Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə7/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   216

zavodlar  hazırlanan  şərab,  araq,  spirt  və  konyakın  yandan  çoxunu 

verirdilər. Müharibə ərəfəsində hər il ölkəmizdə 21 milyon manatdan çox 

dəyəri olan şərab, araq, spirt və konyak hazırlanırdı. 

Azərbaycanda  pivə  də  istehsal  edilirdi.  1903-cü  ildə  Cənubi 

Qafqazdakı l5-dən çox pivə zavodunun 4-ü ölkəmizdə yerləşirdi. İri pivə 

zavod-  lan  Zığda  (Bab)  və  Yelenendorfda  (indüd  Xanlar)  yerləşirdi. 

1911-ci ildə hər ib zavod 538 min vedrə pivə hazırlamışdı b, bu da Cənubi 

Qaf- qazdab pivə zavodlarının istehsal etdiyi pivənin 62%-ni təşbl edirdi. 

Yeyinti  sənayesində  mühüm  yer  tutan  tütünçülük  ən  çox  Zaqatala 

dairəsində, Nuxa, Cavanşir və Şamaxı qəzalannda intişar tapmışdı. Tütün 

əblən  sahələr  238  desyatindən  1914-cü  ildə  587  desyatinə  çatmışdı. 

Müharibə ərəfəsində illik tütün yarpağı yığımı 46 min puda bərabər idi. 

Bab, Gəncə, Nuxa, Şamaxı və Ağdaşda 10 tütün fabriki və papiros gilizi 

hazırlayan müəssisə vardı. 

Azərbaycanda  Məşədi  Həsən  Dadanova  məxsus  olan  ilk  tənbəb 

fabrib hələ keçən əsrin ikinci yansmda Nuxada fəaliyyətə başlamışdı. XX 

yüzilliyin əvvəllərində burada bu növ daha 2 fabrik işə salınmışdı. Belə 

fabriklər Gəncə, Ağdaş, Şamaxıda da fəaliyyət göstərirdi. Fabriklər ildə 

15  min  puddan  çox  tənbəb  verirdilər.  Babdab  tütün  fabribəri  istehsal 

gücünə görə daha iri idilər. Cənubi Qafqazda tənbəb yalnız Gəncə, Nuxa, 

Ağdaş  və  Şamaxıda  istehsal  olunurdu.  1913-cü  ildə  Azərbaycandakı 

tütün və tənbəb fabribərində 40 min pud məhsul istehsal edilmişdi. 

Azərbaycan təbiətinin qiymətli sərvəti olan balıq dünya bazarlanna 

çıxanlan ənənəvi mallardan idi. XX əsrin əvvəlində Azərbaycamn 7 qə- 

zasmda  balıqçıhqla  məşğul  olunurdu.  Balıq  çaylarda  və  göllərdə 

ovlanırdı.  Xəzərdə  balıq  ovuna  keçən  əsrin  sonunda  başlamimışdı. 

1901-1906-cı illərdə dənizdə ovlanan balığın miqdan 55 milyon ədəddən 

138 milyon ədədə qalxmışdı. Dənizdə, əsasən, siyənək balığı ovlanırdı. 

Balıq vətəgələri hərrac yolu ilə 3 ilə icarəyə verilirdi. Dəniz sulannı əhatə 

edən 44 vətəgədə 1913-cü ildə 8,5 milyon pud siyənək balığı tutulmuşdu. 

Bu  növ  balıq  və  bahq  məhsullan  başlıca  olaraq  Rusiya  şəhərlərinə 

satılırdı. 

Azərbaycanın  çay  və  göllərində  balıqçılıq  və  balıq  emalı  ilə  31 

vətəgə məşğul olurdu. Kür çayı boyunca yerləşmiş iri vətəgələrdə ovlan- 

nuş balıqlar duzlanır və konservləşdirilirdi. Nərə balıq növləri təzə halda 

da  satılırdı.  Bu  qiymətli  balıqlar  ticarətdə  «Qımuzı»,  yəni  bahalı,  əla 

adlandırılırdı. Nərə, uzunburun, ağbahq və qayabalığı bu növə dabi idi. 

ölkəmizin su arteriyası olan Kür və onun qollarından hər il yüz 



18 


minlərlə nərə balığı ovlanırdı, tldə onlardan alınan təkcə 50 min pud qara 

kürü 8 milyon manatadək gəlir verirdi. 

1906-cı  ildən  başlayaraq  balıq  sənayesinə  milli  kapital  axını  güc> 

lənmişdi.  1906,  1909  və  1912-ci  illərin  hərracında  bir  çox  iri  vətəgə 

azərbaycanlı  sahibkarlann  -  H.Z.Tağıyev,  M.Nağıyev,  M.Muxtarov, 

T.Səfərəliyev,  Baxışbəy  Rüstəmbəyov  və  b-nın  əlinə  keçmişdi. 

H.Z.Tağıyev  1912-ci  ildə  Xəzərin  Yalama-Dəvəçi  hissəsində  və 

Dağıstanda  30  vətəgə  icarəyə  götürmüş,  onların  hər  cür  avadanlıqla 

təchizinə,  soyuduculara,  buz  istehsal  edən  və  çəllək  zavodlannın 

tikintisinə və başqa işlərə 6,5 milyon manat xərcləmişdi. Maraqlı cəhət 

ondadır  ki,  1912-ci  ildə  balıq  sənayeçilərinin  70%-ni  azərbaycanlı 

kapitalistlər  təşkil  edirdilər.  1913-cü  ildə  dənizdən,  çay  və  göllərdən 

ümumi  dəyəri  34  milyon  manatdan  çox  olan  12800  min  pud  balıq 

tutulmuş  və  balıq  məhsullan  hazırlannuşdı.  Bəhs  edilən  dövrdə  balıq 

sənayesində də səhmdar cəmiyyətləri və şirkətlər hakim rol oynayırdılar. 

ölkəmizdə  balıqçılıq  təsərrüfatı  və  balıq  sənayesinin  məhsulu 

Rusiyaya və oradan da xarici ölkələrə göndərilir, az bir hissəsi isə Cənubi 

Qafqaz bazarlannda xınd edilirdi. 1913-cü ildə Polşa, Almaniya, Fransa, 

Avstriya  və  Amerikaya  7  milyon  manatdan  çox  balıq  məhsullan  ixrac 

olunmuşdu.  Alqı-satqı  işlərində  Almaniyanın  «Dikman  və  Qan-  zen» 

səhmdar cəmiyyəti mühüm rol oynayırdı. Qara kürünün, demək olar ki, 

hamısı bu cəmiyyət vasitəsilə həmin ölkələrə satılırdı. 

Bəhs  edilən  dövrdə  balıqçılıq  və  balıq  sənayesinə  qoyulmuş  25 

milyon man. kapitalın 92%-i şirkətlər və səhmdar cəmiyyətlərinə məxsus 

olduğundan, bu sahələrdə məhz onlar ağalıq edirdilər. Satış bazarlannda 

da  qiymətləri  onlar  müəyyənləşdirirdilər.  Qeyd  etmək  lazımdır  ki, 

məhsulun  ümumi  dəyəri  və  fəhlələrin  sayına  görə  balıq  sənayesi  neR 

sənayesindən sonra ikinci yerdə gəlirdi. 

1912-ci ildə Azərbaycanda balıqçılıq təsərrüfatı və balıq sənayesinə 

xidmət edən donanmaya 5900-dən çox şxun, avarlı gəmi, motorlu barkas 

və s. daxil idi. Onlann yükgötürmə qabiliyyəti 2,5 milyon puddan yuxan 

olmuşdu. 

Rusiyada  biyan  kökü  emalı  ilə  məşğul  olan  7  zavoddan  4-ü 

Azərbaycanda  yerləşirdi.  Çünki  dünyanın  ən  keyfiyyətli  biyanı  məhz 

bizim  ölkədə  yetişirdi. XX  əsrin  əvvəllərində  də  bu  sənayenin  inkişafı 

ingilis kapitalı ilə bağlı olmuşdur. 

1902-ci ildə Gəncə, Kürdəmir, Ucar və Ləkidəki biyan kökü emalı 

zavodları «Mak-Andryus və Forbs» şirkətinin nəzarətinə keçmişdi. 



19 


Azərbaycanda hər il 20 mindən çox kəndlinin yığdığı 5-6 milyon pud 

biyan  kökü  bu  zavodlarda  emal  olunurdu.  Emal  prosesində  alınan 

maye-cövhər  başlıca  olaraq  yeyinti  sənayesində  işlənirdi.  Onu  tütünə, 

siqara,  konfetə,  pivəyə,  likora  və  b.  məhsullara  qalırdılar.  Əczaçılıqda 

müxtəlif dərmanların hazırlanmasında, eləcə də texnikada, xüsusən san, 

san-qonur rəngli parçalar istehsalında və s. istifadə edilirdi. 

Bu  dövrdə  meydana  gəlmiş  sənaye  sahələrindən  biri də  çiyid  yağı 

istehsalı  idi.  1902-ci  ildə  yerli  kapitalla  inşa  edilmiş  Ləki  çiyid  yağı 

zavodunda  əla  keyfiyyətli yağ  istehsal  olunurdu.  1906-cı  ildə  müəssisə 

əsasında «Qafqaz yağ zavodu» səhmdar cəmiyyəti təsis edildi. Zavodun 

istehsal etdiyi əla növ yağ yeməyə, konserv düzəldilməsinə, aşağı növ isə 

zavodun nəzdindəki sexdə müxtəlif çeşidli sabunların istehsalına və digər 

texniki məqsədlər üçün işlənirdi. Zavodda jmıx da hazırlanırdı. 1911-ci 

ildən  etibarən  Ləki  yağ  zavoduna  «Rus-Asiya  banb>  inhisan  nəzarət 

edirdi. 

Azərbaycanda  duz  istehsalı  qədim  tarixə  malik  olsa  da,  onun  bir 

yeyinti sənayesi sahəsi kimi əsl inkişafı XX əsrin əvvəllərinə təsadüf edir. 

Daş  duz  mədənləri  Naxçıvan  qəzasında  Sust  və  Şıxmahmud  kəndləri 

arasındakı  dağlarda  yerləşirdi.  Dövlətə  məxsus  duz  mədənləri  icarəyə 

verilirdi.  Daş  duz  böyük  miqdarda  bu  mədənlərdən  çıxanlırdı, 

«Kəlbalıxanov  qardaşlan»  şirkətinin  istismar  etdiyi  Sust  mədənləri  duz 

ehtiyatına  görə  zəngin  idi.  Lakin  xəzinə  duz  mədənləri  ilə  rəqabətdə 

üstünlük  qazanmasın  deyə  hökumət  şirkətə  100  min  puddan  çox  duz 

çıxarılmasını  qadağan  etmişdi.  Ona  görə  də  ayn-ayrı  illərdə  hər  iki 

mədəndən 400-500 min pud duz alınırdı. 

Azərbaycanda 30-dan çox göldən şor duz əldə edilirdi. Bu göllərin 

yandan  çoxu  Abşeronda,  qalanı  Cavad  qəzasında  yerləşirdi.  XX  əsrin 

əvvəllərində göllərdən şor duz alınması da icarədə idi. 1903-cü ildə Bakı 

qəzasındala göllərdən 233 min pud, Cavad qəzasında bundan xeyli az şor 

duz yığılmışdısa, yeni iqtisadi yüksəliş dövründə hər iki qəzada 350 min 

puddan  çox  şor  duz  əldə  edilmişdi.  Rusiyadan  külli  miqdarda  şor  duz 

gətirilməsi şor duz istehsalına mənfi təsir göstərirdi. 

XX  əsrin  əvvəllərində  Azərbaycanın  xalq  təsərrüfatında  kapitalist 

münasibətlərinin inkişafı  əhalinin artımına, şəhər  təsərrüfatına,  ticarətə, 

nəqliyyatın və rabitənin inkişafına da müəyyən təsir göstərirdi. 

1913-


 

cü  ildə  Azərbaycanın  2  mln.453  min  nəfər  əhalisinin  24%-ni 

şəhər  əhalisi  təşkil  edirdi.  Şəhərətrafı  qəsəbələrlə  birlikdə  Bakıda  300 

mindən çox, Gəncədə 57 min, Şuşada 42 min və Nuxada 52 mindən 



20 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə