28
satışın həcminə nisbətən faizlə hesablanması firmanın irəlilədilmə
xərclərinə gücünün çatacağına və lazım gəldikdə bu xərclərin dəyişdiril-
məsinin mümkün olmasına əsas verir. Bu metod, eyni zamanda, firma
rəhbərliyinə məhsulun qiyməti, məhsul vahidinə düşən
mənfəətin məbləği
və irəlilədilmə xərcləri arasındakı qarşılıqlı əlaqəni nəzərə almağa, reklam
üzrə rəqabət sabitliyini qoruyub saxlamağa imkan verir. Bununla belə,
qəbul edilən optimal faiz göstəricisi təqribi qaydada hesablanılır. Bundan
başqa, irəlilədilmə büdcəsinin illər üzrə satış göstəricisinin dəyişməsindən
asılılığı perspektiv planlaşmaya mane olur, bir çox amillərin təsirini
nəzərə almağa imkan vermir. Bu metodun tətbiqi, həmçinin perspektiv
planlaşdırmanın təkmilləşdirilməsinə də mane olur, bazar şəraitindən asılı
olaraq qəfildən yaranan və ya dəyişən reklam strategiyasının reallaşdı-
rılmasına əlavə xərclər çəkilməsini nəzərdə tutmur.
Dostları ilə paylaş: