Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 43,05 Kb.
Pdf görüntüsü
səhifə6/70
tarix30.12.2017
ölçüsü43,05 Kb.
#18821
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   70

1
1
13
12
CANLILAR ALƏMİNİN MÜXTƏLİFLİYİ VƏ ONUN ÖYRƏNİLMƏSİ 
  /  
Canlı orqanizmlər və onların öyrənilməsi
istifadə olunur. Məsələn, təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, 
azot duzları bitkinin gövdə və yarpaqlarının böyüməsini sürətləndirir. 
Ölçmə. Bir çox hallarda müşahidə və eksperimentlər ölçmə ilə müşa-
yiət olunur. Belə ki, gübrələrin bitkilərə təsirini onların boylarını ölçərək 
gübrə verilməyən bitkilərlə müqayisə etməklə müəyyənləşdirmək müm-
kündür.
Beləliklə, müşahidə, eksperiment və müvafiq ölçmələr nəticəsində təd-
qiqatçı öyrəniləcək obyekt və ya hadisə barədə müəyyən elmi biliklər əldə 
edir. 
1. Aşağıdakı qənaətə gəlmək üçün hansı metodlardan istifadə olunmuşdur? 
– Ətirli tütün bitkisinin çiçəkləri gecə açılır, gündüz bağlanır. 
– Amöbün yerləşdiyi su damlasına duz kristalı əlavə etdikdə, o, yalançı 
ayaqlarını yığır və dəyirmi forma alır.
2. Tədqiqatçı yeni buğda sortunun böyümə sürətinə işıqlanma müddətinin  
təsirini öyrənmək istəyir. O, bu zaman hansı tədqiqat metodlarından istifadə 
edə bilər? Tədqiqatçının işinin gedişini təsvir edin və mülahizələrinizi 
əsaslandırın.
Cədvəli tamamlayın.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Tədqiqat üsulları                                              
Misallar
İstifadə olunan avadanlıq
Qədim  zamanlardan  insanlar  gözlə  çətin  görünən  cisimləri  görmək  üçün 
müxtəlif  cihazlardan  istifadə  etmişlər.  Məsələn,  münəccimlər  göy  cisimlərinə 
baxmaq üçün sadə teleskoplardan, dənizçilər uzaq məsafələrə baxmaq üçün isə 
durbinlərdən istifadə edirdilər. 
3.
 
  Mikroskopiya 
· Bəs mikroaləmin obyektlərini necə müşahidə etmək olar?
· Onlar nə üçün və necə öyrənilir?
Müvəqqəti preparatların hazırlanması qaydası
Təchizat: İşıq mikroskopu, əşya və örtük şüşələri, Petr fincanı, içərisində su 
olan stəkan, pinset, filtr kağızı, pambıq lifi və ya saç tükü.
İşin gedişi: 1. Əşya şüşəsini kənarlarından tutaraq ehtiyatla götürün.
2. Bir neçə pambıq lifi və ya saç tükünü əşya şüşəsinin mərkəzinə qoyun. 3. Ob-
yektin  üzərinə  pipetlə  1-2  damcı  su  tökün.  4.  Örtük  şüşəsinin  kənarlarından 
ehtiyatla tutaraq onun bir tərəfini damcının içərisinə salın və sonra onu ehmalca 
əşya şüşəsinin üzərinə  yerləşdirin. 
 Əşya və örtük şüşələri arasında hava qabarcığı qalmamalıdır!
– Suyun artığını filtr kağızı ilə götürün.
– Preparata əvvəl mikroskopun kiçik, sonra böyük böyüdücüsündə baxın.
– Mikroskopda gördüyünüzü dəftərinizə çəkin.
 
Diqqät:
Bu üsuldan həm cansız, həm də canlı mikroskopik obyektlərin tədqiqin-
də istifadə etmək mümkündür. Biologiyada mikroskopla aparılan tədqi-
qatlarda, adətən, canlının müəyyən nazik kəsiyindən və ya hissəciyindən 
hazırlanmış preparatlardan istifadə edilir.
Mikroskopiya  –  tədqiqat  üsulu.  Mikroskopiya  üsulu  mikroskopun 
köməyi  ilə  müxtəlif  obyektlərin  öyrənilməsinə  əsaslanır.  Onun  əsasını 
işıq və elektron mikroskopu ilə aparılan tədqiqatlar təşkil edir. Bu üsul 
adi  gözlə  seçilməyən  mikroskopik  obyektlərin  quruluşunu  öyrənməyə 
imkan verir. 
İşıq mikroskopu ilə işləmək qaydası 
1.  Mikroskopu  ştativi  özünə  tərəf  olmaqla  stolun  kənarından  5-8  sm 
aralı qoyun.  
2. Güzgünün köməyi ilə işığı əşya kürsüsündə olan dəliyə yönəldin. 
3. Preparat düzəldərək əşya kürsüsünün üzərinə qoyun.
4. Preparatın əşya şüşəsini sıxacların köməyi ilə kürsüyə bərkidin.
5. Vintdən istifadə etməklə tubusu ehmalca endirin və elə edin ki, ob-
yektivin aşağı kənarı  preparatdan 1-2 mm məsafədə olsun. 
6.  Okulyardan  baxmaqla  əşyanın  preparatda  aydın  surəti  görünənə 
qədər tubusu yavaş-yavaş qaldırın. 
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi 
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
1. Preparatların hazırlanması mərhələsini 
düzgün  ardıcıllıqla göstərin. 
5
6
3
4
1
2
7
A
B
D
E
C
?
?
?
?
?
2. 1-dən 7-yə qədər 
nə işarə 
olunmuşdur?
1. __
2. __
3. __
4. __
5. __
6. __
7. __ 


1
1
15
14
CANLILAR ALƏMİNİN MÜXTƏLİFLİYİ VƏ ONUN ÖYRƏNİLMƏSİ 
  /  
Canlı orqanizmlər və onların öyrənilməsi
2. “İşıq mikroskopu ilə işləmək qaydası” mətnindən istifadə edərək düzgün ca-
vabları seçin:
 
1. Mikroskopu, ştativi özünüzdən kənara olmaqla  yerləşdirin.  
2. Mikroskopun ştativini özünüzə tərəf qoyun. 3. İş üçün mikroskopun görü-
nüş sahəsi güclü işıqlandırılmalıdır. 4. Mikroskopun görünüş sahəsi zəif işıq-
landırılmalıdır.  5.  Hazır  preparatı  əşya  kürsüsünün  altına  yerləşdirin.    6. 
Hazır preparatı əşya kürsüsünün üzərinə qoyun və onu sıxaclarla bərkidin. 7. 
Okulyardan baxmaqla böyük vinti aydın təsvir   görünənə qədər fırladın. 8. 
Bunu ehtiyatla edin ki, preparatı zədələməyəsiniz.
1. 6-cı sinifdə siz soğan də-
riciyinin hazır prepara-
tına baxmısınız. Şəklə 
baxaraq preparatın ha-
zırlanması prosesinin 
ardıcıllığını uyğun rə-
qəmlərlə göstərin və hər 
mərhələni təsvir edin.
1
2
3
4
5
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
· Bütün canlı orqanizmlər üçün hansı əlamətlər ümumi sayılır?
· Canlı təbiətin nümayəndələri hansı xarakterik əlamətlərə malikdir?
4. 
Canlı orqanizmlərin müxtəlifliyi
Orqanizmlərdə 
müxtəlifliyə  malikdirlər.  Onların  arasında  birhüceyrəlilərdən  başlaya-
raq,  çoxhüceyrəlilər  kimi  formalar  mövcuddur.  Bütün  bu  orqanizmlər 
xarici  görünüşcə  müxtəlif  olsa  da,  onları  ümumi  bir  cəhət  –  hüceyrəvi 
quruluşa malik olmaları birləşdirir. Orqanizmlərin digər ümumi xüsusiy-
yətləri onların qıcıqlara cavab verməsi, irsi əlamətlərini nəslə ötürmələri, 
onlarda gedən maddələr və enerji mübadiləsidir. 
Canlı orqanizmlərin fərqli xüsusiyyətləri
Bitki və heyvanlar. Bitki hüceyrəsi qalın hüceyrə divarı, plastidlər və 
iri vakuolun olması ilə heyvan hüceyrələrindən fərqlənir. Bitkilərə nis-
bətən heyvanlarda hərəkət formaları daha müxtəlifdir. Heyvanlarda olan 
sinir sistemi, əzələ və hiss orqanları bitkilərdə olmur. Bitki və heyvan-
larda  olan  fərqlər  onların  qidalanma  xüsusiyyətlərinə  də  aiddir.  Bit-
kilərin əksəriyyəti avtotrof hesab olunur. Bu xüsusiyyət onlara xaricdən 
yalnız qeyri-üzvi maddələr – su, mineral duzlar, karbon qazı almağa və 
günəş  enerjisindən  istifadə  edərək  üzvi  maddələr  yaratmasına  imkan 
verir. Heyvanlar isə digər heyvan və bitkiləri yeməklə yalnız hazır üzvi 
maddələrlə qidalanır.
Göbələklər. Göbələklərdə həm bitkilərin, həm də heyvanların əlamət-
lərinə  rast  gəlinir.  Onların  hüceyrələrində,  bitkilərdəki  kimi,  qalın 
hüceyrə divarı və iri vakuol olur. Lakin heyvanlardakı kimi, ehtiyat qida 
maddəsi qlikogendir və hüceyrələrində plastidləri olmur. Göbələklər də 
əksər heyvanlar kimi heterotrof yolla qidalanırlar. 
Bakteriyalar. Birhüceyrəli orqanizmlərdir. Formalaşmış nüvəsinin və 
bir çox hüceyrə orqanoidlərinin olmamasına görə bitki və heyvan hücey-
rəsindən fərqlənir. Orqanizmlərdə bu cür müxtəlifliyin yaranması onla-
rın həyat şəraitinə uyğunlaşmaları ilə əlaqədardır.
oxşar əlamətlər. Yer üzərində yaşayan canlılar geniş 
Anlayışların adlarını cədvəlin müvafiq sütunlarına yazın: 
fotosintez, ürək, hetero-
trof, xlorofil, mədə, qidalanma, ələyəbənzər borular, ağızcıqlar, tənəffüs, avtotrof, 
görmə, hüceyrə, qan
Fäaliyyät
Fäaliyyät
Bitkilər  
Heyvanlar
 “Canlı orqanizmlərin əsas xüsusiyyətləri” cədvəlinin uyğun xanalarını 
tamamlayın.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Əsas xassələri
Qidalanma
Hərəkət
Qıcıqlanma
İfrazat
Böyümə
Hüceyrənin quruluşu
Heyvanlar    
Bitkilər      Göbələklər
Heyvanlar  kimi,  üzvi  maddələrlə  qidalanan 
üzvi  maddələri  qeyri-üzvi  maddələrdən  sintez  edə  bilmirlər.  Digər  tərəfdən, 
bəzi ibtidai heyvanlar da xlorofilin olmasına görə işıqda bitkilər kimi qidala-
nırlar.  Lakin  qaranlıqda  onlar  məhv  olmur  və  heyvanlar  kimi  hazır  üzvi 
maddələrlə qidalanırlar.
göbələklər  və  əksər  bakteriyalar 


Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə