DersliK 9-az new indd


PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM ERKƏN İLLƏR (1889–1901)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
14
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
ERKƏN İLLƏR (1889–1901)
Balaca  Pablo  artıq  üç  ya şın dan
rəsm çəkməyə hə vəs göstərməyə baş-
layır.  “Sarı  pikador”  Pi kassonun
öküz  döyüşünün  təə ssüratı  altında
yağlı boya ilə çək diyi ilk rəsmlərin-
dən biri hesab edilir.
MAVİ DÖVR (1901–1904)
1901-ci  ilin  payızında  Pikasso  öz
fərdi  üslubuna  doğru  sıçrayış  edir.
Həmin vax tadək o, impressionistlə rin
istedadlı şa gir di və təqlidçisi olmuş-
dur. 1901-ci il dən mavi dövr başlayır.
“Ana və uşaq”. 1901 (20 ya şında). Foqqa 
Mu ze yi, Harvard İncəsənət Mu zeyi. ABŞ
“Sarı pikador”. 1889 (8 yaşında). Rəssa-
mın oğlu Klod Pikasso nun şəxsi kolleksi-
yası 
“Şar üzərində qızcığaz”. 1905 (24 yaşında). 
A.S. Puşkin adına Dövlət Təsviri Sənət 
Muzeyi. Moskva, Rusiya 
ÇƏHRAYI DÖVR (1905–1906)
Çəhrayı dövrü çox zaman həm də sirk
döv rü adlandırırlar. Pi kas sonun yeni rəng-
karlığının  sevimli  motivlərindən  biri  sirk
mövzusudur. O, sonsuz sayda arlekin-təlxək
və ak ro batların şəkillərini çəkmişdir.
Ənənəvi olaraq Pikassonun yaradıcılığını 11 dövrə ayırmaq olar:


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
15
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
AFRİKA DÖVRÜ (1907–1909)
Bu  dövrdə  Pikasso  özü  üçün  arxaik  (köh-
nə) Afrika incəsənətini kəşf edir və onu öz ya-
radıcılıq  üslubuna  uyğunlaşdırmaq  zərurətini
hiss  edir.  O,  təsvir  etdiyi  əşyaların  formasını
sadələşdirməyə,  onları  monumental  və  ifadəli
etməyə başlayır. Bu qısa dövrü bəzən “sezann-
sayağı” adlandırırlar, çünki həmin vaxtlar Pi-
kasso  təsvirdə  Sezann  metodunu  –  formaları
şar, silindr, konus formasınadək sadələşdirmə-
yi sınayır. Afrika dövrü kubizmin “ixtirasına”
gətirib  çıxardı.  “Avinyon  qızları”  Pikassonun
kubizm üslubunda yaradılmış ilk əsəri sayılır.
“Avinyon  qızları”.  1907  (26  yaşın-
da). Müasir İncə
 
sənət Muzeyi. Nyu-
York, ABŞ
ANALİTİK KUBİZM (1909–1912)
Analitik  kubizm  dövrü  rəngkarlığının
fərqli  xüsusiyyətlərindən  biri  –  monoxrom-
luqdur
1
. İkincisi, hər bir detalın dəqiq ifadə-
sindən  imtina  etməkdir.  Digər  fərqləndirici
xüsusiyyət  –  kubizmdə  perspektiv  və  onun
qanunları  yoxa  çıxır.  Nəyin təsvir  edildiyi-
ni yalnız tək-tək detalların əlamətinə əsasən
anlamaq  olar.  Pikasso  onları  “atribut”  ad-
landırırdı. Rəssamlar dünyanın necə görün-
düyünü  deyil,  necə  qurulduğunu  öyrənmək
və analiz – “təhlil” etmək istəyirdilər.
“Mandolinalı qız”. 1910 (29 yaşında).
 Müasir İncəsənət Muzeyi. Nyu-York, ABŞ
1
Monoxrom (yun. – birrəngli) – bir rənglə işlənilmiş; bir rəng daşıyan.
2
Kollaj (fr. collage) – təsviri sənətdə üsul və texnika. Rəng və fakturaya görə fərqlənən hər
hansı bir səth üzərinə yapışdırılmış müxtəlif materiallar.
SİNTETİK KUBİZM (1912–1917)
Kubizmin  bu  dövrü  təsadüfən  sintetik
adlandırılmayıb. Pikasso öz dekorativ kollaj-
larını
2
 yaradaraq  onları  sanki  “sintez  edir”.
Kompozisiyalar rəngli olur və dekorativləşir.
Həmin  dövr də  onun  tablolarında  şriftlər  və
tək-tək hərfl ər görünür.
“Masada meyvələrlə natürmort”. 1915 (34 yaşın-
da). Kolumbus İncəsənət Muzeyi. ABŞ


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
16
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
3
Sürrealizm (fr. surrealisme – realizmdən üstün) – XX əsrin birinci yarısında dünya in-
cəsənətindəki bədii istiqamət. Sürrealizm qəribəliyi, ağıla ziddiliyi, ümumi qəbul olun-
muş  standartlara  uğunsuzluğu  ilə  xarakterizə  edilir.  Hərəkatın  özü  müxtəlif  olsa  da,
ümumi  məqsəd  –  şüuraltı  yaradıcı  qüvvənin  azadlığı  və  ağıl  üzərində  üstünlüyündən
ibarət idi.
“Olqanın kresloda portreti”. 1917 (36 yaşında).
 Pikasso Muzeyi. Paris, Fransa
KLASSİSİZM DÖVRÜ (1917–1925)
Klassisizm  Pikassonun  həyat  və  yaradıcı lı-
ğında çox parlaq və zəngin dövrdür. O, on il ər-
zində  altı  rus  balet  quruluşunun  bədii  tərti ba-
tın da iştirak edib. Əhatəsindəki mühit – klassik
balet, həm də Roma və bütünlükdə antik memar-
lıq klassikasının təsiri onun əsərlərinin üslubu-
nu  müəyyənləşdirmişdir.  Pikasso  klassikanın
dər hal tanınan, lakin özünəməxsus və bənzərsiz
variantını yaratmışdır.
SÜRREALİZM
3
 DÖVRÜ (1925–1937)
Həmin illərdə sürrealizm cərəyanı Pi kas soya
tə sir  göstərməyə  baş la yır.  O,  qadınların  təsvir
olunduğu bir neçə tablo çəkir və oradakı forma-
ları yaradarkən kubizmin həndəsi tərzi ilə həyati
elementləri  birləşdirir.  O,  Afrika  heykəltəraşlı-
ğın dan  aldığı  təəssüratlarını  kubizm  və  sürre-
alizm  üsulları  vasitəsilə  uyğunlaşdıraraq  hey-
kəltəraşlıqla aktiv məşğul ol ma ğa davam edir.
“Qiraət”. 1932 (51 yaşında).
Pikasso Muzeyi. Paris, Fransa
“Ağlayan qadın”. 1937 (56 yaşında).
Teyt qalereyası. London, Böyük Britaniya
30-cu İLLƏRİN SONU və MÜHARİBƏ
DÖVRÜ (1937–1945)
O,  1930-cu  illərin  sonunda,  II  Dünya  mü ha-
ri bəsi ərəfəsində, eləcə də onun vətəni İspaniyanı
bü rümüş  müharibə  zamanı  xeyli  ağlayan  qadın
portreti çəkir.


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə