DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə2/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

XX əsrin təsviri sənəti bir sıra cərəyan və üslublar əsasında 
inkişaf etmişdir: fovizm, kubizm, abstraksionizm, sürrealizm… 
Lakin  heç  bir  cərəyan  bir-birindən  yaranmamış,  heç  biri 
yenisinin  formalaşmasına  səbəb  olmamış,  heç  biri  təsviri 
sənəti  bütövlükdə  əhatə  etməmişdir.  Hər  bir  cərəyanın 
taleyi müxtəlif olsa da, onlar yalnız bir-birinə qarşılıqlı təsir 
göstərməklə XX əsr təsviri sənətinin tarixini yaratmışdır.
XX ƏSRİN
TƏSVİRİ SƏNƏTİ 


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
8
Təsviri sənət qalereyası
POL SEZANN: KOMPOZİSİYA, FORMA və RƏNG
Tanış olun
XX əsr təsviri sənətinin əsas səciyyəvi xüsusiyyətləri rəssam axta-
rışlarının  çoxşaxəli  və  ziddiyyətli  olması  idi. Yeni  forma  və  obraz  ax-
tarışları  ilə  seçilən  fransız  rəssamı  Pol  Sezann  postimpressionizmin
görkəmli nümayəndələrindən biridir. O, impressionistlərin sərgilərində
iştirak etmiş, onların təsvir üslububdan çox şey öyrənmişdir. Lakin im-
pressionistlərdən fərqli olaraq Sezann təsvirlərə ümumiləşdirici xarak-
ter verməyə səy göstərirdi.
“Şaftalılar və armudlar”. 1880-ci illərin sonu.
A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyi. 
Moskva, Rusiya 
“Marna sahili”. 1888. Ermitaj. Sankt-
Peterburq, Rusiya 
1
Təmiz rəng – rəng dairəsindəki bütün əsas rənglər və onların çalarları.
Sezann mənzərələr, portretlər, müxtəlif həyat səhnələri çəkirdi. La kin
onun yaradıcılıq prinsipləri natürmortlarda daha dolğun əks olun muşdur.
Rəssam sabit kompozisiyadakı təmiz rəng

ardıcıllığının kö məyi ilə təbiə-
tin  əzəmətini  və  onun  formalarının  üzvi  bütövlüyünü  ay dınlaşdırmağa
çalışırdı.
Postimpressionistlərin yaradıcılığında fərqli xüsusiyyətlər hansılar idi?
Postimpressionizm cərəyanına hansı məşhur rəssamları aid edirlər?
Pol Sezannın əsərlərində rəngin təravəti, formaların ümumiliyi
Nəyə görə postimpressionist rəssamlar öz əsərlərində hər bir detalı re-
allıqdakı kimi deyil, ümumiləşdirərək verməyi üstün tuturdular?
İncəsənətə dair dialoq
Xatırlayın
1-2


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
9
POL SEZANN: KOMPOZİSİYA, FORMA və RƏNG 
ROMANTİK DÖVR (1860–1872)
Sezannın  erkən  yaradıcılığında  tünd,
dolğun qara rənglər üstünlük təşkil edirdi.
Rəssam öz duyğu, hiss və bədbin fi kirlərini
ifadə etməyə cəhd göstərirdi. İlk zaman-
lar Sezann rəng, işıq, forma və yaxmalarla
mükəmməl işləyə bilmədiyi üçün fi kirlərini
sona qədər ifadə etməkdə çətinlik çəkir-
di. Onun həmin vaxtlar yaratdığı əsərlər-
də deformasiyaya uğramış fi qurlar qeyri-
sabit tarazlığı ilə fərqlənirdi.
“Piano  çalan  qız”.  1868.  Rəssamın  bacısı 
Mari və anasının portreti. Ermitaj. Sankt-
Peterburq, Rusiya 
Pol Sezann yaradıcılığını bir neçə mərhələyə bölmək olar.
İMPRESSİONİST DÖVR
(1872–1879)
Bu dövrdə Sezann impres sio nist lə rin
yaradıcılığı ilə ta nış olur, onun əsərlərin-
də rəngin təravəti, ke çid lərin yumşaqlığı
hiss olunur. Bu dövr üçün işıq-hava mü-
hitinin  zərif  keçidi  və  daha  işıq lı  rəng
qamması xarakterikdir. Onun yaradıcı-
lığında mənzərə və çiçəkli natürmortlar
əsas janra çevrilir. Əşyaların yerləşməsi
ba xımından  əsərlər  də  hələ  qəliz  de yil.
Onlarda rəssamın öz bənzərsiz rəng ça-
larlarını  –  tünd  gö yümtül-mavi  və  sa-
rım tıl-narıncının uyğunluğunu görmək
mümkündür.
KONSTRUKTİV DÖVR
(1879–1888)
Sezann yaradıcılığının kamilliyi ilə
seçilən bu dövr sənətkarlıq zirvəsi olub
iri  formaların  və  ciddi  kompozisiyala-
rın  harmonik  uyğunluğu  ilə  fərqlənir.
Bu  onun  rəngkarlığın  dahi  qurucula-
rından  biri  olmasını  şərtləndirmişdir.
Sezann öz əsərlərində həndəsi formalar-
dan daha çox istifadə edir və harmoni-
yanın məğzini vurğulayırdı.
“Alma, şaftalı, armud və üzüm”. 1879–
1880. Ermitaj. Sankt-Peterburq, Rusiya 
“Vazada gül dəs tə si”. 1873–1875. Ermi-
taj. Sankt- Peterburq, Rusiya 


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
10
POL SEZANN: KOMPOZİSİYA, FORMA və RƏNG
“Parça və bardaq ilə natürmort”. 
Təxminən 1899-cu il. Ermitaj.
Sankt-Peterburq, Rusiya
SİNTETİK DÖVR
(1888–1899)
Bu  dövrdə  mənzərə  və  natür-
mort onu uydur ma süjetlərdən daha
çox  cəlb  edirdi.  Sezannın  natür-
mortları  qəlizliyi,  müx təlifölçülü
ləvazimat və meyvə lər lə yük lən mə-
si ilə diqqət çəkir.
“Mavi mənzərə”. 1900.
Ermitaj, Sankt-Peterburq, Rusiya
ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏN
RƏNGKARLIQ DÖVRÜ
(1900-cü illər)
Bu  dövrdə  rəssamın  əsərləri-
nin  kompozisiyası  əvvəlcədən  dü-
şünülmür, bilavasitə iş prosesində
öz-özü nə peyda olur. Rəssamın cə-
sarətli sərt palitrasında lirik çalar-
lar görünməyə başlayır.
Rəssamın öz natürmortlarında istifadə etdiyi əşyalar nə qeyri-adi, nə də təmtə-
raqlı idi. Zinət, bəzək əşyaları, zərif ipək onu cəlb etmirdi. O daha çox meyvə, tərəvəz,
qab-qacaq çəkirdi. Pol Sezann natürmort janrında təxminən 200 əsər yaratmışdır.
Fransa təsviri sənətinin XIX əsrin əsas janrı olan mənzərədən tədricən imtina
edərək natürmorta keçməsində, heç şübhəsiz, Sezannın böyük rolu olmuşdur.
Bilirsinizmi?
Sezann  dünyanı  yeniləşdirməyi  arzulayırdı.  Rəssamı  ətraf  mühitin
dinamikası, atmosferdə rəngin dəyişkənliyi, məkan planları maraqlan-
dırmırdı.  Əsərlərində  dəqiq  düz  xətlərə  az  rast  gəlinir:  onlar  gah  qat-
lanır, gah da əyilir. Sezannın boyaları üç rəngin – yaşıl, mavi, noxudu
(oxra) və eləcə də bəyaz rənglərin uyarlığıdır.


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə