DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə8/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
27
1
Modernizm (ital. modernismo – müasir cərəyan) – XIX əsrin ikinci yarısı – XX yüz-
illiyin ortalarında incəsənətdə mövcud olan bədii cərəyanların məcmusu. İmpressionizm,
postimpressionizm, kubizm, abstrakt incəsənət daha mühüm modernist meyillər idi. Mo-
dernizm – klassik ənənələrə yenidən baxışın başlanğıcı hesab olunur.
HENRİ SPENSER MUR: HEYKƏLTƏRAŞLIQDA
 
TƏBİƏT FƏLSƏFƏSİ 
Tanış olun
Britaniya  heykəltəraşı  Henri  Mur  XX  əsrin  elə  nəhəng  sənət  usta-
larındandır ki, onun orijinal və təkrarsız yaradıcılığı müasir insanları
həyəcanlandırmaqda davam edir.
 Onun  həm  muzeylərdə  sərgilənən,  həm  də  şəhər  mühitində  ucalan
heykəlləri bütün dünyada məşhurdur. Henri Mur fəaliyyətə Avropa in-
cəsənətində modernizmin
1
formalaşdığı bir zamanda başlamışdır.
Murun əsərlərindəki heyrətamiz bədii bütövlüyün heykəltəraşlıq ta-
rixində bənzəri yoxdur.
Monumental  heykəltəraşlıq  dəzgah  heykəltəraşlığı  nümunələrindən
nə ilə fərqlənir?
Qədim zamanlardan müasir dövrə kimi heykəltəraşların yaratdıqları
heykəllərin mövzusu nəyə həsr edilirdi?
İncəsənətə dair dialoq
Xatırlayın
6
“Yarıuzanmış ana körpəsi ilə”. 1983. Texnika: bürünc. Üs lub: 
ab straksionizm
“Ailə”.  1948–1949.  Müasir 
İn cəsənət Mu ze yi. Nyu-York, 
ABŞ
Təsviri sənət qalereyası
Qadına həsr olunmuş heykəllər, ailə və ana mövzusunda kompozi siyalar


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
HENRİ SPENSER MUR: HEYKƏLTƏRAŞLIQDA TƏBİƏT FƏLSƏFƏSİ
28
Henri Murun heykəlləri orta əsr heykəllərindən nə ilə fərqlənir?
Düşünün və izah edin
Formalar bəzən dərinlik və boşluq yaradaraq rəvan və ayrılmaz şəkil-
də bir-biri ilə uzlaşır. Mur heç vaxt aydın forma problemləri ilə məşğul
olmayıb. Onu təbii formaları xatırladan obrazlar maraqlandırırdı: qədim
daşlar, dağ mağaraları, insan vücudu və s.
Çox gənc yaşlarından dahi Mikelancelonun yaradıcılığı Muru məftun
etmiş və o, heykəltəraş olmağı qərara almışdır. 1920-ci illərin əvvəllə-
rində Muru erkən sivilizasiyaların incəsənəti daha çox cəlb edirdi. Mu-
run öz üslubu isə zaman keçdikcə formalaşmışdır. O çalışırdı ki, heykəl-
ləri təbiətin özünün yaratdığı kimi – təbii və əbədi olsun. Sanki onlar
ucaldığı yerdə yüz illərdir dayanıb, təbiətin zərbələri altında dəyişilib
və cilalanıb. Açıq məkanlar üçün nəzərdə tutulmuş əsərlərdə landşaft-
la əlaqə qorunur. Yarıuzanmış fiqurlar torpağın üstündə elə yerləşib ki,
sanki onlar yerdən çıxıb, abstrakt formalar bir-birinə qovuşur.
Murun  əsərləri  əvvəllər  real  obyektlərə  kifayət  qədər  bənzəsə  də,
sonralar abstrakt xarakter daşımağa başladı. Heykəltəraş öz kompozi-
siyalarını ağacdan, daşdan, bürüncdən, dəmir-betondan və terrakotadan
(bişmiş sarı və ya qırmızı gil) yaradırdı. Mur bir sıra əsərlərini ağac və
qurğuşundan düzəltmiş, hissələrini tarım çəkilmiş sim və ya mis məftil-
lə bərkitmişdir.
Heykəltəraş öz əsərlərini açıq məkanlarda yerləşdirərək onları ətraf-
dakı mənzərə ilə qovuşdurmağa səy göstərirdi.
Mur tamaşaçıları heykəllərinə insanın anatomik bənzəri kimi deyil,
təbii landşaftın bir hissəsi kimi nəzər salmağa məcbur edirdi. Murun bə-
dii dili XX əsr heykəltəraşlığı üçün prinsipial cəhətdən yeni təzahür idi.
“Kral və kraliça”. 1953–1955. Texnika: bürünc. 
Üslub:  abstrak sio nizm.  Middelheymdə  açıq  sə-
ma altında heykəltəraşlıq mu zeyi. Şotlandiya
“Dinc qoyunlar”. 1971–1972. Sürix, İsveçrə


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
29
HENRİ SPENSER MUR: HEYKƏLTƏRAŞLIQDA TƏBİƏT FƏLSƏFƏSİ
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Müdrik f
ikirləri
30.07.1898 – 31.08.1986
Kastlford, Qərbi Yorkşir. Böyük Britaniya
Lids Rəssamlıq Kolleci, London Kral Rəssamlıq Kolleci
“Xidmətə görə” orden, “Şöhrət kavaleri” ordeni
abstraksionizm; heykəltəraşlıq
portret, süjetli əsərlər
“Quş yuvası”, “Cəhrə”, “Oxatan”, “Nöqtəli oval”, “Yır-
ğalanan kürsü”, “Tağ” və s.
Zaman keçdikcə başa düşdüm ki, forma və məkan eyni 
şeydir.  Formanı  başa  düşmədən  məkanı  dərk  etmək 
qeyri-mümkündür.
Henri Spenser Mur 
(Henry Spencer Moore)
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR
1984-cü  ildə  Berlinin  750  illiyi  şərəfinə  Henri  Murun  yaratdığı
“Kəpənək” abidəsi 1987-ci ildə o zaman hələ konqres mərkəzi olan Berlin
Dünya Xalqları Mədəniyyət Evinin qarşısında ucaldıldı. Onun ən məş-
hur əsərlərindən biri olan “Nüvə enerjisi” Çikaqo Universitetinin qarşı-
sında qoyulub.
“Bölünmüş böyük oval. Kəpənək”. 1985. Texnika: bürünc. 
Üslub: abstraksionizm. İsrail muzeyi. Qüds
“Nüvə enerjisi”. 1967. Texnika: 
bü rünc. Üslub: abstraksionizm. 
Çi kaqo Universitetinin kampu-
su. ABŞ
Henri Mur təbiətdə addımbaşı rast gəlinən daşları, süxurları, sümük və digər for-
maları həvəslə toplayardı və bu ehtiras onun bütün yaradıcılığında öz əksini tapmışdır.
Bu maraqlıdır


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
HENRİ SPENSER MUR: HEYKƏLTƏRAŞLIQDA TƏBİƏT FƏLSƏFƏSİ
30
Mur işarələr – rəmzlər heykəltəraşı idi. Heç vaxt obrazların portret
oxşarlığına və ya psixoloji səciyyəsinə can atmazdı. O, yaradıcılığı bo-
yunca fiqurlu incəsənət (buraya insan və ya heyvan fiqurları daxildir) və
abstraksiya arasında sərbəst hərəkət edirdi.
Sənətkar  monumental  fiqurativ  plastika  ənə nəsini  davam  etdirərək
onu yeni yaratdığı forma və bədii metodlarla zənginləşdirmişdir.
Heykəltəraş  hələ  sağ  olarkən  onun  şöhrəti  Böyük  Britaniyanın  hü-
dudlarını xeyli aşmışdı: əsərləri dünyanın 60 muzeyində nümayiş etdiri-
lir, bir çox Avropa və Amerika şəhərinin meydanlarını bəzəyirdi. 1958-ci
ildə Parisdə YUNESKO-nun iqamətgahının qarşısında qoyulmuş məşhur
“Uzanmış fiqur” ötən yüzilliyin mədəniyyətinin rəmzinə çevrilmişdi.
Müəyyən edin
1. 
Mövzuda təqdim edilmiş heykəltəraşlıq əsərlərini forma, məkan və
məzmun əsasında fərqləndirin.
Yaradıcı fəaliyyət
2. 
Abstrakt formada istənilən mövzuda heykəl yapın. Başlanğıc üçün
yapacağınız heykəlin eskizini çəkin.
3. 
H.Murun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdim edin.
Təchizat: plastilin və ya gil
 
Sərbəst iş üçün tapşırıqlar

H.Mur öz yaradıcılığında hansı mövzulara müraciət etmişdir?
Özünüzü yoxlayın
Murun  II  Dünya  müharibəsi  illərində
London  metrosunda  yaratdığı  şəkillər  sil-
siləsi onun karyerasında dönüş nöqtəsi oldu.
Alman-faşist bombardmanından yerin altın-
da gizlənən şəhər sakinlərinin minlərlə eski-
zi Milli Qalereyada sərgilənərək ölkəni sar-
sıtdı və heykəltəraşa dünya şöhrəti gətirdi.
Bilirsinizmi?
“Tilberi limanı.
Örtülü səngər”. 1941


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə