Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə3/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   216

müflisləşdirərək  sıradan  çıxanrdılar.  1907-ci  üdə  Bakıda  olan  155  neft 

şirkətindən 16 ən iri cəmiyyətin payına bütün buruqlann 55%-i, çıxan- 

lan neftin isə 66%-i düşürdü. 

Təmərküzləşmə  prosesi  neftin  emalı  sənayesində  daha  güclü  idi. 

Nobel  qardaşlan,  Rotşild,  Mantaşov,  Şibayev  kimi  5-6  iri  cəmiyyətə 

məxsus zavodlar ağ neftin 65%-ni, mazutun 59%-ni və sürtkü yağla- nnın 

75%-ni  emal  edirdilər.  «Nobmazub)  ölkənin  daxili  bazarlannda ağ  neft 

satışının  75%-ni  öz  əlində  cəmləşdirmişdi.  Ona  görə  də  səhmdar 

cəmiyyətləri görünməmiş inhisar mənfəəti əldə edirdilər. Məsələn, 

1908-


 

ci ildə yalnız «Nobel qardaşlan» şirkəti 3-4 mln. manat xalis gəlir 

götürmüşdü. 

İqtisadi böhrandan və durğunluqdan sonra Rusiya sənayesində 

1909-

 

cu ildə başlanan canlanma tezliklə yüksəlişlə nəticələndi. Lakin 



Rusiyadakı  sənaye  yüksəlişi  Azərbaycan  iqtisadiyyatının  əsasını  təşkil 

edən neft sənayesinə o qədər də təsir göstərmədi. Əvvəldə olduğu kimi, 

Bakıda neft hasilatı sabitləşə bilmədi. Məsələn, Bakıda 1910-cu ildə 499 

milyon  pud  neft  çıxanldığı  halda,  1913-cü  ildə  bu  449  milyon  puda 

enmişdi.  Bu  gerilik  neft  emalı  sahəsində  özünü  daha  qabanq  şəkildə 

göstərirdi. Müqayisə olunan illərdə neft emalı zavodlannm sayı 64-dən 

54-ə enmişdi ki, bundan da yalnız 30-u işləyirdi. 1910-cu ildə 362 milyon 

pud neft məhsullan emal edildiyi halda, 1913-cü ildə bu, 326 milyon puda 

enmişdi. Neft emalı sənayesinin texniki geriliyinin qarşısını almaq üçün 

tədbir  görülmürdü.  İnhisarçılar  süni  surətdə  istehsalın  inkişafımn 

qarşısım  alır  və  neftin  qiymətini  qaldırmaqla  böyük  həcmdə  inhisar 

mənfəəti  götürürdülər.  1913-cü  ildə  bütün  neft  fırma-  lannın  gəliri  96 

milyon manatdan yuxan olmuşdu. Bundan 18 mln. manatdan çoxu təkcə 

«Nobel  qardaşlan»  şirkətinin,  5,5  mln.  manatı  rus  «Neft»  və  5  mln. 

manata  qədəri  «Mazut»  cəmiyyətlərinin  payına  düşürdü.  İstehsalın 

yüksək  dərəcədə  təmərküzləşməsinə  baxmayaraq,  Abşeronda  kustar 

üsulla neft çıxaniması hələ də davam etdirilirdi. 

1913-


 

cü  ildə  30  min  quyudan  əl  əməyi  ilə  25  mln.  puda  qədər  neft 

çıxarılmışdı.  Bu  quyulann  istismannda  8  min  nəfərədək  «qara  fəhlə» 

əməyindən istifadə edilirdi. 

Həmin illərdə mazut istehsalı 187 milyon puddan 157 milyon puda 

enmişdi.  Buna  baxmayaraq,  Bakı  müharibə  ərəfəsində  Rusiyada  çıxa- 

nlan  neftin  84%-ni  verirdi.  Rusiyanın  toxuculuq  sənayesi,  metallurgiya 

zavodlan,  dəmir  yollan,  Volqa-Xəzər  gəmiçiliyi,  əsasən  Bafanın  neft 

yanacağı ilə işləyirdi. 1913-cü ildə Avropa Rusiyasının sənaye müəssi 




sələrində  işlənən  yanacağın  50%-ni,  dəmiryollannda  33%-ni,  elektrik 

stansiyalannda isə 60%-ni neft təşkil edirdi. 

Neft  sənayesindəki  durğunluğun  səbəbləri  çox  idi.  Demək  olar  ki, 

yeni  geoloji-kəşfiyyat  işləri  apanimırdı.  Yeni  neft  quyulannm  qazılma- 

ması  ilə  yanaşı,  mövcud  quyulann  ancaq  48%-indən istifadə  olunurdu. 

Kulli miqdarda gəlir əldə edən sahibkarlar mədənlərin texniki cəhətdən 

təkmilləşdirilməsi  və  yeni  texnologiyadan  istifadə  edilməsi  ilə  məşğul 

olmurdular.  Elektrik  motorlan  və  daxili  yanacaqlı  mühərriklərdən 

qismən,  başlıca  olaraq  isə  buxar  mühərriklərindən  istifadə  olunurdu. 

Birinci  Dünya  müharibəsi  ərəfəsində  neft  hasilatımn  80%-i  buxar 

mühərriklərinin gücü ilə çıxanlırdı. Neft sənayeçiləri istehsalı azaldır və 

neftin  qiymətini  durmadan  artırırdılar.  Bir  neçə  il  ərzində  neft  məh- 

sullannm qiyməti 8 dəfe artmışdı. Beləliklə, 1910-1913-cü illərdə Bakıda 

on  iri  neft  şirkətinin  gəliri  16  milyon  manatdan  56  milyon  manata 

çatmışdı. 1901-1913-cü illərdə Azərbaycanda neft hasilatı 33%-dən çox 

azalmışdı.  Bu  da  öz  növbəsində  Rusiyanın  dünya  neft  istehsalm-  dakı 

birinciliyini  itirməsi  ilə  nəticələndi  və  Amerika  Birləşmiş  Ştatlan  bu 

sahədə  birinci  yerə  çıxdı.  Azərbaycan  nefti  dünya  bazannda  getdikcə 

sıxışdınlırdı.  Əsrin  başlanğıcında  istehsal  olunan  neftin  52,6%-i  dünya 

bazarına çıxarıldığı halda, yeni iqtisadi yüksəliş illərində bu, yanya qədər 

azalmışdı. 

İnhisarların  sayca  artması  ilə  neft  sənayesinin  təmərküzləşməsi  də 

güclənirdi. Müharibə ərəfəsində Azərbaycanda neft hasilatı, onun emalı 

və  satışı,  əsasən  üç-dörd  iri  inhisar  birliyinin:  Nobel  qardaşlan  şirkəti, 

«Nobmazub),  «Oyl»  və  «Şell»in  əlində  cəmləşmişdi.  1912-ci  ildə 

Rusiyanın  və  xarici  ölkələrin  7  nəhəng  bankı  tərəfindən  təşkil  edilmiş 

«Oyl» inhisar birliyi 20 iri firmanı birləşdirirdi. 1914-cü ildə Rusiyada 

çıxarılan neftin 28%-ni «Oyl», 20%-ni «Şell», 14%-ni «Nobel qardaşlan» 

inhisar  birliyi  verirdi.  Deməli,  yalnız  bu  birliklər  imperiyada  çıxanlan 

neftin 60%-dən çoxunu, ağ neft və mazutun üçdə ikisini və sürtkü yağlan 

satışını  bütünlüklə  öz  əllərində  cəmləşdirmişdi.  «Oyb>  inhisan  öz 

fəaliyyətini yalnız neft sənayesi ilə məhdudlaşdırmırdı. Onun tərkibində 

olan  ən  iri  səhmdar  cəmiyyətlərindən  biri  1913-cü  ilin  əvvəlində 

Azərbaycanın  qərbində  «Tovuz»  portland  sementi  və  digər  tikinti 

materiallan  istehsalı  səhmdar  cəmiyyətini  təsis  etmişdi.  Cəmiyyətə 

məxsus zavodun ildə istehsal etdiyi 5-6 milyon pud sementdən, əsasən 

neft  mədənlərində  istifadə  olunurdu.  Tovuz  sement  zavodu  Cənubi 

Qafqazda bu növ məhsul verən ən böyük müəssisə idi. 




Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə