DersliK 9-az new indd


ALBERTO CAKOMETTİ:  HEYKƏLİN



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə14/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
49
ALBERTO CAKOMETTİ:  HEYKƏLİN
 
ZƏRİF SİLUETİ
Tanış olun
İsveçrəli heykəltəraş, rəng ustası və qrafi k rəssam Alberto Cakometti
XX əsr təsviri sənətinin ən böyük nümayəndələrindən sayılır. O öz yara-
dıcılığında kubizm və sürrealizmin təsirini hiss edirdi. Müəllif öz hey-
kəllərinin əksəriyyətini böyük fransız heykəltəraşı Rodenin yaradıcılı-
ğının təsiri altında yaratmışdır.
Cakomettinin ilkin işləri realist tərzdə işlənilib, lakin sonralar o, ku-
bizmin təsiri altına düşür, Afrika incəsənəti, Okeaniyanın arxaik plasti-
kası, qədim Amerika incəsənəti ilə maraqlanır. Çox fərqli istiqamətlərdə
fəaliyyət göstərən rəssamlar – Pikasso və Matiss rəngkarlıq və heykəltə-
raşlıq əsərlərində bu sayaq motivlərdən istifadə ediblər.
Heykəltəraşlığın növ və inkişaf sahələri hansılardır?
Xatırlayın
12
İncəsənət hansı vasitələrlə insana təsir göstərir?
İncəsənətə dair dialoq
“Qaşıq-qadın”. 1926 
“Fiqur”. 1926
“Cütlük”. 1927
Bir qədər sonra Cakometti öz heykəllərində kubizm elementlərini röya-
larla dolu xəyal və qəzəblə cəmləşdirir. Sürrealizm dövrünün heykəllərində
formalar mücərrədliyə yaxınlaşaraq sadələşir. Ətraf aləm, onun qaydaları
və məcburən qəbul etdirilən şərtiliklərlə barışmayan Cakometti bu hisləri
doğuran emosiyaları özününküləşdirərək tam çəkisiz heykəltəraşlıq kom-
pozisiyaları yaradırdı. Bunlar üçölçülü reallıqdan daha çox, kölgə idi.
Onların məxsusiliyini daha çox vurğulamaqdan ötrü sənətkar bir sıra əsər-
lərini qəfəsə – vizual olaraq onun şedevrlərinin məhkum olduğu və əbədi din-
cəldiyi kiçik məkanda təcrid edən zərif karkas konstruksiyaların içinə salırdı.


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
ALBERTO CAKOMETTİ: HEYKƏLİN ZƏRİF SİLUETİ
50
“Boğazı kəsilmiş qadın”. 1932
“Əl”. 1947
II Dünya müharibəsi illərində Cenevrədə yaşamış Cako met ti mühari-
bədən  son ra  heykəltəraşlıqda,  port ret  rəngkarlığında  və  qrafi kada  yeni
tərzdə işlə mə yə başlayır.
Alberto  Cakometti  öz  heykəltəraşlıq  təsvirlərinin  xüsusi,  unikal  və
tanınan tipini – uzadılmış, kövrək, səthi döyünən, öz ətrafındakı məka-
nı ovsunlayan fi qur tiplərini formalaşdırmışdı. Cakometti təsviri sənətin
ənənəvi növlərinin qavranılmasını tamamilə dəyiş di, metal və təmiz sət-
hin emal üsullarını qarışdırdı. Heykəltəraşın təsviri sə nətdə etdiyi inqilab
– heykəllərin təməlinin dəyişdirilməsi hesab olunur. O, həc mi sadələşdir-
di, fi qurları tamamilə incəltdi, seyrək konstruksiyalar tətbiq et di.
Təsviri sənət qalereyası
Ölümün dəhşətli tənhalığını əks etdirən Cakomettinin “Əl” əsəri hey-
kəltəraşın müharibə zamanı öz gözləri ilə gördüyü qoparılmış insan əlinin
əsasında düzəldilib. Bu əsər istənilən adamı sarsılmağa məcbur edə bilər.
“Sürrealist masa”. 1933
“Yeriyən adam”. 1947


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
51
ALBERTO CAKOMETTİ: HEYKƏLİN ZƏRİF SİLUETİ
İsveçrənin  pul  əsginasları  üzə-
rində  rəssam,  şair  və  bəstəkarların
portretlərini  görmək  olar.  Öz  iste-
dadı ilə bütün dünyada məşhur olan,
İsveçrənin  dahi  sənətkarlarından
biri  Alberto  Cakomettinin  portre-
ti  100  nominallı  İsveçrə  frankının
üzərində təsvir olunmuşdur.
Bilirsinizmi?
Cakomettinin yaradıcılığına təsir edən nə olmuşdur?
Düşünün və izah edin
Sürixdə Alberto Cakometti Fondu yaradılmışdır. Burada əsas hissə-
sini  fondun  təqdim  etdiyi,  Cakomettinin  60  işindən  ibarət  kiçik  sərgi
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
10.10.1901 – 11.01.1966
Borqonovo, Stampa, İsveçrə
Parisdə  Qrand  Şomyer  studiyası,  Cenevrə  Zərif  Sə-
nət lər Məktəbi
sürrealizm, ekspressionizm, kubizm, formalizm;
heykəltəraşlıq, rəngkarlıq, qrafika
mənzərə, natürmort, portret
“Baş” (1925), “Qıvrılmış adamcığaz” (1926), “Qadın”
(1928),  “Baxan  baş”  (1927–1929),  “Əyləşmiş  qadın”
(1946), “İşarə edən adam” (1947), “Yeriyən üç nəfər”
(1948), “Yağışa düşmüş adam” (1949), “Tala. Doqquz
fiqur  ilə  kompozisiya”  (1950),  “Addımlayan  adam”
(1960) və s.
Alberto Cakometti
(Alberto Giacometti)
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
ALBERTO CAKOMETTİ: HEYKƏLİN ZƏRİF SİLUETİ
Alberto Cakometti qardaşı – istedadlı rəssam, me bel di-
zayneri və interyer layihəçisi Diyeqoyla birlikdə xeyli deko-
rativ heykəl yaratmışdır. Bu heykəllərin əksəriyyətinin kon-
struksiyasına təbiət və heyvan obrazları daxildir. “Dəvəquşu
və dəvəquşu yumurtası” belə nümunələrdən biridir.
Bu maraqlıdır
Müəyyən edin
1. 
Alberto Cakomettinin əsərləri hansı mövzulardadır?
Yaradıcı fəaliyyət
2. 
Cakomettinin yaratdığı heykəllərin tərzinə uyğun “İdman növü” və
ya “İdmançı” mövzusu üzrə insan fiquru yapın.
Təchizat: plastilin və yaxud gil, karton, məftil
 
Sərbəst iş üçün tapşırıqlar
Sənətkar məsləhəti
Əvvəlcə qalın karton və məftildən fiqur üçün karkas düzəldin, sonra karka-
sın üzərinə fiqurun hərəkətini göstərəcək şəkildə plastilin və yaxud gil qoyun. 
Barmaqlarınızla çox zərif silueti düzəldərək digər detalları dəqiqləşdirin.
İdmançı fiqurunun yapılması üçün karkas
52
sənətkarın ilkin avtoportretindən başlayaraq ən son (həyata keçirilmə-
miş)  layihəsinədək  –  Nyu-Yorkda  Çeyz  Manhetten  Bankı  qarşısındakı
meydan üçün heykəltəraşlıq kompozisiyasınadək onun bütün yaradıcılıq
mərhələləri əks olunur.


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə