Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə4/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   216

tngilis-Hollandiya  kapitalını  təmsil  edən  «Şell»  inhisan  I912>ci  ildə 

«Xəzər-Qara  dəniz»  cəmiyyəti,  «Mazut»  cəmiyyəti  və  «Rotşild  bankir 

evi»nə məxsus səhmlərin çoxunu satın almışdı. Dünya neft satışı bazar- 

lannda Amerika inhisan «Standart oyl» ilə bu inhisarlar arasında ağalıq 

uğrunda  mübarizə  davam  edirdi.  Bakıdakı  20  iri  neft  sənaye  səhmdar 

cəmiyyətləri  sırasına  Azərbaycan  kapitalının  nümayəndələri  Musa 

Nağıyev  və  Şəmsi  Əsədullayevin  də  şirkətləri  daxil  idi.  Bu  şirkətlərin 

illik  istehsal  gücü  7-8  mln.  puda  çatırdı.  Neftin  çıxarılması  ilə  yanaşı, 

onlann neftayıran zavodlan və neftdaşıyan gəmiləri də vardı. 

Çar hökumətinin neft sənayesi ilə bağlı olan torpaq və aksiz siyasəti 

hələ  keçən  əsrin  70-ci  illərindən  həyata  keçirilməyə  başlamışdı. 

Xəzinənin  ixtiyannda  olan  neftverən  torpaqlar  hərrac  yolu  ilə  icarəyə 

verilirdi. Hərracın şərtləri haqqında 1900-cü ildə verilmiş «Qaydalar» 

1912-


 

ci  ilədək  qüvvədə  olmuşdu.  Abşeronda  6104  des.  neft  verən 

torpağın  yalnız  1000  des-dən  bir  qədər  çoxundan  istifadə  edilirdi.  Bu 

torpaqlann  hər  desyatininin  qiymətinin  həddindən  çox  baha  olmasına 

(100 min manatdan 500 min manata qədər) baxmayaraq, onlann böyük 

əksəriyyəti  inhisarlann  əllərində  idi.  İnhisarlar  300  des-dən  çox  xüsusi 

torpaqları  da  satın  almışdılar.  İcarəyə  götürülmüş  torpağın  hər 

desyatinindən  çıxanlan  neftin  əvəzində  dövlət  xəzinəsinə  müəyyən 

məbləğdə  pul  köçürülürdü.  Sonralar  icarə  haqqı  əldə  edilən  neftlə  də 

ödənilirdi. 1912-ci ilin iyun qanununa, əsasən yeni torpaqlann istifadəyə 

verilməsi dayandınlırdı. Neft əvvəlki illərdə icarəyə verilmiş, yaxud satın 

alınmış  torpaq  sahələrində  çıxanla  bilərdi.  1913-cü  ildə  neft  çıxanlan 

torpaqlann  646  desyatini  xəzinəyə,  352  des-ni  xüsusi  sahibkarlara  aid 

edilsə  də,  əslində  bu  torpaqlann  hamısı  neft  sənayeçilərinin  ixtiyannda 

idi. Dövlət-xəzinə torpaqlanmn böyük bir hissəsi də inhisarlar tərəfindən 

satın alınmışdı. Aksiz vergisi neftdən gələn gəlirin üçdə birinə qədərini 

təşkil edirdi. 1900-1914-cü illərdə neft məhsulla- nndan 368 mln. manat 

aksiz vergisi alınmışdı. Bu da dövlət xəzinəsinə Rusiya üzrə daxil olan 

bütün aksiz vergisinin 64%-ni təşkil edirdi. Başqa sözlə, hökumətin aksiz 

siyasəti  nəticəsində  Azərbaycanın  sənaye  sahələrindən  Rusiya  dövlət 

xəzinəsinə hər il orta hesabla 30-40 mln. manat aksiz vergisi daxil olurdu. 

1912-


 

ci  ildə  nefti  emal  edən  zavodlardan  başqa  Bakı 

quberniyasında  18  kimya  zavodu  işləyirdi.  Bu  müəssisələr  emal 

sənayesinin  xarakterinin  dəyişməsinə  təsir  göstərirdi.  İldən-ilə  çıraq, 

sürtkü  yağlannın,  benzol  və  qazolin  istehsalının  artması  ölkəmizdə 

nisbətən yeni istehsal 



10 


sahəsi  olan  kimya  sənayesinin  inkişaf  etdiyini  göstərirdi.  Neftin  emalı 

üçün zəruri olan kükürd turşusunu kimya zavodları başlıca olaraq kükürd 

kolçedanmdan  alırdılar.  Hələ  keçən  əsrin  90-cı  illərində  Simens 

qardaşlan  cəmiyyəti  ilə  «Nobel  qardaşlan»  şirkəti  arasında  bağlanmış 

müqaviləyə görə Gədəbəydə çıxanlan mis və kükürd kolçedanmın hamısı 

«Nobel qardaşlan» şirkətinə məxsus olan kimya zavodlanna göndərilirdi. 

1901-ci ildə bağlanmış başqa bir müqaviləyə əsasən təkcə Gədəbəy deyil, 

Çaykənd  və  b.  kükürd  kolçedanı  mədənləri  də  «Nobel  qardaşlan» 

şirkətinin tabeliyinə keçdi. Mis və kükürd kolçedanı bu şirkətin icazəsi ilə 

digər kimya zavodlanna da satılırdı. 

XX əsrin əvvəllərində Bakıdan kənarda  - Quba, Şamaxı və Cavad 

qəzalannda  neft  inhisarlan,  nəhəng  ticarət-səhmdar  banklan  və  yük> 

səkrütbəli məmurlar tərəfindən təkində neft olması güman edilən 330 min 

desyatindən çox torpaq sahəsi icarəyə götürülmüşdü. 1913>cü ildə Quba, 

Şamaxı  və  Cavad  qəzalan  ərazilərindəki  neft  mədənlərindən  1  milyon 

puddan çox neft çıxanlımşdı. 

Gəncə  quberniyasında  neft,  əsasən  Naftalanda  çıxanlırdı.  1890-cı 

ildə  Göran  dəmiryol  stansiyası  yaxınlığında  alman  kapitalistləri  dəyəri 

200  min  man.  olan  neftayırma  zavodu  inşa  etdirmişdilər.  1894-cü  ildə 

neft mədənləri və bu zavod əsasında «Naftalan neft sənayesi və ticarəti» 

şirkəti  yaradıldı.  Şirkətə  məxsus  olan  quyular  ildə  15-20  min  pud  neft 

verirdi.  Naftalan  neftinin  müalicə  əhəmiyyəti  olduğuna  görə,  onun 

pudunu  40-50  manata  satırdılar.  Zavodun  nəzdindəki  dərman  sexində 

«Naftalan» adlı dərman və «İCojalan» mazı hazırlanırdı. Bu dərmanlar 

Avropa ölkələrində şöhrət qazanmışdı. 1911-ci ildə şirkətə məxsus əmlak 

əsasında  əsas  kapitalı  1  mln.  manat  olan  «Qaraman-Naftalan»  neft 

sənayesi  və  ticarəti  səhmdar  cəmiyyəti  təsis  edildi.  Cəmiyyətin 

ixtiyannda  2500  des.  neftli  torpaq  sahəsi  vardı.  Dünya  müharibəsi 

illərində cəmiyyət fəaliyyətini davam etdirirdi. 

Birinci Dünya müharibəsi ərəfəsində İngiltərə, Fransa və Almaniya 

inhisarlan  arasında  Bakı  neftini  ələ  keçirmək  uğrunda  rəqabət 

güclənmişdi.  Lakin  bu  mübarizədə  «Nobel  qardaşlan»  inhisan  öz 

müstəqilliyini qoruyub saxlaya bilmişdi. 

1911-


 

1914-cü  illərdə  Azərbaycanın  neft  sənayesinə  qoyulan 

kapitalın az qala yansı «Oyl», «Şelb> beynəlxalq inhisarlara və «Nobel 

qardaşlan» konserninə məxsus olmuşdu. 



11 


§ 2. Sənayenin başqa sahələri 

Azərbaycanın iqtisadi geriliyi, onun sənaye kapitalizmi mərhələsini 

keçməməsi  haqqında  vaxtilə  İ.Stalin  tərəfindən  söylənmiş  yanlış  və 

qərəzli  müddəanın  əksinə  olaraq,  XX  əsrin  əvvəllərində  kapitalist 

münasibətləri yalnız Bakıda deyil, Azərbaycanın qəzalannda da inkişaf 

etmişdi. 

Stalinin  «Azərbaycan  ən  geridə  qalmış  feodal-patriarxal 

münasibətləri  ölkəsidİD>  müddəasını  ehkama  çevirmiş  bir  qrup tarixçi 

uzun illər ölkəmizin iqtisadi tarixinin öyrənilməsinə mane olmuşdur. 

Torpağımızın  qiymətli  sərvəti  təkcə  ona  dünyada  şöhrət  gətirən 

neftdən  ibarət  deyildi,  ölkəmizin  təbii  sərvətləri  sənayenin  başqa 

sahələrinin  -  dağ-mədən,  mexaniki  istehsal,  energetika,  toxuculuq, 

pambıqtəmizləmə,  ipək  emalı  və  yeyinti  sənayesi  sahələrinin,  eləcə  də 

nəqliyyat,  rabitə,  bank-kredit  sistemi,  ticarət  və  şəhərlərin  inkişafına 

imkan verirdi. 

Əsrin  əvvəllərində  həmin  sahələrdə  texniki  yeniliklərin  tətbiq 

olunması  istehsalın  inkişafını  sürətləndirmişdi.  Lakin  iqtisadiyyatı 

bürümüş  böhran  qəzalann  iqtisadi  həyatından  yan  keçməmişdi. 

Sənayenin  başqa  sahələrində  iqtisadi  böhranın  təsiri  müxtəlif  idi. 

Məsələn, böhran yüngül və yeyinti sənayesi sahələrinə elə bir ciddi zərbə 

vura  bilməmişdi.  Lakin  dağ-mədən  sənayesi  ilə  bilavasitə  bağlı  olan 

sənaye sahələrinin inkişafını ləngitmişdi. 

Bakının  mexaniki  istehsal  sahəsində  maşınqayırma  xüsusi  yer 

tuturdu.  Maşınqayırma  zavodlan  neft  quyulan  üçün  dəzgah  və  başqa 

avadanlıq, eləcə də ağ neft-yağ zavodlannda istifadə edilən qazanlar və s. 

istehsalı ilə məşğul olurdular. Bu müəssisələrin çoxu «Vulkan» və digər 

səhmdar cəmiyyətlərinə məxsus idi. Bakıdakı bu növ 12-13 zavodun illik 

məhsulunun ümumi dəyəri 3-4 mln. manatdan çox olurdu. 

Podrat  qazma  işlərini  görən  iri  müəssisələrə  M.Muxtarovun, 

<,  «Votan»,  «Robur»  və  b.  şirkətlərin  zavodlannı  aid  etmək 

olar.  Qazma  üzrə  30-40  müəssisədə  7  mindən  çox  fəhlə  qazma  işi  ilə 

məşğul olurdu. 

Ümumi yükgötürmə qabiliyyətinə görə Rusiya limanlanm çox geridə 

qoyan  Bakıda  gəmilərin  təmiri  böyük  əhəmiyyətə  malik  idi.  Xəzər 

dənizində  350-dən  çox  gəmisi  olan  neftdaşıyan  donanma  vardı.  Bu 

gəmilərin təmir edildiyi zavodlann çoxu «Qafqaz və  Merkuri»,  «Xəzər 

neft sənayesi və ticarəti», «Nobel qardaşlan» və digər səhmdar 



12 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə