da Füzuliyə həsr olunmuş təntənəli gecə təşkil edildi. 1996-cı ilin
aprelində Rusiya Federasiyasında Azərbaycan mədəniyyəti günləri və
Moskvada Rəşid Behbudovun yubiley gecəsi keçirildi. Görkəmli rəssam
Nikas Safronov «Heydər Əliyev» və Naxçıvanda çəkdiyi «İlanlı dağ»
kimi məşhur əsərlərini yaratdı. Eyni zamanda Rusiya mədəniyyəti
Azərbaycanda geniş təbliğ olundu. Rusiyanın mərkəzi şəhərlərində
Azərbaycan mədəniyyəti günləri keçirildi.
Azərbaycan Respublikası başqa ölkələrlə də mədəni əlaqələri inkişaf
etdirirdi. 1992-ci ilin yayında «Azərbaycan - Almaniya cəmiyyəti» təsis
edilmiş, iki ölkə arasında mədəni əlaqələrin inkişafına münasib imkanlar
açılmışdı. 1995-ci ilin baharında Almaniyada Azərbaycan, payızında isə
Azərbaycanda Almaniya fırça ustalan- nın əsərlərindən ibarət sərgilər
təşkil olunmuşdu. 1996-cı ilin mayında Bakıda Gürcüstan mədəniyyəti
günləri geniş qeyd edilmişdi. 1996-cı ilin sonlannda Azərbaycanla İran
arasında mədəni əməkdaşlıq haqqında müqavilə bağlanmışdı.
1996-1997-ci illərdə respublikada Baltik ölkələri, İran, Fransa
kino-festivalları keçirilmişdi. 1997-ci ilin əvvəllərində mədəni
əməkdaşlığa dair Azərbaycan - Almaniya komissiyası təsis olunmuşdu.
1997-ci ilin sentyabnnda Bakıda Finlandiya mədəni>'>*əti günləri
keçirilmişdi. Bakı Təbriz və Paris şəhərləri ilə qardaşlaşmışdı. Sumqayıt
şəhəri ilə Almaniyanın Lüdviqshafen şəhəri arasında hələ 70-ci illərin
ortalanndan başlanmış dostluq və əməkdaşlıq əlaqələri bərpa
olunmuşdur. 1997-ci ildə Lüdviqshafcnin mərkəzi küçələrindən birinə
«Sumqayıt» adı verilmişdir. Sumqayıtda, «Lüdviqshafen» parkı
açılmışdı. ABŞ-Azərbaycan parinyorluq münasibətlərinin yaranması
hələ 1972-ci ildə qardaşlaşmış Bakı və Hyuston şəhərləri arasında
əlaqələrin genişlənməsinə səbəb olmuşdu.
Xarici ölkələrdəki Azərbaycan mədəni>7ət mərkəzləri, dəmək, ocaq
və əncümənləri ilə sıx əlaqələr saxlanılırdı. Bu təşkilatlar Azərbaycan
mədəniyyətinin xarici ölkələrdə tanınması sahəsində mühüm rol
oynayırdı. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkil etdikləri
onlarla təşkilat, o cümlədən Madriddə «Azərbaycan dostlan», Londonda
«Azərbaycan mədəniyyət mərkəzi», Kölndə «Azərbaycan mədəniyyət
mərkəzi», Torontoda «Azərbaycan Mərkəzi», habelə İngiltərədə
«Aydınlıq», «Odlar ölkəsi», Belçikada «Azərbaycan», «Qürbət», İsveçdə
«Azərbaycan», Almaniyada «Ana dili», «Savalan», «Qaynarça»,
Türkiyədə «Xəzər», «Azərbay
545
can türkləri», İspaniyada «Dədə Qorqud», İraqda «Yurd», ABŞ-da
«Azərbaycan» qəzetləri, «Azərbaycanın səsi» adlı müxtəlif teleradio
proqramları bu sahədə xüsusən fərqlənirdi.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılannm I
Qurultayı keçirildi. Prezident Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu
qurultayda 37 xarici ölkədən 560 nümayəndə iştirak edirdi. Qurultayda
«Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası» təsis olundu. Bu
forum müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların qüvvələrini Vətən,
sülh, tərəqqi naminə səfərbər etmək vasitələrini . və imkanlarını müəyyən
etdi.
Azərbaycan açıq, dünyəvi cəmiyyət idi. Əhalinin həyat tərzinə ■
bəşər mədəniyyətinin yüksək dəyərləri ilə yanaşı, xalqın mənəviyyatına,
psixologiyasına yad olan cəhətlər də təsir göstərirdi. Şəhərlərdə çoxlu
kazinolar, qumarxemalar, gecə barlan, ehtiraslı oyun totalizatorları və s.
peyda olmuşdu. Bu, xalqın məişətini korlayır, cəmiyyətdə haqlı narazılıq
doğururdu. 1998-ci ilin yanvannda bu müəssisələr Prezident Heydər
Əliyevin xüsusi sərəncamı ilə ləğv edilmişdi.
tdmaQ
Respublikanın idman həyatında da canlan
ma hiss olunurdu. Azərbaycan 1991-ci ildən Beynəlxalq Olimpiya
Komitəsinə, 1994-cü ildən Avropa Futbol Birliyinə və başqa beynəlxalq
idman təşkilatlarına üzv qəbul edildi. Milli Olimpiya Komitəsi təşkil
olundu. 1997-ci ildə İlham Əliyev bu komitəyə sədr seçildikdən sonra
onun işi daha da canlandı.
Respublikada idmanla fəal məşğul olanlann sayı 400 min nəfərdən
çox idi. Burada 78 idman klubu və cəmiyyəti, 8200 idman qurğusu, 174
uşaq-gənclər idman, 36 şahmat məktəbi fəaliyyət göstərirdi. Respublika
stadionu təmir olunmuş, onun beynəlxalq yanş- lar keçirilməsinə
uyğunlaşdırılması üçün yenidən qurulmasma başlanmışdı. Suraxanıda
«Neftçi» idman-sağlamlıq mərkəzinin olimpiya bazası açılmışdı. 2000-ci
ildə Bakıda Olimpiya tdman Kompleksi istifadəyə verildi. 1997-ci ilin
oktyabnnda idmanın və bədən tərbiyəsinin inkişafına göstərdiyi qayğıya
görə Milli Olimpiya Komitələri Birliyinin İcraiyyə Şurası Prezident
Heydər Əliyevi «Ləyaqət mükafatı» ilə təltif etdi.
Hər il idmanın müxtəlif növləri üzrə respublika çempionatlan
keçirilirdi. Azərbaycan idmançılan beynəlxalq idm2m yarışlarında uğurla
iştirak edirdilər. Təkcə 1995-ci ildə 165 idmançı dünya və
546
Avropa çempionatlarında, kubok yanşlarmda çıxış etmiş, 54 medalla (23
qızıl, 9 gümüş) vətənə qayıtmışdılar. 1996-cı ildə Azərbaycan
idmançıları XXVI yay Olimpiya oyunlarında ilk dəfə müstəqil
respublikanı təmsil edirdilər. Azərbaycan komandası 197 komanda
arasında 48-ci yerə çıxdı. Güləşçi Namiq Abdullayev olimpiyanın gümüş
medalını qazandı. Müxtəlif yarışlarda N.Abdullayev, C.Məmmədov
(sambo), Z.Hüseynova (sambo), M.Abdullayev (güləş), F.Musayev
(karate-do), R.Tağıyev (kikboksinq), T.Zahidov (yunan-Roma güləşi),
İ.Qədimova (şahmat) və başqaları dəfələrlə dünya çempionu adına layiq
görülmüşdülər. 1997-ci ildə Bakıda gənclər arasında Sambo üzrə XXV
Avropa çempionatı keçirildi. Yarışlarda iştirak edən 5 azərbaycanlı
idmançı Avropa çempionu adını qazandı. 1997-ci ildə Azərbaycan
idmançılan müxtəlif beynəlxalq yanşlarda 56 qızıl, 45 gümüş və 37
bürünc medal qazanmışdılar. 1998-1999-cu illərdə Azərbaycan
idmançıları beynəxalq yarışlarda 334, o cümlədən 130 qızıl və 90 gümüş
medal qazandılar. 1998-ci ilin fevralında Yaponiyanın Naqano şəhərində
keçirilən XVIII qış olimpiya oyunlarında azərbaycanlı fiqurlu
konkisürənlər də iştirak etdilər. Sidneydə keçiriləcək XXVII yay
olimpiya oyunlarında iştirak etmək üçün ciddi hazırlıq işləri başlandı.
Bunun üçün Prezident xüsusi sərəncam vermişdi. Milli Olimpiya
Komitəsi 38 idmançı və onların məşqçiləri üçün təqaüd təsis etmişdi.
Nəticədə, 2000-ci ilin sentyabrında Sidneydə Zemfira Meftahətdinova
(stend atıcısı) və Namiq Abdullayev (güləş) qızıl, Vüqar Ələkbərov
(boks) isə bürünc medal qazandılar 198 komanda arasında Azərbaycan
komandası 34-cü yerə çıxdı.
Ümumiyyətlə, müstəqilliyin əldə edilməsi, elmin, təhsilin, ədəbiyyat
və incəsənətin inkişafı, mədəni sərvətlərin çoxalması xalqın mənəvi
yüksəlişinə təkan verdi. Milli azadlıq qazanmış xalq böyük iftixar hissi
keçirir, müharibənin, keçid dövrünün çətinliklərini təbii qarşılayır,
qüvvələrini onların dəf olunmasına səfərbər edirdi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı, dövlətçiliyin və
müstəqilliyin qarantına çevrilməsi bu mənəvi yüksəlişin siyasi və iqtisadi
da- yaqlannı daha da möhkəmləndirmiş, onun sürətlənməsinə yeni
imkanlar açmışdı. Prezident Heydər Əliyevin «Bizim üçün həyat, yaşayış
nə qədər çətin olsa da azad, milli azadlıq şəraitində yaşamaq, müstəqil
olmaq, müstəqil, azad dövlətdə yaşamaq hər şeydən əzizdir, üstündür»
sözləri əhalinin böyük əksəriyyətinin fikirlərinin ifadəsi idi.
547
Dostları ilə paylaş: |