Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə14/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   216

yən  150  fəhlə  əməkhaqqının  verilməməsinə  etirazlarını  bildirdilər  və 

podratçının  vəkilini  döydülər.  Müdiriyyət  fəhlələrin  tələbini  müzakirə 

etməyə məcbur oldu. 

Bakıdakı  ilk  tətillər  tələblərə  və  mübarizə  formasına  görə  əvvəlki 

illərdəki  tətillərə  oxşasa  da,  şüurluluq  səviyyəsinə  və  qətiyyətinə  görə 

xeyli fərqlənirdi. Polis hərəkatın qarşısını əvvəlki üsullarla ala bilmirdi. 

Tez-tez  şəhərin  ətrafinda  fəhlələrin  yığıncaqlan  keçirilir,  qarşıda  duran 

vəzifələr  müzakirə  edilir,  sahibkarlara  təqdim  ediləcək  tələblər 

hazırlanırdı. 

1902-


 

ci ilin aprelində Bakının mərkəzində fəhlə rayonlanndan 

gəlmiş minlərlə fəhlə ilk dəfə açıq nümayişə çıxdı. Onlar «Rədd olsun 

mütləqiyyət!»  və  «Yaşasın  azadlıq!»  şüarları  söyləyirdilər.  Şəhərin 

mərkəzindəki  izdihamla  bir  vaxtda  Balaxanıda  və  Sabunçuda  da 

nümayişlər keçirilirdi. Hökumət çətinliklə də olsa nümayişi dağıtmağa və 

onun fəallarını həbs etməyə müvəffəq oldu. 

Həmin il iyunun əvvəlində «Nobel qardaşlan» şirkətinin Balaxanıda 

və Sabunçudakı dülgərlik emalatxanasının azərbaycanlı fəhlələri iki gün 

tətil etdilər. Şəhərdə fanarçılann bir neçə gün davam edən tətili onlann 

tələblərinin yerinə yetirilməsi ilə başa çatdı. Beləliklə, bütün bu tətillər 

Azərbaycan  fəhlələrinin  gələcək  ümumi  çıxışlannm  hazırlanmasında 

mühüm mərhələ oldu. 

Azərbaycanda fəhlə hərəkatı 1903-cü ildə geniş miqyas aldı. Martın 

2-də  Bakı  fəhlələri  mütləqiyyətə  qarşı  açıq  küçə  nümayişi  keçirdi.  Üç 

saata  qədər  davam  edən  nümayiş  zamanı  polis  və  kazaklarla  qanlı 

toqquşma baş verdi. Nümayiş hökuməti qorxuya saldı. Kütləvi həbslər 

başlandı. Nümayişin fəal iştirakçılarından 60 nəfəri həbs edildi. Aprelin 

27-də Bakı fəhlələri dünya zəhmətkeşləri ilə həmrəylik əlaməti olaraq 1 

May nümayişinə çıxdılar. Həmin gün şəhərin müxtəlif rayonlarında 10 

mindən  artıq  fəhlə  nümayişə  başladı.  Onlann  arasında  qadınlar  da  az 

deyildi. Polislə toqquşmada 12 nəfər ağır yaralandı. Hökumət dairələri 

nümayişi  silah  gücünə  dağıtdı  və  qabaqcıl  fəhlələr  tutulub  həbsxanaya 

salındılar. 

İyunun  18-də  Bibiheybətdəki  mexaniki  emalatxana  fəhlələri 

əməkhaqqının artıniması haqqında tələblər irəli sürərək tətilə başladılar. 

Vəziyyətin  gərginləşdiyini  hiss  edən  müdiriyyət  iyulun  1-dən  maaşlan 

artıracağını  vəd  etdiyinə  görə  tətil  dayandınidı.  Lakin  sahibkar  verdiyi 

sözə  əməl  etmədi.  Ona  görə  də  elə  həmin  gün  tətil  yenidən  davam 

etdirildi. Bu tətil iyulun 4-də şəhərin, demək olar ki, bütün rayonlarının 

fəhlələrini də ayağa qaldırdı və ümumi şəkil aldı. Dəmiryolunda hərə 

37 



kət kəsilmiş və elektrik stansiyası işləmirdi. Şəhərin sənaye həyatı, demək 

olar ki, dayanmışdı. İqtisadi tələblərlə başlanan tətil tədricən mütəşəkkil 

tətillərlə  əvəz  olunurdu.  Tələblərin  hazırlanması  üçün  qabaqcıl 

fəhlələrdən ibarət tətil komitəsi yaradılmışdı. Tətil komitəsinə müsəlman 

fəhlələrin  nümayəndələri  də  daxil  edilmişdilər.  Tətil  komitəsi  böyük 

nüftıza  malik  olduğundan  neft  maqnatları  onu  «fəhlə  hökuməti» 

adlandınrdılar.  Tətil  komitəsinin  hazırladığı  tələbnaməyə  8  saatlıq  iş 

günü,  əvvəlki  nümayişlərdə  iştiraka  görə  həbs  edilən  fəhlələrin  azad 

edilməsi, işdən qovulanlann geri qaytarılması, əməkhaqqının artınlma- sı, 

nəzakətli  rəftar  və  s.  tələblər  daxil  edilmişdi.  İyulun  8-nə  qədər  gəmi 

təmiri  emalatxanaları  fəhlələrinin,  mədənçilərin,  qulluqçulann,  Gəncə, 

Yevlax, Ağstafa, Hacıqabul, Biləcəri dəmiryolçulannın tətilə qoşulmaları 

ilə  tətilçilərin  sayı  45-50  min  nəfərə  çatdı.  Müsəlman  fəhlələr  tətildə 

qətiyyətlə  iştirak  edirdilər.  Bakıdakı  hadisələrdən  vahiməyə  düşən 

hökumət Bakıya əlavə hərbi hissələr göndərilməsini təşkil etmişdi. İyulun 

8-də  bu  hissələr  şəhərə  gəldi.  Hədələyici  ultimatumla  tətilçilərə  təsir 

göstərmək  mümkün  olmadı.  İyulun  14-də  Cənubi  Qafqazda  bakılılarla 

həmrəy olduqlannı bildirən on minlərlə fəhlə tətilə başladı. İyulun 15-də 

isə  mədənlərdə  qəsdən  yanğın  törədildi.  Yüzlərlə  buruq  sıradan  çıxdı. 

Sahibkarlar  və  rəsmi  dairələr  bunun  təqsirini  fəhlələrin  üzərinə  atmaq 

istədilər.  Qoşunlara  başçılıq  edən  generalların  əmri  ilə  tətilçilərə  divan 

tutuldu.  Bakı  fəhlələrinin  22  gün  davam  etmiş  ilk  ümumi  tətili  iyulun 

22-də  qəddarcasına  yatırıldı.  Sahibkarlar  tətillərdə  iştirak  edən  42  iri 

şirkətin fəhlələrindən az bir hissəsinə güzəştə getdi. Onlann tələblərinin 

çoxu  ödənilmədi.  Lakin  buna  baxmayaraq,  fəhlələr  mənəvi  cəhətdən 

qələbə  çaldılar  və  onlann  mütəşəkkilliyi  artdı.  Tətil  hökumətə  və 

sahibkarlara fəhlələrin böyük qüvvə olduğunu anlatdı. Yüksək rütbəli çar 

məmurunun  «Bakı,  elektrik  zənginin  düyməsinə  bənzər  bir  şeydir... 

Həmin düyməni basan kimi bütün Rusiyanı həyəcan bürüyür» sözləri bu 

fikri  təsdiq  edir,  həqiqətən  uə,  Bakıdakı  ümumi  tətilin  yatınimasına 

baxmayaraq, bu tətil bütün ölkədə əks-səda doğurdu, Cənubi Qafqaz və 

Rusiyanın  cənubunda  inqilabi  yanğının  başlanmasına  səbəb  oldu.  Bakı 

fəhlələrinin  iyulda  keçirilən  ümumi  tətili  Avropada  da  yüksək 

qiymətləndirildi. Alman sosial-demokratlarının liderlərindən biri 1903-cü 

ildə dünyada fəhlə hərəkatının iki mühüm qələbəsindən danışarkən Bakı 

fəhlələrinin ümumi tətilinin adını birinci sırada çəkmişdi. 

Kütləvi tətillərin baş verdiyi dövrdə qəzalarda kəndlilərin çıxışlan 

başlandı. Bu çıxışlar Bakı, Lənkəran, Şuşa, Gəncə, Nuxa və Şamaxı 



38 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə