olmuşdu.  1907-ci  ildə  Cənubi  Qafqazda  istehsal  edilmiş  misin 

33%-ni (109 min pud) Azərbaycan verirdi. Maraqh cəhət ondan ibarətdir 

ki, 1900-cü ildə «Simens qardaşlan və K» cəmiyyəti ilə «Voqau və K» 

konserni  arasında  bağlanmış  müqaviləyə  görə,  istehsal  edilmiş  mis 

Moskva  mis  prokatı  zavodlanna  bu  inhisar  vasitəsilə satıl-  malıydı.  Bu 

müqavilə  ölkəmizin  əlvan  metallurgiya  sənayesi  ihisarlaş-  masmm 

başlanğıcı oldu. 

1907-ci  ildə  Rusiyada  7  mis  zavodunun  məlum  ittifaqı  -  «Mis» 

sindikatı  yaradıldı.  Gədəbəy  mis  zavodu  1917-ci  ilədək  inhisann 

tərkibində idi. 1914-cü ildə inhisara daxil olan zavodlar rus imperiyasında 

istehsal edilmiş misin 91%-ni (1793 min pud) vermişdilər. 1913-cü ildə 

«Voqau və K» konserni Azərbaycanın digər yerlərində mis istehsalı ilə 

məşğul  olan  sahibkarlarla  müqavilə  bağladı.  Müqaviləyə  görə 

Gədəbəydən kənarda hər il əldə edilmiş 14 min pud mis də bu inhisara 

satılmalı  idi.  Bununla  da  ölkəmizdəki  irili-xırdalı  bütün  mis  istehsalı 

müəssisələri bu inhisar birliyinin və «Mis» inhisanmn asılılığına düşmüş 

oldular. «Voqau və K» inhisanmn bağladığı bu müqavilə Azərbaycanın 

əlvan metallurgiya sənayesinin inhisarlaşması mərhələsini başa çatdırdı. 

Birinci  Dünya  müharibəsi  ərəfəsində  Rusiyadakı  sənaye  yüksəlişi 

Azərbaycanda mis istehsalının geriləməsinin qarşısını ala bilmədi. 

1914-

 

cü  ildə  mis  istehsalı,  yanbayan  azalaraq  56  min  puda  enmişdi. 



İstehsal  edilmiş  misin  yalnız  az  bir  hissəsi  Azərbaycanda  saxlanılırdı. 

Əksəriyyəti  Rusiyanın  mis  prokatı  zavodlarına  satılırdı.  Müharibə 

başlandıqdan  sonra  1914-cü  ilin  sentyabnnda  çann  fərmanı  ilə  düşmən 

təbəələrinin Rusiyadakı müəssisələri müsadirə olunmağa başladı. Lakin 

«Simens  qardaşlan»  cəmiyyətinə  məxsus  Gədəbəy  zavoduna  qoyulmuş 

kapitalın çox cüzi hissəsini alman kapitalı təşkil etdiyinə görə, müəssisə 

fəaliyyətini sonralar da davam etdirmişdi. 

Daşkəsəndə  çox  zəngin  dəmir  filizi  yatağından  kifayət^  qədər 

istifadə edilmirdi. Çıxanlan dəmir filizindən mis zavodlarmda aşqar kimi 

istifadə olunurdu. 

«Simens  qardaşlan»  cəmiyyəti  Daşkəsəndə  istehsal  etdiyi  kobaltı 

Almaniya, İsveç, Norveç və başqa ölkələrə satırdı. Daşkəsəndəki dəmir 

filizi yataqlanndan birgə istifadə etmək məqsədilə cəmiyyət 1914-cü ildə 

Almaniyanın  6  nəhəng  metallurgiya  zavodunu  xammalla  təmin  edən 

«Ştuden Gezelşafi» inhisan ilə 30 il müddətinə müqavilə bağladı. 

14 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə