DersliK 9-az new indd


VASİLİ KANDİNSKİ:  ABSTRAKT SƏNƏTDƏ



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
21
VASİLİ KANDİNSKİ:  ABSTRAKT SƏNƏTDƏ 
 
AXTARIŞLAR
Tanış olun
İnsanlar  hələ  qədim  zamanlardan  ətraf  aləmin  gözəlliyini  və  möh-
təşəmliyini təsvir etməyə cəhd göstəriblər. İncəsənətdə hər bir cərəyan
bu və ya digər dövrlərdə yaşayan insanların dünyanın dərk edilməsi ilə
bağlı müəyyən məqsədlərə çatmasına səy göstərir.
Lakin rəngkarlıqda və heykəltəraşlıqda elə üslublar var ki, onlar kon-
kret obrazı deyil, təsvir edilənləri formasız çatdırmağa səy göstərir. Belə
incəsənətin  məqsədi  –  təxəyyülü  inkişaf  etdirməkdir.  Belə  yaradıcılıq
nümunələrini izləyən hər kəs özü üçün orada başa düşüləni tapır.
1910–1913-cü illərdə eyni vaxtda Avropanın bir neçə ölkəsində mücər-
rəd, formasız incəsənət – abstraksionizm
1
yarandı. O həmin dövrədək təsviri
sənətdə tətbiq olunan görünməmiş sınaq və təcrübələr nəticəsində meydana
gəldi. Bir sıra rəssamlar ilham almaq üçün gerçək həyatda heç bir səbəb tapa
bilmirdi, real əşyalar onları daha maraqlandırmırdı. Hər hansı bir modelin
bütün incəliklərini rəssamdan daha yaxşı çatdırmağa qabil olan foto sənəti-
nin coşqun inkişafının bu meyildə rolu az olmadı. Beləliklə, fırça ustaları fo-
toşəklin məharətlə öhdəsindən gəldiyi bir sıra vəzifələrdən azad oldular.
Rəssam tablosundakı xət-
lər və boya ləkələri şagird
rəsmindən  nə  ilə  fərqlə-
nir? Bu müəmmalı, çox-
larının dərk etmədiyi və
onları  daim  düşünməyə
məcbur edən rəsmlər nəyi
bildirir?
Orta əsrlərdən başlayaraq müasir dövrümüzədək təsviri sənətin müx-
təlif janrlarında üslub və texnikalar necə dəyişmişdir?
İncəsənətə dair dialoq
Xatırlayın
5
Şagird rəsmi
V.Kandinski. “Dağ”. 1909. 
Lenbahhauz qa lereyası. 
Münhen, Almaniya
1
Abstraksionizm (abstrakt incəsənət), mücərrəd incəsənət (lat. abstractio) – XX əsr təsviri
sənətində formalist (rəsmiyyətçi) cərəyan. Rəssamlar təsviri sənətin növlərində reallığın
təsviri əlamətlərindən imtina etmişlər. Bədii yaradıcılıqdan tamamilə uzaqlaşan rəssam
əsərlərinin kompozisiyası müxtəlif səthlərdən, rəngli hissələrdən, xətlərdən ibarət idi.


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
Təsviri sənət qalereyası
Rəng parçalarının və sınıq xətlərin birləşməsindən yaranan kompozisiyalar
Abstraksionizm kubizmin əsasında yarandığından onun məntiqi da-
vamı  sayılırdı.  Kubizm  yaradıcı  prosesi  əşyavi  aləmdən  mücərrədliyə
doğru apardı. Mücərrəd incəsənət dünyanın, həyatın və insan şüurunun
sirlərini aşkara çıxarırdı. Abstrakt üslubda fəaliyyət göstərən rəssamlar
öz kompozisiyalarını formal elementlərin – xətt, rəng parçası, formanın
yayınan xarici görünüşü əsasında qururdular.
Pikasso kubizm prinsiplərini təkmilləşdirərək, zəif də olsa, təsvirlə
gerçək  obyektlər  arasındakı  əlaqəni  saxlamış,  tam  mücərrədliyə  gedib
çatmamışdır. Pikassonun yeniliklərini digər rəssamlar başa çatdırdılar.
Rəngkarlığın dili rus rəssamı və qrafi ki, abstrakt sənətin banisi və
nəzəriyyəçilərindən  biri  olan  Vasili  Kandinskinin  əsərlərində  tədricən
mücərrədləşir, obrazlılığını və formasını itirir.
“Qarışıqlıq”. 1917. Dövlət Tretyakov 
Qalereyası. Moskva, Rusiya
22
“Kəsişən xətt”. 1923. Düsseldorf. Şimali Reyn 
vilayətinin  rəssamlıq  toplusu.  Vestfaliya,  Al-
maniya
Kandinski bir çox tabloların yaradıcısı, rəssamlıq barədə bir neçə ki-
tabın müəllifi və tədqiqatçı-etno qrafdır. Bir zamanlar Mikelancelo hey-
kəltəraşlığa münasibəti dəyişdiyi kimi, Kandinski də rəngkarlıq barədə
təsəvvürləri alt-üst etdi. Kandinski abstrakt sənətə impressionizmdən
keçərək gəlmiş, onun ilk əsərləri bu üslubda çəkilmişdir. 1910-cu ildən
başlayaraq Kan dinski, əsasən, sırf abstrakt tablolar çəkirdi. Kandinski-
nin sözlərinə görə, onun bütün abstrakt əsərləri üç qrupa bölünür: imp-
ressiya, improvizəkompozisiyalar.
Əgər impressiya xarici aləmin təəssüratı kimi yaranırsa, improvizə isə,
əksinə, şüurdan asılı olmayaraq daxili təəssüratı ifadə edir. Nəhayət, kom-
pozisiya – abstrakt rəngkarlığın ali və ən ardıcıl formasıdır. Burada ger-
çəkliklə birbaşa heç bir əlaqə yoxdur, onların yaradılmasında şüur iştirak
edir. Vasili Kandinski üçün kompozisiya bir anlayış olaraq istənilən yaradıcı
fəaliyyətin təməlidir. Rəng parçaları və xətlər hərəkət qüvvəsinin cəlbedi-


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
23
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
“Moskva 1”. 1916. Döv-
lət Tretyakov Qalereyası. 
Moskva, Rusiya
“İmprovizə 30” (“Toplar”). 
1913
“Kompozisiya VIII”. 1923. R.Quq gen-
haym Muzeyi. Nyu-York, ABŞ
ci ruhunu yaradır. Kandinski bir çox kompozisiyalarına ad vermir, sadəcə
nömrələyirdi (on belə əsərdən yeddisi bu günədək qorunub saxlanılmışdır).
Vasili Kandinskinin yaradıcılığı haqqında saytlar:
http://www.wassilykandinsky.ru/; http://v-kandinsky.ru/;
http://www.kandinsky-art.ru/
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Müdrik f
ikirləri
16.12.1866 – 13.12.1944
Moskva, Rusiya
Moskva  Dövlət  Universitetinin  hüquq  fakültəsi
(1885–1893),  Anton  Aşbenin  özəl  studiyası  (Mün-
hen), Münhen Rəssamlıq Akademiyası (1900)
Moskva  Dövlət  Universitetinin  professoru,  Rusiya
Rəssamlıq Akademiyasının vitse- prezidenti. Merku-
ridə bir krater Kandinskinin şərəfi nə adlandırılıb
abstraksionizm; rəngkar, qrafi k və təsviri sənət
nəzəriyyəçisi
mənzərə, süjetli əsərlər
“Qədim şəhər II” (1902), “Göy atlı” (1903), “Münhendə
evlər” (1908), “Oxatanla rəsm” (1909), “İki qovaq ağacı
ilə mənzərə” (1912), “Kompozisiya VII” (1913), “Kön-
dələn xətt” (1923), “Qırmızı geyimli kiçik arzu” (1925),
“Zərif yüksəliş” (1934), “Fərqli hadisələr” (1941) və s.
İncəsənət daxili gözəlliyi üzə çıxarmaq üçün zahiri gözəl-
likdən də imtina etməlidir. Lakin bu gözəllik buna hazır 
olmayan tamaşaçıya eybəcərlik kimi görünə bilər.
Vasili Vasilyeviç Kandinski
(Васи́лий Васи́льевич Канди́нский)
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə