DersliK 9-az new indd


POL KLİ: RƏNGKARLIQDA XƏTLƏRİN HƏRƏKƏTİ



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə9/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
31
POL KLİ: RƏNGKARLIQDA XƏTLƏRİN HƏRƏKƏTİ
Tanış olun
Son  zamanlar  “avanqard”
1
 sözü  çox  tez-tez  istifadə  edilir.  Lakin
onun nə demək olduğunu heç də hamı bilmir.
İncəsənətdə  avanqard  cərəyanı  klassik  qanunları  pozaraq  ənənəvi
sosial- mədəni dəyərlərə olan münasibəti dəyişir. Bununla belə, bu hərə-
kat qəbul etdiyi ideya əsasına görə bir-birindən əsaslı surətdə fərqlənən
çoxlu sayda müxtəlif məktəblərdən ibarətdir. Təsviri sənətdə bu cərəyan
modernizmlə çox sıx bağlıdır. Belə ki, onun çiçəklənməsi XX yüzilliyin
əvvəlinə təsadüf edir. Kubizm, ekspressionizm
2
konstruktivizm, primi-
tivizm və bir çox bu kimi başqa cərəyanlar ona aid edilir.
Avanqardizm Fransada yaranıb, sonralar Almaniya, İtaliya və digər
ölkələrə  yayılıb.  Bu  hərəkatın  nümayəndələri  qəbul  edilmiş  bütün  nor-
maları, qayda və idealları pozmağa çalışırdılar. Avropa mədəniyyəti əv-
vəllər  heç  zaman  bu  qədər  cərəyan,  istiqamət,  fərdi  üslub  rəngarəngli-
yi görməmişdi. Avanqardçılar incəsənətin dilini xeyli zənginləşdirdilər,
yeni ideyaların geniş spektrini təklif etdilər. Onların arasında P.Pikasso,
A.Ma tiss, V.Kandinski, S.Dali və bu kimi böyük sənətkarlar var idi. Bü-
tün fərdi üslub müxtəlifliyinə baxmayaraq, onlar birgə səylə təbiəti təqlid
etməyən, rəssamın yaradıcı özünüifadəsinin əsasında yaranan yeni bədii
sistemi  araşdırdılar.  Avanqardçılar  müasir  dövr  incəsənətinin  əsl  yol-
göstərənləri oldular.
Avropa  avanqardının  görkəmli  simalarından  olan  Pol  Kli  abstrakt
sənətin inkişafına böyük təsir göstərmişdir. Pol Klinin yaradıcılığının
çiçəklənməsi modernizmin müxtəlif istiqamətlərinin yaranması və inti-
Rəngkarlıq əsərlərində hərəkəti, hisləri hansı vasitələrlə göstərmək olar?
Abstrakt (mücərrəd) təsvirlərdə xətlər hansı məna daşıyırdı?
İncəsənətə dair dialoq
Xatırlayın
7
1
Avanqard, avanqardízm (fr. avantgarde – irəli, mühafizə) – XIX–XX əsrlərdə dünya-
da, ən əsası – Avropa incəsənətində yaranmış cərəyanların ümumiləşdirilmiş adı. “Avan-
qard”  anlayışı  fransız  mənşəlidir,  tərcümədə  “irəli”  və  “mühafizə”  mənasını  verən  iki
sözdən ibarətdir.
2
Ekspressionizm (fr. expressionnisme – ifadə) – XX əsrin əvvəllərində Avropa incəsənə-
tində bədii cərəyan. I Dünya müharibəsinin dəhşətlərindən mənəvi sarsıntı keçirən rəs-
samlar  əsərlərində  bilərəkdən  öz  hislərini  ifadə  edirdilər.  Müharibəyə  etirazın  ifadəsi
kimi meydana gəlmiş, I Dünya müharibəsindən sonra Almaniya və Avstriyada xüsusilə
geniş yayılmışdı. Əsərlərin əsas motivləri və obrazları – şəhər mənzərəsinin fonunda da-
ğıntılar, ölüm, xəstəlik, faciə, dəhşət, dərin kədər idi.


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
POL KLİ: RƏNGKARLIQDA XƏTLƏRİN HƏRƏKƏTİ
32
Təsviri sənət qalereyası
Pol Klinin əsərlərində mücərrədlik və rəng
şarı dövrünə təsadüf edir. Kli müxtəlif istiqamətlərdə (ekspressionizm,
sürrealizm, abstraksionizm, kubizm) fəaliyyət göstərsə də, öz əsərlərini,
demək olar, öz tərzində, bu və ya digər cərəyanın prinsiplərinə ciddi əməl
etmədən çəkirdi.
Kli çəkdiyi rəsmlərdə naturanı klassik rəssam kimi xırdalıqlarınadək
oxşadırdı. O, məxsusi olaraq universitetdə anatomiya məşğələlərinə ge-
dir və bədənin quruluşunu öyrənirdi. Onun üçün rəsm çəkməyi öyrən-
mək, sonra isə öz bədii üslubunu axtarmaq çox vacib idi.
Rəssamın pərəstişkarı yox idi – o öz yolu ilə addımlamağı sevirdi. Kli
həm realist, həm də abstrakt əsərlər çəkirdi. Buna görə də o heç vaxt hər
hansı bir bədii cərəyana tam aid edilmirdi.
Tunisə səyahət Kliyə güclü təəssürat bağışlayır. O bu ölkədə rəngdən
başqa cür istifadə etməyi öyrənir. Ardıcıl düzülmüş kiçik rəngarəng ev-
lərin işığı və kompozisiyası onu heyrətləndirir. 1914-cü ildən başlayaraq
rəssam əsərlərində daha çox kvadratlar çəkməyə başlayır. Onun rəngkar-
lıq manerasında həmin andan etibarən dəyişiklik hiss olunur. Mücərrəd-
lik və rəng rəssamı hər şeydən daha çox maraqlandırırdı.
Kli taxta və iplərdən kompozisiyalar yaradır, onların üzərində fırça
ilə işləyirdi. Onun son işləri bir qədər uşaqsayağı görünür, amma rəssam
nə çəkmək istədiyinə çox əmin idi. Pol Kli hətta oyuncaqlar da düzəldir.
Həmin oyuncaqların arasında isə onun avtoportreti də var idi.
“Cənub (Tunis) bağları”. 1919. Şəxsi kol-
leksiya
“Şəhərin  qırmızı  və  yaşıl  çalarlarda  təsviri”. 
1921. Şəxsi kolleksiya


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
33
POL KLİ: RƏNGKARLIQDA XƏTLƏRİN HƏRƏKƏTİ
Pol Klinin ev teatrından kuk-
la. Avtoportret
“Kukla (portret)”. 1923. 
A.S.Puş kin  ad.  Dövlət  Təsviri 
Sə nət Muzeyinin kolleksiyasın-
dan. Moskva, Rusiya
“Adsız”. Təxminən 1940. Pol 
Kli Mərkəzi. Bern, İsveçrə
Kli  mürəkkəb  texnikalarda  işləyir  və  geniş  material  çeşidindən  istifadə
edirdi:  pastel  təbaşirlər,  akvarel,  yağlı  boya,  tempera,  mürəkkəb  ilə  rəsm  çə-
kir, həmçinin ofortlar (metal üzərində oyma üsulu ilə yerinə yetirilən qravür-
lər) işləyirdi. Çox zaman bir əsərdə xeyli müxtəlif materialdan istifadə edirdi.
O, qravürlərə maraq göstərirdi və şüşə üzərində iynə ilə təsviretmənin orijinal
texnikasını icad etmişdi.
Bu maraqlıdır
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
18.12.1879 – 29.06.1940
Münhenbuhzee, Bern yaxınlığı. İsveçrə
Münhendə Zərif Sənətlər Akademiyası
ekspressionizm, abstraksionizm, kubizm, sürrealizm;
qrafi k, incəsənət nəzəriyyəçisi, rəngkar
portret, mənzərə, natürmort
“Doğan günəş” (1907), “Fiqurların rəngi” (1914), “İdeya
uğrunda ölüm” (1915), “Kilsələr şəhəri” (1918), “Asiyalı
artistlər” (1919), “Göyərçin ilə natürmort” (1931), “Qar-
daşlar və bacılar” (1930), “Nil əfsanəsi” (1937) və s.
Pol Kli 
(Paul Klee)
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə