Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə8/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   216

artıq adam yaşayırdı. Sənayenin xüsusi çəkisi və fəhlələrin sayına görə 

Nuxa  şəhəri  Bakıdan  sonra  ikinci  yerdə  gedirdi.  Başqa  sözlə,  Nuxa 

ölkəmizin ikinci sənaye mərkəzi idi. 

Kapitalizmin  inkişafı  şəhərlərdə  özünə  uyğun  maliyyə-kredit  və 

bank müəssisələri yaradırdı.  Ölkəmizin müxtəlif yerlərində 34 bank və 

bank şöbələri, eləcə də 80-dən çox borc-əmanət kassalan vardı. Bakıdakı 

iri  ticarət  səhmdar  banklarının  sahibləri  arasında  H.Z.Tağıyev  və 

M.Nağıyev başda olmaqla milli burjuaziyanın nümayəndələri də təmsil 

olunmuşdu. 

Bakı əlverişli dəniz limanı və Cənubi Qafqazı Rusiya ilə birləşdirən 

dəmiryol  qovşağı  idi.  Həmin  yollarla  Rusiyadan  müxtəlif  növ  sənaye 

malları,  ərzaq  məhsulları,  tikinti  materialları  və  s.  gətirilir, 

Azərbaycandan  isə  neft,  mahlıc,  yun,  mis,  balıq  və  balıq  məhsullan, 

şərab,  konyak,  quru  meyvə  və  s.  apanlırdı.  İqtisadi  böhranın  ticarət 

dövriyyəsinə  təsir  göstərməsinə  baxmayaraq,  tacirlərin  və  ticarət 

müəssisələrinin  sayı  ildən-ilə  artmaqda  idi.  Azərbaycanda  25  minədək 

tacir müxtəlif sahələrdə ticarətlə məşğul idi. 

Sənaye  və  ticarət  mərkəzi  kimi  Bakıda  hər  il  təşkil  edilən  satış 

yarmarkasında  xaricdən,  Rusiyadan  və  Azərbaycanın  qəzalanndan 

gətirilmiş mallarla qızğın ticarət gedirdi. 

Daxili  və  xarici  ticarətin  inkişafında  Bakı,  Lənkəran,  Astara 

limanları mühüm rol oynayırdı. Xəzərdəki ticarət donanması gəmilərinin 

sayı  830-dan  artıq  idi.  Ölkəmizdə  istehsal  edilən  çoxçeşidli  məhsullar 

Ağstafa,  Şəmkir,  Gəncə,  Yevlax,  Ucar,  Kürdəmir,  Biləcəri,  Culfa  və 

Naxçıvan dəmiryolu stansiyalan ilə daxili və xarici bazarlara daşınırdı. 

Əsrin  əvvəlində  Bankə  qəsəbəsində  27  verst  uzunluğunda  telefon 

xətti  çəkilmişdi.  1910-1911-ci  illərdə  Bakını  Quba  və  Xaçmazla 

birləşdirən telefon xətti vardı. 1912-ci ildə Bakı və Tiflis şəhəri arasında 

birbaşa teleqraf xətti çəkilmişdi. Lakin rabitənin inkişaf səviyyəsi aşağı 

idi.  Azərbaycanda  cəmi  93  poçt-teleqraf  müəssisəsi  vardı  ki,  bu  da 

Rusiyanın başqa yerləri ilə müqayisədə çox az idi. 

Bəhs edilən dövrdə Azərbaycanın bütün sənaye sahələrində, eləcə də 

nəqliyyatda  200  min  nəfərdən  çox  fəhlə  çalışırdı.  Əgər  kənd 

təsərrüfatında işləyən 106 min daimi fəhləni də buraya əlavə etsək, onda 

1913-cü  ildə  ölkəmizdə  306  min  nəfərdən  çox  fəhlə  olduğunu  deyə 

bilərik.  Bu,  1913-cü  ildə  Azərbaycanın  ümumi  əhalisinin  (2  mln,  453 

min) 12,5%-ni təşkil edirdi. Başqa sözlə desək, Azərbaycanda fəhlələrin 

sayının  əhalinin  ümumi  sayına  nisbəti  (12,5%)  ümumrusiya 

göstəricisindən (10%) yüksək olmuşdur. 

21 



Beləliklə,  ölkəmizdə  sənayenin  inkişafına  dair  gətirilmiş  statistik 

materiallar,  onlann  təhlili  və  apanlmış  hesablamalara  əsaslanaraq  tam 

inamla, demək olar ki, on illər boyu Sovet (xüsusən Azərbaycan) tarix- 

şünaslığmda Azərbaycanın geriliyi haqqında hakim olmuş müddəanın heç 

bir  elmi  əsası  olmamışdır.  Deməli,  XX  əsrin  əvvəllərində  Şimali 

Azərbaycan  bütövlükdə  kapitalist  inkişaf  mərhələsini  keçmiş  və  öz 

ictimai-iqtisadi  inkişaf  səviyyəsinə  görə  nəinki  qonşu  ölkələrdən,  hətta 

Mərkəzi  Rusiyanın  sənayecə  inkişaf  etmiş  bir  sıra  quberniyalarından 

yüksəkdə durmuşdu. 

§ 3. Kənd təsərrüfatı. Çarizmin köçürmə siyasəti 

Kənd 


Bəhs olunan dövrdə də kənd təsərrüfatının əsasını 

təsərrüfatı 

əkinçilik  və  maldarlıq  təşkil  edirdi.  Ölkəmizdə  əkin 

sahələri ildən-ilə genişlənirdi. Kapitalizmin inkişafı kənd təsərrüfatında, 

xüsusilə  əkinçilikdə  təkmil  alətlərin  tətbiqini  xeyli  genişləndirmişdi. 

Birinci  Dünya  müharibəsi ərəfəsində  1,3  milyon  des.  əkin  üçün  yararlı 

sahənin yandan çoxunda buğda, arpa və düyü əkilirdi. Əkinçilikdə dəmir 

kotanlar mühüm rol oynayırdı. Öyrənilən dövrün sonunda əkinçilikdə 70 

min  ədədə  qədər  dəmir  kotandan  istifadə  olunurdu.  Bundan  başqa, 

mülkədar bəylərin və varlı kəndlilərin təsərrüfatlannda traktorlar, dəmir 

dır-  mıxlar  da  geniş  şəkildə  tətbiq  edilirdi.  Aqrotexniki  qaydalar 

mənimsənilirdi. Texnikanın çoxu bu təsərrüfatlann payına düşürdü. 

Əkin  sahələri  genişləndikcə  və  məhsul  istehsalı  artdıqca  əmtəəlik 

məhsullar da çoxalırdı. 1903-cü ildə Azərbaycanda 40 milyon puddan çox 

taxıl yığılmışdı. Sonrakı dövrlərdə, xüsusilə 1913-cü ildə taxıl istehsalımn 

inkişafinda  xeyli  fərq  gözə  çarpırdı.  Həmin  ildə  ölkəmizdə  60  milyon 

puda  qədər  taxıl  əldə  edilmişdi.  Bunun  41  milyon  pudunu  buğda,  12 

milyon pudunu arpa, 5,5 milyon pudunu düyü və s. təşkil edirdi. 

İctimai təbəqələşmə nəticəsində meydana gəlmiş kənd burjuaziyası - 

qolçomaqlar  kənd  əhalisinin  az  bir  hissəsini  təşkil  etmələrinə  və 

təsərrüfatlann  10%-nə  sahib  olmalanna  baxmayaraq,  əmtəəlik  taxılın 

böyük  bir  hissəsini  onlar  verirdilər.  1913-cü  ildə  onlara  məxsus 

təsərrüfatlar 20 mln. puda qədər taxıl vermişdi ki, bunun da 15 mln. pudu 

satışa getmişdi. 

Kapitalistcəsinə  təşkil  edilmiş  mülkədar-bəy  təsərrüfatlannda  da 

taxılın  müəyyən  hissəsi  bazar  üçün  istehsal  edilirdi.  Mülkədarlann 

əllərində 757 min des-dən çox torpaq sahəsi vardı. Gəncə quberniyasında 

yalnız 28 mülkədar 285 min des. torpağa sahib idi ki, bu da bütün 



22 


mülkədar torpaqlarının az qala üçdə birini təşkil edirdi. Kəndlilərin isə bir 

hissəsinin  torpağı  yox  idi  və  əksəriyyəti  aztorpaqlılar  təşkil  edirdilər. 

Torpaqsız kəndlilər də az deyildilər. 1917-ci ilin əvvəllərində Gəncə və 

Bakı  quberniyalarında  16  min  ailənin  (76  min  nəfər)  torpağı  yox  idi. 

Aztorpaqlı və torpaqsız kəndlilər ya varlıların torpaqlannı ağır şərtlərlə 

icarəyə  götürür,  ya  da  bir  parça  çörək  qazanmaq  üçün  kəsbkarlığa 

gedirdilər. 

Kəndlilərdən  alınan  müxtəlif  vergilər  onların  vəziyyətini 

ağırlaşdırırdı.  Sahibkar  kəndliləri  bəy-mülkədar  torpaqlanndan  istifadə 

əvəzində məhsulun onda bir hissəsindən yarısına qədərini torpaq sahibinə 

verirdilər. Məhsulun onda birini təşkil edən bu vergi malcəhət adlanırdı. 

Bundan  başqa,  kəndlilər  ot  pulu,  tüstü  pulu  və  başqa  vergilər  də 

verirdilər. Dövlət kəndliləri də bir sıra mükəlləfiyyət yerinə yetirməklə 

bərabər çöp pulu, torpaq vergisi və s. verməli idilər. 1901- ci ildən torpaq 

pulu vergisi töycü ilə əvəz edilmişdi. 

Kənd  təsərrüfatında  texnikanın  ləng  tətbiq  olunmasının  bir  sıra 

obyektiv səbəbləri vardı. Azərbaycanın özündə kənd təsərrüfatı maşınları 

istehsal edən zavodlar, demək olar ki, yox idi. Belə maşınları kənardan 

gətirmək isə baha başa gəlirdi. Yuxarıda göstərilən dəmir kotanlann bir 

hissəsi  məhz  kənardan  gətirilmişdi.  Onlan  varlı  kəndlilər  alırdılar. 

Yerlərdə  istehsal  edilən  əkin  alətləri  ehtiyacı  ödəmirdi.  İxtisaslı 

mütəxəssislərin az olması da işə mənfi təsir göstərirdi. 

Taxıla  və  texniki  bitkilərə  tələbatın  artması  suvarılan  torpaq 

sahələrinin genişləndirilməsini tələb edirdi. Köhnə suvarma kanallannm 

yenidən  bərpası,  yararlı  hala  salınması  ilə  yanaşı,  çayların  sahilində 

suvuran qurğular qurulur, kanallar çəkilirdi. Əsrin əvvəllərində Kür vo 

Araz  çaylarının  sahillərində  150-yə  qədər  suvuran  qurğu  qurulmuşdu. 

Yeni iqtisadi yüksəliş dövründə Muğan və Mildə uzunluğu 500 km qədər 

olan  əsas  və  qol  kanalları  çəkilmişdi.  Pambıqçılığı  genişləndirmək 

məqsədi güdən çar hökuməti suvarma şəbəkələrinin inkişafına maliyyə 

vəsaiti  buraxmağa  məcbur  idi.  Kanallann  çəkilməsi,  həm  də  rus 

kəndlilərinin bu ərazilərə köçürülməsinə şərait yaradırdı. 

Taxılçılıq  sahəsində  Lənkəran,  Gəncə,  Nuxa,  Ərəş,  Şuşa  qəzalan 

daha çox fərqlənirdi. Çəltik bir neçə qozada becərilsə də Azərbaycanda 

onun əsas vətəni Lənkəran idi. Cənubi Qafqazda becərilən çəltiyin 86%-i 

Azərbaycanın payına düşürdü. 

Azərbaycanda  hər  desyatin  torpaq  sahəsindən  orta  hesabla  42  pud 

taxıl götürülürdü ki, bu da Mərkəzi Rusiyadakından az deyildi. 



23 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə