52
VHQM-n mühərrik-ötürücü seksiyası aşağıdakılardan
ibarətdir:
- stator: rezin örtüklü vintli spiral səthli stasionar seksiya
- rotor: vintli spiral səthli
polad val.
Rotor və stator özləri arasında həcmi ciblər yaratmaqla
bir-birinə dəqiq uyğunlaşdırılmışdır.
Bu həcmi ciblərdən
təzyiqlə vurulan qazıma məhlulu seli bu həcmi ciblərdən
keçərək rotoru fırlanmağa məcbur edir. Rotorun fırlanma sürəti
qazıma məhlulunun sərfinin qiymətilə mütənasibdir.
b) VHQM-in müxtəlif tipləri – gücü, burucu moment və
fırlanma sürəti
Rotor və stator müxtəlif konstruksiyalarda ola bilər:
- bir vintli spiral səthli
- bir neçə vintli spiral səthli
Valın fırlanma sürəti azalmaqla vintli spiral çıxıntıların
sayının artması ilə mühərrikin çıxış gücü artır.
Bununla əlaqədar VHQM-i aşağıdakı
kimi siniflərə
bölmək olar:
- yüksək sürətli aşağı momentli mühərriklər
- aşağı sürətli yüksək momentli mühərriklər
Hal-hazırda gövdəsi verilmiş əyrilik bucağına malik
VHQM-lər hazırlanır. Nəticədə əyri keçiricilərdən istifadə
olunmur və VHQM-n gövdəsinin
əyrilik nöqtəsinin baltaya
yaxın yerləşməsi ilə əlaqədar quyu əyriliyini tənzimləmək üçün
effektlik artır.
VHQM-n gövdəsi ya qeyd olunmuş əyrilik bucağı, ya da
onun konstruksiyası
imkan verir ki, yerdən ¼ dərəcə addımla
əyrilik bucağını dəyişməyə imkan verir.
VHQM-n son
modellərinin gövdəsi yer üzərinə qaldırmadan quyu dibində
əyrilik bucağını tənzimləməyə imkan verir (şəkil 2.7).
Valın fırlanma sürəti azalmaqla vintli spiral çıxıntıların
sayının artması ilə mühərrikin çıxış gücü artır.
53
Bununla əlaqədar VHQM-i aşağıdakı kimi siniflərə
bölmək olar:
- yüksək sürətli aşağı momentli mühərriklər
- aşağı sürətli yüksək sürətli mühərriklər
Şəkil 2.7. Gövdəsi əyrilik bucağına malik vintli hidravliki
quyudibi mühərrik.
Hal-hazırda verilmiş əyrilik bucağına
malik gövdəli
VHQM-lər hazırlanır. Nəticədə əyri keçiricilərdən istifadə
olunmur və VHQM-n gövdəsinin əyrilik nöqtəsinin baltaya
yaxın yerləşməsi ilə əlaqədar quyu əyriliyini tənzimləməək
effektliyi artır.
VHQM-n gövdəsi ya qeyd olunmuş əyrilik bucağı, ya da
onun konstruksiyası imkan verir ki, yerdən ¼ dərəcə addımla
əyrilik bucağını dəyişməyə imkan verir. VHQM-n son
modellərinin gövdəsi yer üzərinə qaldırmadan quyu dibində
əyrilik bucağını tənzimləməyə imkan verir.
Vintli hidravliki quyudibi mühərrikllə turbin qazımasının
göstərilərinin
müqayisəsindən görünür ki, eyni şəraitdə vintli
həcmi mühərriklərlə qazımada bir baltanın gedişi bərk
süxurlarda 2 yumşaq süxurlarda 20 – 50%
,
mexaniki
sürət isə
20 – 50% artır. Vintli hidravliki quyudibi mühərriklər turbin
qazıyıcısı ilə müqayisədə daha sadə quruluşa, daha kiçik uzun-
luğa və ağırlığa malikdir. Bu mühərriklərdən xarici ölkələrdə
də istifadə edirlər. Misal kimi «Dayna Drill»-i
göstərmək olar
54
(diametri 197mm, məhlulun sərfi 28
san
/
l
, dövrlər sayı 320
dövr/dəq, fırladıcı momenti 1300 H.m, təzyiq düşküsü 17 MPa-
dir).
Yuxarıda
qeyd
edilən
üstünlüklər
bu
quyudibi
mühərriklərin böyük gələcəyindən xəbər verir.
Vintli həcmi mühərrikin əsas göstəriciləri cədvəl 2.2-də
göstərilmişdir.
Cədvəl 2.2
Vintli həcmi mühərriklərin əsas texniki göstəriciləri
Gövdənin xarici diametri, mm
195
172
127
85
54
Mayenin sərfi, l /s
35
25
15
7
2,5
Valın fırlanma tezliyi, dəq
-1
113
144
250
280
600
Fırlanma momenti, N
m
5500
3570
1200
400
100
Vala düşən güc, kVt
64
53
31
11
6
Təzyiq düşküsü, Mpa
5,5
5,4
5,0
3,5
5,0
M / P nisbəti
49
25
4,8
1,4
0,17
Faydalı iş əmsalı
0,34
0,40
0,42
0,48
0,50
Uzunluğu, m
6,2
6,9
4,5
3,2
2,0
Kütləsi, kq
1090
770
300
90
25
Dostları ilə paylaş: