Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə8/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

Russo  yeni  insanın  əsas  keyfiyyətlərini  əməkdə  görür,  əməklə  məşğul  olmayan  hər  bir  gənci  oğru 

adlandırırdı.  

İyohan Henrix Pestalotsi (1746-1827) isveç alimi olub pedaqoji fikrin inkişafında görkəmli yerlərdən 

birini tutmuşdur. Ona görə tərbiyənin əsas məqsədi insanın təbii qabiliyyətlərini inkişaf etdirmək, daim onu 

təkmilləşdirməkdir. O, hər bir vətəndaşın tərbiyə almasına tərəfdar olmuş, insanın qüvvə və qabiliyyətlərinin 

ahəngdar  inkişafını  təbliğ  etmişdir.  Bu  isə  əqlin,  qəlbin  və  əllərin  inkişafını  tələb  edir.  Pestalotsi  ibtidai 

təlimə,  təlimdə  əyaniliyə  dair  qiymətli  fikirlər  söyləmişdir.  O,  “Həyatdan  atılmışların  axşam  saatları”  və 

“Linqart və Gertruda” əsərlərini yazmışdır. 

İyohan  Fridrix  Herbart  (1776-1841)  özün  idealist  fəlsəfəsi,  etikası  və  psixologiyası  əsasında 

pedaqoqikanın  sistemini  yaratmağa  çalışmışdır.  Pedaqoji  işin  müvəffəqi  yyətlə  getməsi  üçün  pedaqoji 

nəzəriyə  ilə    silahlanmagı    zəruri  hesab  edirdi.  Tərbiyənin  məqsədininin  müəyyənləşdirilməsinə  böyük 

əhəmiyyət  verərək  o,  bu  məqsəddən  asılı  olaraq  tərbiyə  vasitələrini  müəyyənləşdirir.  Əsasını  daimi  və 

dəyişməz  əxlaqi  ideyalar  təşkil  edən  etik  nəzəriyyəsinə  müvafiq  olaraq  Herbart  tərbiyənin  məqsədini 

xeyrixah insanın formalaşmasında görür. Bu ümumi məqsəd iki yerə bölünür.  

1.

 

İmkan daxilndə olan məqsəd. 



2.

 

Zəruri məqsəd 



Birinci ixtisas verməni, ikinci əxlaqi xarakter formalaşdırmağı nəzərdə tutur. 

Herbart  tərbiyə  prosesini  3  hissəyə  bölürdü  –    idarə,  təlim  və  əxlaq  tərbiyəsi.  Herbart  «Tərbiyənin 

məqsədindən  doğan  ümumi  pedaqogika»  (1806),  «Psixologiya  dərsiliyi»  (1816),  «Psixologiyanın 

pedaqogikaya  tətbiqi  haqqında»  (1831),  «Pedaqogika  üzrə  mühazirələr  xülasəsi»  (1835)  adlı  əsərlərində 

pedaqogikanın  psixoloji  əsasları,  təlim,  tərbiyə  və  s.  pedaqoji  məsələlər  haqqında  müxtəlif  mülahizələr 

söyləmişdir. 

Adolf  Disterveq  (1790-1866)  (Alman)  tərbiyənin  təbiətə  müvafiqliyini,  yəni  uşaq  tərbiyəsinin  onun 

təbii inkişafına müvafiq qurulmasını  tələb edirdi. O, müəllimdən uşaq üzərində müşahidə aparmağı, onun 

inkişaf qanunlarını bilməyi tələb edirdi.  

Didaktikanı Disterveq təlimin ümumi qanunları və qaydaları haqqında elm hesab edirdi. 

Bu barədə fikirlərini 23 təlim qaydaları şəklində şərh edərək onları 4 şərti qrupa bölürdü: 1) uşaqlara 

aid olanlar; 2) təlim materialına aid olanlar; 3) xarici şəraitə, zamana, məkana, vəziyyətə və s. aid olanlar; 4) 

müəllimə aid olanlar.  

Disterveq təbiətə müvafiq təlimin əsasını əyanilikdə görür. 

O, təlim materiallarının şüurlu mənimsənilməsinə yüksək əhəmiyyət verir. Disterveq həmçinin təlimdə 

sistemliyi və ardıcıllığı tələb edirdi. (“Pedaqoji ideyalar və imkanlar”  “Mədəniyyətin zəruri məsələləri” adlı 

kitabçalarda). 

Müəllimə yüksək qiymət vermişdir, onun fikrincə yaxşı dərs deyən müəllim həm də yaxşı tərbiyə edir. 

Tərbiyə və təlim üçün “Reyn vərəqəsi” jurnalını nəşr edib. 

Robert Ouen (1771-1858 ) (İngilis) utopik sosialist olub, kapitalizmi kəskin tənqid etmiş və kapitalizm 

şəraitində  əməyin  lənət  damğası  olduğunu,  onun  ehtiyaca,  təcavüzə,  ölüm  təhlükəsinə  əsaslandığını 

göstərmişdir.  (Ş.  Furye,  Sen-Simon  kimi)  O  da,  XVIII  əsr  maarifçiləri  kimi  «dünyanı  insan  rəyləri  idarə 

edir» fikrini əsas tuturdu. 

Ouenin  fikrincə  insan  özü  öz  xarakterini  müəyyən  etmir,  o  insandan  asılı  olmayan  xarici  şəraitlə 

müəyyənləşdirilir.  Bu  prinsipi  əsas  tutaraq  mənəvi  cəhətdən  aşağı  səviyyədə  olan  fəhlələri  tərbiyə  etmək 

istəyirdi.  

Onun  fəaliyyətinin  əsas  mərhələsini  Nyu-Lenark  təcrübəsi  təşkil  edirdi.  Nyu-Lenarkda  fabrikdə 

fəhlələrin vəziyyəti ağır idi, az əmək haqqı alır, gündə 14-15 saat işləyirdilər, 6-7 yaşlı uşaqlırın və qadın 

əməyindən  çox  ucuz  istifadə  edilirdi.  «İnsan  öz  xarakterini  təşkil  etmir,  o,  ətraf  mühitin  təsiri  ilə 

müəyyənləşir»  -  prinsipini rəhbər tutan  Ouen  fəhlələrin  iş  şəraitini  yaxşılaşdırır, iş  saatını  azaldıb  10 saat 

edir, uşaqların 10 yaşadək işləməsini qadağan edir, cərimələri ləğv edir, əmək haqqını artırır, fəhlələr üçün 

ucuz  yeməklər  təşkil  edir,  mənzil  şəraitini  yaxşılaşdırır;  10  yaşından  yuxarı  istehsalatda  işləyən  fəhlələr 

üçün  axşam  məktəbləri  təşkil  edir,  onların  iş  saatını  qısaldır.  Nəhayət  yaşlı  fəhlələr  üçün  mühazirələr  və 

məsləhətlər  verir.  Bu  təlim-tərbiyə  müəssisələrinin  hamısını  bir  yerdə  Ouen  1816-cı  ildə  «Xarakterin 

təşəkkülü  üçün  yeni  institut»  adlandırmışdır.  Ouen  uşaqların  fiziki,  əmək,  bədii  tərbiyəsinə  xüsusi 

əhəmiyyət  vermişdir.  Onun  təşkil  etdiyi  ibtidai  məktəbdə  uşaqlar  ana  dilini,  coğrafiyanı,  təbiəti  və  tarixi 

öyrənirdilər. 

Ouen öz təcrübəsində müəyyən etdi ki, kapitalizm cəmiyyətində şəxsiyyətin hərtərəfli inkişafı mümkün 

deyildir. 

R.  Ouen  «Cəmiyyətə  yeni  baxış,  yaxud  insan  xarakterinin  təşəkkül  prinsipi  haqqında»,  «Yeni  əxlaq 

dünyası»  və  başqa  əsərlərində  qeyd  etmişdir  ki,  insanın  xarakteri  onları  əhatə  edən  şəraitə  uyğun  olaraq 



yaranır, xarakterindəki çatışmazlıq və eybəcərlik onların həyat tərzindən əmələ gəlir. O, xarakterin düzgün 

formalaşması üçün beş şərt irəli sürür: 1) insan orqanizminə xarici şəraitin qarşılıqlı təsiri; 2) öz iradəsindən 

asılı olmayaraq hisslərin və etiqadın xaricdən alınması; 3) bu hisslərin və etiqadların birlikdə hərəkət üçün 

stimul alması; 4) heç bir şərtlə təsirlə iki fərdin eyni olmaması; 5) yaşadığı şəraitin təsirindən asılı olaraq 

uşaqın aşağı və yüksək səviyyəli təşəkkülünün mümkünlüyü. 

Ouen  «Xarakterin təşəkkülü»  adlı əsərində  bütün  bədbəxtliklərin  səbəbini ata-babaların  avamlığında, 

onların  pis  tərbiyəsində,  mühitin  pis  təsirində  görür.  Ouen  insanın  mühit  və  tərbiyənin  məhsulu  olması 

haqqında Helvetsinin nəzəriyyəsini qəbul edir, insanı mühitin passiv məhsulu hesab edir. 

 

Rusiyada pedaqoji fikir. 



Qədim  Slavyanlar  tərbiyəyə  böyük  əhəmiyyət  vermişlər.  Tərbiyəçinin  əsas  vəzifəsi  qüvvətli  və 

bacarıqlı  işçi,  əkinçi,  ovçu  hazırlamaq  idi.  Slavyanların  tərbiyəsi  sərt  ailə  və  patriarxal  qaydalar  üzərində 

qurulmuşdu. 

Slavyanların yazısı xristianlığın qəbulundan əvvəl meydana gəlmişdir. Bir sıra sənədlərə əsasən, demək 

olar  kı,  VII  əsrdə  Şərqi  Slavyanların  ana  dilində  yazıları  mövcud  olmuşdur.  Knyaz  Vladimirin  dövründə 

Kiril  və  Mifodeyin  islah  etdiyi  əlifba  daha  geniş  yayılır.  Xristianlıqla  birlikdə  Kiyev  Rusuna  Vizantiya 

mədəniyyəti də təsir etmişdir. Rusiyada ilk ruhanilər yunanlar olduğundan rus kilsəsi Vizantiyadan asılı idi. 

Bu hal həmin dövrdəki məktəb və tərbiyə sisteminə də təsir etmişdir. Yunanlardan nəsihətnamə xarakterli 

“Svyatoslav külliyatı”, “Zlatoustı”, “Zümrüd”, “Patüşklər”, “Şestodnyev”, “Fizoloq” və s. kimi yarıəfsanəvi, 

yarı elmi kitablar rus dilinə tərcümə edilmişdir. 

O  zamanın  pedaqoji  ədəbiyyatları  da  dini-əxlaqi  xarakter  daşıyırdı.  Tərcümə  edilmiş  pedaqoji 

ədəbiyyatlarda uşaqlarda Allaha məhəbbət və ondan qorxmaq, dini mərasimlərin öyrənilməsi tələb edilirdi. 

“Vladimir Monomaxın uşaqlara nəsihəti” ilk orijinal rus pedaqoji ədəbiyyatı olub, ölkənin mənafeyinə 

uyğun olan yaşama qaydaları və uşaqlara məsləhətlər müəyyən edilmişdir. 

Monomax  uşaqları  ölkənin  bütövlüyünü  qorumağa,  öz  torpaqlarını  müdafiə  etməyə,  zəhmətsevən  və 

igid olmağa, ədalətli iş uğrunda ölümdən qorxmamağa  çağırır. Monomax oxumaq dedikdə təkcə dini deyil 

dünyəvi elmləri öyrənməyi də nəzərdə tuturdu.  

XIII-XV əsrlərdə Rusiyada məktəblər kifayət deyildi. Mövcud məktəblər savada olan tələbi ödəmirdi. 

XII əsrdə bu tələbi ödəmək üçün «savad ustadları» meydana çıxır. Onlar kilsə xaricində, öz evlərində və ya 

valideyn evlərində uşaqlara oxu, yazı və dualar öyrədirdilər. «Savad ustası» uşaqla fərdi məşğul olurdu. 

XVIII əsrin 1-ci yarısında I Pyotrun maarif islahatı böyük əhəmiyyətə malik olmuşdur. 

Məktəblərin sayı əhəmiyyətli dərəcəyə artırıldı, ilk dəfə olaraq ibtidai dövlət məktəbləri meydana çıxdı, 

hesab  və  həndəsə  təliminə  üstünlük  verilirdi.  Bu  məktəblər  təhsilin  məzmununun  həyatla  əlaqəsinə  görə 

Qərbi Avropa məktəblərindən üstün idi. I Pyotrun açdığı dünyəvi mülki dövlət məktəblərindən ən məşhuru 

riyaziyyat və dənizçilik elmləri məktəbi idi (1699).  

XVIII əsrdə rus xalqının ən görkəmli maarifpərvərləri içərisində M. V. Lomonosovun böyük xidmətləri 

olmuşdur.  O,  elmlərin  və  insan  biliklərinin  bütün  sahələrinə  toxunmuşdur.  A.  S.  Puşkin  deyirdi  ki, 

Lomonosov Rusiyada universitet təşkil etməklə bərabər özü də canlı bir universitet idi. O, bir tarixçi, natiq, 

fizik,  mexanik,  kimyaçı,  mineroloq,  rəssam,  şair,  dilşünas, filosof  kimi  hər  şeyi  sınaqdan  keçirmiş  və  hər 

şeyə dərin nüfuz etmişdir. 

Lomonosov  fəlsəfəsi  görüş  etibarilə  materialist  olmuşdur.  O,  hər  cür  mövhumata,  falçılığa,  cahilliyə 

qarşı  mübarizə  aparmışdır.  O,  ilk  dəfə  olaraq  uşaqları  və  anaları  mühafizə  müəssisələrinin  yaradılmasını 

təklif etmişdir. 

O,  uşaqların  ölümünün  qarşısını  almaq,  bunları  tərbiyə  etmək  və  müxtəlif  peşələri  və  sənətləri 

öyrətmək  üçün  tərbiyə  evlərinin  açılmasını  lazım  bilmişdir.  Lomonosov  dinin  xurafat  cəhətinə,  elmin  və 

tərəqqinin düşməni kimi baxmışdı, ona görə də o, elmin xurafat əsarətindən xilas olunmasını inkişaf üçün 

mühüm şərt hesab etmişdir.  

Lomonosova  görə  təlim-tərbiyə  xalqın  və  ölkənin  mənaffeyinə  uyğun  olaraq  dövlət  tərəfindən 

istiqamətləndirilməlidir.  O,  təhsil  və  tərbiyəni  xalqa  xidmət  etməsi  kimi  vətənpərvərlik  ideyasına  tabe 

etmişdir.  Lomonosov  fizika,  riyaziyyat,  coğrafiya  elmlrinə  əsaslanan  dünyəvi  təhsil  sistemini  irəli 

sürmüşdür.  

Lomonosov o dövrdə hökm sürən sxolastik təlimə qarşı çıxmışdı. 

O, müəllimin nitq mədəniyyətinə də ciddi tələbkarlıqla yanaşaraq, qeyd edirdi ki, danışıq nə yeknəsək, 

nə də insan beynini deşən qışqırıq kimi olmamalıdır. 

Lomonosov təlimdə əyaniliyə yüksək qiymət vermiş, öz təcrübələrində ondan geniş istifadə etmişdir. 

“Ritorikadan  qısa  rəhbərlik”,  “Həqiqi  fiziki  kimyanın  kursu”,  “Rus  qrammatikası”  və  s.  kimi  dərslik  və 

rəhbərliklər hazırlamışdır. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə