Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə9/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   216

Məhsuldarlığın aşağı olması səbəblərindən biri torpağın aqrotexniki 

tələblərə uyğun becərilməməsi idi. Bu işdə təbii fəlakətlərin də rolu az 

deyildi. 

XX  əsrin  əvvəllərində  texniki  bitkilər  əkini,  xüsusilə  pambıqçılıq 

xeyli genişlənmişdi. Sənaye pambıqçılığının inkişafı da bu dövrə təsadüf 

edir. 


*  1900-1913-cü illərdə pambıq əkini sahələri 19 min desyatindən 

105  min  desyatinə  çatmış,  yəni  5,5  dəfə  artmışdı.  Pambıq  əkinində 

kotanlarla  bərabər,  traktorlardan  da  istifadə  olunurdu.  1913-cü  ildə 

Rusiyada  əkinçilikdə  istifadə  edilən  152  traktordan  6-sı  Azərbaycanda 

idi.  F.Vəzirovun  «Hindarx»  mülkündə  1,  Həsənbəy  Hüseynovun  Yev- 

laxdakı mülklərində 1 və Ağdamda fəaliyyət göstərən «Qafqaz pambığı» 

səhmdar  cəmiyyətinin  təsərrüfatlannda  2  traktor  vardı.  Bakı 

quberniyasının Cavad qəzasında M.Karamzinin «Qaraçala» mülkündə və 

Benkendorfun  Quba  qəzasındakı  mülklərində  də  traktorlardan  istifadə 

edilirdi.  Cənubi  Qafqazdakı  pambıq  əkilən  sahələrin  70%-dən  çoxu 

Azərbaycanın payına düşürdü. Becərmədə xeyli irəliləyiş gözə çar- pırdı. 

Pambıqçılıq təsərrüfatlannda cərgəli əkin üsulu getdikcə üstünlük təşkil 

edirdi.  Təkcə  onu  demək  kifayətdir  ki,  yalnız  Muğanda  15  min  des. 

sahədə cərgəli üsulla pambıq becərilirdi. Əlbəttə, bütün bunlar məhsulun 

artımına təsir göstərirdi. Azərbaycanda hər il orta hesabla 6-7 mln. pud 

pambıq  yığılırdı.  Toplanan  pambıq  yerli  pambıqtəmizləmə  zavodlarına 

satılırdı.  Becərilən  pambıqdan  məişətdə  də  istifadə  edirdilər. 

Azərbaycanda  pambıqçılıq  Göyçay,  Cavad,  Ərəş,  Cavanşir,  Şuşa  və 

Naxçıvan  qəzalannda  geniş  yayılmışdı.  Bu  qəzalarda  əldə  edilən 

pambıqdan  hər  il  milyonlarla  manat  gəlir  götürülürdü.  Lakin  bu 

milyonlann  çox  az  hissəsi  pambıqçılara  çatırdı.  Çünki  möhtəkir-  lər 

onlann  min  bir  zəhmətlə  becərdikləri  pambığı  əvvəlcədən  verilmiş beh 

hesabına ucuz qiymətə alırdılar. Kəndli öz məhsulunu möhtəkirə satmağa 

məcbur  olurdu.  Möhtəkirlər  kəndlilərlə  sənayeçilər  arasında  vasitəçilik 

edirdilər.  Lakin  1909-cu  ildən  etibarən  Azərbaycanda  borc-  kredit 

şirkətlərinin  təşkili  vəziyyəti  dəyişmişdi.  1913-cü  ildə  burada  129-dan 

artıq kredit şirkəti və borc-əmanət kassalan fəaliyyət göstərirdi. Bunlar 

möhtəkirlərin fəaliyyətini məhdudlaşdınrdılar. 

Azərbaycanda inkişaf etmiş ipək sənayesinin əsasını geniş yayılmış 

ipəkçilik  təşkil  edirdi.  XX  əsrin  əvvəllərində  ipəkçiUklə-kümdarlıqla 

məşğul olan kəndlərin sayı artdıqca tut-çəkil plantasiyalarmın sahələri də 

genişlənirdi. 1914-cü ildə Azərbaycanda çəkil plantasiyalarının 



24 


ümumi  sahəsi  60  min  des-nə  bərabər  idi.  Baramaçılıqla  məşğul  olan 

kəndlərin sayı keçən əsrdəkinə nisbətən iki dəfə artaraq 2200-ü ötmüşdü. 

İpəkçilik  kapitalist  əmtəə  istehsalının  inkişaf  etdiyi  kənd  təsərrüfat 

sahələrindən birinə çevrilmişdi. 

1901-

 

ci  ildə  ölkəmizdə  182  min  pud  barama  becərilmişdisə, 



bu, 

1914-


 

cü  ildə  260  min  pudu  keçmişdi.  Cənubi  Qafqazda  əldə  edilən 

baramanın 81%-i Azərbaycanın payına düşürdü. 

Azərbaycanda becərilən baramanın, demək olar ki, hamısı yerli ipək 

fabriklərində  emal  edilirdi.  Lakin  onun  az  bir  hissəsindən  kəndlilər 

məişətdə  işlənilən  müxtəlif  növ  məmulat  hazırlayırdılar.  İpək  fab- 

riklərindəki  mövcud  texnika  aşağı  növ  baramanı  (tompal  və  s.)  emal 

etməyə imkan vermədiyinə görə, onu İtaliya və Fransanın Milan, Marsel 

və  Lion  şəhərlərinə  ixrac  edirdilər,  ölkəmizin  ipək  emalı  fabriklərində 

işlənən,  kəndlilərin  məişət  ehtiyaclan  üçün  istifadə  olunan  və  ölkənin 

sərhədlərindən  kənara  göndərilən  baramanın  ümumi  dəyəri  6  mln. 

manatdan yuxan idi

XX əsrin əvvəlində Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsi 

üçün hər cür şərait vardı. Tütünə tələbat artdıqca tütün yarpağı becərilən 

plantasiyalann  sahələri  də  genişlənirdi.  Tütünçülük  ən  çox  Zaqatala 

dairəsində, eləcə də Nuxa, Cavanşir, Şuşa, Quba və Şamaxı qəzalannda 

yayılmışdı. Əlbəttə, başqa yerlərdə, xüsusən Lənkəran, Cavad, Göyçay 

və  digər  qəzalarda  da  məhdud  miqyasda  tütün  becərilirdi.  Əsrin 

əvvəllərində sənaye tütünçülüyü geniş vüsət almışdı. Zaqatala dairəsi bu 

cəhətdən xeyli fərqlənirdi. Burada (əsasən Balakən və Qabaqçöldə) san 

tütün  -  Trabzon  və  Samsun  növləri  yetişdirilir  və  yüksək  məhsul 

götürülürdü.  Bu  növ  tütün  yarpağı,  yerli  növə  nisbətən  1,5  dəfə  baha 

satılırdı.  Zaqatala  becərilən  tütün  yarpağının  yarıya  qədərini  verirdi. 

Azərbaycanda  tütünçülük  gəlirli  sahə  olmasına  baxmayaraq,  tütün 

becərilən sahələr 2,5 dəfədən çox artmamışdı. Əgər 1900-cü ildə 238 des. 

sahədə  tütün  yarpağı  becərilirdisə,  1914-cü  ildə  bu,  587  des-nə 

qabcmışdı. Cənubi Qafqazda ən böyük tütün plantasiyası (40 desyatin) 

Zaqatalada yerləşirdi. Tütünə olan yüksək tələbat plantasiyalann ümumi 

sahələrini genişləndirir və bu da öz növbəsində becərmədə canlanmaya 

səbəb olurdu. l900-1914-cü illərdə tütün yarpağı yığımı 24,5 min puddan 

46  min  puda  çatmışdı.  Artım  o  qədər  də  böyük  deyildi.  Azərbaycanda 

yığılan tütün yarpağı, əsasən, yerli fabriklərdə emal edilir, az bir qismi isə 

İrana ixrac olunurdu. 1902-ci ildən ixraca gedən tütünə yüksək gömrük 

haqqı  qoyulması  İrana  göndərilən  tütün  ixracına,  demək  olar  ki,  son 

qoydu. 

25 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə