Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə1/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   177
Adil Babayev



 
 
 
 
 
ADĠL BABAYEV 
 
 
 
 
 
DĠLÇĠLĠYƏ GĠRĠġ 
 
 
 
Dərslik ADU-nun vəsaiti ilə çap olunur. 
Bakı – Mütərcim – 2017
 
 
 


 
Elmi redaktor: 
Kamal Abdullayev 
f.e.d., əməkdar elm xadimi,
professor 
 
Rəyçilər: 
Nizami Xudiyev 
f.e.d., professor 
Həsən Mirzəyev 
f.e.d., professor
 
 
 
 
 
Adil Məhəmməd oğlu Babayev. Dilçiliyə giriĢ. 
Bakı, 2017. -560 səh. 
 
© A.Babayev, 2017 




MÜƏLLĠFDƏN 
Bütün ali məktəblərin dili elmi Ģəkildə öyrədən 
fakültələrində «Dilçiliyə giriĢ» fənni tədris olunur. 
«Dilçiliyə giriĢ» «Ümumi dilçiliyin» sadə formasıdır. Dilin 
elmi Ģəkildə öyrədilməsi məhz dilçilik elminin 
müəyyənləĢdirdiyi üsullarla aparılır. 
Dilin elmi Ģəkildə öyrənilməsi, baĢqa sözlə desək, 
ümumi dilçiliyin meydana gəlməsi uzun tarixə malik olsa 
da, Azərbaycanda bu iĢin bünövrəsi yalnız 1924-cü ildə 
qoyulmuĢdur. Həmin ildə professor B.V.Çobanzadənin 
«Türk- tatar lisaniyyətinə mədxəl» kitabı ilə Azərbaycanda 
ümumi dilçilik bir elm kimi meydana gəlmiĢdir. 
Azərbaycan dilçilərinin bir sıra elmi məqalələrinin 
əhəmiyyətini kiçiltmədən demək olar ki, B.Çobanzadənin 
əsərlərinin istifadə edilməsi qadağan ediləndən, ta 1966-cı 
ildə N.Məmmədovun «Dilçiliyin əsaslan» kitabı çapdan 
çıxana qədər respublikamızda «ümumi dilçiliyə» aid bir 
vəsait belə olmamıĢdır. N.Məmmədov həmin dərsliyi 
professor A.A.Axundovla birlikdə bir neçə dəfə nəĢr 
etdirmiĢdir. Son dəfə həmin dərslik 1980-ci ildə nəĢr 
edilmiĢdir. Ġndi həmin nəĢrdən on ildən artıq keçir. Bu 
sətirlərin müəllifi 30 ilə qədər bir dövrdə «Dilçiliyə giriĢ» 
fənnindən oxuduğu mühazirələr əsasında yeni bir dərslik 
yazmağı zəruri hesab edir. Belə bir dərsliyə ehtiyac varmı? 
Bəli, vardır. AĢağıdakı səbəblər yeni «Dilçiliyə giriĢ»in 
nəĢrini zəruri edir: 
Birinci, əvvəlki nəĢrdən on ildən artıq keçdiyi üçün 
indi tələbələr dərslik sarıdan çox korluq çəkirlər. 
Ġkinci, əvvəlki «Dilçiliyə giriĢ» Xarici Dillər 
Ġnstitutunun tələbələri üçün nəzərdə tutulmamıĢdı. Yeni 
dərslikdə xarici dillərlə müqayisəyə yer verilmiĢdir. 


Üçüncü, əvvəlki dərsliyin nəĢrindən sonra «Dilçiliyə 
giriĢ»ə aid respublikada yeni proqramlar nəĢr olunmuĢdur. 
Təbii ki, həmin kitab sonrakı proqramları əhatə edə bilməz. 
Dördüncü, on ildən bəri həm xarici, həm də 
Azərbaycan dilçiliyində yeni-yeni tədqiqat əsərləri 
meydana gəlmiĢdir. Bunlar haqqında dərslikdə məlumat 
verilir. 
BeĢinci, əvvəlki dərslik, əsasən, partokratiya 
dövrünün məhsulu olduğu üçün dilin fəlsəfi problemləri 
birtərəfli iĢıqlandırılmıĢdır. Məlumdur ki, o vaxtlar baĢqa 
elmlərdə olduğu kimi, dilçilikdə də hər yalnıĢ Ģeyi idealizm, 
idealizmi isə yalnız yanlıĢ kimi qəbul edirdilər. Yeni 
dərslikdə isə dilin fəlsəfi problemləri aĢkarlıq və 
demokratiya iĢığında, açıq Ģəkildə Ģərh edilir. Əvvəlki 
kitablarda hər kiçik məsələnin həlli üçün Marksdan və 
Lenindən sitat axtarırdılar. Amma indi onların təsirindən 
çıxaraq müstəqil fikir söyləmək mümkündür. BaĢa düĢmək 
olmurdu ki, axı nəyə görə akademik 25 yaĢlı Leninin 
əsərindən sitat gətirməlidir. Ġndi elmin siyasətdən azad 
olduğu bir Ģəraitdə bütün ictimai elmlər öz keçmiĢinə 
yenidən baxıb, gələcəyini qurmalıdır. Dilçilik və siyasətin 
güclü təsirindən çıxıb azad inkiĢaf etməlidir. Məs. dilin 
mənĢəyi, mahiyyəti, inkiĢafı, keçirdiyi proses və 
mərhələlərə təkcə Marksın, Engelsin və Leninin gözü ilə 
baxmaq elmi geri qoymurdumu? 
Bu məsələlər yeni dərslikdə nəzərə alınmıĢdır. 
Altıncı, əvvəlki «Dilçiliyə giriĢ»də bir sıra məsələlər 
«Müasir Azərbaycan dili» və ya «Müasir rus dili» fənləri ilə 
paralellik təĢkil edirdi. Bunu nəzərə alaraq yeni dərslikdə 
əsas fikri ümumi məsələlərə vermiĢ, müasir dil fənləri ilə 
paralel olan problemlərdən ötəri bəhs etmiĢik. 
Məlumdur ki, elmi-tədqiqat əsərindən fərqli olaraq 


dərsliklər tələbələr üçün nəzərdə tutulur. Buna görə də 
dərsliyin dili sadə, termin oyunundan uzaq olmalıdır. Bu 
cəhəti diqqət mərkəzində saxlamağa çalıĢmıĢıq. 
Monoqrafik elmi-tədqiqat əsərində hər hansı bir 
mövzu ekstensiv və intensiv (eninə və dərininə) tədqiq 
edilməlidir. Dərslikdə bu mümkün deyil. Ona görə də hər 
hansı bir mövzunu tələbələrin bilik səviyyəsinə uyğun və 
kifayət qədər asanlaĢdırılmıĢ formada Ģərh etmiĢik. 
Dərsliyə bir sıra yeni mövzular daxil edilmiĢdir ki, 
onlar əvvəlki «Dilçiliyə giriĢ»də yoxdur. 
Yeddinci, Rusiyada bir ildə bir neçə müəllifin eyni 
adda («Введение в языкознание») dərsliyi və dərs vəsaiti 
nəĢr edilir. Bu, rus dilli tələbə kontingentinə imkan verir ki, 
hər hansı bir məsələ barədə müxtəlif müəlliflərin 
konsepsiyası ilə tanıĢ 
olsun, onları müqayisə edib ümumi bir nəticəyə 
gəlsin. Azərbaycanda da belə dərslik və vəsait bolluğu 
yaratmağın vaxtı çoxdan çatmıĢdır. Qoy Azerbaycan təhsilli 
tələbələr də müxtəlif fikirləri müqayisə etmək imkanı 
qazansınlar. 
Dərslik müəllifin uzun illərdən bəri ali məktəbdə 
oxuduğu mühazirələrin xülasəsi olsa da, müəyyən 
qüsurlardan, çatıĢmazlıqlardan uzaq deyil. Müəllif dərsliyin 
nöqsanlarını göstərən mütəxəssislərə əvvəlcədən təĢəkkür 
edir və həmin qeydləri məmnuniyyətlə qəbul edəcəyini 
bildirir. 
1992



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə