Dərslik az ərbaycan Milli Konservatoriyasının



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/22
tarix28.11.2017
ölçüsü2,8 Kb.
#12977
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

 
77 
yer tutur. 
Hacıbəyli Həyatının son illərində “Firuzə” operası üzərində 
işləmişdir. Bu bitməmiş operadan təkcə Firuzənin ariyası qalmışdır. 
Hacıbəyli  Azərbaycan  Dövlət  Himnlərin  musiqisinin  (1945)  müəl-
lifidir.  
Üzeyir  Hacıbəyli  Azərbaycan  musiqisində  köklü  dönüş 
yaratmış  dahi  bəstəkardır.  O,  19  əsrin  əvvəllərinədək  şifahi  xalq 
musiqi  sənəti  şəklində  mövcud  olan  Azərbaycan milli musiqisini 
Qərbi  Avropa,  rus  bəstəkarlıq  məktəbinin  nailiyyətlərini  forma  və 
janrları ilə zənginləşdirmişdir. O, öz opera və musiqili komediyala-
rında,  eləcə  də  digər  janrlarda  Şərq  və  Qərb  musiqi  sistemlərinin 
vəhdətini yaratmağa  nail  olmuşdur.  Hacıbəyli vaxtilə  Şərq  və  Qərb 
musiqi  mədəniyyətləri  arasında  keçilməz  sayılan  səddi  aradan 
götürmüş,  Azərbaycan  və  umumiyyətlə  Şərq  musiqisinin  gələvcək 
inkişaf  perspektivlərini,  estetik  prinsiplərini  müəyyənləşdirmişdir. 
Hacıbəyli həm də böyük musiqişünas alim idi. O, Azərbaycan elmi 
musiqişünaslığının  əsasını  qoymuş,  musiqiyə  dair  coxlu  məqalələr 
yazmış, tədqiqatlar aparmışdır. “Azərbaycan xalq musiqisinin əsasla-
rı” (1945) fundamental tədqiqat əsərində o, xalq musiqisinin nümunə 
formalarının dərin təhlilinə əsaslanaraq, qədim tarixə malik Azərbay-
can musiq
isinin  qanuna  uyğunluqlarını,  milli  xüsusiyyətlərini 
göstərmişdir. Kitabda o orta əsr alimlərinin, nəzəriyyəcilərinin, musi-
qi
şünaslarının  -  Səfiəddin  Urmavi  (XII  əsr),  Əbdülqədir  Məraqai 
(XIV  əsr),  musiqişünas  Nəvvab  Mir  Möhsün  Qarabağı  (XIX  əsr, 
“Vüzühül-
Ərqam”  kitabı)  əsərlərinə  ictinad  etmişdir.  Hacıbəylinin 
nəzəriyyədə  irəli  sürdüyü  məsələlər  bəstəkarın  yaradıcılığında 
praktiki  həllini  tapmışdır  (Azərbaycan  musiqisində  çox  səsliliyin 
geniş  tətbiqi,  milli  məqam  əsası  ilə  major  –  minor sisteminin üzvi 
vəhdəti və s.) Azərbaycan musiqisində realizm, ideyalılıq, xəlqilik və 
beynəlmiləlçilik  kimi  estetik  problemlərin  ciddi  tədqiqi  də  Hacı-
bəylinin  adı  ilə  bağlıdır.  Hacibəyli  istedadlı  bəstəkarlar  musiqi-
şünaslar  ifaçılar  nəsli  yetişdirmişdir.  Q.Qarayev, F.Əmirov, Niyazi, 
S.
Hacıbəyov və b. Hacibəylinin tələbələri olmuşlar.  


 
78 
Hacıbəylinin  formaca  və  məzmunca  və  ruhən  beynəlmiləl 
musiqisi dünya şöhreti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl 
fonduna 
daxil  olmuşdur.  D.Şostakoviç,  Q.Qarayev  kimi  görkəmli 
musiqi  xadimləri  Hacıbəylinin  sənətkarlığından  bəhs  edərkən, 
bəstəkarı musiqinin gələcək inkişafına böyük təsir göstərən sənətkar 
kimi qiymətləndirmişlər. T.Xrenikov onu “Profesional Şərq musiqini 
atas
ı”  adlandırmışdır.  Hacıbəylinin  “Arşın  mal  alan”  musiqili 
komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belarus, 
gürcü, 
və  s.  dillərə  tərcümə  edilmiş,  SSRİ-nin  bir  cox  şəhərində,  o 
cümlədən  Moskvada  K.Stanislavski  və  V.Nemirovic-Dançenko 
adına Musiqili Teatrda, Nyu-York, Paris, London, Tehran, İstanbul, 
Qahirə,  Pekin,  Berlin,  Varşava,  Sofiya,  Budapeşt,  Buxarest  və  s. 
yerlərdə  tamaşaya  qoyulmuşdur.  “O  olmasın, bu olsun” musiqili 
komediyası Zaqafqaziya, Dağıstan, Orta Asiya, Türkiyə, Bolqarıstan, 
İran  və  Yəmən  Xalq  Demokratik  Respublikasında,  “Koroğlu” 
operası  isə  Aşqabadda  (1939,  Türkmən  dilində)  Daşkənddə  (1950, 
Özbək  dilində)  səhnələrdə  ifa edilmişdir.  Hacıbəylinin  “Arşın  mal 
alan” musiqili komediyası 1917 ildə (rej. B.Svetlov) 1945 ildə (rej-
lar;  R.Təhmasib,  N.Leşşenko)  və  1965  ildə  (rej.  T.Tağızadə),  “O 
olmasın  bu  olsun”  (rej.  H.Seyidzadə)  isə  1956-ildə  ekranlaşdırıl-
mışdır.  “Arşın  mal  alan”  (1945)  filminin  bir  qurup  yaradıcısı  və 
iştirakçısı,  o  cümlədən  Hacıbəyli  SSRİ  Dovlət  mükafatına  layiq 
görülmüşdür.  “Arşın mal alan” - nın motivləri üzrə ABŞ-da (1937) 
da filim 
çəkilmişdir. Hacıbəyli, SSRİ Ali Sovetinin deputatı (1-ci və 
2-
ci  çağırış)  seçilmişdir.  Azərbaycan  Dövlət  Konservatoriyasına 
(1949)  və  Azərbaycan  Dovlət  Simfonik  Orkestrinə  (1944) Üzeyir 
Hacıbəylinin adı verilmişdir. Onun adına Respublika dövlət mükafatı 
təsis  edilmişdir.  (Hacıbəyov  mukafatı)  Respublikada  Hacıbəylinin 
adına küçə və s. var. Şuşada (1965) və Bakıda (1975) Hacıbəylinin 
ev muzeyləri açılmışdır.  
Bakıda  (1960;  Tunc,  Qranit  heykəltəraş  T.Məmmədov)  və 
Şuşada  (1985;  Tunc,  Qranit  heykəltəraş  Ə.Salikov)  heykəlləri 
ucaldılmışdır.  F.Əmirov  skirpkalar,  violençel  və  2  fortepiano  üçün 


 
79 
“Üzeyir  Hacıbəyliyə  ithaf”  (1949)  poemasını  yazmışdır. 
“Azərbaycanfilm”  kinostudiyasında  2  seriyalı  “Ü.Hacıbəyli.  Uzun 
ömrün  akkordları”  (1982;  Ssenari  müəllifi  və  quruluşçu  rejissor: 
Anar)  rəngli  bədii  televiziya  filmi  çəkilmişdir.  1983-85  illərdə 
Hacıbəylinin musiqi əsərlərini akademik nəşrinin I-III (1 H.) cildləri 
(“Leyli  və  Məcnun”  operasının  partiturası  və  klaviri,  “Koroğlu” 
operasının birinci pərdəsinin partiturası) çap olunmuşdur.  
Hacıbəylinin anadan olmasının 100 illik yubleyi böyük təntənə 
ilə  keçirilmiş,  Bakı,  Moskva,  Leninqrad,  Tiblisi,  və  s.  şəhərlərdə 
yubiley konsertləri təşkil olunmuşdur. 
 
 
 
XÜLASƏ: 
Üzeyir  Hacib
əyli  –  Azərbaycan bəstəkarı,  musiqişünas  alim, 
publisist, dramaturq,  pedaqoq v
ə  ictimai xadim.  Akademik.  Üzeyir 
Hacıbeyli  Azərbaycan  musiqisinin  islahatçısı.  Muğam  operaları. 
Operettalar. “Az
ərbaycan xalq musiqisinin əsasları” (1945). 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə