Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə7/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   51

Belə  bir  dövrdə  humanist  pedaqoqlar  meydana  gəldi.  Onların  bəziləri  hətta  məktəblər  də  açır,  bu 

məktəblərdə  də  din  öz  təsirini  saxlayır.  Şəhər  məktəbləri    çoxalır.  Qızlar  üçün  də  məktəblər    açılır.  Bəzi 

şəhər məktəblərində təlim ana dilində aparılırdı. Yüksək tipli latın məktəbləri, orta məktəblər (kollegiumlar) 

və gimnaziyalar əmələ gəlir. 

Hər ölkənin ictimai tarixi inkişafına uyğun olaraq pedaqoji fikri də xüsusi yolla inkişaf edir. Məsələn, 

humanist pedaqoqlardan Vittorino De Feltre (1378-1446) İtaliyanın mənzərəli bir yerində «Şadlıq evi» adlı 

məktəb  təşkil  edir.  Bu  məktəbdə  uşaqların  fiziki  inkişafına  xüsusi  diqqət  yetirilir  və  təbiətə  tənəzzöhlərə 

(ekskursyalara)  xüsusi  üstünlük  verilirdi.  Vittorinonun  yazılı  əsəri  qalmamışdır.  Onun  şüarı  belə  imiş: 

«Yazmaqdan əməli iş görmək faydalıdır». 

Görkəmli humanistlərdən biri də Fransua Rabledir (1483-1553). O, özünün «Qarqantüa və Pantaqruel» 

əsərində Orta əsr sxolastik təlim və tərbiyə sistemini tənqid edir, Qarqantuanın sxolastik müəllimi hər şeyi 

şüursuz əzbərlətdirdiyindən uşaq küt bir məxluqa çevrilir.  

Rable sxolastik təlimin insanı şikəst etdiyini qeyd edir və bundan çıxış yolunu da göstərir. O, uşaqda 

yaradıcılıq  və  təşəbbüskarlığın  inkişaf  etdirilməsini  irəli  sürür,  bunu  öz  əsərlərində  nümunəvi  şəkildə 

göstərir.  Sxolastik  müəllimin  yerinə  humanist  müəllim  gəlir.  O,  tərbiyə  və  təlimi  işini  kökündən  dəyişir. 

Qarqantua  dünyəvi  elməlri,  musiqini  öyrənir,  fiziki  tərbiyə  alır.  Deməli,  Rable  tərbiyənin  həyatiliyi  və 

əyaniliyini müdafiə edir.  

XVI-XVII  əsrlərdə  Yan  Amos  Kamenski  (1592-1670)  ümumi  pedaqoji  nəzəriyyəni  inkişaf  etdirərək 

yüksək  səviyyəyə  qaldırmışdır.  Onun  pedaqoji  görüşləri  təlim-tərbiyə  işinin  əsası  olmaqla  yanaşı  müasir 

dövrdə  də  öz  əhəmiyyətini  itirməmişdir.    Y.  A.  Kamenski    «Ümumi  hikmətlərin  müjdəçisi»,  “Dünyanın 

dolaşıq yolları”,  «İşığın yolu», “Dillərin açıq qapısı”, “Ana məktəb”, “Böyük didaktika”, “Fizika” və başqa 

əsərlərini yazmışdır. Humanizm və demokratizm Kamenski dünyagörüşündəki mühüm ünsür olmuşdur. O, 

nikbin baxışlı bir pedaqoq olub, insana,  onun qüdrətinə,  meyl  və arzularına inanırdı. Tərbiyənin gücünə 

inam Kamenskinin pedaqogikaya gətirdiyi yeni fikir idi. Kamenskinin elmə gətirdiyi yenilikləri qısa şəkildə 

aşağıda kimi şərh etmək olar. 

1.

 



Fərdi təlimin əksinə olaraq dərs-sinif sisitemi,  birgə təlimi  

     zəruri hesab edib. 

2.

 

Gənc nəslin tərbiyə və təlimini 4 dövrə bölüb:  



1)

 

6 yaşa qədər (ana məktəbi) 



2)

 

6-12 dövr hər kənddə, hər icma və qəsəbədə “ana dili  



         məktəbi” 

3.

 



12-18 yaş dövrü, hər şəhərdə latın məktəbi. 

4.

 



18-24 yaş dövrü, ali məktəb 

Kamenski yalnız nəyi öyrətmək və öyrənmək deyil, həm də necə öyrətməyin yollarını da göstərmişdir.  

Tədris  materiallarının mərkəzləşmiş şəkildə verilməsini lazım bilirdi.  

Ana məktəbində uşaqların ətraf mühit haqqında təsəvvürləri, hiss üzvlərini inkişaf etdirmək, təsərrüfata 

alışdırmaq  tələb  olunurldu.  Kiçik  yaşlarından  uşaqlarda  səliqə,  doğruçuluq,  ədalət,  insanlara  məhəbbət 

tərbiyə etməyi tələb edirdi. Valideynlərə bu yaşda uşaqların tərbiyəsində kömək məqsədi ilə Kamenski “Ana 

qucağı məktəbi” adlı əsərini yazmışdır. 

“Ana dili məktəbində” silkindən və cinsindən asılı olmayaraq bütün uşaqların (oğlan və qızlar) təhsil 

almalarını lazım bilirdi. Bu məktəbin dərs planına oxu, yazı, həndəsə, hesab, təbiət coğrafiya,  tarix, din, əl 

əməyi,  nəğmə  daxil  etmişdi.  Belə  ana  dili  məktəbi  pedaqogika  tarixində  ilk  dəfə  Kamenski  tərəfindən 

əsaslandırılmışdı. 

O, latın məktəbinin tədris planını daha da genişləndirərək ora 7 sərbəst elmdən (qrammatika, ritorika, 

dialektika, hesab, həndəsə, astronomiya, musiqi) başqa fizika, coğrafiya, xronologiya, tarix, əxlaq, ana dili 

və xarici dəllri də daxil etmişdir. Kamenski bir novator pedaqoq kimi elmlərin tədrisi sistemini illər üzrə də 

dəyişdirmişdi. 

Ali məktəblərdə o, 4 fakültə nəzərdə tuturdu: qrammatika, ritorika, fəlsəfə, hüquq. Beləliklə Kamenski 

pedaqogikaya ümumi təhsil ideyası, ətraflı işlənmiş məktəbəqədər tərbiyə nəzəriyyəsi, təlimin ana dilində 

aparılması, geniş tədris planı olan orta məktəb və s. kimi yeniliklər gətirmişdir. O, həmçinin öz dövrü üçün 

tədqirəlayiq  olan  bir  neçə  dərs  kitabları  da  tərtib  etmişdir.  Kamenski  1632-ci  ildə  özünün  “Dillərin  açıq 

qapısı”,  1654-cü  ildə  isə  “Real  aləm  şəkillərdə”  adlı  dərsliklərini  yazmışdır.  Kamenskinin  böyük 

xidmətlərindən  biri  də  təlimin  təşkili  məsələlərini  geniş  işıqlandırmasıdır.  Onun  fikrincə  məktəb  lazımi 

təchizatla  təmin  edilməli,  işıqlı  və  yaraşıqlı  olmalı,  məktəb  yanında  meydança,  məktəbyanı  sahə,  məktəb 

bağı olmalıdır. Kamenski dərs-sinif sisiteminin üstünlüklərini qeyd etmişdir. Bu indi də təcrübi əhəmiyyətini 

itirməmişdir. Onun fikrincə hamı dərs ilinə eyni vaxtda başlamalı, uşaqların məktəbə qəbulu ildə bir dəfə - 

payızda olmalı, dərs ili 4 rübə bölünməli, axırda uşaqlar sinifdən sinifə keçirilməlidirlər. Dərs saatı ana dili 



məktəblərində  4  saat,  orta  məktəblərdə  isə  6  saat  olmalıdır.  Kamenski  tərbiyənin  qarşısında  aşağıdakı 

vəzifələri qoyurdu: a) bizi əhatə edən şeyləri, xarici aləmi dərk etdirmək 

                    b) insanın nə etməli olduğunu öyrətmək 

                    c) dinə sadiq, mömin insan yetişdirmək 

Fiziki  tərbiyə  sahəsində  o,  mötədil  (orta)  həyat  tərzi,  sadə  sağlam  əmək,  fiziki  çalışmalar,  zəhmətlə 

istirahətin növbələşdirilməsini tələb edirdi. Onun fikrincə məktəbdə aparılan təlim insanı müdrik, mərd və 

alicənab etməlidir. Əxlaq tərbiyəsinin əsas vəzifəsi xeyirxah insan tərbiyə etməkdir. Buna nail olmaq üçün 

16 qayda irəli sürür. 

1.

 

Gənclərə bütün xeyirxaqlıqlar aşılanmalıdır. 



2.

 

Xeyirxaqlıqlar içərisində müdriklik, etiqat, mərdlik və ədalət  əsas tutulmalıdır.  



Qalan 14 bənddə  isə bu 4 xeyirxaqlığın aşılanması yolları qeyd olunur. Ümumiyyətlə Kamenski təlim 

və tərbiyənin demək olar ki, bütün sahələrinə aid mülahizələr söyləmiş, ona əsas vermişdir. O, müəllimin 

vəzifəsini  ən  üstün,  ən  şərəfli  vəzifə  hesab  etmişdir.  Kamenski  müəllimi  hər  gün  göyü  hər  tərəfdən 

işıqlandıran günəşlə müqayisə edirdi. 

Fransız maarifçilərinin tərbiyə haqqında görüşləri. 

XVII əsrdə mütərəqqi xarakter daşıyan burjuaziya ilə feodal quruluşu, onun köhnə qaydaları arasında 

mübarizə kəskinləşirdi. Köhnə quruluşun qaydaları tənqid edilirdi. Fransız materalist filosoflarının görkəmli 

nümayəndələrindən biri Klod Adrian Helvetsi (1715-1771) idi. Helvetsi fitri ideyaları rədd edərək tərbiyənin 

rolunu  qiymətləndirirdi.  Onun  fikrincə  tərbiyə  hər  şeyi  həll  edir,  tərbiyə  vasitəsilə  dahilər  yetişdirmək 

mümkündür. Bu isə onun idealist – «dünyanı rəylər idarə edir»  baxışından irəli gəlirdi. Helvetsi yazırdı ki, 

insan  biliyi  onun  duyğularının  məhsulu  olduğundan,  tərbiyənin  əsas  vəzifəsi  hiss  orqanlarını  tərbiyə  və 

inkişaf  etdirməkdən  ibarətdir.  Həqiqətlər  nə  qədər  yüksək  olursa  olsun  hamı  tərəfindən  qavranıla  bilər  -  

deməklə insanlar arasında olan təbii fərqləri inkar edirdi. (Bu isə onun səhvi idi). 

Helvetsi əxlaqın mütləqliyini inkar edir və onun insanın ictimai mənafeyi ilə müəyyən edildiyini qeyd 

edirdi.  Onu  fikrincə  din  xadimlərini  məktəbdən  qovmaq,  köhnə  sxolastik  feoldal  məktəbini  kökündən 

dəyişmək,  məktəbləri dünyəvi etməklə dövlətin ixtiyarına vermək lazımdır. Helvetsi ictimai tərbiyəni ailə 

tərbiyəsindən  üstün  tutaraq  məktəb  tərbiyəsinə  böyük  əhəmiyyət  verirdi.    «Ağıl  haqqında»,  «İnsan,  onun 

əqli qabiliyyətləri və tərbiyəsi haqqında» əsərlərni yazmışdır. 

Deni  Didrro  (1713-1784),  fransız  materialist  filosoflarından  biridir.  D.  Didro  «Fəlsəfi  düşüncələr»,  

«Korların  məktubu  və  gözlülərə  nəsihət»  adlı  əsərlərində  feodal  quruluşunu  tənqid  edir,  öz  fikirlərində 

ardıcıl  olaraq  materiyanın  məhv  olmammasını  və  yaşamasını  möhkəm  müdafiə  edirdi.  O,  duyğuları 

qiymətləndirərək  deyirdi,  ağlımız  hakim,  duyğularımız  isə  şahidimizdir.  Didro  tərbiyənin  əhəmiyyətinə 

böyük qiymət verirdi, lakin Helvetsi kimi onu həddindən artıq şişirtmirdi. Helvetsiyə cavab olaraq deyirdi: 

«Tərbiyə  hər  şey  yox,    çox  şeydir».  O,  insanlar  arasında  təbii  imkanların  və  ona  tərbiyənin  təsirini  izah 

edirdi.  Didro  köhnə  məktəb  sistemi  və  proqrammlarını  dəyişdirilib  aradan  götürülməsini  tələb  edirdi.  O, 

öləndə belə öz materialist fikrindən dönməmişdir.  1773-cü ildə o,  İkinci Yekaterina tərəfindən  Rusiyaya 

dəvət  edilmiş  və  ona  yeni  əsaslar  üzrə  maarif  planı  tərtib  etmək  tapşırılmışdır.  O,  «Rusiyanın  universitet 

planı»  adlı  lahiyə  tərtib  edir,  plan  demokratik  ruhda  (məktəblər  ümumi  pulsuz,  məcburi  olmalı,  ibtidai 

məktəbi  bitirənlər  bütün  məktəblərə  daxil  ola  bilməli,  maarifdə  silki  məhdudiyyət  olmamalı  və  s.) 

olduğundan həyata keçirilmədi. 

Jan  Jak  Russo  (1712-1778)  da  fransız  materialist  maarifpərvərlərinin  görkəmli  nümayəndələrindən 

biridir.  C.  Lokkun  (ağ  lövhə,  sağlam  ruh  sağlam  bədəndə  olar;  dövlətin  mənşəyi  haqqında  belə  iddia 

etmişdir  ki,  insanlar  əvvəllər  azad  və  bərabər  yaşamışlar,  sonralar  öz  hüquqlarını  könüllü  olaraq 

hökmdarlara  vermişlər  ki,    hökmdarlar  da  onları  müdafiə  etsin;  aşağı  təbəqəyə,  fəhlələrə  və  onların 

uşaqlarına açıq nifrət edirdi) dövlətin mənşəyi  haqqında nəzəriyyəsinə əsaslanaraq qeyd edirdi ki, insanlar 

«təbii halında» həmişə «azadlıq», bərabərlik, qardaşlıq üçün təbii hüquqa malik olmuşlar. O da digər fransız 

maarifpərvərləri  kimi  qeyd  edirdi  ki,  yeni  insan  tərbiyə  edilsə  onlar  özləri  dünyanı  yeni  qaydada  qura 

biləcəklər. Onun «İctimai müqavilə», «İnsanlar arasında bərabərsizliyin mənşəyi» adlı əsərində sübut edirdi 

ki, bərabərsizlik mədəniyyətlə yanaşı inkişaf etmişdir. «Emil,  yaxud tərbiyə haqqında» (1762) romanında 

yeni insanı feodal  əxlaqından, qanun və qaydalarından xilas olmuş insanı – burjuaziya cəmiyyəti adamını 

tərbiyə  etməyin  yollarını  göstərmişdir.  Əsər  tonqallarda  yandırıldı.  Russo  isə  Cenevrəyə  -  Bern  şəhərinə, 

sonra da İngiltərəyə qaçmalı oldu. Yalnız 5 ildən sonra vətənə qayıda bildi. Russo köhnə tərbiyə sisteminin 

yenisi  ilə  əvəz  edilməsini,    tərbiyəni  psixoloji  cəhətdən  əsaslandırılmasını,    tərbiyədə  uşaqların  fərdi 

xüsusiyyətlərini nəzərə alınmasını lazım bilirdi. 

Russoya  görə  insanlar  tərbiyəni  üç  mənbədən,  təbiətdən,  əşya  və  hadisələrdən,  ətrafdakı  adamlardan 

alırlar.  Birinciyə  insan  qabiliyyətlərini  hiss  orqanlarını  inkişaf  etdirmək,  ikinciyə  uşaq  şəxsiyyətinə  onu 

əhatə edən mühitin  təsiri,  üçüncüyə isə məqsədli pedaqoji təsir daxildir. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə