Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə6/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   51

olmamağa  çağırırdı.  Onun  tərbiyə  mövqeyində  xalqlar  dostluğunun    da  xüsusi  yeri  vardır.    Dostluğa   

yüksək qiymət verir, insanlar arasında yoldaşlıq münasibətlərini əsas əxlaqi keyfiyyət hesab edirdi. Nizami 

Gəncəvinin  əxlaqi  görüşlərində  əmək  tərbiyəsi  əsas  ana  xətt  kimi  verilmişdir.    Şair    insan  həyatının  əsas 

mənasını  əməkdə  görürdü.  Halal  zəhmətlə  yaşamağı  ən  böyük  nemət  hesab  edirdi.  O,  əməyi  insanlarda 

yüksək  əxlaqi  kyfiyyətlər  fomalaşdırılması  vasitəsi  hesab  edirdi.  Müəllimə,  böyüyən  nəslin  tərbiyəsində 

onun  roluna  yüksək  qiymət  verən  mütəfəkkir  onların  geniş  biliyə,  saf  əxlaqa,  iti  zehnə,  pedaqoji  ustalığa 

malik olmasını tələb edirdi. 

Nəsirəddin Tusi (1201-1274) ensiklopedik biliyə malik olmuşdur. Avropanın bir çox görkəmli alimləri 

–  Kepler,  Kopernik,  Dekart,  Nyuton,  Lobaçevski  və  başqaları  hələ  XIV  əsrdə  onun  əsərlərindən  istifadə 

etmiş,  nəzəriyyəsinə  istinad  etmişlər.  Tusinin  astronomiya,  riyaziyyat,  triqonometriya  sahəsindəki  əsərləri 

nəinki öz dövrü üçün böyük əhəmiyyətə mialik olmuş, hətta müasir dövrdə də öz aktuallığını itirməmiş, həm 

təcrübədə  istifadə edilir,  həm  də  nəzəri  məsələlərin  elmi  əsasına çevrilmişdir.  Onun  yuxarıda  qeyd  edilən 

görüşləri “Şəklül-qita”, “Təhrir öqlidis”, “Zic Elxani” əsərlərində verilmişdir. Pedaqoji görüşlərini “Əxlaqi 

Nasiri” əsərində şərh etmişdir. Bu əsərdə onun fəlsəfə, psixologiya, əxlaq, siyasət, tərbiyə dövlətçilik, Şərq 

fəlsəfəsi  haqqında  fikirləri,  İslama  münasibəti,  “Quranın”  ayələrindəki  əxlaqi  məsələlərə  münasibəti  izah 

edilmişdir. O, insanın formalaşmasına təsir edən amilləri ətraflı izah etmiş, insanın həyatda mövqe tutmasına 

xüsusi əhəmiyyət vermişdir. Onun fikrincə insan öz nəfsini onu zəiflədən şeylərdən saxladıqda onun daxili, 

mənəvi qüvvələri hərəkətə gəlir, elm öyrənmək, maariflənmək, həqiqəti dərk etmək və s. kimi fəaliyyətlərə 

başlayır.  Elm  və  bilik  əldə  etmə  prosesində  bu  daxili  qüvvə  getdikcə  güclənir,  insanı  yeni-yeni  yaradıcı 

fəaliyyətə  təhrik  edir.  Nəsirəddin  Tusiyə  görə  özünün  zəifləməsinə  imkan  vermədən  daim  inkişaf  edib 

təkminləşən insanı kamil şəxs adlandırmaq olar. Kamillik dərəcəsi isə genişdir. İnsanın kamilləşməsində isə 

iradə, inam, əhval, onların qarşılıqlı əlaqəsi mühüm yer tutur. O, tərbiyədə irsiyyət, mühit və tərbiyəni eyni 

dərəcədə əhəmiyyətli hesab etmişdir. Əsərdə təlim və tərbiyənin insanın formalaşmasında həlledici rolu elmi 

faktlar  və  nümunələrə  istinad  edilərək  əsaslandırılmışdır.  Nəsirəddin  Tusi  ailə  tərbiyəsinə  də  xüsusi 

əhəmiyyət vermişdir.  

Bir sıra Şərq ölkələrində ibtidai və yuxarı tipli məktəblər, mədrəsələr meydana gəlmişdir. Dərslər ərəb 

dilində aparılırdı. 

Ərəblər Avropa mədəniyyətinə də öz təsirlərini göstərmişlər. Onlar Kordovada universitet açmışdılar 

ki,  bununla  da  Avropa  antik  əsərlərlə  tanış  edilmişdir.  Səlib  yürüşləri  zamanı  isə  Avropa  və  Rusiya, 

Vizantiya mədəniyyəti ilə tanış olmuşlar.  

Qərbi Avropada uzun illər boyu təhsil Kilisənin əlində olmuşdur. Feodalizm dövründə ruhanilərin üç 

tip  -  məhəllə,  monastır  və  sobor,  yaxud  kafedra  məktəbləri  olmuşdur.  Məhəllə  məktəbləri  kənd  kilisələri 

yanında,  yaxud  ruhaninin  evində  təşkil  edilirdi.  Burada  oğlanlar  həm  oxuyur,  işləyir,  həm  də  atalarının 

peşələrini öyrənirdilər. 

Monastır  və  sobor  məktəbləri  şəhərlərdə  monastır  yanındıkı  xüsusi  binalarda  yaxud  böyük  kilisə 

yanındı  olurdu.  Daxili  məktəbdə  oxuyanlar  orada  yaşayır  və  rahibliyə  hazırlanırdılar.  Xarici  məktəblərdə 

oxuyanlar isə  ruhani  olmaqdan  başqa  məmur  da  ola bilərdilər. Monastır  və  kilsə  məktəblərinin  məzmunu 

üçlüyə və dördlüyə bölünmüş «yeddi sərbəst sənət»dən ibarət idi. Üçlüyə – qrammatika, ritorika, dialektika; 

dördlüyə – hesab, həndəsə, astronomiya və musiqi fənləri daxil edilmişdir. 

İlahiyyət  isə  bütün  elmlərin  tacı  kimi  tədris  edilirdi.  Dünyəvi  feodallar  öz  uşaqlarını  cəngavər  kimi 

formalaşdırmağa  üstünlük  verirdilər.  Bu  hazırlığın  məzmununa  7  əsas  bacarıq  –  at  çapmaq,  üzmək,  ox 

atmaq, qılınc oynatmaq, ov etmək, şahmat oynamaq  və şer qoşub oxumağı bacarmaq daxil idi. Oxu, yazı 

məcburi  deyildi.  Cəngavər  təlimi  aşağıdakı  kimi  gedirdi:  feodalların  böyük  oğulları  yeddi  yaşından  sonra 

yuxarı rütbəli feodalın sarayına göndərilirdi. Uşağın məktəbi məşhur cəngavərin sarayı hesab olunurdu. 14 

yaşa qədər uşaq feodalın qadını yanında paj (şagird) vəzifəsini icra edirdi. 14 yaşdan sonra ona qılınc verilir, 

cəngavər  yanında  qılınc  daşıyan  olurdu.  21  yaşında  ona  cəngavər  adı  verilirdi.  Əsasən  savad  qadınlara 

verilirdi. 

XII-XIII  əsrlərdə  Qərbi  Avropa  ölkəlri  arasında  ticarət  əlaqələri  genişlənir,  iqtisadiyyat  inkişaf  edir. 

Dinə  qarşı  şübhələr  oyanır,  dünyəvi  mədəniyyət  inkişaf  etməyə  başlayır.  Belə  bir  dövrdə  dinlə  elmi 

barışdırmağa  sazişə  gətirməyə  çalışan  sxolastik  fəlsəfə  meydana  çıxdı.  İqtisadiyyatın  tələbi  ilə  şəhərlərdə 

universitetlər  açıldı.  XII  əsrdən  başlayaraq  İtaliya,  Fransa,  İngiltərə  və  Çexiyada  universitetlər  açıldı. 

Getdikçə kilisələrin ona təsiri artır, ilahiyyət fakültələri artır, dünyavi elmlər sıxışdırılır. Bu sənətkarlıq və 

ticarəti təmin etmədiyindən sex və gildiya (ticarət) məktəbləri açılır. Bu məktəblərdə əsasən dünyavi fənlər 

keçirilir, təlimin məzmunu və quruluşuna görə kilisə məktəblərindən fərqlənirdilər.  

İntibah dövründə məktəb və pedaqoji fikir. 

XIV-XVI əsrlərdə Papanın mənəvi hökmranlığı qırılır, bir sıra elmi ixtiralar olur. Bu dövrdə həyatdan 

zövq almağı bacaran gümrah, fiziki cəhətdən sağlam yeni fəal insan tərbiyə etmək məsələsi meydana çıxır. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə