Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə4/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   51

öyrədiləcək  məlumatların  məzmununu,  formalaşdırılacaq  bacarıq  və  vərdişlərin  məzmunu  tədqiq  edir, 

müəyyənləşdirir. Ona görə də onun bütün elm sahələri  ilə əlaqəsi  obyektiv zərurətdən,  tələbdən doğur.  

Pedaqogikanın fəlsəfə ilə əlaqəsi. 

Məlumdur  ki,  dialektik  və  tarixi  materializm  təbiət  və  cəmiyyətin  obyektiv  ienkişaf  qanuna 

uyğunluqlarını müəyyən edir. Bu qanunlar pedaqoji gerçəkliyin ayrı- ayrı sahələrində də fəaliyyət göstərir. 

Pedaqoji prosesdə  insanların biliklərə yiyələnməsi və inkişafı fəlsəfi qanunlar əsasında baş verir. Təlim və 

tərbiyə  prosesində  mövcud  olan  ziddiyyətlər  inkişafın  əsasını  təşkil  edir.  Digər  tərəfdən  elmi  dünyagörüş 

varlığın  obyektiv  şəkildə  dərk  olunması,  maddi  aləm  hadisələrinin  qarşılıqlı  əlaqə  və  vəhdətdə  olduğunu 

qavraması,    inkişaf  və  dəyişmənin  zəruriliyinin    dərk  edilməsi    əsasında  baş  verir.  Bu  isə  pedaqogikanın 

fəlsəfə ilə qarşılıqlı əlaqəsi sayəsində mümkün olur. 

Pedaqogikanın sosiologiya ilə əlaqəsi. 

İnsanlar  məhz  tərbiyə  vasitəsilə  sosiallaşır,  cəmiyyətin  sosial  təcrübəsinə  qoşulur.  İnsanlara 

formalaşma prosesində məqsədyönlü tərbiyə ilə yanaşı sosial mühit, sosial münasibətlər də təsir edir.  Digər 

tərəfdən tərbiyəvi təsirlər bilavasitə sosial mühitdə reallaşır, həyata tədbiq edilir.  

Deməli  insandan,  onun  arzu  və  istəyindən  asılı  olmayaraq  o,  sosial  mühitlə  qarşılıqlı  əlaqəyə  girir. 

Pedaqoji proses isə bu qarşılıqlı  əlaqəyə  nəzarət etməli, sistemli tərbiyəvi təsirlərlə sosioloji təsir arasında 

məqsədyönlü, səmərəli  düzgün münasibət yaratmalıdır. 

Pedaqogikanın fiziologiya ilə əlaqəsi. 

Pedaqogika  fiziologiya  ilə  bilavasitə  bağlıdır.  Xarici  təsirlər  baş  beyin  qabığında  özünə  müvafiq 

mərkəzi  oyandırır,  oxşar  qıcıqlandırıcılar  isə  bir  mərkəz  oyandırır.  Bu  isə  oxşar  əşyaların  çətin 

fərqləndirilməsinə səbəb olur. Fiziologiya isə öyrədir ki, oxşar qıcıqlandırıcıları elə fərqli cəhətlərini tapmaq 

lazımdır  ki,  izah  zamanı  o,  bir  deyil,  iki  mərkəz  oyandırsın.  Bu  isə  fiziologiyanın  pedaqogikaya 

inkişafetdirici təsiridir. Digər tərəfdən insan  böyüdükcə onun fiziki və fizioloji imkanları da  dəyişir. Təlim-

tərbiyə,  formalaşdırma  işində  bu    dəyişmənin  spesifik    cəhətləri  nəzərə  alınır,  pedaqoji  proses  inkişaf  və 

dəyişməni öz arxasınja aparmaqla onu düzgün istiqamətə yönəldir.  

Pedaqogikanın psixologiya ilə əlaqəsi. 

Pedaqogika  psixologiya  ilə  qarşılıqlı  əlaqəlidir.  Bu  əlaqə  insan  psixikası  əsasında  yaranır.  İnsanların 

psixi xüsusiyyətləri daim inkişafda və dəyişmədədir. Pedaqoji prosesdə mütləq bu dəyişmə və inkişaf nəzərə 

alınmalıdır.  Digər  tərəfdən  müxtəlif  yaş  dövrlərində  tərbiyə  olunan  insanlar  fərdi  psixoloji  xüsusiyyətlərə 

malikdirlər.  Təlim-tərbiyə  prosesində  bu  fərdi  psixoloji  xüsusiyyətlərə  istinad  edilir,  bu  xüsusiyyətlərdən 

pedaqoji işin səmərəliliyini artırmaq  üçün istifadə edilir. 

İnsanlarda  psixoloji  proseslər,  onların  inkişafı  pedaqoji  prosesin  müvəffəqiyyətini  təmin  edir.  Yəni 

maddi aləmin dərk olunmasında hafizə, diqqət, təfəkkür, nitq, qabiliyyət və s. psixoloji proseslər mühüm rol 

oynayır. 

Digər tərəfdən psixoloji proseslərin inkişafında pedaqoji proses vasitə rolunu oynayır. Məsələn, məsələ 

həllində təfəkkür əsas yer tutursa, məsələnin həlli prosesində həm də təfəkkür inkişaf edir, aydınlaşır. Ona 

görə  də  pedaqoji  fəaliyyət  göstərən,  insanların  formalaşmasında  hər  hansı  çolu  olan  hər  kəs  həm  də 

psixologiyanı  bilməli,  insanlarda  psixoloji  xüsusiyyətlərin  inkişafı  haqqında  əsaslı,  elmi    məlumata  malik 

olmalıdır. 

Pedaqokanın etika ilə əlaqəsi. 

Pedaqogika etika ilə qarşılıqlı əlaqəlidir. Fəlsəfi elm olan etika, əxlaq tərbiyəsinin  əsasını  təşkil edir. 

Pedaqoji prosesdə əxlaqın meydana  gəlməsi, təşəkkülü haqqında  məlumatlar da əhəmiyyətli yer tutur. 

Pedaqogika  həmçinin  gigiyena,  genetika,  erqonomika,  ədəbiyyat,  incəsənət  və  s.  –lə  də  qarşılıqlı 

əlaqədədir. 

Müstəqil iş üçün sual və tapşırıqlar: 

1.

 



Pedoqoji gercəklikdə mədəniyyət  müəssisələrinin yeri. 

2.

 



İctimai mədəni fəaliyyətə verilən pedoqoji tələblər. 

3. İnsanların yaradıcı fəaliyyətinin pedoqoji əsasları. 



 

 


PEDAQOJİ FİKİR, MƏKTƏB  

VƏ MAARİFİN İNKİŞAFI TARİXİNƏ DAİR 

 

Yuxarıda qeyd etdik ki, pedaqoqikanın tərkib  hissələrindən biri də «Pedaqoqika tarixidir». Pedaqoqika 

tarixi özü də məktəb və  pedoqoji fikir tarixi olmaqla iki yerə  ayrılır.  Pedoqoji fikir tarixi  müxtəlif dövr və  

cəmiyyətlərdə meydana gəlmiş  pedaqogikaya aid  təlim, təhsil və tərbiyənin  müxtəlif sahələrinə aid  nəzəri  

fikirləri  əhatə  edir.  Bu  nəzəri    fikirlərə  istinad    edilmədən  yeni    insan    formalaşdırılması    işini  daha  da  

təkmilləşdirmək, yeni  səmərəli  üsul və  vasitələr  kəşf etmək təcrübəni  nəzəri  cəhətdən  əsaslandırmaq, 

nəzəri yeni fikirləri  qneseoloji cəhətdən  əsaslandırmaq da  mümkün  deyildir. Həmçinin,  məktəb  tarixinin  

tədqiq edilməsi,  yeni məktəb  təlimin təşkili   formalarını təkmilləşdirməyə də imkan yaradır. Ona görə də 

müxtəlif dövrlərdə yaradılmış  məktəblər, onların  təşkili, quruluşunu  öyrənmək həmişə aktual  olmuşdur. 

Bunlarla  bərabər həmçinin tərbiyənin meydana gəlməsi, inkişafı, bəşər cəmiyyətində onun rolu, əhəmiyyəti 

həmişə  pedaqoqları  düşündürmüş  və  onları  bu  sahədə  tədqiqatlar  aparmağa  məcbur  etmişdir.  Bu  sahədə 

müxtəlif  ziddiyyətli  fikirlərdə  meydana  çıxmışdır.    İnsanların  təhsil  müəssisələrində  formalaşdırılması, 

həyata  hazırlanmasına  aid  bütün  dövr  və  cəmiyyətlərdə  mübahisəli  fikirlər  mövcud  olmuşdur.  İnsan 

cəmiyyəti, məhsuldar qüvvələr inkişaf edib dəyişdikcə tərbiyə, böyüyən nəslin biliklərə yiyələnmə sistemi   

də  dəyişib  inkişaf  etmişdir.    Məsələn,  ilk  ictimai  quruluş  olan  ibtidai  icma  quruluşunda  hər  şey  hamıya 

məxsus  olduğu  kimi  tərbiyə  də    ümumi  xarakter  daşıyırdı.  Bu  dövrdə  insanlar  əsasən  təbiətin  hazır 

məhsullarından istifadə edir, ovla məşğul olur, əldə edilmiş ov hamıya bərabər bölünür, bu prosesin şahidi 

olan  uşaqlar  da  həmin  ruhda  tərbiyə  olunurdular.  Tərbiyə  işləri  olduqca  sadə  idi.  Uşaqlar  ümumi 

olduqlarından  onların  tərbiyəsi  ilə  də  hamı  məşğul  olurdu.  Onlara  həyat  üçün  zəruri  olan  əmək  vərdişləri 

aşılanırdı.  Getdikcə  oğlanlarla  qızların  tərbiyəsində  fərq  əmələ  gəldi:  qızlar    ev  işlərilə  məşğul  olar,  qab-

qacaq hazırlamaqla, oğlanlar isə silah, ov alətləri hazırlamaqla və ovda iştirak etməyə başladılar. 

Gənclərin tərbiyəsi xüsusi adamlara tapşırılmağa başladı. Onlara əmək, bacarıq vərdişləri ilə yanaşı, bir 

sıra  dini  mərasimlər,  qəhrəmanlar  haqqında  rəvayətlər,  əfsanələr  və  s.  haqqında  məlumatlar  da  verilirdi. 

Oğlanlar  yetkinlik  dövründə  tam  hüquqlu  icma  üzvü  kimi  böyüklər  sırasına  keçmək  üçün  ağsaqqalar 

yığıncağı qarşısında ciddi yoxlamadan keçməli idilər. Göründüyü kimi ibtidai icma quruluşunda da tərbiyə 

diqqət  mərkəzində  olmuşdur.  Lakin  məhsuldar  qüvvələr  inkişaf  etdikcə  «sənin,  mənim»  anlayışı  əmələ 

gəlməyə başladı, xüsusi mülkiyyət, quldarlıq və təkailəlik  meydana gəlir. Bununla əlaqədar olaraq ibtidai 

cəmiyyətdə təbəqələşmə əmələ gəlir. Fərdi kəbin meydana gəlir. Əhali arasında kahinlər (yarı elm, yarı din 

adamları), sərkərdələr və ağsaqqalar meydana gəlir. Kahinlərin rəhəbərliyi ilə xüsusi məktəblər yaranır. 

Quldarlıq dövründə tərbiyə. 

Quldarlıq  dövründə  Şərq  ölkələrində  elm,  mədəniyyət,  maarif,  incəsənət  Qərb  ölkələrinə  nisbətən 

yüksək səviyyədə inkişaf etmişdir. Məsələn, Qədim Çində fəlsəfə, astronomiya, riyaziyyat və s. elmlər digər 

ölkələrə nisbətən yüksək səviyyədə inkişaf etmişdir. Qədim Çində ibtidai və yuxarı dərəcəli dini səciyyəli 

fəlsəfi  məktəblər  mövcud  olmuşdur.  Bu  məktəblərdə  oxu-yazı  heroqlif  işarələrlə  aparılırdı,  dövrünün 

məşhur yazıçılarının əsərləri, fəlsəfə, astronomiya (nücum), əxlaq və s. öyrənilirdi. 

Çinlə  digər  şərq  ölkələrində  də,  məsələn,  Hindistan,  Misir  və  digər  ölkələrdə  mədəniyyət  və  maarif 

inkişaf etmişdir.  

Hindistanda yaranmış icma məktəbləri bir neçə min il yaşamışdır. Hindistanın fiziki-coğrafi şəraiti ilə 

bağlı  olaraq  burada  fizika,  astronomiya,  coğrafiya,  tibb,  riyaziyyat  digər  ölkələrə  nisbətən  yüksək  şəkildə 

inkişaf etmişdir. Hindistanda əsasən iki tip məktəblər fəaliyyət göstərirdi: 1. Yüksək imtiyazlı şəxslər üçün 

olan  məktəblər.  Bu  məktəblər  həm  də  saray  kahinləri  hazırlayırdı.  2.  Xırda  məmur  hazırlayan  məktəblər. 

Birinci  tip  məktəblərdə  heroqlif  yazı  işarələrindən,  ikinci  tip  məktəblərdə  isə  heratik  yazı  işarələrindən 

istifadə edilirdi. Həmin məktəblərdə cəzalandırmada cismani (bədən) cəzadan da istifadə edilirdi, (xüsusilə 

aşağı təbəqə üçün olan məktəblərdə). Qulların uşaqları təhsil hüququndan məhrum idilər. Onlar həyat üçün 

zəruri olan bütün bacarın və vərdişləri ancaq valideynlərindən alırdılar. 

Quldarlıq dövründə Yunanıstan  öz inkişafına görə xüsusilə fərqələnirdi. Bu ölkədə elm, mədəniyyət, 

maarif,  incəsənət,  fəlsəfə,  ədəbiyyat  digər  ölkələrə  nisbətən  daha  yüksək  şəkildə  inkişaf  etmişdir. 

Yunanıstan  ərazisində  çoxlu  xırda  dövlətlər  mövcud  idi.  Bu  dövlətlər  içərisində  Lakoniya  və  Attika 

dövlətləri xüsusi yer tuturdu. Həmin ölkələrdə olan maarif sistemləri bu ölkələrin paytaxt şəhərlərinin adı ilə 

bağlı pedaqogika tarixinə Sparta və Afina tərbiyə sistemi kimi daxil olmuşdur. 

Sparta tərbiyə sistemi. 

Spartada  qulların  amansız  istismarına  istinad  edilirdi.  Ona  görə  də  tez-tez  qul  üsyanları  baş  verirdi. 

Burada tərbiyənin əsas məqsədi fiziki cəhətdənsağlam, döyüşkən quldarlar yetişdirməkdən ibarət idi. Həm 

də  itayətkar,  sağlam,  işlək  qullar  tərbiyə  edilirdi.  Spartada  tərbiyə  tam  dövlətin  ixtiyarında  idi,  və  burada 

aşağıdakı tərbiyə sistemi mövcud idi.  



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə