DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
17
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
Pikassonun  əsərləri  böyük  ictimai  əhəmiyyət  daşıyırdı.  1937-ci  ilin  apre-
lində alman aviasiyası tərəfi ndən İspaniyanın şimalındakı dinc Gernika şəhəri
dağıdılmış, neçə min insan zərər çəkmiş, təxminən iki min nəfər həlak olmuş-
MÜHARİBƏDƏN 
SONRAKI DÖVR
(1945–1954)
Həyatsevərlik  dolu  bu
rəsmin çəkildiyi il II Dün-
ya müharibəsinin başa çat -
dı ğı  zamana  təsadüf  edir.
Pa risin  uzunmüddətli  iş-
ğa lından sonra Pikas so ye-
ni dən  coş qun  yara dı cı lıq
dövrü yaşayır.
SON DÖVR (1954–1973)
Pikasso gələcək ku bizmin təmə-
lini araş dırır. Formalar artıq bölü-
nür – səthə yayı lır. Pikasso qismən
Sezannın,  qismən  də  Luvr da  öy-
rəndiyi qədim Afrika və İberiya in-
cəsənətinin təsiri altında çalışır.
“Həyatın sevinci”. 1946 (65 yaşında). Pikasso Muzeyi. 
Antib, Fransa. 
“Qəlyan çəkən zadəgan”(fraqment).
1968 (87 yaşında). Şəxsi kolleksiya 
Bilirsinizmi?
“Gernika”. 1937. Ölçüsü: 4x8 m. Kraliça Sofi ya Muzeyi. Madrid, İspaniya


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
18
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
Bədii əsərin yaranmasına təkan verən səbəb nədir? Rəssamların şahidi olduq-
ları hadisələri əsərlərində əks etdirmələri nədən xəbər verir?
Düşünün və izah edin
Pablo Pikassonun yaradıcılığı haqqında saytlar:
http://www.picasso.fr/; http://www.picasso-pablo.ru/
du. Rəssamın bu vəhşiliyi əks etdirən “Gernika”sı XX yüzilliyin ən güclü bədii-
siyasi əsəri hesab olunur. İstər Pikassodan əvvəl, istərsə də ondan sonra heç kim
müharibə əleyhinə bu qədər qüdrətli bədii fi kir bildirməmişdir.
1949-cu  ildə  Parisdə  Sülh  tərəfdarlarının
Dünya  Kon qre si nin  plakatında  Pikassonun
çək diyi  məşhur  “Sülh  göyərçini”  təs vir  olu-
nur.  Bu  göyərçin  bütün  Yer  kürəsini  “dövrə
vurmuş” və bəşəriyyət üçün sülh rəmzinə çev-
rilmişdir.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Müdrik f
ikirləri
25.10.1881 – 08.04.1973
Malaqa, İspaniya
San-Fernando Zərif Sənətlər Kral Akademiyası
Beynəlxalq Sülh mükafatı (1950); Beynəlxalq Lenin
mükafatı (1962)
postimpressionizm, kubizm, sürrealizm; rəngkar, hey-
kəltəraş, qrafi k, teatr rəssamı, keramikaçı və dizayner
portret, natürmort, süjetli əsərlər, mənzərə
“Qatır”  (1898),  “Qəlyan  tutmuş  oğlan”  (1905),
“Hörmə  stul  ilə  natürmort”  (1912),  “Üç  musiqiçi”
(1921),  “Çimərlikdə  qaçan  iki  qadın”  (1922),  “Çıl-
paq  qadın,  yaşıl  yarpaqlar  və  büst”  (1932),  “Dora
Maarın  portreti”  (1937),  “Bağda  əyləşmiş  qadın”
(1938), “Aralıq dənizi mənzərəsi” (1952) və s.
Uşaq vaxtı mən Rafael kimi çəkirdim, lakin uşaqlar kimi 
çəkməyi öyrənmək üçün mənə bir ömür gərək oldu.
Pablo Pikasso
(Pablo Picasso)
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
19
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
Müəyyən edin
1. 
P.Pikassonun yaradıcılıq dövrləri nə ilə fərqlənir?
Yaradıcı fəaliyyət
2. 
Ətrafınızda olanları kubizm üslubunda çəkin; məsələn: natürmort,
portret, mənzərə və s.
Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, quaş
 
Sərbəst iş üçün tapşırıqlar
Kubizm öz inkişafında üç mərhələdən keçmişdir: sezannsayağı kubizm (Pol
Sezannın  1909-cu  ilədək  olan  yaradıcılıq  dövrü),  analitik  və  sintetik  kubizm
(Pab lo Pikassonun yaradıcılığı).
Sezann dövrü üçün iri, bir qədər kobud formalar xarakterikdir. İkinci dövr
(1909–1912) təsvir olunan əşyanın daha çox xırda detallarla verilməsi ilə fərqlə-
nir. Sintetik dövrün (1913–1914) əsas üsulunu isə kollaj təşkil edir.
Bu maraqlıdır
Kubizm cərəyanına mənsub rəssamlar bilərəkdən rəng palitrasından
istifadəni  məhdudlaşdırırdılar.  Kubizm  üslubundakı  tablolarda  sanki
rəng azlığı müşahidə olunur. Çünki əsərlərin ton çalarlarını, əsasən, boz,
qara və hətta qəhvəyi rənglər təşkil edir.
Rəngkarlıqda kubizm – sadəcə əşyanın təsviri deyil. Bu, əşyanın dü-
şünərək dağıdılmış və rəssamın şüurunda yenidən yaradılmış təsviridir.
Kubizm üslubu rəngkarlığın inkişafına çox böyük təsir göstərdi, mə-
kanda  faktura  və  həcmin  verilməsi  üsulları  barədə  rəssamların  təsəv-
vürünü dəyişdi. Məhz kubizm digər cərəyanlara yol açdı, tamaşaçılara
kubizm üslubunda təsvir edilmiş rəmzləri özlərinin istədikləri kimi yoz-
masına imkan verdi.
Beləliklə, kubizm öz qarşısına təsviri deyil, fəlsəfi vəzifəni qoymuşdu.
Aydındır ki, konkret əşyanı real təsvir etmək əşya anlayışının təsvirin-
dən asandır.
Pikasso  uzun  yaradıcılıq  fəaliyyəti  illərində  təxminən  80  min  əsər
yaratmışdır. Hələ 1970-ci ildə, Pikasso həyatda olarkən Barselonada Pi-
kasso Muzeyi açılmışdı. 1985-ci ildə isə rəssamın varisləri Parisdə Pi-
kasso Muzeyini yaratdılar.
XX əsr təsviri sənətində Pikasso ən məşhur sənətkar kimi bütün öl-
kələrin rəssamlarına güclü təsir göstərmişdir.


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
20
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
Sənətkar məsləhəti
Əvvəlcə vərəqdə çəkəcəyinizi real formada təsvir edin. Sonra çəkdiyiniz təs-
viri müxtəlif həndəsi formalar vasitəsilə hissələrə ayırın.
Bu tapşırığı kompüterdə “Microsoft Paint” proqramı vasitəsilə də yerinə yetir-
mək olar.
3. 
P.Pikassonun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təq-
dim edin.

Postimpressionizm kubizmdən nə ilə fərqlənir?

Sezann və Pikassonun kubizm üslublu əsərlərində hansı ümumi və fərqli
 cəhətlər var?
Özünüzü yoxlayın


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə