Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə14/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

bədii  təxəyyül  və  dünyagörüşünün  formalaşmasında  əhəmiyyətli  rol  oynayır.  Estetik  tərbiyə  insanın 

ahəngdar  formalaşdırılması  prosesinin  tərkib  hissələrindən  biridir.  Estetik  tərbiyə  prosesində  estetik 

vasitələrlə(musiqi, təsviri sənət və s.) yanaşı estetik idrak, estetik həyəcan və s. estetik tələbat da əhəmiyyətli 

yer  tutur.  Həyatın  estetik  keyfiyyətlərinin  çoxcəhətliliyi  estetik  idrakın,  estetik  həyəcan  və  tələbatın 

xarakterində özünü göstərir. İnsanın musiqini gözü ilə deyil,qulağı ilə dinləyib dərk edir, ondan zövq   alır, 

rəsm  tablosunu  qulağı  ilə  deyil,  gözü  ilə  görür,  dərk  edir,  mənimsəyir  və  bu  yolla    da  onu    özünün 

dünyagörüşünə daxil edir. Hər insanın özünəməxsus estetik tələbatı onun dünyagörüşünə uyğun tələbatının 

ödənilməsi  müvafiq  estetik  vasitələrin  təlimindən  asılıdır.  İncəsənətin  müxtəlif  növləri  üzrə  tələbatların 

fəaliyyəti müəyyən  təcrübi tələbat və zərurət əsasında inkişaf edib  təkmilləşir, daha insani və  təkmilləşmiş 

hiss  üzvləri  yaxşı  müşahidəçi  olur,  daha  çox  və  seçici  görür,  həyat  gözəlliklərinin  təzahür  formalarının  

arxasında  gizlənən    daxili  məzmunun  estetik  mənasını  seçə  və  aydınlaşdıra  bilir.  İnsanın  hiss  üzvlərinin 

fizioloji və estetik mənada  inkişafı və kamilliyi estetik mənimsəmə və bədii fəaliyyətin ən mühüm şərtidir. 

Məhz hər bir fərdin subyektiv hissi  xüsusiyyəti, özünə məxsus mükəmməlliyi insanın həyata daha dərindən 

nüfuz etməsinə, gözəllik qanunları əsasında gözəlliyin yeni – yeni formalarının yaradılmasına kömək edir. 

Estetik qiymətləndirmədə subyektiv cəhəti yalnız hiss üzvlərinin inkişaf dərəcəsi ilə  məhdudlaşdırmaq 

düzğün  olmasa  da,  bu  mühüm  amilin  rolunu  unutmaq  olmaz.  Estetik  mənimsəmə,  qavrama,  dərk  etmə, 

həyəcanlandırma, qiymətləndirmə prosesində hiss üzvləri qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Məsələn, rəsm  

əsərlərinin dərk  edilməsində görmə  duyğuları ilə yanaşı eşitmə duyğusu və  insanın həyat təcrübəsi də fəal 

iştirak edir. İnsanın estetik cəhətdən  ahəngdar inkişafı və tərbiyəsi həmçinin onun hiss üzvlərinin  ahəngdar  

inkişafını və tərbiyəsini tələb edir. 

Estetik  hissin  konkret  bir  sahəsinin  inkişafı    digər  cəhətlərin  inkişafına  da  təsir  göstərir.  Məsələn, 

musiqişünas,  bəstəkar həmçinin  təbiət  gözəlliklərini, rəsm  əsərlərini  də  dərk  edir,  sevir, ondan ilham  alır. 

Bunu incəsənətin digər növlərinə də aid etmək olar. Estetik və bədii mənimsəmə zamanı insanın bütün hiss 

üzvləri iştirak edir, özlərinə görə mühüm rol oynayırlar. Müxtəlif  hiss üzvlərinin estetik mənimsəməsində 

iştirak dərəcəsi bu hiss üzvlərinin inkişaf dərəcəsindən, idrak prosesinin xarakterindən xeyli asılıdır. Estetik 

qavramaya və estetik tərbiyə həmçinin  insanların ictimai-iqtisadi vəziyyəti də təsir göstərir. Ehtiyac içində  

yaşayan  insanlar  ən  gözəl  təbiət  hadisələrini,  bədii    lövhələri  qavramaq,  görmək,  ondan  həzz  alma  

iqtidarında  olmurlar.  Ona  görə  də    müxtəlif  siniflərin,  müxtəlif    təbəqəli  insanların  estetik    baxışları  da 

müxtəlif olur. 

Estetik tələblər, bədii və estetik yaradıcılığa münasibətdə insanların  dünyagörüşü də əhəmiyyətli yer 

tutur.  Dünyagörüş  insanların  ətraf  aləm  haqqındakı  biliklər    sistemini,  insanların  onları  əhatə  edən  aləmə 

münasibətləri  sistemini  əhatə  edir.  Estetik  yaradıcılıqda,  təbiətə,  məişətə,  fəaliyətə  estetik  yanaşmada 

dünyagörüş əhəmiyyətli yer tutur. Sənətkarın əsəri müəyyən  mənada onun dünyaya  baxışının nəticəsidir. 

Bədii  təfəkkür  varlığı  özünəməxsus  şəkildə  əks    etdirməklə  yanaşı,  həmçinin  bu  əks  etdirmə  prosesində 

sənətkarın  əsərində  onun  münasibətlərini  də  üzə  çıxarır.  Deməli  hər  sənətkarın  əsərində  obyektiv  həyat 

hadisələrinin təsviri ilə yanaşı, onun bilavasitə dünyagörüşü də əks olunur.  Ona görə də həyatı düzgün başa 

düşən hər sənətkar öz əsərlərində təsvir etdiyi bədii ideyanı nə qədər güclü və zəngin verərsə, onun əsərinin 

insanlara bədii təsiri də o qədər düzgün və güclü olar.  

Müxtəlif sənət əsərləri  insanlara, onların  əxlaqına  müxtəlif  şəkildə  təsir  göstərir.  Ona  görə  də  böyük 

sənətkarlar öz əsərlərində ictimai ideyaları, əxlaqi  qayələri, bədii obrazlarla həyat hadisələrinin xarakterini  

tipikləşdirilmiş,  fərdiləşdirilmiş bədii vasitələrlə açıb  göstərməyə  çalışmışlar və çalışırlar. 

Qədim  yaradıcılığın  ən  mühüm  qayələrindən  biri  mənəvi  gözəlliyin  incəsənətdə  təcəssümüdür. 

İnsanların  yüksək  mənəvi,  estetik  amillar  ruhunda  tərbiyəsinə  sənət  əsərlərində  insanların  nəcib  mənəvi 

hərəkətlərinin  bədii    ümumiləşdirilmələr  səviyyəsinə  qaldırılması  da  əhəmiyyətli  dərəcə  də  təsir  göstərir. 

İncəsənətin həyatiliyi onun əxlaqa, insanların mənəviyyatına təsiri ilə müəyyən edilir. 

İncəsənət insanların mənəviyyatına tərbiyələndirici təsir göstərməklə yanaşı, həmçinin onu estetik və  

ictimai  mövqedən  qiymətləndirir,  onların  fəaliyyət  və  davranışlarını  bu  gözəllik  baxımından  təqdir  və  ya  

tənqid  edir.    Gözəllik  və  mənəviyyat,  etik  və  estetik    anlayışları  həyatla,  incəsənətlə  eynilik  təşkil  etmir. 

Gözəlliklə mənəviyyat anlayışları arasında həm kəmiyyət, həm də keyfiyyət fərqləri mövcuddur. Gözəllik 

daha geniş anlayış olub, mənəviyyatda mövcud olan gözəlliklərlə yanaşı təbiət və cəmiyyətdəki gözəllikləri 

də əhatə edir. Təbii gözəlliklər isə  mənəvi  keyfiyyətlərə malik deyildir.  Ona görə də, gözəl olan hər şey 

mənəviyyata  təsir    edərək  onu  daha  da  zənginləşdirir;  mənəviyyat  inkişaf  prosesində  yeni  xassə  və 

keyfiyyətlər  kəsb  edir;  mənəvilik  təcrübi,  həyati  fəaliyyətdə  gözəlliyə  təsir  edir,  yeni  gözəllik  nümunələri 

yaradır. Bunu Azərbayjanın şifahi və yazılı ədəbiyyatında, folklorunda daha canlı şəkildə görmək olar.   

Mənəviyyatın  təcrübi  fəaliyyət  vasitəsilə  gözəlliyə  təsiri  daha  həyati  əhəmiyyətə  malikdir.    F.Bekon 

(ingilis  materialisti)    əxlaq  –  iradə  -  istək  və  əmək    fəaliyətinin  məna  və  mahiyyətindən  istifadə  edərək 

mənəvi fəaliyyətin roluna xüsusi qiymət verirdi. Bekona görə, düşüncə insanın  müəyyən qərara gəlməsinə 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə