Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və


TRANSMİSSİV MEXANİZMLİ İNFEKSİYALAR



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə70/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   117

TRANSMİSSİV MEXANİZMLİ İNFEKSİYALAR 
SƏPGİLİ YATALAQ 
Səpgili yatalaq - anlroponoz rikkelsioz yoluxucu xəstəlikdir və transraissiv 
yoluxma  raexnizmi  ilə  ötürülür.  Bu,  kəskin  infeksion  xəstəlik  olub  mərkəzi  sinir 
sisteminin intoksikasiyası, vaskulitlərin və xırda damarların trombovaskulitlərinin 
əmələ gəlməsi, rozeolyoz- petexial səpgilərlə səciyyələnir. 
Səpgili  yatalağın  törədicisi  -  Provaçck  rikketsiyalaııdır  (Rickettsia 
Provazcki) 
qram-mənfi, 
hərəkətsiz 
mikroorqanizmlərdir, 
hüceyrədaxili 
parazitlərdir. Törədici ətraf mühitdə havanın temperaturundan və rütubətindən asılı 
olaraq  müəyyən  müddət  qalır.  Rikketsiyalar  nəm  mühitdə  tez  ölürlər,  qurumuş 
şəkildə  uzun  müddət  sağ  qalırlar.  Bitlərin  nəcisində  (hansı  ki,  paltara  düşür) 
törədici həyal qabiliyyətini və patogenliyini 3 ay və daha çox saxlayır. 56°C-də 10 
dəqiqə,  100°C-do  30  saniyə  ərzində,  dezinfektantların  təsiri  altında  sürətlə  məhv 
olur. 
Infeksiya  mənbəyi  -  səpgili  yatalaqla  və  Brill  xəstəliyi  ilə  xəstə  şəxsdir. 
İnsan inkubasiyanın son 2-3 günündən etibarən, bütün qızdırma dövründə və bədən 
temperaturu düşdükdən 2-3 gün (az hallarda 7-8 gün) sonra yoluxdurucu olur. Bəzi 
hallarda rikketsiyalar keçirilmiş xəstəlikdən sonra orqanizmdə uzun müddət (10-40 
il)  sağ  qala  bilər,  nəticədə  əvvəllər  xəstəlik  keçirmiş  şəxslərdə  təkrar,  rcsidiv, 
səpgili yatalaq (Brill xəstəliyi) inkişaf edə bilər. 
Yoluxma  mexanizmi  transmissiv  mexanizmdir,  canlı  keçiricilər,  əsas 
etibarilə paltar biti (Pediculus corporis/vestimenti), az hallarda - baş biti (Pediculus 
capitis)  vasitəsilə  həyata  keçir.  Yoluxmuş  şəxsin  qanını  sorduqda  bitin 
orqanizminə düşmüş rikketsiyalar onun həzm yolunun epitel  qişasında çoxalırlar, 
epitel  qişanın  hüceyrələrini  dağıdır  və  bitin  bağırsaq  boşluğuna  düşürlər. 
Yoluxmuş  qanı  sorduqdan  4-5  gün  sonra  bit  artıq  özü  yoluxdurucu  olur.  Hər 
növbəti  qan  sorma  zamanı  bitin  orqanizmindən  rikketsiyalarla  dolu  nəcis  xaric 
edilir ki, bu da bitin dişləməsi zamanı qaşınma nəticəsində yaranmış yerdə (yarada) 
qalır.  Həmin  nahiyəni  qaşıdıqda  rikkketsiyalar  insanın  özü  bilmədən  orqanizmə 
yeridilir və yoluxma baş verir. Bitlər rikketsi- yalaıı həyatının sonuna qədər xaric 
edirlər.  Lakin  yoluxmuş  və  xəstə  bitlərdə  yaşama  müddəti  15-18  günə  qədər 
qısalır.  İnfeksiyalaşmış  material  gözün  konyunktivasına  və  tənəffüs  yollarının 
selikli qişasına düşdükdə səpgili yatalaqla yoluxmaq mümkündür. 
206 
downloaded from KitabYurdu.org


Həssaslıq  çox  yüksəkdir.  Nəzərə  almaq  lazımdır  ki,  xəstəlik  uşaqlarda 
yüngül formada keçə bilər və ona görə xəstəlik aşkar edilməyə bilər. Postinfeksion 
immunitet uzunmüddətlidir. 
Epidemik  prosesin  xüsusiyyətləri.  Səpgili  yatalaq  hər  yerdə  yayılmışdır, 
lakin  XX  əsrin  sonunda  epidemik  xəstələnmə  əsas  etibarilə  Afrika,  Asiya,  Latın 
Amerikası ölkələrində qeydə alınmışdır. Risk qruplarına xidmət dairəsi işçilərini aid 
edirlər:  bərbərxana,  hamam-  xana,  camaşirxana,  nəqliyyat,  müalicə-profılaktik 
müəssisələrin işçiləri və s. Səpgili yatalaq üçün qış-yaz mövsümiliyi xarakterikdir. 
Hər  iki  cinsin  nümayəndələri  və  bütün  yaş  qruplarında  olan  şəxslər  xəstələnirlər. 
Rusiya  ərazisində  səpgili  yatalaq  tək-tək  hallarda  və  təkrar  xəstəlik  kimi  -  Brill 
xəstəliyi şəklində qeydə alınır. 
Tibbdə  səpgili  yatalağa  müxtəlif  adlar  verilmişdir:  «aclıq  yatalağı», 
«dustaqxana yatalağı», «bitli yatalaq». Bu adlar xəstələnmənin səviyyəsi ilə sosial-
iqtisadi  şərait:  insanların  kütləvi  miqrasiyası,  sıxlılıq,  maddi  durumun  pisləşməsi, 
aşağı  sanitar  mədəniyyət,  bitlilik  arasında  əlaqə  olduğunu  göstərir  ki,  bunların 
nəticəsində  epidemik  prosesin  fəallaşması  və  səpgili  yatalaqla  xəstələnmənin 
yüksəlməsi baş verir. 
İnkubasiya müddəti 6 gündən 23 günə qədər, adətən 10-12 gün təşkil edir. 
Klinikası.  Xəstəlik  kəskin  başlayır,  temperatur  sürətlə  40-41°C-  yə  qədər 
yüksəlir.  Xəstələr  kəskin  baş  ağrıları,  yuxusuzluq  zəiflik  sinir-psixi  fəallığın 
arünasından,  qıcıqlanma  hissiyyatından  şikayətlənirlər.  Xəstənin  üzü  şişmiş, 
qırmızı,  gözün  skleıası  inyeksiyalı,  əsnək  hipcrcmiyahdır,  dilin  kökündə 
qansızmalar müşahidə olunur. 
Səpgi əvvəlcə xəstəliyin 4-6-cı günü döşdə, kürək, qarın nahiyəsində əmələ 
gəlir, sonra ətraflara yayılır. O, polimorf rozeol- yoz-petcxial xarakterdədir. Dalaq 
böyümüşdür. Sağaldıqda qızdırma xəstəliyin 2-ci həftəsində dayanır. 
Tam sağalma zamanı qalıq əlamətləri olmur. Hazırda letallıq çox yüksəkdir. 
Keçmişdə isə səpgili yatalaqdan ölüm 5-30% təşkil edirdi. Hazırda birincili səpgili 
yatalaq hallan daha qısa və yüngül klinikaya malikdir. 
Müalicə tetrasiklin və ya levomisetin, simptomatik vasitələrlə aparılır. 
Laborator  diaqnostikası.  Qan  zərdabında  əkscisimləri  aşkar  etmək 
məqsədilə rikkelsiyaların AR, KBR, QDHAR istifadə olunur. 
Profilaktik  və  əksepidemik  tədbirlər.  Ocaqda  əksepidemik  tədbirlər  xəstə 
aşkar edilən andan başlanır, xəstə mütləq hospita- 
207 
downloaded from KitabYurdu.org


lizasiya  olunur.  Gələcəkdə  cpidcmioloji  anamneziu  dəqiqləşdirilməsi  aparılır: 
ətrafdakılar  aıasmda  infeksiya  mənbəyinin,  pcdikulyozlu  şəxslərin  aşkarlanması, 
həmçinin  (xəstənin  yaşından  asılı  olmayaraq)  əvvəllər  bu  şəxsin  səpgili  yatalaq 
keçirməsi aydınlaşdırılır. 
Pedikulyoz aşkar edildikdə eyni vaxtda insanların, onların paltarı və mənzili 
sanitar  işləmədən  keçirilir.  Dezinfeksiya  məqsədilə  işlədilən  kimyəvi  vasitələr 
müxtəlifdir və obyektdən asılı olaraq seçilir. 
Xəstə  ilə  təmasda  olanlar  üzərində  25  gün  ərzində  tibbi  müşahidə  qoyulur 
ki, bu zaman sutkada 2 dəfə gündəlik termoraetriya aparılır. 3 ay əvvəl qızdırma ilə 
müşayiət  olunan  istənilən  xəstəlik  keçirmiş  şəxslərdə  qan  zərdabının  rikketsioz 
diaqnoslikumu ilə seroloji müayinəsi (KBR, PHAR) aparılır. 
Aparılan  əksepidemik  tədbirlər  epidemik  prsosein  hər  3  zəncirinə  qarşı 
yönəldilmişdir. Xəstə mütləq hopitalizasiya olunur və onun haqqında GEM-ə təcili 
bildiriş  göndərilir.  Yoluxma  mexanizminə  münasibətdə  pcdikulyozlu  şəxslərin 
sanitar  işlənməsi,  onların  paltarlarının,  yataq  dəstinin  dezinseksiyası,  həmçinin 
mənzilin dezinseksiyası aparılır. 
Profilaktik  işdə  əsas  diqqət  pedikulyozun  qarşısının  alınmasıdır.  Baxış 
zamanı  təkcə  bitlərin  deyil,  həmçinin  onların  tüklərə  yapışmış  və  ya  paltarlara 
qoyulmuş  (tikiş  yerləri,  kəmər  yerində  və  s.)  yumurtalarının,  sürfələrinin 
aşkarlanmasına çalışmaq lazımdır. Sürfələr (sirkə) xırda ağımtıl rəngdədir. 
Potensial  cəhətdən  ən  əhəmiyyətli  obyektlər  və  kontingentlər  -  uşaq 
kollektivləridir. Məktəbəqədər uşaq müəssisələrində pedikulyo- za görə baxış hər 
gün;  məktəblərdə  -  ildə  4  dəfə  (hər  tətildən  sonra),  seçmə  olaraq  -  hər  ay;  uşaq 
sanatoriyalarında - uşaq qəbul edildikdə, həftədə 1 dəfə və sanatoriyadan getdikdə; 
məktəb-internatlarda - həftədə 1 dəfə aparılır. Ahıllar və qocalar üçün internatlarda 
müayinələr  ayda  2  dəfə,  stasionarlarda  -  qəbul  edildikdə  və  10  gündən  bir, 
poliklinik qəbulda  - göstərişə əsasən aparılır. Yataqxanalarda yaşayanlar  - sanitar 
mədəniyyət  və  gigiyenik  vərdişlərdən  asılı  olaraq  qəbul  edildikdə  müayinə  baxış 
aparılır. 
Pedikulyozun  epidemik  ocağında  1  ay  ərzində  müşahidə  qoyulur  ki,  orada 
pedikulyoza  görə  baxış  10  gündə  1  dəfə  aparılır.  Səpgili  yatalağın  spesifik 
prfilaktikasmda epidemik göstərişə görə səpgili yatalaq vaksini istifadə edilir. 
208 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə